Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sakura
Sakura (yap. さくら, yap. 桜, 櫻) — 11 bioloji növün və gavalıkimilər yarımfəsiləsinə daxil olan bir neçə ağac çeşidinin ümumi adı. Çox vaxt Prunus serrulata da sakura adlandırılır. Sakura adlanan növlərin çoxu əsasən dekorativ bitkilərdir və kiçik, yeyilməyən meyvələr bitirirlər.
Şakira
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa == Həyatı == 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Şubara
Şubara (gürc. შუბარა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 500 m hündürlüktə, Suxumidən 25 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11, თბ., 1987. — გვ. 54.
Sukre
Sukre (Sucre) — Boliviyanın paytaxtı. Şəhərdə ölkənin Ali Məhkəməsi yerləşir. Digər hökumət rezidensiyaları əvvəlki paytaxt La Pasda yerləşir. Əhalisi 2006-cı ildə 247 300 nəfər olmuşdur. == Tarixi == Şəhər 1538-cu ildə kapitan Peransures tərəfindən salınıb. Müstəmləkəşilik dövründə Çarkas, müstəqillik elan ediləndən 1839-cu ilə qədər Çukisaka adlanıb.
Sukur
Sukur və ya Sukur Mədəni Landşaftı — Nigeriyanın Adamava ştatındakı Sukur kəndinin üstündəki bir təpədə yerləşən UNESCO-nun Ümumdünya irsi ərazisidir. Mandara dağlarında, Kamerun ilə sərhədə yaxın ərazidə yerləşir. Ərazinin Ümumdünya irsi statusu onun mədəni irsi, maddi mədəniyyəti və təbii ərazilərinə əsaslanmışdır. Sukur, Afrikada Ümumdünya irsi statusu alan ilk mədəni landşaftdır. == Etimologiya == "Sukur" Marqi və Libi dillərində "qisas" deməkdir. Bu söz həmçinin Sukur xalqı arasında meydana gələn Bura dilində "dava" mənasını da verir. == Tarix == Ərazidə sobalar, filizlər və itiləyici daşlar şəklində tapılan dəmir dövrünə aid əşyalar Sukurdan əvvəl mövcud olmuşdur. Sukurda Neolit dövrünə aid bəzi tapıntılar da tapılmışdır. Yaxın tarix 17-ci əsrin Dur sülaləsinə aiddir. Durlar, bölgəni Nigeriyanın şimal-şərqinə dəmir istehsalı üçün əsas xammal tədarükçüsü olaraq təsis etmişdi və bu 20-ci əsrin ilk onilliyinə qədər dəvam etdi.
Surra
Yaşayış məntəqələri AzərbaycandaSurra (Sabirabad) — Sabirabad rayonunda kənd. Surra (Şabran) — Şabran rayonunda kənd.Oxşar toponimlərAşağı Surra — Neftçala rayonunda kənd. Bala Surra — Neftçala rayonunda kənd.
Şuəra
26-cı surə
Şükar
Şükar kəndi — Qərbi Azərbaycanın Qarakilsə (indiki Sisian) rayonunda Ərikli dağının ətəyində yerləşirdi. == Tarixi == Şükar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1918-cı ildə Şükar ermənilər tərəfindən ermənilər tərəfindən darmadağın edilmiş, əhalisinin bir qismi Naxçıvana qaçmış, qalanları isə məhv edilmişdir. Kəndin yalnız xarabalıqları qalır.
Acacia sundra
Acacia chundra (lat. Acacia chundra) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia catechu auct. non Willd. Acacia catechu (L.f.) Willd. var.
Sakura Noşitani
Sakura Noşitani (d. 29 sentyabr 1997) — Yaponiyanı təmsil edən bədii gimnast. Sakura Noşitani 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi. Sakura Noşitani həmdə 2015-ci ilin Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Sakura Noşitani 2016-cı ildə Yaponiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Airi Hatakeyama, Rie Matsubara, Sayuri Sugimoto və Kiko Yokota ilə birgə final yarışlarında 34.200 xal topladı və 8-ci yeri tutdu.
Sakura Soqoro
Sakura Soqoro (佐倉惣五郎, 1605 – sentyabr 1653) və ya Sakura Soqo – XVI əsrin ikinci yarısında Yaponiyada yaşamış əfsanəvi fermer. Əsl adı Kiuçi Soqorodur. == Haqqında == Əfsanəyə görə Şimosa əyalətinin Sakura hanında bir kənd başçısı olan Sakura Soqo ağır vergilərdən əziyyət çəkən kəndliləri xilas etmək üçün Sakura daymyosuna müraciət etmiş və regiondakı vergiləri azaltmasını istəmişdir. Lakin müraciəti nəticəsiz qaldıqdan sonra təkbaşına Edo şəhərinə getmiş və birbaşa şoquna müraciət təqdim etmişdir. Həmin dövrdə birbaşa şoquna müraciət təqdim etmək ölümlə cəzalandırılırdı. Deyilənə görə şoqun onun müraciəti müsbət qiymətləndirərək vergiləri azaltmış, lakin Sakura və ailəsini edam etdirmişdir. Sakura Soqoronun real şəxs olub-olmadığı mübahisə mövzusudur və onun mövcudluğu haqqında tarixi dəlillər çox azdır. 1652-ci ilə aid fermer siyahısında Soqo adlı fermer də var. 1722-ci ildə aid "Sakura fudoki" qəzeti Soqoro adlı birinin edamından bəhs etmişdir. Buna baxmayaraq, Sakura Soqoro əfsanəsi kabuki tamaşalarından və populyar ədəbiyyatda çox istifadə edilən mövzuya çevrilmişdir.
Sikora adası
Sikora adası — Nordenşeld arxipelaqına daxil olan 90 adadan biri. Şimal Buzlu okeana daxil olan Kara dənizinin cənub-şərqində qərarlaşır. İnzibati cəhətdən Rusiya Federasiyasınln Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. 1993-cü ildən digər Nordenşeld arxipelaqına daxil olan adalar kimi Rusiyanın və bütün Asiyanın ən böyük qoruğu ərazisinə daxildir. Böyük Arktik qoruğu Arktik qurşağın qorunması məqsədi ilə yaradılmışdır. == Coğrafiyası == Sikora adası öz növbəsində Nordenşeld arrxipelaqınln tərkibinə daxil olan Litke adaları qrupuna aiddir. Litke adaları isə Sikorada daxil olmaqla on adadan ibarətdir. Ada maksimal olaraq 350 metr uzunluğa malikdir. 900 metr şimalda Sofiya adası, şimal-şərqdə qrupun ən böyük adası olan Yermolov yerləşir. Cənubdan isə Lelin boğazı ilə Paxtusov adalarından ayrılır.
Sukuma viki
Şərqi Afrikanın Tanzaniya, Keniya və digər kimi ölkələrdə çox məşhurdur. O həmçinin Şahilli də adlanır. Çox zaman yaşıl rəngdə olur. Bu içki tərəvəzlərdən hazırlanır. Bu regionda hər zaman tərəvəz olduğu üçün işkini işmək olur. == Tərkibi == Bu içkinin qrup kimi adı "Akephala" (yunanca "başsız") adlanır. Bu içkinin dadı bir az kələm dadı verir. Duzluluq üçün orta səviyyədə həssasdır. == Yetişdirilməsi və saxlanması == Bitki yarpaqları qalın olur ancaq bununla bərabər çox yeməli yarpaqlardır. Ticarət məqsədilə becərilir.
Şakira Ripoll
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa == Həyatı == 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Şükran günü
Şükran günü (Thanksgiving Day), ABŞ-də və Kanadada müxtəlif günlərdə qeyd olunan milli bayramdır. Kanadada oktyabr ayının ikinci bazar günü, ABŞda isə noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunur. Bayramın mənşəyi qırmızıdərililər və ilk koloniyaçıların ortaq təşkil etdikləri bir məhsul yeməyi olsa da, bayram bu ölkələrdə qırmızıdərili ünsürlərdən ayrılarak yalnız ailə və tanrıya adanan bir məna kəsb etmişdir. Hind toyuğu bu günün ənənəvi yeməyidir. == Tarixi == Plimutda Şükran günü 1621-ci ildə Amerika qitəsinə ilk ayaq basan bir neçə ingilis koloniyaçının ev heyvanı ovlamağa getməsi ilə başladı. Bir gün o qədər çox heyvan tutdular ki, təxminən 50 adam olan qrupa bir həftə kifayət etdi. Əfsanəyə görə bunlar hind toyuğu idi, lakin ovlanması daha asan olan qaz və ördək olması ehtimalı daha yüksəkdir. Bu hadisədən sonra təxminən 90 nəfərlik bir yerli "Wampanoag" qrupu düşərgəyə gəldi. İngilis mühacirlər əvvəl narahat olsalar da qruplar qaynaşdı və bir neçə gün davam edən bir mərasim təşkil edildi. Qırmızıdərililər özləri ilə hədiyyə olaraq maral əti gətirmişdilər.
Şükran Şükürani
Şükran Rüfət oğlu Şükürani (4 dekabr 2001; Xətai rayonu, Azərbaycan — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şükran Şükürani 2001-ci il dekabrın 4-də Xətai rayonunda anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şükran Şükürani 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şükran Şükürani oktyabrın 7-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükran Şükürani ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azad Şükür
Azad Hətəm oğlu Şükürov (11 fevral 1959, Ağdam) — Azərbaycan aktyoru və bədii qiraətçi, Azərbaycanın əməkdar artisti (2002), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti. == Həyatı == Azad Şükürov 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində anadan olub. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində — Rza Təhmasibin kursunda təhsil alıb (1977–1981). İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb (1981–1984). Daha sonra Tədris Teatrında (1984–1990), Şuşa Dövlət Musiqili Dram Teatrında (1990–1992) çalışıb. 1992–2009-cu illərdə Bakı Bələdiyyə Teatrında çalışmışdır. 1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 6 il həmin kafedranın müdiri olub, indi də dosentdir. Eləcə də bir sıra ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, qiraət ustasıdır.
Aşağı Surra
Aşağı Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Surra kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kənd çox qədim tarixə malikdir. Burda tapılan maddi sübutlar kəndin tarixinin orta əsrlərə qədər gedib çıxdığını göstərir. Kənd əhali tərəfindən şərti olaraq dörd hissəyə ayrılır. == Coğrafiyası və iqlimi == Kənd Salyan-Neftçala avtomobil yolunun üzərində yerləşir. Kəndin kənarından keçən Kür çayı kəndə füsunkar gözəllik verir. Kür çayının kənd ərazisindən keçən hissəsində "ada" yerləşir. Adanın təxmini sahəsi 8 hektardır və sıx meşə zolağı əmələ gətirib. == Əhalisi == Kənddə 4338 nəfər əhali yaşayır.
Bala Surra
Bala Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim "kiçik Sura kəndi" deməkdir. Yaşayış məntəqəsini XIX əsrin 80-ci illərində Kurun sağ sahilindəki Ərəb Bəbirxanlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. == Coğrafiyası və iqlimi == Kənd Kurun sahilində, Şirvan düzündə yerləşir.
Hakan Şükür
Hakan Şükür (1 sentyabr 1971[…], Adapazarı[d]) — Türkiyə futbolçusu, milliyyətcə albandır.Kosovadan Türkiyəyə köçən bir ailənin ilk övladı olan Hakan Şükür 1971-ci il iyul ayının 1-də Sakaryanın inzibati mərkəzi olan Adabazarında dünyaya gəlib. Futbol karyerasına doğulduğu Sakaryada başlayıb. 2007–2008 Türkiyə futbol sezonunda Qalatasaray-Manisaspor oyununda 241-ci qolunu vuraraq Türkiyə futbol tarixində ən çox qol vuran futbolçu olmuşdur.
Kama Sutra
Kama Sutra (sanskr. कामसूत्र) — Hind mədəniyyətində cinsi əlaqənin növləri və üsulları haqqında müxtəlif tipli məlumatların verildiyi kitab. Kama Sutra sözü sanskrit dilində olan kama (azərb. zövq‎) və sutra (azərb. kitab‎) sözlərinin birləşməsindən yaranmış, tam tərcüməsi "zövqün kitabı" deməkdir. Kama Sutra anlayışı müxtəlif mənbələrdə müxtəlif şəkildə təqdim olunmuşdur. Bəzi mənbələrdə Kama Sutra Hind yaşayış tərzidir. Digər mənbələrədə isə Kama Sutra cinsi əlaqənin rahat yollarını göstərən məlumatlandırıcı kitab kimi göstərilmişdir. Kama Sutra Hindistan mədəniyyətində mühüm yer tutur və bir çox tarixi yazılarda cinsi təlim kimi göstərilir. Kama Sutra kitabında əsas məqsəd kimi qadın və kişi arasında yaşanan cinsi həzzi mümkün olduğu qədər yaxşılaşdırmaq məqsədi öndə durur.
Məcməüş-şüəra
"Məcməüş-şüara" ("Şairlər yığıncağı") — Bakıda ədəbi məclis (1880-1923) "Məcməüş-şüara" ("Şairlər yığıncağı") XIX əsr. Azərbaycanda qurulan ədəbî məclislərdən biridir. 1880-ci ildə Bakıda təşkil olunan "Məcməuş-şuəra" ədəbi məclisinin sədri Məmmədağa Cürmi, katibi Ağadadaş Sürəyya idi. İ. Zülali, M. Dilxun, Ə. Vaqif, Ə. Cənnəti, Ə.Yusif, Ağa Kərim Salik, M. Müsəvvir, M. Azər və başqaları məclisin fəal üzvlərindən idilər. Məclisdə bəzən qonaq sifəti ilə Seyid Əzim Şirvani də iştirak edirdi.
Sukre (departament)
Sukre (isp. Sucre) — Kolumbiyanın şimal hissəsində yerləşən departamentlərdən biri. Departamentin şərq hissəsini Bolivar, qərb hissəsini Kordova departamentləri və şimal hissəsini isə Karib dənizi əhatə edir. İnzibati mərkəzi Sinselexo şəhəridir.
Sukre (şəhər)
Sukre (Sucre) — Boliviyanın paytaxtı. Şəhərdə ölkənin Ali Məhkəməsi yerləşir. Digər hökumət rezidensiyaları əvvəlki paytaxt La Pasda yerləşir. Əhalisi 2006-cı ildə 247 300 nəfər olmuşdur. == Tarixi == Şəhər 1538-cu ildə kapitan Peransures tərəfindən salınıb. Müstəmləkəşilik dövründə Çarkas, müstəqillik elan ediləndən 1839-cu ilə qədər Çukisaka adlanıb.
Sukur Qurban
Sukur Qurban (1848, Dağıstan – 1922) — Dargin şair, müğənni. Əsərlərində sosial bərabərsizlik və azadlıq problemini qaldırmışdır. == Bioqrafiyası == Sukur Qurban 1848-ci ildə (digər mənbələrə görə 1842-ci ildə) Kaşaqı kəndində anadan olmuşdur. Doğuşdan kor olan Sukur Qurban, əmisi oğlu ilə birlikdə iş dalınca Dağıstan boyunca səfərlər etmişdir. "Şukur" dargin dilindən "kor" olaraq tərcümə olunur. Şukur Qurbanın mahnı bəstələmək istedadı uşaqlıqda özünü büruzə verir. Mahnıları bəyənilir və tez də sevilirdi. Bütün həyatını gəzib dolaşmaqla keçirmişdir. Onun mahnıları dargin xalqının həyatı və taleyi haqqında lirik bir hekayədir. Qurban bir çox Dağıstan dilini bilir və qonşu xalqların mahnılarını dargin dilinə tərcümə edirdi.