Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Surma-Meqxna
Meqhna çayı (benq. মেঘনা নদী) — Qanq deltasını, yer üzündəki ən böyük deltanı meydana gətirən və Benqal Körfəzinə axan üç çaydan və Banqladeşdəki ən əhəmiyyətli çaylardan biridir. . Çandpur əyalətində ən böyük qolu olan Padma ilə birləşir. Meqhna Tetulia (İlşa), Şahbazpur, Hatia və Bamni adlanan dörd əsas qol vasitəsilə Benqal körfəzinə tökülür. Meqhna tamamilə Banqladeş sərhədləri içərisində axan çaylar arasındakı ən geniş çaydır. Bhola yaxınlığındakı bir nöqtədə, Meqhna 12 km genişliyindədir. Meqhna Hindistanın şərqindəki dağlıq bölgələrdən qaynaqlanan Surma və Kuşiyara çaylarının birləşməsindən meydana gəlir. Meqhnanın yuxarı axarları Yuxarı Meqhna kimi istinad edilir. Çay Padma ilə birləşdikdən sonra, Aşağı Meqhna adlanır. Komilla rayonunda Meqhna onun su axınını əhəmiyyətli dərəcədə artıran Gumti çayı ilə birləşir.
Burma
Burma — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == == Tarixi == Kənd 1918-ci ildə salınmışdır. == Əhalisi == Əhalisi 433 nəfərdir (2002). === Nəsillər === Cəfəroğluları — 1918-ci ildə kənddə ilk olaraq məskunlaşmış və kənddəki ən böyük nəsildir.
Sarma
Sahilboyu sıra dağlardan Baykal gölünün üzərinə əsən güclü, bora tipli küləkdir. Sürəti 40 m/san -ə çatır. Ən çox oktyabr - dekabrda təkrar olunur.
Surra
Surra (Sabirabad) — Sabirabad rayonunda kənd. Surra (Şabran) — Şabran rayonunda kənd. Aşağı Surra — Neftçala rayonunda kənd. Bala Surra — Neftçala rayonunda kənd.
Suçma
Suçma — Azərbaycan Respublikasının Şəki rayonunun Suçma kənd inzibati ərazi dairəsində kənd. Suçma kənd Bələdiyyəsi də Suçma və Dərəcənnət kəndlərini özündə birləşdirir. Suçma kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biri sayılan Dəhnə kəndindən (Dəhnə çayından) iki km məsafədə yerləşir. Kənd ərazisinə yaxın yerlərdə qədim, əsasən daş dövrünə aid insan izlərini özündə əks etdirən arxeoloji dəlillər aşkar edilmişdir. Bu da onu deməyə əsas verir ki, Suçma kəndi Acınohur-Həftəran vadisindəki digər iki kəndlə (Böyük Dəhnə və Kiçik Dəhnə ilə) təqribən eyni tarixi dövrdə yaşayış məskəninə çevrilmişdir. Suçma toponomi müxtəlif tarixi dovrlərdə dəyişikliyə uğrayaraq indiki şəklə düşmüşdür. Məsələn, Çar Rusiyasının Zaqafqaziya Hərbi Dairəsinin 1909-cu ildə tərtib etdiyi Zaqafqaziyanın Hərbi-topoqrafik xəritəsində Suçma yaşayış məskəninin adı Suçmi-Dəhnə kimi qeyd edilmişdir. Yenə Çar Rusiyası zamanında, 1858-ci ildə tərtib edilmiş "Qafqaz Diyarının Xəritəsi"ində Suçma kəndinin adı "selo Suçmidaqenskaya" olaraq göstərilmişdir.Qeyd edilməlidir ki, bu xəritədə qonşu iki kəndin, Böyük Dəhnə və Kiçik Dəhnə kəndlərinin adları yer tapmamışdır.Bununla belə ehtimal etmək olar ki,1858-ci il üçün bu üç kəndin (Suçma,Böyük Dəhnə və Kiçik Dəhnə) yerində yalnız bir yaşayış massivi movcud olmuşdur. Yaxud bu kəndlər 1858-ci il xəritəsində yalnız bir yaşayış məntəqəsi kimi göstərilmişdir. Suçma kəndində bir mədəniyyət evi, bir kitabxana, bir tam orta məktəb (2015-ci ildə məktəb Dövlət tərəfindən əsaslı təmir edilmişdir.) fəaliyyət göstərməkdədir.Kənddə Azərbaycan xalqı üçün əlamətdar günlər və bayramlar o cümlədən mədəni tədbirlər, xüsusən gənclərin iştirakı ilə yüksək səviyyədə keçirilir.
Sürmə
Sürmə — hansısa bir mebelə aid olan girib-çıxan yeşik. Ən çox evlərdə və ofislərdə işlənilir, balaca əşyaların mühafizəsi və gizliliyi üçündür. Bəzi sürmələr açarla bağlanır. "Sürmə" sözü "sürmək" (sürümək) feilindən yaranıb.
Turma
Turma - (latın dilində: turma) - Roma ordusunda 30-32 nəfərdən ibarət atlı dəstəsi, Ala (Roma ordusu)nun onda bir hissəsi. Roma respublikası dövründə süvarilər romalılardan və ya onların müttəfiqlərindən təşkil olunurdu, legionun tərkibinə daxil idi. Hər bir legionda atlıların sayı 300 nəfər idi və onların hər biri 30 nəfərdən ibarət 10 turmaya, hər turma isə 3 dekuriyaya (onluğa) bölünürdü. Roma imperatoru Oktavian Avqustun hakimiyyəti dövründə süvarilər köməkçi qoşun hissələrinə daxil idi. Roma qoşunlarında süvari hissələrin əsasını atlılardan və piyadalardan ibarət cohors equitatа adlanan hissələr, həmçinin cohors equitata quingenaria adlanan və 480 nəfər piyadadan, 4 turmadan ibarət hissələr və həmçinin cohors equitata milliaria adlanan, 88 nəfər piyadadan və 8 turmadan ibarət hissələr təşkil edirdi. Sonralar dəvələrdən ibarət turmalar (dromedarii) təşkil olunmuşdur. İlk dəfə olaraq imperator Trayan atların yerinə dəvələrindən istifadə olunan və Ala I Ulpia dromedariorum Palmyrenorum adlanan belə hərbi hissələri təşkil etmişdir. Imperiya dövründə türmaya dekurion komandanlıq edirdi və ona iki köməkçisi, həmçinin sesquiplicarius (ənənəvi əməkhaqqından 1,5 dəfə çox əməkhaqqı alan əsgər), duplicarius (ikiqat ödənişlə), bayraqdar köməklik göstərirdilər. Prinsipat dövründə hər bir legionun tərkibinə dörd turma daxil idi. Piyadalara nisbətən süvarilərin statusu daha aşağı idi və onlar düşərgədən kənarda yerləşdirilirdi.
Vurma
Vurma — hasil almaq üçün bir ədədin digər ədədə, yaxud öz-özünə vurulmasına deyilir.
Xurma
Xurma (lat. Diospyros) — Ebena-Ebenaceae fəsiləsindən, 700 növü olan cins. Onun bəzi növləri daha çox qiymətli, qara, ağır taxtasına görə tanınır. Bu ağaclar ebena adlanır. Bəzi növləri isə meyvələrinə görə tanınır və xurma ağacı adlanır. Xurma birtoxumlu, ətirli və şirin dadlı meyvədir. Yetişəndə qırmızı və ya qonur-qırmızı rəng alır. Lət hissəsi şirin və dadlıdır. Xurma ağacı çox məhsuldar bitkidir, onun müxtəlif növləri vardır. Azərbaycanda becərilən xurma (Şərq xurması - Diospyros kaki), əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa, Göyçay, Ağdaş, Ağdam, Gəncə,Balakən Zaqatala rayonlarında becərilir.
Şaurma
Şavarma — Levant ərəb və türk ət bişirmə növü. Qoyun əti, toyuq əti, hinduşka əti, mal əti, dana əti, və ya qarışıq ətlər fırlanan şişə çəkilir və müddətcə bir gün olaraq qril ola bilər. Ətin taraşları boşqabda yeyilir və ya sandviç şəklində pita çörəyinin içində yeyilir. Şavarma Fatuş, Tabule, Tabun çörəyi, pomidor, soğan, cəfəri, kahı, kələm və xiyar ilə yeyilir. Sousları tahini, humus, şalğam və iti mango turşusundan ibarətdir. İndi bütün dünyada fəstfud kimi tanınır. Şavarma türk sözü olub, "çevirmə"-dən ərəb dilinə "şavarma" kimi keçmişdir.
Suma
Suma — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd. Suma kəndi 1994-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Suma kəndi rayon mərkəzindən 21 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir; Ağdam rayonunun Güllücə və Tağıbəyli kəndləriylə qonşudur. Suma kəndi 16 aprel 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğala qədərki dövrdə Suma kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur. Güllücə, Suma, Tağıbəyli, eləcə də Ağdamın digər kəndlərindən adamlar gəlib Güllücə ocağını ziyarət edirdilər. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Suma kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər.
Adi xurma
Qafqaz xurması və ya Adi xurma (lat. Diospyros lotus) — ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir.
Anuşka Şarma
Anuşka Şarma(hind. अनुष्का शर्मा; 1 may 1988, Ayodxya, Uttar Pradeş) — hind aktrisası və modeli. == Həyatı == 1 may 1988-ci ildə Banqalorda yüksək rütbəli ordu zabiti ailəsində anadan olmuşdur. İlk filmi 2008-ci ildə "Bu cütlüyü Tanrı yaradıb" olmuşdu. Meşhur hindistanlı kriket oyunçusu Virat Kohlinin sevgilisidir. Qardaşı Karneş Şarma ilə birlikdə Clean slate films şirkətini qurmuşdur.
Kim Şarma
Kim Şarma (ing. Kim Sharma; d. 21 yanvar 1980) — məşhur Hindistan aktrisası və modeli . == Həyatı == 21 yanvar 1980-ci ildə anadan olub.Onun əmisi oğlu, məşhur aktyor - Arjun Rampaldır.Üç bacısı var. Anası yaponiyalı atası hindistanlıdır.Ailəlidir.
Robin Şarma
Robin Şarma (16 iyun 1964, Port-Hoksberi[d], Yeni Şotlandiya) — kanadalı yazıçı. Şimali Amerikanın və dünyanın şəxsiyyətin inkişafı, motivasiya və liderlik sahəsi üzrə ən tanınmış siması, Robin Şarma, 1965-ci ildə Yeni Şotlandiya, Kanadada anadan olmuşdur. Hüquq sahəsi üzrə doktorluq dərəcəsi alsa da, maddi yetərsizlikdən dolayı təhsilinə davam edə bilməmişdir. Buna baxmayarq o, dünyanın, şərq müdrikliyi və qərb texnologiyası və çalışqanlığı ilə sintezini yaradaraq dünyaya təqdim edən nadir insanlardan birisinə çevrilmişdir. Onun nitqləri "USA Today", "National Post" və "The Globe and mail" kimi bir çox nüfuzlu dünya KİV-lərində yer almışdır. Yazıçının "Sən öləndə kim ağlayacaq?", "Superhəyat! 30 günlük həqiqi həyata səyahət", "Titulsuz lider" və "Ferrarisini satmış rahib" kimi dünyaca məşhur kitabları var. Ən sevdiyi kitab: Paulo Keolyo – Əl-Kimyagərdir. Triatlon və Taekvondo kimi idman növləri ilə məşğul olur. Dağ turizmini çox sevir.
Salvia summa
Salvia summa (lat. Salvia summa) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Surra (Sabirabad)
Surra — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bəzi tarixi mənbələrə görə kəndin əhalisi vaxtı ilə Salyan rayonunun Surra kəndindən köçüb buraya gəlmişlər. Surralılar da Kür vadisində yaşayan qədim sakinlərdəndir. Bəzi tədqiqatçıların fikrinə görə kəndin adı XIII əsirdə Qərbi Türkistandan Azərbaycana köçürülmüş Sorsor və ya Sursur tayfalarının adından götürülmüşdür. Lakin Azərbaycan ərazisində bir sıra Sorsor və ya Sursur kəndlərinin adları olması bu faktı təkzib edir. Kəndin tarixi qədim dövrə təsadüf edir. Kəndin ərazisində tarixi e.ə. VI-I əsrlərə aid olan Surra yaşayış yeri mövcud olmuşdur. Surra yaşayış yerinin qalıqları 3 ha sahədə tapılmışdır. XX əsrdə aparılan meliorasiya işləri zamanı qədim yaşayış yerləri əkin sahələrinə çevrilərkən buldozerlər ərazidəki tarixi tapıntıların böyük qismini məhv etmişdir.
Surra (Şabran)
Surra — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Hazırda kənd statusuna malik deyil. Şabran şəhərinin Surra küçəsi kimi qeyd edilir. Kənd Şabran rayon mərkəzi yaxınlığında yerləşir. Dəvəçiçay Surranın mərkəzindən keçir. Bu çay əhalinin içməli su və kənd təsərrüfatında işlədilən suya olan tələbatını ödəyir. Kəndin əhalisi 500 nəfərə yaxındır. Kənd əhalisi əsasən bağçılıq, bostançılıq və ticarətlə məşğul olur.
Surra bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Suçma bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sırma xatun
Sırma Xatun - türk və altay mifologiyasında əfsanəvi qadın. Yanında qırx qızdan ibarət olan dilbərlər vardır. Adı, boyu uzun Burla Xatun və saçı uzun Sırma Xatun şəklində (başqa bir xarakterlə birlikdə) əfsanələrdə keçir. Gözəl qadın anlayışı Türk əfsanələrimndə belə ifadə edilir: Küləkdə saz kimi yellənən, ipək saçlı, samur saçlı, saçı üç hörgülü, al yanaqlı, su kimi duru üzlü, qu kimi uzun boyunlu, incə belli, sərvi boylu... (Sır) kökündən törəmişdir. Parlaq gümüş tel deməkdir. Sır, şüşə mənasını verər.
Vurma cədvəli
Vurma cədvəli və ya Pifaqor cədvəli — 1-ci sətir və 1-ci sütunlarında vuruqlar, oyuqlarda isə uyğun ədədlərin hasili olan cədvəl. Məktəblilərə vurmanı öyrətmək üçün istifadə edilir.
Xurma palması
Xurma ağacı (lat. Phoenix) — palmakimilər fəsiləsinə aid bitki cinsi.
Surya qətliamı
Surya qətliamı — 16 sentyabr 1969-cu ildə İraqda, Dəhuk mühafəzəsi Zaxo qəzasında baş vermiş qətliam. Hadisədə 38 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır. İraq ordusunun bir dəstəsi Surya kəndində axtarış apararkən dəstənin zirehli maşınlarından birində partlayıcı qurğu partlamışdır.
Darçınlı burma
Darçınlı rulet və ya darçınlı burma (isv. kanelbulle) — Avropa (Skandinav ölkələri, Almaniya və Avstriya) və Şimali Amerika ölkələrində yayımlamış un məmulatı. == Mənşəyi == Darçınlı burmanın ən erkən resepti Birinci Dünya Müharibəsi sonra İsveçdə qeyd olunub. Halbuki, o zaman qida qıtlığına görə, o, geniş yayılmamış. Populyarlığı 1950-ci ildə başlamışdı.