Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şuşa
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar. Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.
Armudlu (Şuşa)
Armudlu — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Armudlu kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Axundovlar (Şuşa)
Axundovlar — Azərbaycanın, Qarabağın qədim və məşhur soylarından biri. == Soyun yaranması == Axundovların ulu babası Molla Əli Kəbirlidir. O, Kəbirli elinin Seyidli obasında sayılıb-seçilən, savadlı bir alim idi. Mahallarının dini işləri ilə məşğul olurdu.Qarabağ hakimləri İbrahimxəlil xan Cavanşir və Mehdiqulu xan Cavanşir bu ünlü alimə hörmət еtmiş, еhtiram bəsləmişdilər. Mеhdiqulu хan 1814-cü ildə оnun adına vеrilmiş təliqədə aхundu "Ərəstun bilikli" еpitеti ilə yad еtmişdir. Хan yazırdı: "Sеyidli оbasının başçısı Kоsa yüzbaşıya, Ərəstun bilikli Aхund Mоlla Əliyə оbanı vеrirəm. Bəbirəlini və nökər Məhəmmədəlini də оnun хidmətinə bağışlayıram". Aхund Mоlla Əli ruhani оlmaqla yanaşı, həm də yaхşı həkim idi. Aхund Mоlla Əlinin Оruc ağa, Dərgahqulu bəy adlı оğulları vardı. Onun törəmələri Axundov soyadını daşıyırlar və hal hazirda Bakıda yasayirlar.
Ağbulaq (Şuşa)
Ağbulaq — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Bayat (Şuşa)
Bayat — Şuşa qəzasında kənd adı. Səlcuq oğuzlarının Bayat tayfasının adındandır. Əvvəlcə Kiçik Aşura kimi sərbəst yaşamış, XV əsrdə Qızılbaşlara qoşulmuşdur. Şimali Azərbaycana Qızılbaş adı ilə gəlmişdir. XIX əsrdə Garcull və Cavanşir qəzalarında Bayat adlı ellər yaşayırdı. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Bayat kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Bayat kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == İstinadlar == == Ədəbiyyat == Qızılbaşlar tarixi. Bakı, 1995.
Bazarbaşı (Şuşa)
Divanxana meydanı və ya Bazarbaşı — Gəncə qapısından keçdikdə Şuşa qalası daxilində yerləşən ilk və ən böyük şəhər meydanıdır. Şəhərin ən böyük ticarət küçəsi olan Rasta bazar öz başlanğıcını məhz bu meydandan götürür. == Tarixi == Qarabağ xan sarayının qarşısında yerləşən Divanxana meydanı Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına əsasən XIX əsrin I yarısına kimi sarayı əhatə edən qala divarlarının (qəsr də adlandırılır) içində olmaqla qalanın digər hissələrindən təcrid edilmişdi. Həmin dövrdə meydan ərazisində Qarabağ xan sarayı kompleksinə aid müxtəlif köməkçi tikililər yerləşirdi. Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra Şuşada aparılan yenidənqurma işləri zamanı Xan sarayını əhatə edən qala divarlarının bir hissəsi, o cümlədən meydan ərazisində yerləşən tikililər sökülmüş, bundan sonra Divanxana meydanı ictimayətə açılmışdır. Həmin dövrdən sonra meydan həm də "Bazarbaşı" adlandırılmağa başlayır. Dövrümüzə kimi saxlanılmış bu adın meydana gəlməsinin əsas səbəbi o zamanlar inkişaf etdirilən və ticarət sıraları yerləşdirilmiş Rasta bazar küçəsinin öz başlanğıcını məhz bu meydandan götürməsidir. == Xüsusiyyətləri == XVIII əsrdən Şuşanın əsas ticarət küçəsi olan Aşağı bazar küçəsi şəhərdə aparılan yenidənqurma işlərindən sonra öz ticari əhəmiyyətini itirir. Bu zaman inşa edilən Rasta bazar küçəsi bir xətt üzrə inşa edilmiş səliqəli ticarət sıraları ilə şəhərin əsas ticarət küçəsinə çevrilir. Həmin küçə öz başlanğıcını Divanxana meydanından götürür.
Daşaltı (Şuşa)
Daşaltı — Azərbaycan Respublikasının Şuşa rayonunun Daşaltı kənd inzibati ərazi dairəsində kənd. 1991-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin adı "qayaaltı" mənasındadır. XIX əsrin əvvəllərində Zəngəzurun Düzəbürd kəndindən gəlmiş erməni ailələri məskən salmışlar. Ondan sonra bu kənd azərbaycanlılar arasında "Daşaltı Neress uşaqları" adlanmışdır. XIX əsrin sonlarında bu kənddən Daşaltı-Xüzərbürd və Daşaltı Küngüt kəndləri yaranmışdır. Xüzəburt kəndinin adı isə şuşalılarda "Xəzinə qalası" adlı mağaranın ermənicə adıdır. Sonra bu ad ermənicə Xtsadberd adlanmışdır. XIX əsrin sonlarına aid məlumata görə indiki Şuşa rayonunda iki Daşaltı adlı kənd vardı: Daşaltı-Künnət və Daşaltı-Xəzəbür.
Divanxana (Şuşa)
Divanxana meydanı və ya Bazarbaşı — Gəncə qapısından keçdikdə Şuşa qalası daxilində yerləşən ilk və ən böyük şəhər meydanıdır. Şəhərin ən böyük ticarət küçəsi olan Rasta bazar öz başlanğıcını məhz bu meydandan götürür. == Tarixi == Qarabağ xan sarayının qarşısında yerləşən Divanxana meydanı Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına əsasən XIX əsrin I yarısına kimi sarayı əhatə edən qala divarlarının (qəsr də adlandırılır) içində olmaqla qalanın digər hissələrindən təcrid edilmişdi. Həmin dövrdə meydan ərazisində Qarabağ xan sarayı kompleksinə aid müxtəlif köməkçi tikililər yerləşirdi. Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra Şuşada aparılan yenidənqurma işləri zamanı Xan sarayını əhatə edən qala divarlarının bir hissəsi, o cümlədən meydan ərazisində yerləşən tikililər sökülmüş, bundan sonra Divanxana meydanı ictimayətə açılmışdır. Həmin dövrdən sonra meydan həm də "Bazarbaşı" adlandırılmağa başlayır. Dövrümüzə kimi saxlanılmış bu adın meydana gəlməsinin əsas səbəbi o zamanlar inkişaf etdirilən və ticarət sıraları yerləşdirilmiş Rasta bazar küçəsinin öz başlanğıcını məhz bu meydandan götürməsidir. == Xüsusiyyətləri == XVIII əsrdən Şuşanın əsas ticarət küçəsi olan Aşağı bazar küçəsi şəhərdə aparılan yenidənqurma işlərindən sonra öz ticari əhəmiyyətini itirir. Bu zaman inşa edilən Rasta bazar küçəsi bir xətt üzrə inşa edilmiş səliqəli ticarət sıraları ilə şəhərin əsas ticarət küçəsinə çevrilir. Həmin küçə öz başlanğıcını Divanxana meydanından götürür.
Həsənabad (Şuşa)
Həsənabad — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Həsənabad kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Meydan (Şuşa)
Meydan — Şuşa şəhərinin əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı Divanxana meydanından başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan Rasta bazar küçəsi məhz Meydanda tamamlanır, beləliklə Meydan və Divanxananı əlaqələndirir. Şimaldan cənuba doğru zəif hiss olunan mailliklə uzanan küçə effektiv və gözlənilməz şəkildə kiçik işıqlı Meydana çıxır. == Tarixi == E. Avalov qeyd edir ki, ətrafında yerləşən binaların təyinatında əsasən Meydan Şuşada mühüm ictimai-ticari rol oynamışdır; burada böyük dini mərasimlər (Aşura) keçirilmişdir. Meydanın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII–XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir. Şuşa şəhərinin tarixi bilinməyən baş planına əsasən şəhərin əsas memarlıq və ticarət kompleksi olan Meydan ilk dini tikilinin ətrafında formalaşdırılmışdır. Sonradan bu cür məscidlər ətrafında inşa edilən ticarət və digər tikililər məscid vəqflərinə aid idi; məscid mə mədrəsələrin saxlanmasına lazım olan xərclər bu binaların istifadəsindən əldə edilən gəlir sayəsində ödənirdi. Meydanın formalaşmasını izləməklə Şuşanın digər orta əsrlər meydanlarının da yaradılması yolunu öyrənmək mümkündür. Rasta bazar küçəsinin şərq tərəfinin cənub qurtaracağı bitişik binalar vasitəsiylə dərininə genişləndirilmişdir. Küçənin bir hissəsinin genişləndirilməsi vasitəsilə meydan yaradılması üsuluna Şuşanın Bazar başı və Mərdinli məhəllə meydanlarının nümunəsində də izləmək mümkündür.
Məmişlər (Şuşa)
Məmişlər — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Məmişlər kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Məmişlər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == Bir sıra tədqiqatlara əsasən, XIX əsrin ortalarında Muğanda muğanlı köçəri tayfasının 275 şəcərəsindən, nəslindən biri olmuşdur və hazırda bu nəslin adı Azərbaycanın oykonimiyasında mühafizə olunmuşdur. Digər mülahizəyə görə isə, Məmişlər yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağlı Mehdiqulu xana məxsus xəlfəli tayfasına mənsub məmişlər nəslinin məskunlaşması nəticəsində yaranmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Sarıbaba dağının ətəyində yerləşir.
Nağılar (Şuşa)
Nağılar — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nağılar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Nəbilər (Şuşa)
Nəbilər — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun аaktiki mövcud olan Nəbilər kəndi Daşaltı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Zarıslı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nəbilər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Qarabulaq (Şuşa)
Qarabulaq — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarabulaq kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Sarıbaba (Şuşa)
Sarıbaba (əvvəlki adı: Yextsahoq); həmçinin bəzi mənbələrdə Salatınkənd — Azərbaycan Respublikasının Şuşa rayonunun Sarıbaba kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Azərbaycan toponimlərinin ensiklopedik lüğətində qeyd olunur ki, yaşayış məntəqəsində XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri yerləşdirilmiş və sonralar Yextsahog (ermənicə "kilsə yeri") adlandırılmışdı. Həmçinin lüğətdə qeyd olunur ki, 1991-ci ilin yanvarında kəndə ermənilərin vəhşicəsinə qətlə yetirdiyi jurnalist Salatın Əsgərovanın adı verilmişdir. Lakin 5 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Şuşa rayonunun Yextsahoq kənd inzibati-ərazi vahidi tərkibindəki Yextsahoq kəndi Sarıbaba dağının adı ilə Sarıbaba kəndi adlandırıldı, Yextsahoq kənd inzibati-ərazi vahidi isə Sarıbaba kənd inzibati-ərazi vahidi adlandırıldı. Hal-hazırda Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında sözügedən kəndin adı Sarıbaba kimi göstərilibdir. 14 dekabr 2021-ci il tarixində Milli Məclisin payız sessiyasının iclasında deputat Qənirə Paşayeva bildirmişdi ki, Salatın Əsgərova şəhid olan zaman o vaxtkı dövlət rəsmiləri onun qətlə yetirildiyi kəndə Salatın Əsgərovanın adının veriləcəyini və Salatınkənd adlanacağını vurğulasa da, illər sonra oğlu Ceyhun Əsgərovun araşdırmaları zamanı 1998-ci ildə kəndin adının dəyişdirildiyi amma Salatınkənd adlandırılmadığı aydın olub. Qənirə Paşayeva həmçinin öz çıxışında Salatın Əsgərovanın 60 illik yubileyində evladının, bir çox həmkarlarının və ziyalıların xahişini dövlət rəsmilərinə çatdıraraq çıxışında Salatın Əsgərovanın şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını xahiş etdi. Jurnalist Sultan Laçının araşdırmasına görə, Salatın Əsgərovanın qətlə yetirildiyi həmin il Azərbaycan parlamentinin qərarıyla kənd onun xatirəsinə Salatınkənd adlandırılıb, lakin sonradan nədənsə həmin qərar Azərbaycan hökuməti tərəfindən rəsmiləşdirilməyib və kənd rəsmən Sarıbaba adını daşıyır. Həmçinin, Sultan Laçın 1991-ci ildən bəriki bütün yazılarında həmin məntəqəni Salatınkənd kimi göstərdiyini bildirir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Turşsu (Şuşa)
Turşsu — Azərbaycan Respublikasının Şuşa rayonunun Turşsu kənd inzibati-ərazi dairəsində qəsəbə. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanətə uyğun olaraq Turşsu qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Turşsu qəsəbəsinə nəzarəti ələ keçirib. == Toponimikası == Qəsəbənin adı yaxınlığındakı Turşsu bulağının adından götürülüb. == Tarixi == Qəsəbə Zarıslı çayı dərəsindədir. 1972-ci ilədək Lisoqorsk sovxozu yanında qəsəbə adlanırdı. Lisoqorsk (Keçaldağ toponiminin ruscaya kalkasıdır) çarizmin milli ucqarlara köçürmə siyasəti nəticəsində XX əsrin əvvəllərində rus kəndliləri salmişdilar. Qəsəbənin ərazisi keçmişdə Nəcəfqulu ağa adlı bir şəxsin yaylaq yeri olmuşdur.
Xanalı (Şuşa)
Xanalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == Kəndin əsl adı Xanalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Araz çayı sahilində yerləşən Xələfli kəndindən köçüb gəlmiş xanalılar nəslinə mənsub ailələr salmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Xanalılar (Şuşa)
Xanalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == Kəndin əsl adı Xanalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Araz çayı sahilində yerləşən Xələfli kəndindən köçüb gəlmiş xanalılar nəslinə mənsub ailələr salmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Xanbağı (Şuşa)
Xan bağı — Azərbaycanın Şuşa şəhəri yaxınlığında yaşayış məskəni. Hazırda bu ərazi Xankəndi şəhərinin cənub ərazisi və tərkibi sayılır. Şuşanın üç-dörd kilometrliyindəki Xan bağı deyilən yerdə dəyirman, buzxana (sonralar İbrahim xanın oğlu Mehdiqulu xan burda karvansara və bir neçə dükan da tikdirmişdi) tikilmişdir. 12 iyun 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında ailəsi ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Əhalisi == === Tanınmış şəxsləri === Bülbül — Azərbaycanın dünya şöhrətli opera müğənnisi Bülbül burada anadan olmuşdur.
Xəlfəli (Şuşa)
Xəlfəli — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. == Toponimikası == Qarabağda orta əsrlərdə yaşamış Xəlfəli elinin adındandır. Mənbədə Xəlfəli eli Hacılı tayfasının qollarından biri kmi qeyd olunmuşdu. Tam adı Milli Xəlfəlidir. Qarabağ xanı İbrahim xanın qardaşı Mehdiquluxana mənsub bu el məskunlaşdıqdan sonra 11 məntəqə yaranmışdır. Xudaverdi qışlağı, Xəlfə qışlağı, Xanlıqpəyə, Laçınlar, Zamanpəyə, Şuşulu, Mirzələr, Məmişlər, Şırran və Kosalar. Sonra bu kəndlər xanın qızı Xurşud banu Natavana mənsub olmuşdur. == Tarixi == Bu ərazidə "ASALA" erməni terrorçu təşkilatının radikal qanadı üçün təlim düşərgəsi təşkil edilmişdi.
Şuşa (mahnı)
Şuşa — azərbaycanlı bəstəkar-müğənni Aysel Məmmədovanın mahnısıdır. Mahnı 7 noyabr 2022-ci ildə təqdim edilmişdir. Mahnının musiqisi ifaçının özünə, sözləri isə Kübra Kərimliyə aiddir. Mahnının musiqi prodüseri Emin Kərim, layihənin baş prodüseri isə Aysel Rəcəblidir. == Fon və yazılma == AISEL bu layihədə SS Production şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır. Müğənninin SS Production ilə ilk layihəsi olan Şuşa mahnısının sözləri Kübra Kərimliyə, aranjimanı isə Emin Kərimə aiddir. Aisel təqdim etdiyi layihələrində hər dəfə milli musiqi alətlərimizdən istifadə edərək, pop musiqisi ilə milli musiqi alətlərimizin sintezini dinləyicilərə təqdim etmişdir. İfaçı ənənəsinə sadiq qalaraq, bu dəfə də, milli musiqi aləti olan balaban və tütəyə müraciət etmişdir. Onu balaban və tütəkdə Coşqun Sadıqov müşayət etmişdir. == Tanıtımı və musiqi videosu == Layihə ilk dəfə olaraq, ITV-də yayımlanan "Sabahın xeyir, Azərbaycan" proqramında təqdim olunmuşdur.
Şuşa (qəzet)
Şuşa — Azərbaycan SSR dövründə Şuşada nəşr olunmuş qəzet. == Tarixi == Qəzet 1932-ci ildən "Sosializm maldarçılığı" adı ilə nəşr olunmağa başlamış, rayon partiya komitəsi tərəfindən təsis edilmişdir. Sonrakı illərdə qəzet "Sosialist maldarlığı", "Kolxoz bayrağı", "Şuşa kurortu" adları altında fəaliyyət göstərmişdir. 1930-cu illərində qəzetin səhifələrində bir sıra maraqlı rubrikalar ("Müxbirlərin səsi", "Müxbirlərimiz yazırlar", "Müxbir siqnalları", "Xarici ölkələrdə", "Cəbhədə xəbərlər" və s.) yer almışdır. 1965-ci ildən başlayaraq qəzet "Şuşa" adı ilə nəşr edilmişdir. Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Şuşanın erməni işğalına məruz qalması "Şuşa" qəzetinin fəaliyyətinə təsir etmişdir. Bundan sonra qəzet düz 13 il fəaliyyətini dayandırmışdır. Yalnız 2005-ci ildən başlayaraq "Şuşa" qəzeti fəaliyyətini Bakıda davam etdirməyə başlamışdır. Qəzetə təxminən 20 nəfər redaktorluq etmişdir. Onlar Camal Ələsgərov, Həsənqulu Abbasov, İkinci Dünya müharibəsi dövründə Hüseyn Kərimov, daha sonra isə Səfər Quliyev, İdris Hacıyev, İdris Məhərrəmov, Əyyub Kazımov, Fərrux Tağıyev, İsrafil Əbilov, Rəfiqə Tağıyeva olmuşlar.
Şuşa vələsi
Şuşa vələsi (lat. Carpinus × schuschaensis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. == Ümumi yayılması == İranın şimal-qərb hissəsində yayılmışdır. == Azərbaycanda yayılması == Kiçik Qafqaz daglarında, əsasən Şuşa, Laçın, Kəlbəcər dağları və həmçininTalış dağlarında rast gəlinir. == Statusu == Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR A2 abc;C1. == Bitdiyi yer == Çox kölgəli olmayan, əhəngli və mergelli suxurlar üzərində əmələ gəlmiş torpaqlarda yaxşı bitir. == Təbii ehtiyatı == Yamaclarda yayılmış Şuşa vələsinin arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Alçaqboylu ağac və ya iri koldur. İlk dəfə Azərbaycanda Şuşa rayonu meşələrindən təsvir edilmişdir.
Şuşa şəhəri
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar. Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.
Şuşa əməliyyatı
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur. Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır.