pursuqmaq 2021
pusdura-pusdura
OBASTAN VİKİ
Pusa
Nerpa (lat. Pusa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Pusa sibirica
Baykal suitisi (lat. Pusa sibirica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinə aid heyvan növü.
Pusa caspica
Xəzər suitisi (lat. Pusa caspica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinə aid heyvan növü. Kateqoriyası və statusu: EN – Təhlükə altındadır, təbii şəraitdə son 10 ildə 50-80 % azalıb. Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla, dünyada suitilərin ən xırda növü sayılır (yaşama müddəti – 50 il). == Yetkinlik dövrünün qısa təsviri == Bədənin uzunluğu 150 sm-ə qədərdir, orta çəkisi 75 kq, maksimal çəkisi isə 100 kq-dır. Bədəni nisbətən kökdür, boynun qısa olmasına baxmayaraq, az da olsa nəzərə çarpır, başı böyük deyil. Yastılanmış vibrisin kənarları dalğavaridir. Rəngi fərqli şəkildə dəyişir. Bədənin üst qatı tünd, qarın hissəsi isə açıq boz rəngdədir.
Pusa hispida
Halqaşəkilli suiti (lat. Pusa hispida) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinə aid heyvan növü. Əsasən Şimal Buzlu okean sularında və ona yaxın dənizlərdə, Ladoqa gölü və Sayma gölü sularında yayılmışdır. == Xariçi görünüş == Halqaşəkilli suiti adı bu növə onun üzərində olan şəkillə əlaqədardır. Yetkin fərdin uzunluğu 1,1–1,5 metr təşkil edir. Çəkisi isə 70 kq, baltik yarımnövündə isə 100 kq olur. Onlar yaxşı, görmə qabiliyyətinə malik olurlar və yaxşı eşidirlər. == Yayıldığı ərazi == Bu növə dörd yarımnöv daxildir. Onların hərəsi bir ərazidə yaşasalarda, bu ərazilər əsasən subartik əraziləri əhatə edir. Ağ dəniz halqaşəkilli suitisi (P. h.
Pusa hispida botnica
Baltik dənizi halqaşəkilli suitisi (lat. Pusa hispida botnica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Əsasən Baltik dənizinin buzlu, soyuq sularında yaşayır. Əsasən İsveç, Finlandiya Estoniya və Rusiya dövlətlərinin Baltik dəniz sahilləri boyunca rast gəlinir. Onların sayı 6000–9000 arası qiymətləndirilir. Fin körfəzində isə 200 baş müəyyən edilmişdir. Ən böyük yerləşim yeri Xanqeloda adasıdır. Tükənmə təhlükəsi olan növlər siyahısına daxil edilmişdir. Yetkin fərdin uzunluğu 100–160 sm, çəkisi isə 45–90 kq təşkil edir.
Pusa hispida ladogensis
Ladoqa nerpası (lat. Pusa hispida ladogensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Ladoqa gölündə yaşayır. Baltik halqaşəkilli suiti 10750 əvvəl Ladoqa gölünə keçmiş və 10200–10000 əvvəl yarımnöv yaranmağa başlamışdır. Genetik baxımından Sayma nerpası ilə qohumluq əlaqəsi vardır. Bunun səbəbi Sayma gölü ilə Ladoqa gölü arasında olan Vuoksa çayı ilə birləşməsidir. Kiçik dəstələr əmələ gətirirki oradada 7–15 baş arası fərd olur. Yayda onlar gölün az məskunlaşmış şimal sahillərinə, kiçik adalarına, qayalıqları və burunlar üzərində dinçəlməyi xoşlayırlar. Qışda isə cənub və cənub şərq sahillərini üstün bilirlər. Əsasən göldə olan balıqlarla qidalanırlar.
Pusa hispida saimensis
Sayma nerpası (lat. Pusa hispida saimensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Vaxtı ilə Ansilovo gölü Baltik dənizi ilə əlaqə itmişdir. Bu səbəbdən 9000–8000 il əvvəl yarımnövə çevrilmişdir. == Yayılması və sayı == Bu yarımnöv Finlandiya ərazisində yaşayan yeganə emdemin məməli növüdür. 2014-cü ildə onların sayı 310 baş təşkil etmişdir. Əz az say göstəricisi 1990-cı ildə müəyyən edilmişdir. Cəmi 180 baş. Müəyyən edilmişdir ki onlar arasında cəmi 90 başı çütləşmə üçün yararlıdır. 2024-cü ildə dövlət proqramına əsasən onların sayını 400 başa çatdırmaq planlaşdırılır.
истяза́тельница мифотво́рчество мхи ора́тай погреба́льно центр юра́ аскаридо́з дермати́новый забежа́ть лими́тный опо́шлить перерасти́ подко́рка танбу́р умягча́ться Aleppo copy Czestochowa needle-shaped operant uncultivated лапочка расстыковываться факт