1. Kvarslı qumu əridib kimyəvi üsulla işləmək nəticəsində alınan sərt, şəffaf material. Şüşə istehsalı. Tutqun şüşə. Naxışlı şüşə. Şüşə zavodu.
□ Şüşə kimi (tək) – 1) öz parıltısı, şəffaflığı və s. cəhətdən şüşəyə oxşayan (təşbehlərdə işlənir).
2) məc. Durğun, ölgün, hərəkətsiz, cansız.
2. Bu materialdan hazırlanan nazik lay, təbəqə və ya başqa formalı şey, məmulat. Stolüstü şüşə. Şüşə güldan. Lampa şüşəsi. Şüşə tıxac. Şüşə boru.
// Şüşə qırığı, şüşə parçası. Əlimi şüşə kəsib.
□ Böyüdücü şüşə – şeyi çox böyüdülmüş şəkildə göstərən linza, ədəsə.
// Butulka. Bir şüşə limonad. İki şüşə şərab.