Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taym (jurnal)
Taym jurnalı (ing. Time) — həftəlik informasiya jurnalı. "Taym" dünyanın ən nüfuzlu xəbər və siyasət jurnallarından biridir. Jurnal, öz reklam kampaniyalarında adının "The International Magazine of Events" (Hadisələrin Beynəlxalq Jurnalı) ifadəsinin qısaltması olduğunu ifadə edir. ABŞ-də yerləşən jurnalın Avropa distributivi Taym Avropa (Time Europe), əvvəlki adı ilə Taym Atlantik (Time Atlantic), şirkətinə məxsusdur və Londonda dərc olunur. Taym Avropa Orta Şərq, Afrika və Latın Amerikasını da əhatə edir. Həmçinin, Asiya, Kanada və Okeaniya distributivi də vardır. Taym jurnalı 1923-cü ildə Brayton Heden və Henri Lyus tərəfindən ABŞ-nin ilk həftəlik xəbər jurnalı olaraq yaradılmışdır. Hazırda jurnalın həftəlik tirajı 4 milyondan artıqdır.
Taym jurnalı

TAKM
TAQM (türk. Avrasya Askeri Statülü Kolluk Kuvvetleri Teşkilatı; ing. The Association of the Eurasian Law Enforcement Forces with Military Status) — Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı. Türk dövlətlərinin (Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan) ortaq ordusu. Ordunun simvolu at heykəlidir. 25 yanvar 2013-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan arasında qurulmuş beynəlxalq rəsmi bir təşkilatdır. Təşkilatın təməli 2011-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində atılmışdır. Təşkilatın əsas qərargahı Ankarada yerləşir. Quruluş məqsədi, "Türk dövlətləri arasındakı hərbi əməkdaşlıq və həmrəyliyi inkişaf etdirmək, ortaq müdafiə etmədə olmaq və təhlükəsizliyi təmin etmək" olaraq açıqlanmışdır. == Tarixi == 2013-cü il yanvarın 23-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçirilib.
TAQM

Laym xəstəliyi
Laym xəstəliyi (ing. Lyme dis.) – spiroxeta ilə törənən (Borellia burgdorferi) gənə dişləməsindən sonra yaranan, mövsümi xarakterli, transmissiv xəstəlikdir. Dərinin (dişləmə yerində yaranan xroniki miqrəedici eritema çox xarakterikdir), ürəyin, sinir və oynaqların zədələnməsi baş verir. Ən çox dizin sinoviti olur, nadir halda xroniki hala keçir.
Meri Tamm
Meri Tamm (ing. Mary Tamm; 22 mart 1950, Bredford – 26 iyul 2012, London) - eston əsilli Böyük Britaniya aktrisasıdır. Meri Tamm xərçəng xəstəliyindən 18 ay mübarizə apardıqdan sonra 26 iyul 2012-ci ildə vəfat etmişdir. Onun dəfnindən sonra həyat yoldaşı Markus Rinqrouz ürək tutmasından vəfat edir.
Ronald Saym
Ronald Saym (ing. Ronald Syme; 11 mart 1903[…], Eltham[d] – 4 sentyabr 1989[…], Oksford) - Yeni Zelandiya mənşəli Britaniya tarixçisi. == Həyatı == Ronald Saym Yeni Zelandiyada çox da böyük olmayan Elhem şəhərində anadan olmuşdur. Oklend universitetində, Bellinqtonda Viktoriya universitetində, sonralar isə Oksford universitetində ali təhsil almışdır. 1944-cü ildən Britaniya Akademiyasının üzvü, 1949-cu ildən Oksford universitetinin qədim tarix üzrə professoru olmuşdur. 1976-cı ildə Böyük Britaniyanın Xidmət ordeni ilə təltif olunmuşdur. Ronald Saym özünün əsas əsəri olan - «The Roman Revolution» (1939) əsərində e.ə. I əsrin II yarısı - b.e.-nın I əsrinin əvvəllərində qədim Roma siyasətində və cəmiyyətində baş verən struktur dəyişiklikləri inqilab kimi qiymətləndirmişdir. (Kitabın adı buradan yaranmışdır). Saym bu əsərində qədim Roma tarixində mühüm rol oynayan ailələrin və nəsillərin (Ssipionlar, Metellər və sair) həyat yolunu təhlil edərək bu nəticəyə gəlmişdir ki, həmin dövrdə senatda yeni, əsilzadə olmayanlar daha çox üstünlük təşkil edirdilər.
Saybalı tayı
Saybalı tayı-Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndi ərazisində alınmış oroqrafik obyektlərdən biri. == Toponimikası == Qədim türk dillərində say sözü "daşlıq, düzənlik", "səhra" anlamındadır. Toponimin tərkibindəki balı sözü "sığınacaq", "qala" mənasındadır.saybalı tayı oronim relyef əsasında yaranan mürəkkəb toponimdir. Saybalı şəxs adı da məlumdur. Tağıbəyli elinin saybalı adlı tirəsi də vardır. Ağdam rayonunda Saybalı kəndi var. Vaxtilə Qərbi Azərbaycanda (Ermənistanda ) indiki Kamo rayonunda Saybalı adlı kənd olub. 1918-ci ildə azərbaycanlı əhali kənddən qovulmuş, orada Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.1946-cı ildə kənd Sarnakunk adlandırılıb.Gəncə quberniyasının (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasında (indiki Sisiyan) da Saybalı kəndi vardır. 1919-cu ildə kəndin əhalisini qovub, oraya gəlmə erməniləri yerləşdirmişlər. 1946-cı ildə ermənilər bu kəndi də Sarnakunk adlandırmışlar.
Tayms-skver
Tayms-skver (ing. Times square) — Nyu-Yorkda Vest 42-ci prospekt, Brodvey küçəsi və Yeddinci avenyu ilə kəsişdiyi qovşaq və ətrafındakı sahə. Dəqiq sərhədi yoxdur, lakin şərqdə Altıncı avenyu, qərbdə Səkkizinci avenyu, cənubda 40-cı prospekt və şimalda 53-cü prospektə qədər uzanan bir sahə olub Manhettenin Midtovn bölgəsinin qərb tərəfinə qədər uzanır. 1904-cü ilin yeni il axşamı, Tayms-skverə adını verən Nyu-York Taymsın meydandakı yeni binalarına köçməsinin atəşfəşanlıqla qeyd olunması ilə yeni bir ənənə başladı və hər il yeni il bu meydanda atəşfəşanlıqla qeyd olunmağa başlandı. Bu ənənə hələ də davam edir. Hər il meydanda minlərlə insan yeni ili göstərən məşhur işıqlı topun enişini izləyər. Tayms-skver sıx nəqliyyatı ilə məşhur olduğu kimi taksiləri ilə də məşhur bir meydandır.
Tayms meydanı

Tayo Edun
Adetayo Oluvatosin Olusequn Edun (14.5.1998) — Fulhem klubundan icarə əsasında Çempionşip təmsilçilərindən olan İpsviç Taun klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Erkən həyatı == Edun Londonun İslinqton bölgəsində anadan olmuşdur. O, Enfild Gimnaziyasında təhsil almışdır. == Klub karyerası == === Fulhem === Edun öz peşəkar karyerasında debütünü 9 avqust 2016-cı ildə Fulhem klubu ilə Liqa Kubokunda Leyton Orient klubuna qarşı oyunda etmişdir. === İpsviç Taun === 3 avqust 2018-ci ildə Edun Çempionşip təmsilçilərindən olan İpsviç Taun klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. == Milli karyerası == Edun İngiltərədə anadan olmuşdur. Valideynləri isə Sent-Vinsent və Qrenadin və Nigeriya vətəndaşlarıdır. O, İngiltərə millisinin U-17, U-18, U-19 və U-20 yığmalarında çıxış etmişdir. Edun İngiltərə U-17 millisinə 2015 UEFA Avropa U-17 Çempionatı və 2015 FİFA Dünya U-17 Çempionatında iştirak etmək üçün dəvət almışdır. Edun İngiltərə U-19 millisinə 2017 UEFA Avropa U-19 Çempionatında iştirak etmək üçün dəvət almışdır.
İqor Tamm
İqor Tamm - İqor Yevgenieviç Tamm ( 8 iyul, 1895 il, Vladivostok - 12 aprel 1971 il, Moskva) - sovet nəzəri fiziki, Nobel mükafatı laureatı (1958) Совместно с П. А. Черенковым и И. М. Франком. ↑ Показывать компактно, SSRİ Elmlər Akademiyasının akademiki (1953il). Sosialist Əməyi Qəhrəmanı (1954il). İki Stalin mükafatı laureatı. == Bioqrafiyası == 8 iyul 1895-ci ildə Vladivostokda mühəndis Yevgeni Fedoroviç Tamm (millətcə alman) və Olqa Mixaylovna Davıdovanın ailəsində anadan olub. Krım tatarının və ukraynalının nəvəsi (İqor Tammın anası Olqa Mixaylovna Davıdova, ana tərəfdən əcdadı Kobılyanski ailəsinə mənsub idi, Zaporojya Seçinin siqaret çəkən atamanının Krım xanı Gireyin qızı ilə evləndirilib) . 1898-ci ildə valideynlərinin ailəsi ilə birlikdə Yelisavetqrada (indiki Kropivnitski, Ukrayna) köçdü, İqorun atası uzun illər burada "şəhər mühəndisi" işlədi: su təchizatı və şəhər elektrik stansiyasının tikintisinə nəzarət etdi. 1901-ci ildə İqorun kiçik qardaşı Leonid doğuldu, o, sonradan SSRİ Ağır Sənaye Xalq Komissarlığının Azot Sənayesi Baş İdarəsinin baş mühəndisinin müavini oldu (o, 1937-ci il mayın 28-də döyüşlərdə əksinqilabi trotskiçi-zinovyev terror təşkilatında iştirakı ittihamı ilə güllələndi). Yelisavetqradda gimnaziyanı bitirdikdən sonra İqor Tamm Edinburq Universitetində təhsil alıb. Birinci Dünya Müharibəsi başlamazdan əvvəl o, Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinə keçdi və 1918-ci ildə oranı bitirdi və fizika diplomu aldı.
Taya mağaraları
Taya mağaraları (田谷の洞窟, Taya no dokutsu) və ya Yuqa qrotu (瑜伽洞, Yuqado) – Yaponiyanın Yokohama şəhərində yerləşən süni mağaralar şəbəkəsi. Cosen məbədinin tərkibinə daxildir. == Tarixi == Qədim dəfnetmə mağarasının ərazisində yerləşdiyi güman olunan Taya mağaralarının tarixi məbədin qurulduğu 1532-ci ildən əvvələ aiddir. Bu tunellər Kamakura dövründə (1185–1333) qazılmış və Mantra sektasına mənsub olan buddistlər tərəfindən asketik təlim yeri kimi istifadə olunmuşdur. Onlar burada meditasiya ilə məşğul olarkən divarlara müxtəlif buddist qabartma naxışları həkk etmişdirlər. Mağaraların tağlarında və qum daşı divarlarından ibarət dar keçidlərində buddist ilahları və mifoloji varlıqları, eləcə də, sanskritcə işarələrin təsvirləri yerləşir. Edo dövründə baş vermiş zəlzələ nəticəsində mağaraların tağlı tavanının bir hissəsi çökmüşdür və mağaralar uzun müddət tərk edilmiş vəziyyətdə qalmışdır. 1830-cu ildə yerli kəndlilərin çəltik zəmilərini suvarmaq üçün mağarada yerləşən bulağın suyunu çəkməyə başlamışdırlar. Bu, buddist keşişlərinin mağaralara qayıtmasına və təlimlərinə davam etmələrinə səbəb olmuşdur. 1927-ci ildə mağaralar ictimaiyyətə açılmışdır.
Krunq Tay
Ayutiya krallığı (tay อาณาจักรอยุธยา) — 1351–1767-ci illərdə indiki Tailand ərazisində hökmranlıq etmiş tay feodal buddist dövləti. Ayutiya xarici tüccarlarla səmimi idi. Bu tüccarlara çinlilər, vyetlər, portuqaliyalılar, hindlilər, yaponlar, koreyalılar, farslar, ispanlar, niderlandlılar, ingilislər və fransızlar daxil idi. Yerli hakimiyyət bu tüccarlara paytaxt Ayutiya şəhərinin qala divarlarının ətrafında kəndlər qurmağa icazə vermişdir. Xarici tüccarlar XVI əsrdə Ayutiyanı şərqdəki ən böyük və ən zəngin şəhərlərdən biri olaraq təsvir etmişdir. Kral I Ramatxibodin (1656–1688) Fransa kralı XIV Lüdovik ilə yaxın əlaqəli var idi. Dövlətdə olan fransız nümayəndəlar Ayutiyanın Paris qədər böyük və zəngin olduğunu qeyd etmişdir. 1550-ci ildən etibarən krallığın vassallarına Malay yarımadasında yerləşən bir neçə şəhər dövlətləri, Sukxotay, Lannatay və indiki Birma və Kamboca dövlətlərinin bir hissəsi aid idi. Krallığa bu dövrdə daha çox Ayutiya imperiyası deyilirdi. Avropa mənbələrində Ayutiya krallığı Siam adlandırılırdı, ancaq bir çox mənbə Ayutiyanın yerli əhalisinin özünü tay adlandırdığını, krallıqlarına isə tay dövləti mənasını verən Krunq Tay (tay กรุงไท) dediklərini sübut edir.
Muay Tay
Muay tay və ya Tay boks (Tay dili: มวยไทย, Oxunuşu: /muːaj tʰaj/) — Tailandda yaranan döyüş sənətidir. "Muay" termininin mənası sanskrit dilindəki "mavya" sözündən götürülmüş, "azadların döyüşü" və ya "azad döyüş" mənasını verir. Ayrıca olaraq, bu döyüş növünün analoqları Myanma, Kamboca və Laosda istifadə edilir. Döyüş sənətinin hansı ölkədə yaranmasında nisbətən fikir ayrılığı vardır. Bu döyüş növünün Boksa bənzərliyi vardır. Amma ondan fərqli cəhətlərinə görə fərqlənir. Məhz "tay boks" adlandırılan döyüş sənəti boksa qarşı olaraq hazırlanmışdır. Döyüş növü Karate və Uşu (Kunq Fu) sənətlərindən də fərqlənir. Burada kata və taolu kimi kompleks hərəkətlər yoxdur. Muay tay döyüşdə əl, ayaq və döyüşdə əsas olan dizlə və ya dirsəklə vurulan zərbələrdən ibarət olan sərt qədim döyüş sənətidir.
Tam məxfi
Tam məxfi (serial, 2004)
Tam ədəd
Gündəlik həyatımızda istifadə etdiyimiz ədədlər natural ədədlər adlanır. Natural ədədlər, onların əksi və 0 ilə birlikdə tam ədədlər çoxluğunu əmələ gətirir. Tam ədədlər çoxluğu Z {\displaystyle \mathbb {Z} } kimi işarə olunur. Deməli, Z = { . . . − 2 , − 1 , 0 , 1 , 2 , . . . } {\displaystyle \mathbb {Z} =\left\{...-2,-1,0,1,2,...\right\}} .
Tam ədədlər

Tay boksu
Muay tay və ya Tay boks (Tay dili: มวยไทย, Oxunuşu: /muːaj tʰaj/) — Tailandda yaranan döyüş sənətidir. "Muay" termininin mənası sanskrit dilindəki "mavya" sözündən götürülmüş, "azadların döyüşü" və ya "azad döyüş" mənasını verir. Ayrıca olaraq, bu döyüş növünün analoqları Myanma, Kamboca və Laosda istifadə edilir. Döyüş sənətinin hansı ölkədə yaranmasında nisbətən fikir ayrılığı vardır. Bu döyüş növünün Boksa bənzərliyi vardır. Amma ondan fərqli cəhətlərinə görə fərqlənir. Məhz "tay boks" adlandırılan döyüş sənəti boksa qarşı olaraq hazırlanmışdır. Döyüş növü Karate və Uşu (Kunq Fu) sənətlərindən də fərqlənir. Burada kata və taolu kimi kompleks hərəkətlər yoxdur. Muay tay döyüşdə əl, ayaq və döyüşdə əsas olan dizlə və ya dirsəklə vurulan zərbələrdən ibarət olan sərt qədim döyüş sənətidir.
Tay dili
Tay dili ( ภาษาไทย /pʰa:sa:tʰɑj/, pxasa-txay) — Tay-kaday dilləri ailəsinin tay dili qrupuna aid olan dil. Tailandın rəsmi dili. Danışanların sayı 46 milyona yaxındır. Laos dilinə və şans dilinə çox yaxındır. Tay dilində durğu işarələri yoxdur, cümlələrin sonunda sadəcə olaraq boşluq buraxılır. == Mənbə == Learning Thai the Easy Way Русский ресурс, полностью посвящённый тайскому языку. Статьи, уроки. Arxivləşdirilib 2008-12-03 at the Wayback Machine Упрощённый тайско-русский словарь Тайские словари в электронном формате.
Tay mətbəxi
Tailand mətbəxi və ya Tay mətbəxi — Tailand Krallığının mətbəxi. Tailand mətbəxi özünün qeyri-adiliyi ilə digərlərindən fərqlənir. Onun qonşu Çin mətbəxindən əsas fərqi ondan ibarətdir ki, Tailand mətbəxində inqredientlərin seçimində müəyyən sərbəstliyə yol verir. Beləliklə də o daha fərdi və orijinal olur. Lakin, Tay mətbəxində dünyanın başqa mətbəxlərinin güclü təsiri hiss olunsa da, o, həmçinin öz xüsusi yeməkləri ilə fərqlənir. Bu da onun orijinallığının sirri hesab oluna bilər. Tailand mətbəxində xörəklərin bişirmə vaxtı və ədviyyatların və ətirli otların seçimi aşbazın arzu və fantaziyasından asılıdır. Gözəl dadından başqa, xörəyin həmçinin gözəl görünüşü də olmalıdır. Çünki tailandlılar xörəyin estetik görünüşünə çox böyük əhəmiyyət verirlər. Tərəvəzlərin və meyvələrin üzərində naxışın açılması demək olar ki, incəsənətə çevrilib.
Tay əlifbası
Tay əlifbası (tay: อักษรไทย, Rom: àksŏn thai) 44 samitdən ibarət heca yazısıdır. 18 sait və 6 qoşa səsli hərf vardır. Hərflərdən 8-i yalnız Pali və Sanskrit mənşəli sözləri yazmaq üçün istifadə olunur. Bəzi samitlər üçün birdən çox variant mövcuddur. Əslində bunlar müxtəlif səslər üçündür, lakin illər keçdikcə aralarındakı fərqlər də yox olmuşdur. Tay dilində müxtəlif tonlarda tələffüz olunan sözlər müxtəlif mənalara malikdirlər və 5 tondan ibarətdir. Sözlər arasında boşluqdan istifadə edilmir, bunun əvəzində cümlənin sonuna qoyulur. Samitlər soldan sağa üfüqi, nitqdə samitdən sonra gələn saitlər isə yuxarı, aşağı, sol və ya sağ tərəfə və ya bunların birləşməsi ilə yazılır.
Tay Vest
Taymon S. Vest (5 oktyabr 1980, Uilminqton[d], Delaver) — ABŞ film rejissoru. O, qorxu janrında çəkdiyi filmlərə görə məşhurdur. == Həyatı == Tay Delaver ştatının Vilminqton şəhərində anadan olub. Onun adı olan Taymon babasının soyadı olmuşdur. Tay 2001-ci ildə "Teen People" jurnalının payız mövsümü nəşrində yer alıb. Tay Vest School of Visual Arts-da təhsil almışdır. == Şəxsi həyatı == Tay Vest avstraliyalı dicey Alison Wonderland ilə nişanlanıb. 13 iyun 2023-cü ildə onların Maks adlı bir oğlan uşağı dünyaya gəlib.
May-Tay
May-tay rom, kürasao, orşad siropu və təzə sıxılmış laym şirəsindən hazırlanan kokteyldir. Tiki mədəniyyətinin xarakterik kokteyllərindən biridir. Mütəmadi içki kimi təsnif edilir və Beynəlxalq Barmenlər Assosiasiyasının (İBA) “Müasir klassiklər” kateqoriyasında rəsmi kokteyllərindən biridir. == Tarixi == Viktor J. Bergeron 1944-cü ildə Oklend, Kaliforniya, ABŞ-da yerləşən "Trader Vic's" restoranında May-tay icad etdiyini iddia etdi. "Treyder Vic"-in sələfi "Donn Beach", bunun əvəzinə ilk dəfə 1933-cü ildə yaratdığını iddia etdi, baxmayaraq ki, uzun müddətdir ki, həmkarı Beach əslində May-tayın onun QB Cooler kokteylinə əsaslandığını iddia etdiyini söylədi. Don the Beachcomber-in resepti Vic-dən daha mürəkkəbdir və bəziləri onun dadının tamamilə fərqli olduğuna inanır. Digərləri hesab edir ki, inqrediyentlərdəki fərqə baxmayaraq, QB Cooler dadı olduqca oxşardır. May-tay 1953-cü ildə Bergeron Matson Company otelləri Royal Hawaiian Hotel və Moana Hotel üçün kokteyl menyusu yaratdıqda Havayda təqdim edildi. Kokteyl hitə çevrildi və 1959-cu ildə "ən yaxşı turist cəlbedici" adlandırıldı. Sonrakı illərdə, ananas, portağal şirəsi və tünd rom Havayda istehsal olunan "May-tayda geniş istifadə olunmağa başladı.
Muay tay