1. Başdan-başa, bütünlüklə, tamam, bütöv. Tam qaranlıq.
// Mütləq, tamamilə, ən yüksək, ən mükəmməl. Tam qələbə.
2. Vaxt bildirən saylardan əvvəl gələrək vaxtın bütövlüyünü, qalığı, kəsiri, əskiyi olmadığını bildirir; düz. Tam bir saat gözlədim.
3. Bütöv, bitmiş, qurtarmış, tamamlanmış (natamam əksi) . Tam əsər.
// Heç bir şeylə məhdud edilməyən; qeyri-məhdud. Tam hakimiyyət. Tam azadlıq vermək. Tam (z.) sahib olmaq.
4. Müəyyən, lazımi ölçüdə, normada olan. Tam metr. Tam iş günü.
5. riyaz. Kəsri olmayan, kəsrlərdən ibarət olmayan. Tamı tama bölmək. Tamdan kəsri çıxmaq.
□ Tam ədəd riyaz. – kəsri olmayan, yalnız tam(lar)dan ibarət ədəd.
◊ Tam mənasında (mənasilə) – tamamilə, bütünlüklə.
Tam məsuliyyətlə – 1) bütün məsuliyyəti, cavabdehliyi öz üzərinə götürərək. Tam məsuliyyətlə demək;
2) bütün bacarığı ilə, bütün qüvvəsini sərf edərək.
Sözün tam mənasında – bax tam mənasında (mənasilə).