Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tacca
Takka (lat. Tacca) - dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Takka:The Plant List saytında takson barədə məlumat.
Talca
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Tayfa
Tayfa — sinifli cəmiyyətdən əvvəlki dövrdə adamların qohumluq münasibətinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyi; qövm/ Tayfa sözü ərəb mənşəli isimdir, "taifə" (ərəb. طائفة‎) kimi oxunur. Bu söz ərəb dilində təriqət, sekta və ya dini icmanı bildirmək üçün istifadə olunur. Ərəbcə qəbilədən böyük insan birliyinə əl-aşirə (ərəb. العشيرة‎) deyilir. Tayfa insanların qəbilədən böyük olan birliyidir. Tayfa üzvləri qan qohumluğu ilə bir-birinə bağlı olur, bir neçə qəbilə və fratriyaya bölünür. Tayfa daxilində hər bir qəbilə müstəqil sosial istehsal vahidi olaraq qalır. Tayfanın digər əlaməti ümumi ərazi, müəyyən iqtisadi birliyin, kollektiv ovçuluq və qarşılıqlı yardım ənənələrinin, vahid dilin (dialektin), endoqamiyanın olmasıdır. Tayfa təsərrüfat fəaliyyətinin, ibtidai mədəniyyətin inkişafına, adamların birləşməsinə, dilin təkmilləşməsinə kömək etmişdir.
Tayqa
Tayqa (c.alt. tayγa, rus. тайга) — Yerin təbii zonası. Avrasiya və Şimali Amerikanın şimalında yayılmış iynəyarpaqlı meşə zolağıdır. == Bitki örtüyü == Ərazidə üstünlük təşkil edən bitki tipi tayqa mamırlı, mamırlı-kolluqlu və otlu-kolluqlu meşələrdir ki, cənubda onları yarpaqlı və enliyarpaq meşələr əvəz edir. Burada subasar çəmənliklərdə və ağacların altında çəmən ot bitkiləri də geniş yayılmışdır. Böyük sahələr, xüsusən də Qərbi Sibirdə bataqlıq assosiasiyaları ilə örtülmüşdür. Zonanın Avropa və Qərbi Sibir hissəsi iqlim şəraitinə, bitki və torpaq örtüyünə görə şimaldan cənuba üç yarım zonaya bölünür: şimali, orta və cənubi tayqa. Bu yarımzonalarda tünd iynəyarpaq meşələr hakimdir. Burada əsas meşəəmələgətirən ağaclar küknar, şam, ağ şam və sidrdir.
Bayandur (tayfa)
Bayandur — oğuz tayfalarından birinin adıdır. Oğuz tayfa birliklərinin adları Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Yazıçı oğlu Əli və Əbülqazi Xan Xivəli tərəfindən qeydə alınmışdır. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncər oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayılarla birgə dururdular, sol cinahda -bayandurlar və peçeneqlər. == Bayandur adı tarixi mənbələrdə == Mahmud Kaşğari özünün "Divani-lüğət-it türk" adlı əsərində Oğuzun 22 boydan (qəbilə-tayfa birlikləri) ibarət olduğunu göstərir. Fəzlullah Rəşidəddinin "Cami-ət təvarix" (bütün tarixlər) əsərində Oğuzların 24 boydan ibarət olduğunu göstərir. Qeyd olunan müəlliflər Bayandur tayfa adını qeyd etmişlər. Mahmud Kaşğaridə Bayandur adı üçüncü, Rəşidəddində 13-cü çəkilir. Yazıçıoğlu Əlinin "Səlcuqnamə"sində və Əbulqazi xan Xivəlinin əsərində tayfanın adı Bayandur deyil, Bayandır kimi verilmişdir. Bayandur xan adı Orxon-Yenisey abidələrində yüksək titul, fəxri ad hesab olunurdu. Ağqoyunlu tayfa birləşmələrində bayandurlar tayfasının hakim rol oynaması və ağqoyunlu hökmdarlarının bu tayfadan çıxması faktı ilə səsləşirTarixi mənbələrdə Bayandur həm antroponim, həm də etnonim kimi işlədilməsi məlumdur.
Bərgüşad (tayfa)
Bərgüşad — Azərbaycanda kürddilli tayfa. Qızılbaş tayfaları arasında olmuş, şiələrdən ibarət olmuşdur. Şah I Abbasın dövründə Yunsur paşanın başçılğı ilə Qarabağa köçmüşlər.
Cinlilər (tayfa)
Cinnilər (Cin/çen) — erkən orta əsrlərdə indiki İrəvan və indiki Gürcüstan ərazisində yaşamış türkdilli və türkəsilli tayfalardan biri olmaqla yanaşı Azərbaycan türklərinin etnogenezində rol oynamış tayfa. Mənbələrin verdiyi məlumata görə, ilkin türk dövründən başlamış XVIII əsrə qədər Gürcüstan ərazisindən Şəmkirə qədər Kür boyunca Cinni tayfaları yaşamış, XVIII əsrin sonlarında isə gürcü kralının tabeliyindən çıxaraq kəngərlilərlə birlikdə Qarabağ mahalına köçmüşlər.Goranboy rayonunun Cinli-Boluslu (indiki adı Boluslu) və Cinli-Zeynallı kəndlərini cinni tayfaları salmışlar. Mirzə Adıgözəl Bəyin "Qarabağnamələr" əsəri olan bu tarixi sənəddə, cinni tayfaları Şuşa xanı Pənahəli xana sonadək sadiq və loyal mövqedə qalmış, dönük çıxmamış və döyüşkənlikləri ilə seçilmiş qəhrəman elat olmaqla qeyd olunmuşlar. == Ümumi məlumat == Güney Qafqazda cinnilər həm Ermənistan, həm də Gürcüstan ərazisində III–IV əsrdən məskunlaşıblar. Ermənistandakı Cinnilər IV əsrdən xristian dinini qəbul etmişdilər. VIII əsrə qədər ermənlərin qoşunlarının başçılarının hamısı cinni tayfasından idi. Cinnilərin əcdadı Mamiqun adlı başçının adı ilə ermənicə Mamikonian "Mamiqunlar" adını daşıyırdılar. Gürcüstanda Kür çayının sahilində yaşayan cinnilər əvvəlcə xristian dinini qəbul etməmişdilər. Onların yaşadığı qala indi gürcü dilində Şamşvilde adlanır ki, bu da üç ox (gürcü dilində sami – üç, şvilde – ox) adının tərcüməsidir. "Sisakan tarixi" əsərinin müəllifi, əslən türk cinni olan Stepan Orbelian (atasının adı Tarsancdır.
Cəlali (tayfa)
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Fuqu (tayfa)
Fuqu — Qədim telelərin bir qolu. Başçılarının titulu eltəbər idi. Bu tayfa Tanq Taiçonq dövründə Çinə tabe olmuşdu.
Hie-tayşa
Hiyoşi məbədi (日吉大社, Hiyoşi-tayşa) – Yaponiyanın Şiqa prefekturasının Otsu şəhərində yerləşən şintoist məbədi. İkinci dünya müharibəsindən əvvəl Hie məbədi (日枝大社, Hie-tayşa) kimi tanınırdı. Məbəd iki hissədən ibarətdir: Şərq məbədi və Qərb məbədi. Bu iki məbəd Yaponiyanın milli xəzinəsi statusuna malikdir. == Tarixi == Şərq məbədi e.ə. 61-ci ildə qurulmuşdur. İmperator Tenci 668-ci ildə paytaxtı Otsu şəhərinə köçürdükdən sonra imperator ailəsinin və Yamato sarayının qoruyucusu hesab olunan Omiva məbədinin kamisi Onamuçi üçün Qərb məbədini tikdirmişdir.Buddizmin Tenday sektasının qurucusu Sayço 788-ci ildə Hiey dağında Enryaku məbədini qurduqdan sonra Hiyoşi məbədi bu məbədin qoruyucusu hesab olunmağa və tez-tez onunla assosiasiya edilməyə başlamışdır. Hiyoşi məbədinin bir çox davamçı məbədi tikilmişdir və onların arasında 21 böyük məbəd "Sannonun 21 məbədi" adı ilə tanınmışdır.XIII–XVI əsrlərdə Hiyoşi məbədi güclü məbəd kimi tanınmış və məbədin akolitləri Hiey dağının döyüşçü-keşişləri ilə birlikdə siyasi cəhətdən güclü olan qrup formalaşdırmışdırlar. Məbəd XVI əsrdə Toyotomi Hideyoşi tərəfindən yenidən inşa edilmişdir. == Xüsusiyyətləri == Hiyoşi məbədi Yaponiya yerləşən 3800-dən çox Hie Sanno məbədinin mərkəzi məbədi hesab olunur.
Hiyoşi-tayşa
Hiyoşi məbədi (日吉大社, Hiyoşi-tayşa) – Yaponiyanın Şiqa prefekturasının Otsu şəhərində yerləşən şintoist məbədi. İkinci dünya müharibəsindən əvvəl Hie məbədi (日枝大社, Hie-tayşa) kimi tanınırdı. Məbəd iki hissədən ibarətdir: Şərq məbədi və Qərb məbədi. Bu iki məbəd Yaponiyanın milli xəzinəsi statusuna malikdir. == Tarixi == Şərq məbədi e.ə. 61-ci ildə qurulmuşdur. İmperator Tenci 668-ci ildə paytaxtı Otsu şəhərinə köçürdükdən sonra imperator ailəsinin və Yamato sarayının qoruyucusu hesab olunan Omiva məbədinin kamisi Onamuçi üçün Qərb məbədini tikdirmişdir.Buddizmin Tenday sektasının qurucusu Sayço 788-ci ildə Hiey dağında Enryaku məbədini qurduqdan sonra Hiyoşi məbədi bu məbədin qoruyucusu hesab olunmağa və tez-tez onunla assosiasiya edilməyə başlamışdır. Hiyoşi məbədinin bir çox davamçı məbədi tikilmişdir və onların arasında 21 böyük məbəd "Sannonun 21 məbədi" adı ilə tanınmışdır.XIII–XVI əsrlərdə Hiyoşi məbədi güclü məbəd kimi tanınmış və məbədin akolitləri Hiey dağının döyüşçü-keşişləri ilə birlikdə siyasi cəhətdən güclü olan qrup formalaşdırmışdırlar. Məbəd XVI əsrdə Toyotomi Hideyoşi tərəfindən yenidən inşa edilmişdir. == Xüsusiyyətləri == Hiyoşi məbədi Yaponiya yerləşən 3800-dən çox Hie Sanno məbədinin mərkəzi məbədi hesab olunur.
Milanlı (tayfa)
Milli (kürd. Millî) və ya Milan (kürd. Mîlan) — Azərbaycanda kürddilli tayfa. Onlar Rusiya-İran müharibəsindən (1826-1828) sonra Anadoludan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Kəlbəcər rayonunda eyniadlı kəndlər mövcuddur. 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.Milanlı tayfası kürdlərin kurmanci qrupuna daxildir. Sosioloq Ziya Gökalpa görə, Kurmanclar üç qrupa bölünür: Boti, Mehmedi və Silivi. O, onların arasında Silivilərin Mil və Zil olaraq iki yerə bölündüyünü qeyd etmişdir. Onların sonradan Osmanlı qeydlərində Milli və Zilli adlandırılmağa başladığı qeyd edilir. O dövrdə onlar Viranşehir, Ərzurum, Bitlis, Van və Dərsim şəhərlərində, o cümlədən İran sərhədində yaşayırdılar.
Milli (tayfa)
Milli (kürd. Millî) və ya Milan (kürd. Mîlan) — Azərbaycanda kürddilli tayfa. Onlar Rusiya-İran müharibəsindən (1826-1828) sonra Anadoludan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Kəlbəcər rayonunda eyniadlı kəndlər mövcuddur. 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.Milanlı tayfası kürdlərin kurmanci qrupuna daxildir. Sosioloq Ziya Gökalpa görə, Kurmanclar üç qrupa bölünür: Boti, Mehmedi və Silivi. O, onların arasında Silivilərin Mil və Zil olaraq iki yerə bölündüyünü qeyd etmişdir. Onların sonradan Osmanlı qeydlərində Milli və Zilli adlandırılmağa başladığı qeyd edilir. O dövrdə onlar Viranşehir, Ərzurum, Bitlis, Van və Dərsim şəhərlərində, o cümlədən İran sərhədində yaşayırdılar.
Monqun-Tayqa
Monqun-Tayqa (tıva Мөңгүн-Тайга — Gümüşü dağlar) — Tıvanın Monqun-Tayqa kojuunun ərazisinə daxil olan dağ silsiləsi. Silsilə Muqur (şimaldan), Şara-Xaraqai (şərqdən və cənub-şərqdən) və Tolayta (qərbdən), Altay ilə (şərqindən) əhatələnir. Altay dağlarının Rusiya hissəsi Qərbi Sibirin bir bölgəsi hesab olunur, lakin Monqun-Tayqa 1932-ci ildə (Ubsu-Nur çökəkliyinin şimalı ilə birlikdə) Monqolustandan Tuva Xalq Respublikasına verilir. 1944-cü ildə (respublika RSFSR-in tərkibinə daxil olandan sonra) Tıva Şərqi Sibirin bir hissəsi hesab olunur. Dağın zirvəsi Şərqi Sibirin ən yüksək nöqtəsidir. Parıldayan buz günbəzi ilə fərqlənir. Aydın havada Monqun Tayqa, adını təsdiqləyən kəskin bir gümüş işığı ilə bərq vurur. Burada daim güclü külək əsir. Massivin şərq ətəyində Hindiktiq-Xol gölü ("göbəkli göl") yüksək və dik sahilləri olan, buzlaq mənşəli təmiz suyu olan böyük bir su tutarı yerləşir. Göl dəniz səviyyəsindən 2.305 m hündürlükdə yerləşir, mərkəzində gölə ad verən iki dağ adası var.
Məsqət tayfa
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır.Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır. Lakin Şirvan Xilafət tərəfindən istila edildikdən sonra bu vilayətin adını eşidən ərəblər onun Fars körfəzi sahillərindəki ərəb əmirliyi ilə həmahəng səsləndiyini görüb onu Məsqət adlandırmağa başladılar.
Püsyan (tayfa)
Püsyan — Azərbaycanda kürddilli tayfa. Qızılbaş tayfaları arasında, şiələrdən ibarət olmuşdur. Şah I Abbasın dövründə Yunsur paşanın başçılğı ilə Qarabağa köçmüşlər. Bəzi mənbələrdə onların Anadoludan gəldiyi də qeyd olunur. Buna əlavə olaraq, 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.
Qacarlar (tayfa)
Qacar tayfası (Qacar qəbiləsi; Qacar oymağı; Qacar soyu) — Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi)."An Ethnohistorical dictionary of the Russian and Soviet empires"-ə görə bu gün azərbaycanlıların İranın şimalında yaşayan sub-etnik qrupudur. == Yaşayış yerləri == Kompakt şəkildə Gorgan ostanının Sovar-Şaku şəhristanında və Mazandaran ostanının Xəzər-Cərib vadisində yaşıyırlar. Sayları 35 mindən çoxdur. == Tarixi == Qacarların əcdadları XIII-XIV əsrlərdə Orta Asiyadan Ön Asiyaya köç etmişlər. Qacar hərbçiləri Səfəvilər dövlətinin hərbi dayağı olmuşlar. == Din == Qacarların əksər hissəsi şiə müsəlmanlar, az bir hissəsi isə sünnilərdir. == Məşğuliyyətləri == Vadidə əkinçiliklə, dağlarda isə heyvandarlıqla (keçi və qoyun bəsləmənməsi) məşğul olurlar. Bir çox qacarlar şəhərlərdə yaşayırlar və yüksək sosial statusa malikdirlər. Qacarların əhəmiyyətli bir hissəsi farslar tərəfindən assimilə olunmuşdur.
Quşçu (tayfa)
Quşçu tayfası — qədim türk tayfasıdır. Azərbaycan toponimiyasında bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər vardır. == Kuşi tayfasının qısa tarixi == Eramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində yosti adı ilə məlumdur. Məhz yosti sözünün transkripsiyası tək halda kuşi və ya quşi, cəm halda quşan formasını vermişdir. Türkistanın şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman Quşi adlanmışdır. N.V.Piqulevskaya yazır ki, quşanların tərkibində türklər də vardır. Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Quşan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi, başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta Asiyada, Iran və Türkiyədə də yayılmışdır ..
Qızıl-Tayqa
Qızıl-Tayqa — Tuvada müqəddəs dağ. Qərbi Sayanın ən yüksək dağ zirvəsi. Hündürlüyü 3121 m təşkil edir. Dağın adı tuvaca Qızıl - “qırmızı” və tayqa - “meşə ilə örtülmüş dağ” mənasını verir. Qızıl-Tayqa dağı Baş silsilədən cənubda, Ak-Suq çayının başlanğıxında yerləşir. Dağ metamorflaşmış qum daşlarından, çınqıl daşlarından və konqlomeratlardan ibarətdir ibarətdir. Qızıl-Tayqanın yamacındakı bitki örtüyünə aşağıdakılar daxildir: Sibir qara şamı və Yalançı boz lalə.
Rafadan Tayfa
Rafadan Tayfa 1 dekabr 2014-cü ildə TRT Çocuk kanalında yayımlanmağa başlayan Türk animasiya cizgi filmidir. ISF Studios şirkəti tərəfindən istehsal olunan və İsmail Fidan tərəfindən istehsal və rejissorluq etdiyi animasiya Ankara'da hazırlanır. Bu gün Ramazan ayında nəşr olunan Ramazan Tayfa və gündəlik nəşr olunan Trafik Tayfa və Dijital Tayfa kimi müxtəlif seriyalar de var.
Su (tayfa)
Su tayfası — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri. E.ə. III minilliyin sonunda çivli yazılarda Urmiya gölünün cənubunda"Su adamların ölkəsi" barədə də danışılır. Su tayfaları e.ə. əvvəl XXI əsrin ikinci yarısında Mesopotomiyada hakimiyyətdə olmuş III Ur sülaləsindən asılı idi. Bunu çivli yazılarda Laqaş canişini Urdunnanın Su xalqının ensisi olaraq təqdim edilməsi faktı da təsdiq edir. Su tayfaları e.ə. 2003-cü ildə Elamlılarla birlikdə III-Ur sülaləsinə qarşı hərbi hücumunda və bunun nəticəsində həmin sulalənin süqutunda da iştirak etmişdilər. Tədqiqatlarda qaynaqlara əsaslanaraq Su tayfa adı Subar, Subir, Subi sözü ilə eyniləşdirilir. Görünür ki, bu sözlər qaynaqlarda Su tayfa adının variantları kimi verilir.
Tacca plantaginea
Bağayarpağıyabənzər takka (lat. Tacca plantaginea) - takka cinsinə aid bitki növü.
Tayna Halasima
Tayna Halasima (11 dekabr 1997) — Tonqalı sprinter. Tayna Halasima Tonqanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tayna Halasima birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 12.80 saniyəlik nəticə ilə 2-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Taypa adası
Taypa adası (çin. 氹仔島) — Makao adaları daxildir. Makao yarımadasından 2 km cənubda yerləşir və ona 3 körpü ilə birləşir:Dostluq körpüsü, san Van körpüsü, Qobernator Nobre de Karvalo. Adanın sahəsi 6,33 km²-dir. Müqəddəsana Karmel ada bələdiyəsinə daxildir. == Tarixi == Ada XII əsrdən çinlilər tərəfindən mənimsənilmişdir. 1851-ci ildə isə adanı portuqallar ələ keçirmişdir. Ada uzun müddət az əhalili olmuşdur. 1974-cü ildə Qobernator Nobre de Karvalho körpüsünün inşası ilə adada yaşayanların sayı artmışdır. == Əhali == Hazırda adada 7 nəfər yaşayır.
Tayqa gənəsi
Tayqa gənəsi (lat. Ixodes persulcatus) lat. İxodes cinsinə aid olan geniş yayılmış növdür. == Yayılması == Tayqa gənəsi tayqanın cənub meşələrində, Kamçatkada, Saxalindən tutmuş Karelfinə qədər, cənubda isə Moskva, Bryansk, Orlov və Altay vilayətlərində yayılmışdır. == Ümumi xüsusiyyətləri == Tayqa gənəsi morfoloji cəhətdən it gənəsinə oxşasa da, bəzi bioloji xüsusiyyətləri ilə ondan fərqlənir. Bu parazit yaz-yay ensefaliti virusunun keçiricisi və təbii rezervuarıdır. Tayqa gənəsi də, it gənəsi kimi üç sahiblidir. Mayalanmış dişi fərd iribuynuzlu heyvanlardan - sığırdan, maraldan qan sorduqdan sonra yerə düşüb, bitki qırıntıları altına minlərlə yumurta qoyaraq məhv olur. Yumurtadan 20-30 gündən sonra üç cüt ətraflı, tənəffüs və cinsiyyət orqanları yaxşı inkişaf etməmiş sürfə çıxır. Bu sürfələr gəmiricilərə, kirpiyə, müxtəlif quşlara yapışıb qan sorduqdan sonra yerə düşür, qabıq dəyişir və dörd cüt ətrafı olan nimfaya çevrilir.