Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tamarinda
Tamarinda (lat. Tamarindus) — paxlakimilər fəsiləsinə aid bitki cinsi. Cinsə aid yeganə Hindistan tamarindası (Tamarindus indica) növü var. Tamarindus occidentalis Gaertn. Tamarindus officinalis Hook. Tamarindus umbrosa Salisb.
İmperator Tamarin
İmperator Tamarin (Saguinus imperator) — olaraq bilinən bu növün adı, iddialara görə əslində Alman imperatoru II Vilhelm məsxərəyə qoymaq üçün qoyulmuşdur. Bəzi qaynaqlar isə bu adın Çin imperatorlarına göndərmə olaraq qoyulduğunu iləri sürürlər . Ancaq "imperator" kəliməsi, həqiqətən də növün elmi adı olaraq qeydlərə keçmişdir. Peru'nun şərqində, Amazon bölgəsində yaşayan İmperator Tamarin'i Bolivya və Brazilya'nın bəzi əyalətlərində də görülmüşdür. Meşələrdə ağaclar üzərində yaşayaraq çeşidli bitkilər, bitki nektarları və böcəklərlə bəslənirlər. Pəncələri və əlləri cisimləri tutmaq və saxlamaq mövzusunda püxtələşəcək şəkildə təkamülləşmişlər. Məsələn pəncələri sayəsində bitki gövdələrini parçalayaraq içlərindən çıxan saqqızı yeyebilirlər . Normalda tükləri çoğunluqla bozdur, Sinəsinde ise sarı bənəklər görülə bilər. Əlləri və ayaqları qara, quyruğu isə qəhvəyidir. Onu maraqlı edən isə dişiləri çəkmək üçün istifadə etdiyi və olduqça maraqlı quruluşda olan "saqqal" ve "bığ"larıdır.
Tamariks
Yulğun (lat. Tamarix) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinə aid bitki cinsi.
Tamarindus
Tamarinda (lat. Tamarindus) — paxlakimilər fəsiləsinə aid bitki cinsi. Cinsə aid yeganə Hindistan tamarindası (Tamarindus indica) növü var. Tamarindus occidentalis Gaertn. Tamarindus officinalis Hook. Tamarindus umbrosa Salisb.
Tamarisi
Tamarisi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Bolnisi rayonunda qəsəbə. Bolnisi şəhərindən 19 km şərqdə, dəniz səviyyəsindən 361 metr hündürlükdə yerləşir. 1982-ci ilin əvvəlində kənddə quşçuluq fabrikinin inşası başa çatdıqdan sonra 31 mart 1982-ci ildə Tamarisi qəsəbəsi təşkil edildi. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tamarisi qəsəbəsində 434 nəfər yaşamaqdadır və onların 304 nəfərini gürcülər, 130 nəfərini isə azərbaycanlılar təşkil edir. 2014-cü ildə həyata keçirilmiş rəsmi siyahıyaalmaya əsasən qəsəbə sakinlərinin sayı artaraq 510 nəfərə çatmışdır.
Samarin
Samarin - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan şəhər. 2006-cı il siyahıya alınmaya görə kənddə 3.146 nəfər yaşayır (711 ailə). Kəndin yerliləri bu kəndi 7 qismə bölürlər ki bunlardan ibarətdir: Hüseynabad Orta Küçə Pir Qollu Cəbrayıl Qaraxanlı Sadıqlı Hüseyn Allı Gərək bunuda artıraq ki hər məhəllədə yuxarıda adları çəkilən tayfalara özəldir. Sultan Xoca Əli Türbəsi: Məqbərəninin tikintisi ilkdə suvaqdan olsa da 1996-cı ilin zəlzələsində tam darmadağın olub və sonra kərpiçdən üzərində yeni bir bina tikilibdir. Kənddə yerləşən üç meşə ağacı ki onların ömürləri min ildəndə daha çoxdur və Xoca Əli türbəsinin yanında yerləşiblər. Üç Otaq adında bir əski köhül ki onun içində əvvəliyyə insanlar yaşayarmışlar. Zərdüştilərdən qalan bir neçə qəbir Daşdan salınmış böyük və əski heykəllər Çox sayda bağ və ağaclıqlar o cümlədən qoz bağları. Əski dəyirmanlar Bir neçə şəlalə Cəbrayıl Bulağı Mehdi Bulağı Qalacıq piri Kəndin ürünlü əkin yerləri və yaşıl tarlalar.
Tamarix
Yulğun (lat. Tamarix) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinə aid bitki cinsi.
Tamarindus indica
Hindistan tamarindası (lat. Tamarindus indica) - tamarinda cinsinə aid bitki növü. Tamarindus occidentalis Gaertn. Tamarindus officinalis Hook. Tamarindus umbrosa Salisb.
Tamarindus occidentalis
Hindistan tamarindası (lat. Tamarindus indica) - tamarinda cinsinə aid bitki növü. Tamarindus occidentalis Gaertn. Tamarindus officinalis Hook. Tamarindus umbrosa Salisb.
Tamarindus officinalis
Hindistan tamarindası (lat. Tamarindus indica) - tamarinda cinsinə aid bitki növü. Tamarindus occidentalis Gaertn. Tamarindus officinalis Hook. Tamarindus umbrosa Salisb.
Tamarindus umbrosa
Hindistan tamarindası (lat. Tamarindus indica) - tamarinda cinsinə aid bitki növü. Tamarindus occidentalis Gaertn. Tamarindus officinalis Hook. Tamarindus umbrosa Salisb.
Tamarisi (Sarvan)
Tamarisi (18 fevral 1944-cü ildən: gür.: g.ə. თამარისი, l.ə. tamarisi) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. 1908-ci ildə alman koloniyası olan Yelizavettal kəndindən (hazırda Ağbulaq bələdiyyəsində Asureti kəndi) bura köçüb yerləşmiş alman əsilli əhali tərəfindən salınmış və Traubenberq kəndi adlandırılmışdır. 15-30 oktyabr 1941-ci ildə burada məskunlaşmış alman əsilli əhali məcburi şəkildə Qazaxıstana deportasiya olundu. Almanların sürgün edilməsindən bir müddət sonra 18 fevral 1944-cü ildə Traubenberq kəndinin adı gürcüləşdirilərək Tamarisi kəndi adlandırıldı. 17 dekabr 1926-cı il siyahıyaalınması zamanı Gürcüstan SSR Borçalı qəzasının Traubenberq kəndində 99 evdə 420 nəfər əhali qeydə alınmışdı. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 88%-i gürcülərdən ibarət 1.690 nəfər (817 nəfəri kişilər, 873 nəfəri qadınlar) əhali yaşayır. Və onlardan təxminən 100 nəfərini azərbaycanlılar təşkil edir.
Samarina (kənd)
Samarina (yun. Σαμαρίνα, arom. Samarina) —Yunanıstanın şimal-qərbində kənd. Dəniz səviyyəsindən 1,220 metr hündürlükdə, Afinadan 333 kilometr şimal-qərbdə, Salonikidən 174 kilometr cənub-qərbdə, Kozanidən 69 kilometr cənub-qərbdə və Qrevenadan 36 kilometr qərbdə yerləşir. Qərbi Makedoniya periferiyasındakı Qrevena periferik vahidindəki Qrevena icmasına (dim) daxildir. 2011-ci il siyahıyaalınmasına əsasən, kənddə 378 nəfər yaşayır. Sahəsi 25,292 kvadrat kilometrdir. Əhalinin əsas hissəsini arumınlar təşkil edir. Əhali dinamikası belədir: Yayda turistlərin hesabına əhali 5,000 nəfərə qədər artır.
Amerind dilləri
Amerind dilləri — Kolumböncəsinə qədər Amerika qitəsində danışılan yerli dillər - başda qədim astek, maya, keçua dillərini ehtiva edən böyük dil ailəsi. Amerind dilləri hipotezi ilk dəfə amerikalı linqvist Cozef Qrinberq tərəfindən elm dünyasında təklif olunmuşdur. Hipotezin təsdiqlənmiş və çözülmüş iddiaları mövcuddur.
Tamarix kotschyi
İncəyarpaq yulğun (lat. Tamarix kotschyi) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. Orta Asiya (Qaraqum, Pamir-Altay, Kopetdağ, Badxız), İraq, İran və Əfqanıstanda təbii arealı vardır. Təbiətdə boyu 4–6 m-ə qədər olan koldur. Gövdəsinin qabığı sarımtıl boz, sarımtıl-qonur rəngdə olur. Birillik zoğları isə açıqqonur və ya qırmızımtıl qonur rəngdə olur. Çiçəkləri 4 üzvlü olub, çiçək saplağı kasacıqdan iki dəfə uzundur. Bitkinin ləçəkləri ağ çəhrayı və bəzən isə mavi rəngdə olur. Meyvəsi qutucuqdur. Toxumları kiçik olur və hər qutucuqda 15-ə qədər toxum olur.
Tazarin (şəhər)
Tazarin (ərəb. تازارين‎, bər. ⵜⴰⵣⴰⵔⵉⵏ, fr. Tazzarine) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətinin Zaqora əyalətində şəhər. 2014-cü ildə keçirilən əhali siyahıyaalmasına görə şəhərdə 15.169 nəfər yaşayır. Şəhər mərkəzi dəniz səviyyəsindən 846 metr (2,776 ft) yüksəklikdə yerləşir. Tazarin Zaqora şəhərindən 113 kilometr (70 mil), Varzazat şəhərindən isə 175 kilometr (109 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Sağro dağı yerləşir. Şəhərdə beş murabit türbəsi var. Tazarin şəhərinin yaxınlıqlarında təqribən b.e.ə.
Tamarix hohenackeri
Tamarix smyrnensis (lat. Tamarix smyrnensis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 5-i dərman bitkisidir. Hündürlüyü 2.5–3 (bəzən 6) m çatan kol və ya kiçik ağacdır. Gövdəsinin qabığı qırmızı-mixəyi, birillik budaqları isə qonur-köhrən rəngdədir. Yarpaqlarının uzunluğu 1–5 mm, eni 1mm qədər, xətti-lansetvari və lansetvaridir. Çiçəklərinin ləçəkləri ağ, açıq çəhrayı və ya əlvan çəhrayı rəngdə, yumurtavari elliptik formalıdır. Uzunluğu 1–8 sm, eni 3–7 mm olan salxımlar əmələ gətirirlər. Salxımlar tək və dəstə şəklində 2 sm qədər olan çiçək saplaqları üzərində yerləşir. Qutucuğunun uzunluğu 4–6 mm, eni 2 mm-dir, hər birində orta hesabla 25–27 xırda toxum vardır.
Tamarix florida
Əlvan yulğun (lat. Tamarix florida) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. İranda, Оrta Asiyada, Qafqazda təbii halda bitir. Hündürlüyü 8 m-ə çatan ağac və ya kоldur. Qabığı qırmızımtıl, cavan zоğları açıq-qоnur rəngli, budaqda çохsaylıdır. Çiçək salхımı sadədir, yarpaq qоltuğunda yеrləşib, uzunluğu 9 sm-ə çatır. Çiçəkləri 5 üzvlü, ləçəkləri çəhrayı və ya ağdır. Еrkəkciyi 5, nazik sapvaridir, tacdan yuхarıda yеrləşir. Dişiciyi bir, yumurtalığı üst, bir yuvalıdır. Sütuncuğu yumurtalıqdan bir nеçə dəfə qısadır, 3-4-dür.
Tamarix leptopetala
İncəyarpaq yulğun (lat. Tamarix kotschyi) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. Orta Asiya (Qaraqum, Pamir-Altay, Kopetdağ, Badxız), İraq, İran və Əfqanıstanda təbii arealı vardır. Təbiətdə boyu 4–6 m-ə qədər olan koldur. Gövdəsinin qabığı sarımtıl boz, sarımtıl-qonur rəngdə olur. Birillik zoğları isə açıqqonur və ya qırmızımtıl qonur rəngdə olur. Çiçəkləri 4 üzvlü olub, çiçək saplağı kasacıqdan iki dəfə uzundur. Bitkinin ləçəkləri ağ çəhrayı və bəzən isə mavi rəngdə olur. Meyvəsi qutucuqdur. Toxumları kiçik olur və hər qutucuqda 15-ə qədər toxum olur.
Tamarix meyeri
Meyer yulğunu (lat. Tamarix meyeri) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. İlk dəfə Хəzər dənizi ətrafında təsvir еdilib. İranda, Balkanda, Kiçik Asiyada, Qafqazda, Оrta Asiyada, Aralıq dənizi ölkələri ətrafında təbii halda bitir. Hündürlüyü 6 m-ə çatan iri kоldur. Gövdəsinin qabığı bоz və ya qоnur-bоz rəngdədir. Birillik zоğları yaşılımtıl rənglidir. Yarpağı хətvari-lansеtvaridir. Çiçəyi 4-5 üzvlü, ləçəkləri ağ və ya çəhrayı rənglidir. Еrkəkciyi 4-6 ədəddir, çiçək tacı ilə еyni səviyyədə yеrləşir.
Tamarix octandra
Səkkizerkəkcikli yulğun (lat. Tamarix octandra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. Şərqi və Cənubi Zaqafqaziyada, İranda bitir. Sarımtıl-qonur qabığı olan kiçik ağacdır. Çətri çoxsaylı budaqlardan ibarətdir. Yarpaqları növbəli, oturaqdır. Çiçək qrupu yan, çiçək altıqları uzun, xətvaridir. Çiçəkləri xırdadır. Mayda çiçəkləyir, iyunda meyvə verir. Dəniz səviyyəsindən 700-1100 m hündürlükdə, çayların kənarında, şoran torpaqlarda bitir.
Tamarix ramosissima
Çoxbudaqlı yulğun (lat. Tamarix ramosissima) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. Balkanda, Kiçik Asiyada, İranda, Mоnqоlustanda, Yapоniyada, Çində, Оrta Asiyada, Qafqazda təbii halda bitir. Hündürlüyü 8 m-ə çatan, qırmızımtıl-pas rəngli və ya sarımtıl qabıqlı ağac və ya kоldur. Birillik zоğları bоzumtul-yaşıl rənglidir. Çiçəkləri 5 üzvlü, ləçəkləri çəhrayı, ağ və ya çəhrayı-bənövşəyi rənglidir. Sütuncuğu 3-dür. Hər qutucuqda çохlu tохum оlur. May-iyun aylarında çiçəkləyir. Mеyvəsi iyulda yеtişir.
Tamarix smyrnensis
Tamarix smyrnensis (lat. Tamarix smyrnensis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 5-i dərman bitkisidir. Hündürlüyü 2.5–3 (bəzən 6) m çatan kol və ya kiçik ağacdır. Gövdəsinin qabığı qırmızı-mixəyi, birillik budaqları isə qonur-köhrən rəngdədir. Yarpaqlarının uzunluğu 1–5 mm, eni 1mm qədər, xətti-lansetvari və lansetvaridir. Çiçəklərinin ləçəkləri ağ, açıq çəhrayı və ya əlvan çəhrayı rəngdə, yumurtavari elliptik formalıdır. Uzunluğu 1–8 sm, eni 3–7 mm olan salxımlar əmələ gətirirlər. Salxımlar tək və dəstə şəklində 2 sm qədər olan çiçək saplaqları üzərində yerləşir. Qutucuğunun uzunluğu 4–6 mm, eni 2 mm-dir, hər birində orta hesabla 25–27 xırda toxum vardır.
Tamarix tetrandra
Dörderkəkcikli yulğun (lat. Tamarix tetrandra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. Cənubi və Şərqi Zaqafqaziya, Ukrayna, Moldova, Orta Asiya, Kopetdağ, Badxız, Pamir Alay, Türkiyə, İraq, İran və Əfqanıstanda təbii arealı vardır. Təbiətdə hündürlüyü 6 m-ə qədər, ağac və ya kol şəklində olan oduncaqlı bitkilərdir. Gövdəsinin qabığı qara və ya tünd qonur rəngində olur. Bitkinin yarpaqları çox kiçilmiş və pulcuq halını almışdır. Çiçəkləri ikicinsli 4-5 üzvlü çiçək tacı ağ və ya çəhrayı rəngdədir. Erkəkciyi 4 ədəd olmaqla bölümlüdür. Çiçək tacı ilə eyni səviyyədə yerləşir və ya ondan azacıq uzundur. Aprel-may ayında çiçəkləyir.
Məzrayı-i Tamarçin (Piranşəhr)
Məzrayı-i Tamarçin (fars. مزرعه تمرچين‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (9 ailə).