Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pankost
Pankost şişi – ağciyər zirvəsinin şişi olub, yuxarı ətrafın nevroloji və damar simptomları ilə müşayiət olunur.
Tanais
Tanais (q.yun. Τάναϊς) — Don çayının mənsəbində antik şəhər (e.ə. III əsr — V əsr). Eramızın I əsrində Bosfor dövlətinin tərkibinə daxil idi. Şəhər Rostov-na-Donu şəhərindən 30 km qərbdə, Nedviqovka xutoru yaxınlığında yerləşir. Tanais qoruğu Rusiyanın ən böyük arxeoloji muzey-qoruqlarından biridir. Qoruq ərazisi təxminən 3 min hektardır. Qoruq ansamblına müxtəlif tarixi abidələr, fərqli zamanların mədəniyyət nümunələri, eləcə də paleolitdən tutmuş XIX əsrə kimi müxtəlif xalqların yaşayış məntəqələri daxildir. Tanais qədim yunan sivilizasiyasının ən ucqar şimal məntəqəsi hesab edilir. Tanaisin əsası e.ə.
Tanqıt
Tanqıt — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda 190 nəfər əhali yaşayır.
Pankisi dərəsi
Pankisi dərəsi (gürc. პანკისის ხეობა, Pankisis Xeoba) — Gürcüstanın şimal-şərqində Rusiya Federasiyasının subyekti Çeçenistan Respublikası ilə sərhəddə yerləşən vadi, dərə. İnzibati cəhətdən Kaxeti mxaresinin Axmeta bələdiyyəsi ərazisinə daxildir. Dərə əhalisinin 75%-i çeçenlərin subetnik qrupu sayılan kistlərdir.
Xankişi Xankişiyev
Xankişiyev Xankişi Səməd oğlu — "Tərəqqi" medalı laureatı, Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə” kafedrasında dosent,iqtisad elmləri namizədi. Xankişi Xankişiyev 28 aprel 1952-ci ildə Sabirabad şəhərində anadan olub. 1959-cu ildən 1969-cu ilədək orta məktəbdə oxuyub. 1969-cu ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) Ümumiqtisad fakultəsinə daxil olub. 1974-cü ildə həmin institutu bitirərək iqtisadçı, siyasi iqtisad müəllimi ixtisası alıb. 1974-cü ilin noyabrından 1975-ci ilin noyabrınadək ordu sıralarında hərbi xidmətdə olub. 1978-1982-ci illərdə Bakı Dövlət Universitetində siyasi iqtisad ixtisası üzrə qiyabi aspiranturada oxuyub. 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində siyasi iqtisad ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. 1988-ci ildə dosent elmi adı alıb. 1974-1988-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq təsərrüfatı İnstitutunda Siyasi iqtisad kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim və baş müəllim vəzifələrində çalışıb.
Milçəklər tanrısı
Milçəklər tanrısı və ya bəzən Milçəklər kralı — Nobel mükafatını qazanmış ingilis yazıçı və şair Vilyam Qoldinq tərəfindən 1954-cü ildə yazılan alleqorik roman. Kitabda baş verən hadisələr İkinci Dünya müharibəsindən sonra uydurulan nüvə müharibəsi illərində baş verir. Vilyam Qoldinq bu kitabı İkinci Dünya müharibəsindən sonra gördüyü vəhşiliklərdən sonra insan təbiətinin içindəki pisliyi və vəhşiliyi əks etdirmək üçün yazmışdır. Kimsəsiz adaya düşən 4 uşaqdan ibarət qrup həyatda qalmaq üçün birləşirlər. Öz aralarında iş bölgüsü aparırlar. Bu zaman qrupa adanın başqa hissələrinə düşən uşaqlar qoşulunca bir idarəetməyə ehtiyac duyurlar. Aralarında baş verən mübahisənin həllini bir lider seçməkdə görürlər. Axırda Ralf lider seçilir. "Donuzcuq" ləqəbli uşaq tapdığı balıqqulağı ilə diqqəti üzərinə çəkir, amma balıqqulağı liderin əlinə keçdikdən sonra ona yönələn diqqət dağılır. Daha sonra katolik məktəbin uşaqlarından ibarət qrupda bu qrupa qoşulur və liderlik problemi böyüyür.
Pankost şişi
Pankost şişi – ağciyər zirvəsinin şişi olub, yuxarı ətrafın nevroloji və damar simptomları ilə müşayiət olunur.
Taksit kartı
Taksit Kart — plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemin şərti adıdır. Azərbaycan bankları 2012-ci ildən etibarən taksit kart sistemini tətbiq etməyə başlayıblar. Hal-hazırda 5 bank sistemi tətbiq etməkdədir. 2014-cü ilə qədər sistemi tətbiq edəcək bankların sayının 10 olacağı proqnozlaşdırılır.
Tanais kinoteatrı
Tanais kinoteatrı — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr. Kinoteatr Novoçerkassk şəhəri, Platovski prospektində yerləşir. Bina 1903-cü ildə təsis edilmşdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. 1903-cü ildə Novoçerkassk şəhəri, Platovski prospekti, Kondratovların binasında "Pate" adlı kinoteatr fəaliyyətə başlamışdır. Buraya gətirilən texnika Parisdən gətirilmişdi. Texnika fransız "F. və E. Pate" şirkətinə məxsus olduğundan kinoteatrda məds bu cür adlandırılmışdı. Yerli kazax Evdikiya Petrovna Kondratovna binada kinoteatrın quraşdırılmasını təmin etmişdi. Bu şəhərdə kinoteatra uyğun şəkildə inşa edilmiş ilk bina idi.
Tanişa Mukherci
Tanişa Mukherci (1 yanvar 1978)— hind aktrisası və modeli. Aktrisa, produserdir. 1 yanvar 1978-ci ildə Mumbay şəhərində anadan olmuşdur. Bacısı tanınmış aktrisa Kacol Mukhercidir. Tanişa– hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Subaydır.
Tanqıt bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hapi (Nil tanrısı)
Hapi (Nil tanrısı) — Hapi qədim Misir dinində Nil çayının illik daşqınlarının tanrısı idi. Daşqın nəticəsində çayın sahillərində misirlilərə məhsul yetişdirmək imkanı verən zəngin lil (münbit torpaq) əmələ gəlib. Hapi misirlilər arasında geniş qeyd olunurdu. Hapinin bəzi titulları "Balıqların və Bataqlıq quşlarının Rəbbi" və "Bitki gətirən çayın Rəbbi" idi. Hapi adətən böyük qarnı və böyük sallanan sinəsi olan, bel paltarı geyən və təntənəli saxta saqqallı androqin fiqur kimi təsvir edilir. == Mifologiya == Nil çayının illik daşqını bəzən Hapinin gəlişi adlanırdı. Bu daşqın başqa bir səhra ərazisində münbit torpaq təmin etdiyi üçün Hapi məhsuldarlığı simvollaşdırdı. Zəngin və qidalı məhsul gətirdiyi deyildiyi üçün böyük qadın döşləri var idi. Bərəkətli təbiətinə görə o, bəzən “tanrıların atası” hesab olunurdu və kosmosun, dünyanın və ya kainatın tarazlığını qorumağa kömək edən qayğıkeş ata hesab olunurdu. Onun Asvan yaxınlığında Nil çayının ehtimal olunan mənbəyində bir mağarada yaşadığına inanılırdı.
Milçəklər tanrısı (roman)
Pankisi vadisi böhranı
Pankisi vadisi böhranı — 2000-ci illərin əvvəllərində Gürcüstanda meydana gələn hərbi səviyyəli siyasi böhrandır. Gürcüstan Rusiya və ABŞ tərəfindən Pankisi vadisindəki Əl-Qaidə təhdidlərini dəf etmək üçün təzyiq altında idi. Əbu Musab əz-Zərkavinin Əl-Qaidənin varlığının güclü olduğu Çeçenistana baxmayaraq, niyə Pankisi vadisinə köçməyi seçdiyi bilinmirdi. 2003-cü ilin əvvəllərində İraq müharibəsi zamanı Birləşmiş Krallıq, Fransa və İspaniyada yüzlərlə Şimali Afrika mənşəli şəxs (əsasən, əlcəzairli) risin və digər kimyəvi silah hazırlamaqda ittiham edildi. Sergey İvanov İspaniya şübhəlilərinin Pankisi vadisində Əl-Qaidə terrorçuları tərəfindən təlim gördüyünü və hətta, Usama Bin Ladenin Axmeta bələdiyyəsində bir yerdə gizlənmiş ola biləcəyini bildirdi. Bundan əlavə, risin istehsal edən bir neçə Əl-Qaidə labarotoriyasının varlığı haqqında iddialar da var idi. Bununla birlikdə, risin istehsalı Gürcüstanda yetişdirilməyən böyük miqdarda Hind lobyası gərəkdirdiyindən iddialar əsaslı deyildi. ABŞ komandırlərin rəhbər olduğu gürcü terrorla mübarizə bölmələri onlarla ərəb yaraqlını vadidə zərərsizləşdirdi. Əməliyyatın sürətli və şiddətli forması bölgədəki çeçen yaraqlıların gizlənməsinə səbəb oldu. Gürcülər və ABŞ vadini dolduran yaraqlılara ciddi təzyiq tətbiq edərək naməlum sayda yaraqlını ələ keçirdi.
Fırat Tanış
Nuri Fırat Tanış 5 may, 1975), türkiyəli aktyor və musiqiçi. == Həyatı == İstanbul Universitetinin Dövlət Konservatoriyasının Teatr Fakültəsinin məzunu olan sənətkar, teatra lisey dövründə Məmməd Beyazid Məktəbində başlayıb. Bir müddət Şəhər Teatrında vəzifə etdiyi 1998–2001-ci illərdə Nail Ol Sabunçu, Məmməd Ulusoy, Kamal Kocatürk kimi rejissorlarla çalışdı. 2000–2010 tarixləri arasında Sirr Uşaqları-2002, Tramvay-2003, Ağ Mələk, Dilbərin Səkkiz Günü, Vay Qardaş-Manik, Tika, Dildo kino filmlərində və Adəm ilə Həvva, Radyo-Madyo, Yeddi Təpə İstanbul, Fələk Nə Demək, Şeytan, Ətrafda Gizlənir, Eşqə Sürgün, Cökələr Altında, Bənövşə İlə Xəlil, Geniş Ailə televiziya çəkilişlərində rol aldı. Musiqi sahəsində də çalışmaları olan sənətkarın sözü-musiqisi özünə aid olan işləri Əmrə Altuğ, Levent Yüksəl, Gülay kimi analitiklər tərəfindən səsləndirilmişdir. 1 Oktyabr 2012-ci ildə qurulan gündəlik sol Qəzetinin mədəniyyət səhifəsində 3 Dekabr 2012-ci ildən etibarən tin dramaturgiya edilmişdir.
Tanit Belbin
Tanit Belbin və Bencamin Aqosto cütlüyü 1999-2000-ci illər mövsümündə gənclər arasında Kanada və Yaponiya Qran-Prilərində mübarizə apardı. 28-30 sentyabrda Kanadanın Monreal şəhərində baş tutan gənclərin ISU Kanada Qran-Prisinin məcburi rəqsində, orijinal rəqsində və sərbəst rəqsində birinci pillələrin sahibi olan Tanit Belbin və Bencamin Aqosto cütlüyü, ümumi nəticədə 2.0 balla gənclərin ISU Kanada Qran-Prisinin qalibi oldu. Daha sonra Tanit Belbin və Bencamin Aqosto cütlüyü, Yaponiyanın Naqoya şəhərinin ev sahibliyində baş tutan gənclərin ISU Yaponiya Qran-Prisində mübarizə apardı. Nəticədə Tanit Belbin və Bencamin Aqosto cütlüyü gənclərin ISU Yaponiya Qran-Prisinin gümüş medalına sahib oldu. Karyerası ərzində 11 mövsümdə mübarizə aparan Tanit Belbin və Bencamin Aqosto cütlüyü, 25 qızıl, 18 gümüş və 6 bürünc medala sahib olub.
Çar tankı
Çar tankı, Pipistrellus (yarasa cinsi) və ya Lebedenko Tankı (танк Лебеденко) mənası verən Netopyr (Нетопырь) olaraq da tanınır, Nikolai Jukovski (Николай Жуковский), Nikolai Lebukenko (Николай Лебедия), Boris Stechkin (Борис Стечкин) və 1914-cü ildən Alexander Mikulin (Александр Микулин) tərəfindən hazırlanmış qeyri-ənənəvi bir rus zirehli maşını idi. İlkin sınaqlardan sonra avtomobilin qeyri-kafi və top atəşinə qarşı həssas olduğu irəli sürüldükdən sonra layihə ləğv edilmişdir. Bu layihə sənaye dizaynı tələbələri arasında dizayn üçün uyğun olmayan mühəndisliyin dağıdıcı bir uğursuzluğu kimi tanınır. Müasir tanklardan fərqli olaraq, tırtıllardan istifadə etmirdi - əksinə üçtəkərli velosiped dizaynından istifadə edirdi. İki ön təkər ilə təxminən 9 metr (30 ft) diametrə malik olarkən; arxaya quraşdırılmış üçüncü təkərin diametri yalnız 1,5 metr (5 ft) idi. Üst top qülləsi təxminən 8 metr (26 ft) hündürlüyə çatmışdır. Gövdə sponsorlardakı toplarla 12 metr (39 ft) idi. Bundan əlavə, qar altında əlavə silahlar planlaşdırılırdı. Hər təkərə 250 at gücündə (190 kVt) Günəş şüası ilə işləyən mühərriklər güc verirdi. Böyük təkərlər əhəmiyyətli maneələri aşmaq üçün nəzərdə tutulmuşdu.
Özünü Tanıt
"Ozünü Tanıt" teleşousu, Böyük Britaniyada populyar "Got Talent" telelayihəsinin rəsmi şəkildə alınmış Azərbaycan versiyasıdır. Bu layihə 2005-ci ildə yaranıb və bu verilişdə, yaşından asılı olmayaraq bütün iştirakçılar oz unikal bacarıqlarını numayiş etdirə bilər- muğənnilik, rəqs, akrobatik hərəkətlər, döyüş növləri və s. Qeyd edək ki, bu layihə Rusiyada "Minuta Slavı", Turkiyədə isə "Yetenek Sizsiniz" adı ilə yayımlanır. 2014-cü ilin hesabatına görə, 58 ölkə bu layihənin lisenziyasını əldə edib. Azerbaycanda isə bu şounun rəsmi lisenziyası Kaspi Global MMC şirkəti terəfindən əldə edilib. Bu layihə, Ginnesin rekordlar kitabına da ən məşhur veriliş kimi düşüb. "Özünü Tanıt" ATVdə Şamxal Həsənlinin prodüserliyi ilə dünyaca məşhur "Got Talent" verlişinin Azərbaycan versiyasıdır. Münsiflər heyətinə Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova, Azərbaycan Respublikasının Xalq artistii Murad Dadaşov və reper ABD Malik daxildir. Birinci sezonun qalibi Elxan L Mefisto ləqəbi ilə tanınan illüziyaçı Elxan Məmmədovdur.
Kreyser tankı
Kreyser tankı (və ya digər adları ilə süvari tankı və ya sürətli tank) Böyük Britaniya tərəfindən Birinci Dünya müharibəsi ilə İkinci Dünya müharibəsi dövrü arasında hazırlanmış olan yeni bir tank sinfi olmuşdur. Kreyser sinfində olan gəmilər kimi, kreyser tankları da daha sürətli və daha mobil olmaları ilə seçilirdilər. Onlar bu xüsusiyyətləri ilə digər ağır və yavaş hərəkat qabiliyyətinə sahib olan piyada tanklarından fərqlənirdilər. Hobart və Liddell-Hart tərəfindən yaradılmış və inkişaf etdirilmiş olan bu nəzəriyyəyə görə, əvvəlcə ağır piyada tankları tərəfindən cəbhədə bir yol, cığır açılmalı və bundan sonra da onlardan daha sürətli olan kreyser tankları sürətlə irəliləyərək düşmənin arxa tərəfinə sızmalı idilər. Düşmənin arxa cəbhəsinə sızan bu tanklar düşmənin rabitə və maddi-texniki təminat xətlərini kəsməli idilər. Əsas diqqət sürətə verildiyinə görə ilk istehsal olunan kreyser tanklarının çox incə zirehləri və eyni zamanda da yüngül silahları var idi. Lakin sürətə bu qədər əhəmiyyət verildiyinə görə ilk kreyser tanklarının zirehləri o dövrün şərtlərinə görə çox qeyri-adekvat idi. O dövrdəki zamanın şərtlərində yüngül zirehli texnikaların ön cəbhələrdə sağ qalmayacağı başa düşülməmişdi. Bu tankıar üçün digər mühüm çatışmazlıq isə kreyser tanklarının çox kiçik çaplı silahlar daşıması idi. Bir çox tankda 40 mm-lik silahlar mövcud idi.
Piyada tankı
Piyada tankı ideyası Böyük Britaniya tərəfindən İkinci Dünya müharibəsi zamanı ortaya atılmış olan bir termindir. Bu tanklar süvari tanklarından daha qalın zirehlərlə örtülməsi ilə fərqlənirdilər. Bu formada da arxadan gələn piyada birliklərinin müdafiəsini təmin edərək, güclü müdafiə olunan düşmən xətlərini yarmaqda istifadə edilmək üçün nəzərdə tutulmuşdurlar. Piyada tankları cəbhədə cığır açandan sonra daha yüngül və sürətli süvari tankları sürətlə düşmənin arxasına düşməli, cəbhənin arxasındakı düşmənin rabitə və təchizat yollarını kəsməli idi. Ənənəvi hərbi terminologiyada piyada tankları mahiyyətcə ağır tanklar, süvari tankları isə orta tanklar, yüngül tanklar və yaxud da zirehli maşınlar hesab olunurlar. Piyada və süvari tankları arasındakı parçalanma Birinci Dünya müharibəsi zamanı Britaniyanın ağır tankları ilə sürətli Whippet Medium Mark A və onun varisləri, Medium Mark B (tank) və Medium Mark C (tank) arasında baş vermişdir. Bu, xüsusilə müharibələrarası dövrdə Percy Hobart və Basil Liddell Hart tərəfindən irəli sürülən bir düşüncə tərzidir. Piyada tanklarından əvvəl hazırlanmış olan piyada birliklərinə dəstək verməsi lazım olan tankların yüngül zirehlərinə görə sürətləri də çox idi və bu da öz növbəsində bu tankların düşmən atəşindən qaçmaq üçün sürətlə hərəkət etmələrinə və beləliklə də arxada qalan piyada birliklərinin üzə çıxmasına səbəb olurdu. Hazırlanmış ilk ümumi təyinatlı piyada tank dizaynları Mark I "Matilda" və Mark II "Matilda" tankları idilər. U tanklarında isə pulemyotlar və 2 pounder tank əleyhinə silahlar mövcud idi.
Tanki Online
Tanki Online (rus. Танки Онлайн) ― 2009-cu ildə AlternativaPlatform tərəfindən təqdim olunmuş "free-to-play" tipli çoxoyunçulu brauzer oyunudur. == Tarixi == === İlk dövrlər === Tanki Online oyununun tarixi 20-ci əsrin 90-cı illərinin sonlarında başlamışdır. Həmin dövrdə disketlər üçün "Tanks for Two" adlı prototip hazırlanmışdı. Lakin texnologiyanın inkişafı nəticəsində disketlərin CD-lərlə əvəz olunmağı və tərtibatçılar oyunun mənbə kodunu itirməyinə görə ilk versiya itirildi. 2008-ci ildə tərtibatçılar "Tanks" adlı bir demo üzərində yenidən birlikdə işləməyə başladılar. Bunun əsasında isə "Tanki Online" hazırlanaraq 2009-cu ilin 4 iyununda təqdim olundu. 2013 və 2014-cü illərdə layihə "Runet mükafatı"nın qalibi olub. === Sonrakı inkişaf === 2009-cu ilin sonunda oyunun yeni versiyası — "Tanki 2.0" üzərində iş başladı, lakin sonradan layihə ləğv edilərək planlanılan yeniliklər oyunun ilk versiyasına tətbiq edildi. 2014-cü ildə eyni tərtibatçılar tərəfindən Tanki Online-ın "Tanki X" adlı yeni versiyasının hazırlanmasına başlandı.
Tanki X
Tanki X (rus. Танки Онлайн) ― 2017-ci ildə AlternativaPlatform tərəfindən təqdim olunmuş "free-to-play" tipli çoxoyunçulu videooyundur. == Tarixi == "Tanki Online"-ın oyununun tərtibatçıları tərəfindən 2014-cü ildə oyunun "Tanki X" adlı yeni versiyasının hazırlanmasına başlandı. 2016-ci ilin sentyabrında beta sınaqlarına başlanılan "Tanki X" 2017-ci ilin 20 aprelində Steam-də təqdim olunmuşdur. Tanki Online ilə paralel olaraq mövcud olan Tanki X-də tərtibatçıların özünkü əvəzinə Unity oyun mühərrikindən istifadə olunmuşdur. 2019-cu ilin sonunda Tanki X-in bağlandığı elan edildi. Oyun 2020-ci ilin əvvəlində bağlandı, lakin bəzi xüsusiyyətlər Tanki Online-a köçürüldü. == Geympley == "Tanki X" xüsusiyyətlərinə görə "Tanki Online" oyununa bənzəyirdi. Oyunçular öz tanklarını müxtəlif qüllə və gövdə birləşmələrdən istifadə edərək fərdiləşdirmə imkanına malik idilər. Oyunda onların yarışa biləcəyi müxtəlif xəritələr və 3 oyun rejimi mövcud idi.
Milçəklər tanrısı (film, 1963)
Milçəklər tanrısı (ing. Lord Of The Flies) — nobel mükafatçısı Uilyam Qoldinqin eyni adlı romanının motivləri əsasında çəkilmiş ingilis məcara-dram filmi. Okean üzərindəykən təyyarələri qəzaya uğrayan otuza qədər inglis uşaq yaxınlıqdakı kimsəsiz tropikal adaya çıxırlar. Qəzadan heç bir yetişkin sağ qurtura bilmir. Yetişkinlərin, dolayısıyla da təzyiqin və qaydaların olmadığı bir yerdə gözəl təbiət uşaqların çox xoşuna gəlir. Hər şeyi özləriə görə nizamlayıb oyunla qurub ovlanırlar. Ancaq zaman keçdikcə yaranan rəqabət, qorxu və inamsızlıqla uşaqlar bir növ demokratik quruluşdan qəbilə quruluşuna keçirlər. Bu da onların get-gedə vəhşiləşərək qorxunc bir kimliyə bürünmələrinə səbəb olur. Qaçınılmaz olaraq qütbləşmə başlayır. Bir qrup uşaq mədəni yaşayışın tərəfdarı olan Ralfin liderliyini qəbul edərkən digər bir qrup da daha fərqli xarakteri olan, şiddətə meyilli Cekin arasınca gedir.
Milçəklər tanrısı (film, 1990)
Milçəklər tanrısı — 1990-cı il məhsulu olan amerikan drama gərilim filmi. Film Uilyam Qoldinqin 1954-cü ildə yazdığı eyniadlı roman əsasında çəkilmişdir. Evə dönən 24 amerikan hərbi məktəb tələbəsini daşıyan təyyarə Sakit okeandakı uzaq, kimsəsiz orman adasının yanına düşür. Həyatda qalan tək yetişkin təyyarə pilotu kapitan Bensondur. O da çox ciddi şəkildə yaralanır və çılğına dönür. Həyatda qalanların hamısı adaya gəlir. Gecə boyunca ən müstəqil tələbə olan Simon bir çay tapır və digər uşaqlara xəbər verir. Hamısı ordan su içir və daha sonra adanı kəşf etməyə başlayırlar. Bu arada "Donuzcuq" (Piqqi) ləqəbəli kök bir tələbə (hekayə boyunca əsl adı açıqlanmır) və eynəkli başqa tələbə balıq qulağı tapır və onu qruplaşmış kursantlara aparırlar. Nüfuzlu tələbə və böyük uşaqlardan biri Kadet Koronel Ralf çətin vəziyyətdən çıxmaq üçün uşaqları bir yerə toplayır.
Al-Khalid tankı
Al-Khalid tankı MBT 2000 ya da bilinən adı ilə Al-Khalid tankı Pakistan ordusunun istifadə etdiyi ən yeni əsas döyüş tankıdır. Çin Pakistana aid Heavy Industries və Ukraynadan KMDB və Malyshev Factory-nin ortaq şəkildə hazırladığı bir tankdır. Tank adını əfsanəvi İslam Orduları komandiri Xalid bin Vəlidin adına düzəldilibdir. Tank Çin istehsalı Type 90-IIM ana müharibə tankı əsasında hazırlanmışdır. Ukrayna istehsalı olan isti və soyuq hava şərtlərinə uyğun 1200 at gücü olan 6TD dizel mühərriki ilə təmin edilmişdir. 2014-cü ilə qədər təqribən 310 ədəd tank Pakistan ordusu üçün istehsal olunub. Tankın gecə döyüşmə xüsusiyyəti yanında avtomatik hədəf təqib sistemi də var. Tank digər ana müharibə tanklarına görə daha kiçikdir. Bunun səbəbi avtomatik güllə yükləmə sistemi sayəsində yükləyiciyə ehtiyac olmamasıdır. Son on ildə bu tankın dizaynı və istehsalı üçün 20 milyon ABŞ dolları xərclənmişdir.