Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dari
Dəri dili – (dəri دری ) Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Bari
Bari — İtaliyanın cənub-şərqində Adriatik dənizi kənarında bir liman şəhəridir. Puglia bölgəsinin ve eyni adlı Bari ilinin mərkəzidir. Bari bələdiyəsi əhatəsi daxilində əhali sayı 319.978-ə , varoş bələdiyyəsi ilə birlikdə (təx. 230 km² lik) 653.028 dir. Metropoliten Bari bölgəsində əhali təxminən 1 milyondur. Cənubi İtalyanın yarımadadakı Napolidən sonra ikinci böyük şəhəri olan Bari, böyük bir regional mərkəz və xüsusilə Aralıq dənizinin şərqlə əlaqələrində əhəmiyyətli bir ticarət şəhəridir. Yaxın dövrdə ənənəvi sənayeyə, qida sənayesi, kimya, toxuma və maşın sənayeləri əlavə olunmuşdur. Köhnə şəhərin iştirak etdiyi burun, köhnə və yeni limanları ayırır; arxada iştirak edən 19. əsr şəhəri, dama taxtası formasında bir plana görə qurulmuşdur. Bari Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşıb.
Dari dili
Dəri dili – (dəri دری ) Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Darı yarması
Darı yarması – adi darıdan alınır. Yüksək istehlak dəyərinə malikdir. Darı yarması yüksək kalorivermə və mənimsənilmə qabiliyyətinə malikdir. O, qısa müddətə bişir və bu zaman həcmi 6–7 dəfə artır. Darıdan bir növ – cilalanmış darı yarması istehsal edilir. Keyfiyyətindən asılı olaraq darı yarması əla, 1-ci və 2-ci sorta ayrılır. Yüksək keyfiyyətli darı yarması iri ölçülü, şüşəvari, ancaq sarı rəngli olur. Darı yarmasından duru çıyıqlar, içliklər və s. hazırlanır. Darı yarmasında bəzən xoşagəlməyən acılıq hiss olunur.
Sarı Tağı
Mirzə Məhəmməd Tağı (fars. میرزا محمد تقی‎) və ya Sarı Tağı (fars. سارو تقی‎) (1579, Təbriz – 11 oktyabr 1645) — Səfəvilər dövründə xədim, öldürülənə qədər Səfəvi şahı I Səfinin (1629-1642) və onun oğlu II Abbasın (1642–1666) vəziri. Sarı Tağı erkən yaşlarında xədim işləməsi üçün yox, I Abbasın dövründə bir kişiyə təcavüz etməkdə günahlandırıldığı üçün axtalanmışdı. Ancaq daha sonra onun günahsız olduğu ortaya çıxmışdı. == Həyatı == === Erkən dövr === Sarı Tağı təqribən 1579-cu ildə Təbrizdə kasıb, orta səviyyəli müsəlman ailəsində anadan olub. Onun ailəsi əmisi Xacə Qasım Əlinin ölümündən sonra biabırçı vəziyyətə düşüb. Sarı Tağı gənclik dövründə İsfahan şəhərində orduda xidmət edib, daha sonra isə Ərdəbil hakimi Zülfüqar xan Qaramanlının maliyyə naziri olaraq xidmət edib. O, eyni vəzifəni Qarabağ bəylərbəyliyinin mərkəzi Gəncədə and Şirvan bəylərbəyliyində icra etdikdən sonra Qarabağ bəylərbəyinin vəziri təyin edilib. Sarı Tağı 1615-ci ildə Mömin adlı dəri ustası tərəfindən ona təcavüz etməkdə günahlandırıldığı üçün I Abbasın əmri ilə axtalanıb və mülkü əlindən alınıb.
Zərdüştü dari
Zərdüştü dari - Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dild. Yəzd ostanı və Kirman ostanında yaşayan Zərdüştülər tərəfindən danışılır, Əfqanıstanda danışılan dari dilində fərqlidir.
Çarı Aşırov
Çarı Aşırov (1910 - 2003) — Türkmənistanın xalq yazıçısı, Məhtumqulı adına dövlət mükafatının sahibi. == Həyatı == Çarı Aşırov 1910-cu ildə Köşüdə dünyaya gəlib, 1928-ci ilndən etibarən şeirlər yazmaya başlayıb. Öncə uşaqlar üçün, sonra isə lirik şeirlər qələmə alıb. Onun "Azanlar" (Yoldan çıxanlar), "İntelligent" (Ziyalı), "Ayralık" (Ayrılık) kimi əsərləri böyük ilgi uyandırır. Savaşa qatılan şair antifaşist temayla "Gılıç Al Ələ" (Qılınc al ələ), "Görülmədik Cəng" (Görünməyən döyüş), "Erməni qizi" (Erməni qızı), "Atam", "Vətən" kimi şeirlərini, "Ən Səhərində" (Ən Şəhərində), "Bayii" (Zəngin) kimi romanlarını, "Gizil Əsgərin Ənəsi" (Qızıl əsgərin anası), "Gahrıman" (Qəhrəman) kimi balladalarını yazmışdır. Savaşdan sonrakı dönəmdə çox verimli bir şəkildə çalışır. Şair "Ganlı Sakanın Sonı" (Qanlı sakanın sonu), "Gökyaylanıfi Yiğitləri" (Göyyaylağın igidləri), "Yaş Kilvanıfi Yalnışı" (Gənc dəyirmançının yanlışı), "Lalın Oglı" (Lalın oğlu) kimi şairanə, mənzum əsərləri, "İzçı" (İzci), Əkizlər (Əkizlər), Gürəş (Güləş), "Gam Sərdar" (Qoca sərdar) kimi böyük nəsr əsərlərini yazır. Onun müxtəlif növlərdə yazdığı bir çox əsəri vardır. Bunlarla yanaşı o usta bir mütərcimdir.
Bari FK
Bari FK (it. Società Sportiva Calcio Bari) – İtaliyanın Bari şəhərini təmsil edən futbol klubu. 1908-ci ildə qurulmuşdur. Ev oyunlarını 58.270 tamaşaçı tuta bilən San Nikola stadionunda oynayır. Klub hazırda İtaliyanın B Seriyasında çıxış edir. == Tarixi == XX əsrin 30–40-cı illəri klub tarixinin ən uğurlu dövrü hesab olunur. Bu zaman kəsiyində komanda A Seriyasının daimi iştirakçısı olmuş, 1947-ci ildə isə klub, A Seriyasında 7-ci yerdə qərarlaşmışdır. 1950-ci illərdən başlayaraq klub zəifləyir. Bu dövrdə klub A Seriyasında cəmi 5 mövsüm keçirdir (1958–61, 1963–64 və 1969–70). 1974-cü ildə komanda C seriyasına qədər düşür.
Bari Məhəmmədəli
Bari Məhəmmədəli (27 yanvar 1989 və ya 27 oktyabr 1989, Göktoğay[d], Sincan-Uyğur Muxtar Rayonu) — hazırda "Qingdao Huanqhay" komandasında oynayan yarımmüdafiəçi Uyğur-Çinli futbolçudur. == Klub karyerası == Bari Sincanda anadan olub. Hər iki valideyninin də yerli Mədən Bürosunda çalışdığına, cüzi maaşlarına baxmayaraq, oğulları üçün məşq etməsi və futbol dərslərini ödəməsi üçün kiçik bir futbol meydançası quraraq fəal şəkildə futbol inkişafına təşviq etdilər. Valideynlərinin təşviqi Barinin Sincan Kişi Futbol Komandası tərəfindən 2005-ci ildə Çin Milli Oyunlarında iştirak etmək üçün kəşf olunduğu Sincan Mahnı Kinqlinq Futbol Məktəbində oynamasına təkan verdi. Turnirdən sonra yerli Sincan futbol idarəsi 2006-cı il peşəkar Çin futbol liqalarında iştirak etmək qərarına gəldi və üçüncü sıradakı "Sincan Ticai" adlı bir komandaya daxil oldular. 2005-ci il Çin Milli Oyunlarına qatılan heyətdən istifadə etdilər. 2007 liqası mövsümündə Bari böyük komandaya yüksəldi və kluba dörddəbir finalda nokaut edildikləri bir yüksəliş pley-off mövqeyiylə kömək etdi. Növbəti mövsüm Sincan əvvəlki mövsümdəki nəticələrini inkişaf etdirə bilmədiyini və rəhbərliyin komandanı ləğv etmək qərarına gəldiyini bildikdən sonra 2009 Çin Milli Oyunlarına çata bilmədiyini müəyyənləşdirdi. Bari 2009-cu il Çin Milli Oyunlarında ilkin hazırlıq dövründə futbol məşqçisi Vu Cinqui tərəfindən kəşf edildi və üst səviyyəli klub olan "Hanqcu Qrintovn"-a baş məşqçi olaraq qatıldıqdan sonra Barini futbolçularından biri halına gətirdi. İlk oyununu 27 mart 2010-cu ildə "Şandonq Lunenq"-ə qarşı keçirdi və 4-2 məğlubiyyətlə bitən bir oyunda Fan Xiaodonqun əvəzinə meydana çıxdı.
Barı (Urmiya)
Barı (fars. باري‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (53 ailə).
Kamiya barı
Kamiya barı (神谷バー, Kamiya baa) – Yaponiyada açılmış ilk bar. 1880-ci ildən fəaliyyət göstərir. == Tarixi == Kamiya barı 1880-ci ildə Kamiya Denbey adlı pivəçi tərəfindən Tokionun Asakusa rayonunun Kaminari darvazası yaxınlığında qurulmuşdur. İlk adı Mikahaya sake dükkanı olsa da, 1912-ci ildə adı Kamiya barı olmuşdur. Bar şəhərin məşğul küçələrinin birində yerləşdiyi üçün populyar içki yerlərindən birinə çevrilmişdir.Tayzo Fucimoto 1914-cü ildə yazdığı "Yaponiyanın gecə həyatı" əsərində qeyd etmişdir ki, "Kamiya barı öz zavodlarında hazırladıqları çox ucuz likör təklif edirək müştərilərini məmnun edirdi". Kamiya barının müştəriləri ancaq pivə və viski deyil, barın denki bran (電気ブラン, denki buran, azərb. elektrik brendi‎) adlı xüsusi kokteylinin dadına baxırdılar. İlk dəfə 1882-ci ildə istehsal olunan kokteyl brendi, cin, şərab, kürasao, vermut və otlardan ibarədir.1921-ci ildə barın yeni binası istifadəyə verilmişdir. 1970-ci ildə üçüncü mərtəbədə kappo restoranı açılmışdır. 2011-ci ildə Kamiya barının əsas binası Yaponiyanın qeydiyyata alınmış maddi mədəni mülkü elan edilmişdir.
Bari əmirliyi
Bari əmirliyi — indiki İtaliyanın Apuliya ərazisində bərbərlər və ya qara afrikalılar tərəfindən idarə olunan qısamüddətli islam dövləti. Cənubi İtaliyanın Bari şəhərindən idarə olunan əmirlik təxminən 847-ci ildə vilayət Bizans imperiyasından alınmasından sonra qurulmuşdur. Buna baxmayaraq, 871-ci ildə imperator II Lüdovikin ordusuna keçmişdir. == Əmirlərin siyahısı == Xəlfun, 841– təq. 852 Müfərraq ibn Səlam, təq. 852–təq. 857 Səvdan, təq.
Agemon (Korinf çarı)
Agemon (q.yun. Ἀγήμων) — yunan mifologiyasında personaj. O, Korinf çarı Aristomedin qardaşı və davamçısıdır.Korinf çarı Agemon Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.Korinf çarı Aristomed vəfat etdikdən sonra onun kiçik oğlu Telest hələ də azyaşlı idi, bu səbəbdən Agemon onun regenti olmuşdur. Buna baxmayaraq, Agemon bu vəzifədən sui-istifadə edərək taxtı ələ keçirmişdi. Agemonun ölümündən sonra onun oğlu Aleksandr taxtın varisi olmuşdur.
Aleksandr (Korinf çarı)
Aleksandr (q.yun. Ἀλέξανδρος) — yunan mifologiyasında personaj. O, Korinf çarı Agemonun oğlu və davamçısıdır.Korinf çarı Aleksandr Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.Korinf çarı Aristomed vəfat etdikdən sonra onun kiçik oğlu Telestin regenti Agemon bu vəzifədən sui-istifadə edərək taxtı ələ keçirmişdi. Agemonun ölümündən sonra onun oğlu Aleksandr taxtın varisi olmuşdur.
Alet (Korinf çarı)
Alet (q.yun. Ἀλήτης) — yunan mifologiyasında personaj. O, Heraklın övladlarından idi və Hippotun oğlu idi. Alet Korinf padşahı idi. Pavsaniyə görə, Sisif Dorid və Qianfidin nəsli kral hakimiyyətini Aletə təhvil vermişdir. Heraklın övladları torpaqları bölüşərkən Korinfi Aletə təhvil vermişdir. O, buada sülalə quraraq 38 il padşahlıq etmişdir.Alet Korinfi şəhəri səkkiz filə bölmüşdür.Efora görə, o, şəhərin qurucusu olmuşdur. Duridin məlumatına görə, Alet Korinfdən qovulmuş, əvəzində kiçik bir torpaq almış və bundan istifadə edərək hakimiyyətə geri qayıtmışdır.Korinf əhalisi qədim mənbələrdə "Aletin övladları" adlandırılır.Onun nəslindən olan Fali Epidamnı qurmuşdur.
Alet (Mikena çarı)
Alet (q.yun. Ἀλήτης) — yunan mifologiyasında personaj. O, Mikena çarı olmuş, Pelopsun övladlarındandır.Alet Egisf və Klitemnestranın oğlu idi. Onun ögey qardaşı Orestin Tavriyada ölməsi barədə saxta xəbər aldıqdan sonra Alet Mikenada hakimiyyəti ələ keçirmimşdir. Mikenaya qayıdan Orest onu öldürmüşdür. Alet Sofokl, Likofron və naməlum müəllifin mətnləri dövrümüzə qədər gəlib çatmayan faciələrində baş qəhrəmanı olmuşdur.
Allah, Çarı qoru
== Allah, Çarı qoru! == Боже, царя храни! Сильный, державный, Царствуй на славу нам, Царствуй на страх врагам, Царь православный. Боже, царя храни! Боже, Царя храни! Славному долги дни Дай на земли! Гордых смирителю: Слабых хранителю, Всех утешителю — Все ниспошли! Перводержавную Русь Православную Боже, храни! Царство ей стройное, В силе спокойное, - Все ж недостойное, Прочь отжени! О, провидение, Благословение Нам ниспошли!
Aristomed (Korinf çarı)
Aristomed (q.yun. Ἀριστομήδης) — yunan mifologiyasında personaj. O, Korinf çarı Evdemin oğlu və davamçısıdır.Korinf çarı Aristomed Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.Korinf çarı Aristomed vəfat etdikdən sonra onun kiçik oğlu Telestin hələ də azyaşlı idi, bu səbəbdən Agemon onun regenti olmuşdur. Buna baxmayaraq, Agemon bu vəzifədən sui-istifadə edərək taxtı ələ keçirmişdi. Agemonun ölümündən sonra onun oğlu Aleksandr taxtın varisi olmuşdur.
Avtomen (Korinf çarı)
Avtomen (q.yun. Αὐτομένης) — yunan mifologiyasında personaj. O, Korinf çarı Telestin davamçısıdır.Antik müəllif Pavsani bildirir ki, on iki il hakimiyyətdə olmuş Korinf çarı Telest öz qohumları Aris və Perant tərəfindən öldürülmüşdür. Bundan sonra artıq hakimiyyətdə monarxlar olmamış, burada aristokratik hökumət qurulmuşdur. Buna baxmayaraq, digər antik müəlliflər hakimiyyətin yalnız onun varisi, sadəcə bir il hakimiyyətdə olmuş Avtomendən sonra dəyişdiyini bildirirlər.
Bolqar çarı Boris
III Boris (bolq. Борѝс III ; Boris Treti; 30 yanvar 1894[…], Sofiya – 28 avqust 1943[…], Sofiya) — Bolqarıstanın çarı (30 yanvar, 1918–28 avqust, 1943). == Həyatı == == Fəaliyyəti == Ferdinand I-ın oğlu 1918-ci ildə atasının devrilməsindən sonra(Bolqarıstanın I Dünya müharibəsində məğlubiyyətindən sonra) hakimiyyətə gəlmiş və 1943-cü ilə qədər hakimiyyətdə olmuşdur. Bu dövr Bolqarıstanın siyasi və iqtisadi stabillik dövrünə təsadüf edirdi. Bolqar hökuməti yeni ərazi əldə etmək cəhdləri edir və Bolqarıstan hər vəchlə öz qonşularına təsir göstərməyə çalışırdı. Boris bu yolda əlindən gələni etməyə çalışırdı. == İstinadlar == == Ədəbiyyat == Bulgaria in the Second World War by Marshall Lee Miller, Stanford University Press, 1975. Boris III of Bulgaria 1894–1943, by Pashanko Dimitroff, London, 1986, ISBN 0-86332-140-2 Crown of Thorns by Stephane Groueff, Lanham MD., and London, 1987, ISBN 0-8191-5778-3 The Betrayal of Bulgaria by Gregory Lauder-Frost, Monarchist League Policy Paper, London, 1989. The Daily Telegraph, Obituary for "HM Queen Ioanna of the Bulgarians", London, 28 February 2000. Balkans into Southeastern Europe by John R. Lampe, Palgrave Macmillan, New York, 2006.
Cari valyuta əməliyyatları
Cari əməliyyatlar balansı
Cari əməliyyatlar balansı — ölkənin tədiyə balansının mal və xidmətlərin ixracını və idxalını, investisiyalardan xalis gəliri və transfer ödənişlərinin xalis həcmini qeyd edən hissəsi. Cari əməliyyatlar qalığı - mal, xidmət və gəlir əməliyyatlarını əks etdirən tədiyə balansının hesabı. Cari ödəmə balansına mal və xidmətlərin ixracatı və idxalı, xarici investisiyalardan gələn gəlir və cari transfertlər daxildir. Balans hesabatı tərtib edildiyi dövrdə başa çatmış və sonrakı dövrlərdə təsiri tədiyə balansına təsir göstərməyən əməliyyatları əks etdirir. Hesab üç maddəyə (balans) bölünür: "Mallar və xidmətlər", "Gəlir" və "Cari köçürmələr". Cari əməliyyatlar balansı aşağıdakı kimidir. Cari əməliyyatlar balansı1. Məhsullar və xidmətlər 1.1 Məhsullar 1.2 Xidmətlər2. Gəlir 2.1 Ödəniş 2.2 İnvestisiyalardan gələn gəlir3. Cari transfertlər Mallar və xidmətlər balansı malların və xidmətlərin ixracı və idxalı üçün daxilolmaların və ödəmələrin həcmini xarakterizə edir.
Evdem (Korinf çarı)
Evdem (q.yun. Εὔδημος) — yunan mifologiyasında personaj. O, Korinf çarı II Agelin oğlu qardaşı və davamçısıdır.Korinf çarı Evdem Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.Evdemin Aristomed və Agemon adlı iki oğlu var idi. Onun yerinə böyük oğlu Aristomed hakimiyyətə keçmişdir.
Keyk (Traxin çarı)
Keyk (q.yun. Κήϋξ) — yunan mifologiyasında personaj. O, Hesperin oğludur. Keyk Amfitrionun və ya Heraklın qardaşı oğludur. O, Heraklın müttəfiqi olmuşdur. Keyk Traxin çarı olmuş, həyat yoldaşı Kikndan Feminist adlı övladı olmuşdur. Bir versiyaya görə, o, Hilasın atasıdır.Keyk Heraklın övladlarını hərarətlə qarşılamışdır. Herakl o və arkadiyalıları ilə birlikdə məskən salmışdır. Keyk Heraklın övladlarına sığınacaq vermişdir.
Mixail (İmereti çarı)
Mixail (gürc. მიქელი; XIII əsr, Gürcüstan – 1329, Kutaisi) — Baqrationilər sülaləsinin nümayəndəsi və İmereti çarı. 1327–1329 illərdə hakimiyyətdə olmuşdur. == Həyatı == Mixailin atası Gürcüstan və İmereti çarı VI David Narin olmuşdur. Onun anasının kimliyi barədə isə mənbələrdə fərqli məlumatlar var. Mənbələrə görə anası Amanelisdze adlı zadəgan ailəsindən olan Tamar Amanelisdzedir. Digər mənbələrə görə isə anası Bizansın hakim Paleoloqi sülaləsindən olan şəhzadədir.1293-cü ildə böyük qardaşı I Konstantin atasının ölümündən sonra İmereti taxtına keçdi. Lakin Mixail qardaşının hakimiyyətini tanımadı və üsyan qaldırdı. Mixail çarlığın şimalındakı əraziləri, Raça, Leçxumi və Arqveti bölgələrini ələ keçirməyi bacardı. Gürcü zadəganlarının bir hissəsinin qardaşları barışdırmaq səylərinə baxmayaraq, münaqişə 1327-ci ilə qədər davam etdi.