Elbariz Məmmədli
Elbariz Məmmədli — şair, publisist.
== Həyatı ==
Elbariz Məmmədli 1960-cı ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Azərbaycan dəmiryolçusu" qəzetinin müxbiridir.
1996-cı ildə publisistik fəaliyyətinə görə "Qızıl qələm" mükafatına layiq görülüb. "Durna harayı" adlı kitabı 1993-cü ildə, "Mən savaşa çağırıram" kitabı 2006-cı ildə, "Dünya iki rəngdədir" kitabı 2010-cu ildə çap olunub.Sonrakı illərdə Vasif Sülüymanla birgə yazdığı, dəmiryolçuların fəaliyyətindən bəhs edən "Məxmər yolların sirri" , " Bitməyən ömür karvanı" və "Mənim nağıllı dünyam" (2023) kitabları nəşr olunub.