Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taşnak
Erməni İnqilabi Federasiyası, Daşnaksutyun (erm. Հայ Յեղափոխական Դաշնակցություն; Hay Heğapoxakan Daşnaksutyun) — ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir. == Tarixi == Partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni inqilabçılarının ittifaqı" adlanırdı. Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq idi. 1891-ci ildə nəşr olunan və Daşnaksutyunun mətbu orqanı olan "Droşak" (bayraq) qəzetində daşnaklar öz proqramları barədə bunları yazırdılar: "Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir. Avropa bizim üçün deyil, qoy ermənilər bilsinlər ki, erməni torpağı qanla suvarılmasa onlar heç bir şey əldə edə bilməzlər.
Tacca
Takka (lat. Tacca) - dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Takka:The Plant List saytında takson barədə məlumat.
Tacik
Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir. == Məskunlaşma və sayları == === Əfqanıstanda === 5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon nəfər olmuş, onun 3.5 milyon nəfərini taciklər təşkil etmişdir. MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir. Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər. Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir. MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur. === Tacikistanda === 21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.
Taner Taktak
Taner Taktak — azərbaycanlı yarımmüdafiəçi futbolçu == Həyatı == Taktak 1990-cı ildə anadan olub. Peşəkar karyerasına 2007-ci ildə Hollandiyanın “Fortuna”sında başlayıb. Sonra o, Türkiyənin “Hacettepe” klubunda oynayıb və elə buradan Belçikaya yola düşüb. Taner Türkiyənin yeniyetmə yığmalarında (U-17, U-18, U-19) oynayıb və burada 46 matçda iki qol vurub. 3 iyul 2012-ci ildə “Sumqayıt” futbol klubu növbəti transferini həyata keçirib. Komandanın yeni oyunçusu Belçikanın 2-ci liqasının “Patro Eysden” klubundan azərbaycanlı Taner Taktakdır. Müqavilə 1+1 sistemi üzrə imzalanıb.
Tartak (qrup)
"Tartak" (ukr. Тартак, hərf. 'Taxta-şalban mişarlayan maşın') — hip hop, repkor və alternativ Ukrayna krossover musiqi qrupu. 1996-cı ildə Lutskda təsis edilmişdir. 2019-cu ilin məlumatına görə, qrup 10 albom buraxmışdır. Onlar enerjili bəstələr və mahnı sözləri ərsəyə gətirmək üçün gitara rok, hip hop və rəqs musiqisi üslublarını qarışdırırlar. == Tarixi == "Tartak" qrupunun tarixi 1996-cı ildə başlamışdır. Məhz o zaman layihə "Çervona ruta" festivalının seçmə mərhələsində iştirak etmiş və tezliklə qalib gəlmişdir. Festivalda "O-la-la", "Mənə sevgi ver" və "Dəlisov rəqslər" mahnılarını təqdim edən "Tartak" rəqs musiqisi janrında 1-ci mükafatın qalibi olmuşdur. 1997-ci ilin sonunda, o zaman qrupu təşkil edən, daha doğrusu, sadəcə bir duet olan Saşko Polojinski və Vasili Zinkeviç-kiçiyə klaviaturaçı Andrey Blaqun və gitaraçı Andrey "Muxa" Samoylo qoşulmuşdur. 1998-ci ilin əvvəlində "Tartak" qrupunun üzvləri "Çervona ruta-97" festivalının qalibləri kimi bu heyətlə bütün Ukraynada qastrol səfərlərində olmuşdular.
Nəcati Tacan
İbrahim Nəcati Tacan (1895, İstanbul - 28 iyul 1958), Türk əsgər. == Həyatı və hərbi xidməti == General İbrahim Necati Tacan 1895-ci ildə İstanbulda anadan olub. 21 iyul 1914-cü ildə tələbə olarkən orduya qatıldı. 1915-ci ildə leytenant rütbəsi aldı. Müxtəlif bölmələrdə taqım komandiri, tabur köməkçisi və müəllim kimi xidmət etdikdən sonra 7 Noyabr 1921-ci ildə Anadoluya getdi və Milli Orduya qoşuldu. Müxtəlif bölmələrdə xidmət etmişdir. Kapitan rütbəsi ilə 28 Oktyabr 1923 - 6 Noyabr 1924 arasında Hərbi Akademiyada təhsilini tamamladı. 1925-ci ildə Hərbi Akademiyanı bitirmiş və 1928-ci ildə heyət üzvü olmuşdur. 1945-cü ilə qədər müxtəlif qərargahlarda və bölmələrdə xidmət etmişdir. 1945-ci ildə Tuğgeneral, 1947-ci ildə general-mayor, 1951-ci ildə general-leytenant, 1956-cı ildə isə tam general rütbəsinə yüksəldi.
Tacca plantaginea
Bağayarpağıyabənzər takka (lat. Tacca plantaginea) - takka cinsinə aid bitki növü.
Tacik dili
Tacik dili (tac. забо́ни тоҷикӣ́ [za’bɔːni tɔːd͡ʒi’ki], eləcə də форси́и тоҷикӣ́ [fɔːr’siji tɔːd͡ʒi’ki] "tacik fars dili") — Orta Asiyada yaşayan taciklərin(farsların) danışıq dili, Tacikistanın rəsmi dövlət dili.
Talak (səhra)
Таlak — Nigerin qərbində, həmcinin Əlcəzair və Mali ərazilərinin bir qismini əhatə edən səhra. Səhranın sahəsi 100.000 km². Talak Saxaranın tərkib hissəsidir. Bu ərazidə Niger çayının bəzi kiçik qolları axır. Əvvəllər məhv olmuş bitki və heyvan növlərinin qalıqlarına rast gəlinmişdir. Şərqindən transsaxara şossesi keçir.
Borats Çaçak FK
Borats (Çaçak) - Serbiyanın futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib.
Tacik Sovet Ensiklopediyası
Tacik Sovet Ensiklopediyası (tac. Энциклопедияи советии тоҷик) — Sovet dövründə Tacikistanda tacik dilində nəşr olunmuş 8 cilddən ibarət universal ensiklopediya. 1978-1988-ci illərdə nəşr edilmişdir.
Taca doğru addım (film, 1985)
== Məzmun == Filmin mərkəzində Vilnüsdə keçirilən şahmat üzrə final yarışı durur.