1. Qarət, çapovul, çapqın, soyğun.
Qabaqlarda dağlarda talan və qarətlə məşğul olan quldurlar çoxdan tutulmuşdur.
2. Əhalinin hər hansı milli və ya ictimai qrupuna qarşı mürtəce şovinistlərin quldurcasına çıxışı, onların mal-mülkünün qarət edilməsi və adamlarının öldürülməsi.
Şəhərdə talanlar başlandığı haqqında ciddi şayiələr buraxıldı.
// məc. Soyğunçuluq. Bu, alver deyil, talandır.
□ Talan etmək – bax talamaq.
Xanlar, bəylər talan etmiş rəiyyətin yurdunu; Eyləyirlər mühafizə xain İran qurdunu.
Talan olmaq – bax talanmaq. Züleyxa və Cəlil yenicə atasız qalmışlardı.
Ataları kəndləri talan olan zaman öldürülmüşdü.