TAĞAR

is. məh. 83,2 kiloqram ağırlığında çəki vahidi. Beş tağar arpa.
[Həmzə:] Məsələ bir-iki desyatin yerdə, bir-iki tağar buğdada, ya da beş-on baş qaramalda deyil. Ə.Əbülhəsən.

TAĞALAQ₂
TAĞBƏND
OBASTAN VİKİ
Tağar
Tağar — çəki ölçü vahidi. == Ümumi məlumat == Az işlənən çəki vahidlərindən olan tağar, mənbələrdən göründüyü kimi, Azərbaycanda XIV-XVIII əsrlərdə elxanilər və xanlıqlar dövründə daha çox istifadə olunmuşdur. Tağar və tağarbaşı adlanan vergilərin mövcudluğu da bu fikri təsdiqləyir. Tağardan daha çox arpa, buğda, darı, düyü və s. dənli bitkilərin məhsullarını ölçmək üçün istifadə edilmişdir. Ayrı-ayrı qaynaqlarda tağarın sabit olmadığı göstərilir; tağarın Təbrizdə 295 kq-a, Şamaxı xanlığında 400 kq-a bərabər olduğu, digər xanlıqlarda isə 240-600 kq arasında dəyişdiyi aydın görünür. Bəzi mənbələrdə isə tağarın konkret olaraq 83,2 kq-a bərabər olduğu haqqında bilgilər vardır. Xalqımızın yaddaşında "bir tağar darının yerində hərlənə bilmir" deyimi var. Bizcə, bu bir tağar toxum səpilən sahəni yox, biçiləndə bir tağar məhsul götürülən sahəni göstərir və sahə ölçüsü yox, yenə çəki vahidi yerində işlənir. Çünki tağarın sahə ölçüsü kimi işləndiyinə heç bir qaynaqda rast gəlinmir.
Tağaroba
Tağaroba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.

Digər lüğətlərdə

подсерде́чник сваре́ние халту́рка гомино́иды потра́вный разврати́тель славянофи́льство эруди́тка город сатьма daguerreotype forel Frederica fructuousness judicially lewisite oceanarium rhombohedra Scranton spin-stabilized swaddy доходчивый золотник планиметрия поваляться