1. Çarlıq dövründə: hökumətin zülm və ədalətsizliyinə dözməyərək, həbsdən və ya sürgündən qaçan adam.
2. Bir cinayət edib hökumətdən və ya həbsdən qaçaraq, dağda və meşələrdə yaşayıb soyğunçuluqla məşğul olan adam; quldur.
Ancaq bu həndəvərdə məşhur bir qaçaq var.
[Novruz:] Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan?
[Gülpəri:] …Hər şey əldən çıxandan sonra, Əmiraslan məni qovub, özü də qaçaq dəstəsinə qoşuldu.
3. Bu və ya başqa bir səbəbə görə qaçmağa, baş götürüb getməyə məcbur olan adam.
□ Qaçaq düşmək – müxtəlif səbəblərə görə öz yurdundan, ailəsindən uzaq düşməyə məcbur olmaq.
Hacı da ondan sonra düşdü qaçaq; Qaldı dağlarda el, ulusdan iraq.
4. sif. Sürüdən qaçan, sürüdə durmayan. Qaçaq qoyun.
// Bərk gedən, başını saxlamaq çətin olan. Qaçaq at.
5. sif. Gömrük, rüsum verməmək üçün gizli gətirilən. Qaçaq mal. Qaçaq tütün.
– [Əsgər bəy:] On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, birə-bir qazanarıq.
[Əhməd] …qaçaq mal alveri eləməkdən başqa yüngül və əziyyətsiz bir yol tapa bilməyirdi.