Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Texnika
Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm ) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir. Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi. Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib. Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir.
Ars Technica
"Ars Technica" (tələffüzü – /Ars-teknika/; latın dilindən – "texnologiya incəsənəti") — ABŞ xəbər və analitik onlayn nəşri. Publikasiyanın məzmunu informasiya texnologiyalarına həsr olunmuşdur. IT mövzusundakı ən populyar şəbəkə nəşrlərindən biridir. Müxtəlif hesablamalara görə, internet portalı 1,5 milyondan 4,5 milyona qədər unikal ziyarətçi cəlb etmişdir. "Ars Technica" 1998-ci ildə Ken Fişer və Con Stoks tərəfindən yaradılmışdır. Burada elm, texniki icmallar, video oyunlar kimi mövzularda xəbərlər, resenziyalar, təlimatlar, kompüter avadanlıqları və proqram təminatı dərc olunur. Saytdakı məqalələr çox vaxt müəlliflərin subyektiv fikrini əks etdirir, qəzet və jurnallardan fərqli olaraq qeyri-rəsmi dildə yazılır.
Aqreqat (texnika)
Aqreqat — qarşılıqlı surətdə tam əvəz oluna bilən ayrı-ayrı funksiyaları sərbəst yerinə yetirən birləşdirilmiş və unifikasiya edilmiş maşın (və ya maşın kompleksi) qovşağı. Bunlara elektrik mühərriki, reduktor, nasos və s. aid edilir. Bəzən 2 və daha artıq maşından ibarət qurğuya da aqreqat deyilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Wilmjakob Herlyn: PPS im Automobilbau – Produktionsprogrammplanung und -steuerung von Fahrzeugen und Aggregaten. Hanser Verlag, München 2012, ISBN 978-3-446-41370-2. T. Pfeifer, P. Lorenzi, R. Schmidt: Betriebsanleitungen modular aufbauen. In: technische kommunikation. 24, H. 2, 2002, S. 19.
Hərbi texnika
Hərbi texnika — hərbi əməliyyatların aparılması və təmin edilməsi, hərbi heyətin təlim edilməsi və verilən tapşırığı yerinə yetirilməsi üçün istifadə edilən texnika.
Kürək (texnika)
Kürək turbinlərdə, nasoslarda və kompressorlarda mediumun nəqlinə xidmət edir. Kürəyin alt və üst səthlərini əlaqələndirən divar cərəyan kanalının parametrlərini müəyyən edirlər. Onun ölçüsündən asılı olaraq kürəyin giriş və çıxışı arasında yaranan cərəyan impulsu müxtəlif olur. Bununla cərəyan kürəyə təsir edən qüvvə yaradır. Çarx üzrə yan-yana düzülmüş kürəklər tor əmələ gətirir. Rotor üzərinə bərkidilmiş və turbin daxilində yerləşdirilmiş kürəklər iş zamanı medium ilə maşının hərəkətli hissələri arasında güc ötürücüsü rolunu oynayır. Fırlanan kürəkli çarxdan fərqli olaraq yönəldici çarx gövdə ilə tərpənməz bərkidilir və reaksiya momentini gövdəyə ötürür. Kürəklər onları çarxda bərkitmək üçün ayaqdan və tətbiq sahəsindən asılı olaraq müəyyən qalınlıqlı lövhədən ibarətdir. Kürəyin profili kürəklərin tətbiq olunduğu güc maşınlarında sorma və sıxma tərəflərinin həndəsi formasıdır. O, kürəklər arasında cərəyan axınının parametrlərini müəyyən edir.
Ox (texnika)
thumb|200px|Maşın hissəsi — ox Ox — maşın hissəsi olub yalınz eninə (əyilməyə işləyən) yüklənən hissələrin bir-biri ilə birləşdirilməsi üçün tətbiq edilir. Oxlar momenti ötürə bilmirlər, ancaq oxboyu qüvvəni nisbətən qəbul edə bilirlər. Oxlar tərpənməz və ya hərəkətli olurlar. Tərpənməz oxlarda fırlanan hissələr bərkidilir. Hərəkətli oxlarda isə əksinə olaraq hissələr sərt bağlanır.Burada çox vaxt ox hissəyə düşən yükü yastığa ötürmək üçün tətbiq edilir. Uc hissəsində başqa hissəyə bərkidilmək üçün yastı hissə nəzərdə tutulursa buna çapfa deyilir.
Qaynaq (texnika)
Qaynaq — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdirilməsi üçün texnoloji üsuldur. Qaynaq üsulları çox vaxt metallarda tətbiq olunsa da, şüşə və termoplastik materialların birləşdirilməsində də bu üsuldan geniş istifadə olunur. Qaynaq növündən asılı olaraq birləşmə ya tikiş xətti, sahə və ya nöqtədə həyata keçirilir. Qaynaq üçün lazım olan enerji xaricdən daxil edilir. Qaynaq zamanı əksər hallarda yerli əritmə prosesi baş verir. Qaynaqdan və tikiş soyuduqdan sonra ixtiyar materialda müəyyən dəyişikliklər baş verə bilər. Bu mənfi təsir material seçimi, ətraf mühit və üsulla aradan qaldırıla bilər. Poladlarda möhkəm birləşmə əldə etmək üçün onun tərkibində karbonun miqdarı 0,22%-i keçməməlidir. Yüksək mökəmliyə malik poladlarda isə qaynaqdan öncə müəyyən hazırlıq işlərinin aparılması vacibdir. Buraya qızdırma, termiki emal və s.
Qayış (texnika)
Qayış — dartıcı birləşmədə dartı qüvvəsini və fırlanma sürətini ötürmək üçün tətbiq olunan yastı, pazvari, pazvari dişli formalı elastiki maşın hissəsidir. Zaman keçdikcə qayışların hazırlanmasında qədimdə yastı qayış üçün nəzərdə tutulmuş gön əvəzinə süni materialdan istifadə edilməyə başlamışdır. Süni material daha yüksək sürtünmə əmsalı, genişlənməyən daxili və qoruyucu məqsədilə tətbiq olunan xarici qatlardan ibarətdir. Yastı qayışlar bir və ya bir neçə neylon və ya poliamid qatlardan hazırlanır. Eyni ilə yastı qayışlar bu materiallardan ibarət kord sapların sonsuz burulması ilə də hazırlana bilir. Yüksək elastiklik tələb olunan kiçik diametrli qasnaqların tətbiqində hər iki tərəfi rezinlə örtülmüş poliyestr parçadan olan qayışlardan istifadə edilir. Yastı qayışların möhkəmliyi σ_b≈450 MPa həddində yerləşir. Pazvarı qayışlar tətbiq məqsədindən asılı olaraq üzvi materiallardan hazırlanırlar. Tipik material kimi o rezin içlik və rezin oturacaqda yerləşdirilmiş, vulkanlaşdırılmış və yeyilməyə davamlı xlorofendə hopdurulmuş pambıq materialla bürünmuş poliyestr çubuqdan (və ya kord saplarından) hazırlanır. Yan tərəfi açıq olan pazvari qayışlarda polyestr çubuq xüsusi qarışıqdan ibarət əsasda oturdulur.
Texnika (dəqiqləşdirmə)
Texnika – [yun. techne, technike – bacarıq, incəsənət, ustalıq]. Texnika termini aşağıdakı mənalarda istifadə oluna bilər: Texnika — ictimai istehsalatda tətbiq edilən alət və vasitələrin məcmusu, habelə insanın onları öyrənmək, tətbiq etmək və təkmilləşdirmək sahəsindəki fəaliyyəti. Məsələn, elm və texnika, texnikanın inkişafı, elm və texnikanın nailiyyətləri, qabaqcıl texnika; Texnika — insanlara maddi nemətlər əldə etmək üçün ətraf mühitə təsir etməyə imkan verən və tarixən inkişafda olan istehsal alətlərinin toplumu; Texnika — cəmiyyətin məhsuldar qüvvələrinin tərkib hissəsi; Texnika — maşınlar, mexanizmlər, cihazlar, alətlər toplumu; Texnika — müəyyən bir sahədə (incəsənətdə, idmanda və s.) tətbiq olunan üsullar toplumu; Texnika — istehsal proseslərinin yerinə yetirilməsi, həmçinin istehsalla əlaqədar olmayan tələblərin ödənilməsi üçün yaradılan vasitələr məcmusu; Texnika — istehsal-iqtisadi fəaliyyətin əmək məhsuldarlığının və məhsul keyfiyyətinin yüksəldilməsi, əməyin asanlaşması, əl əməyinin azaldılması, insanların məişət xidmətinin yaxşılaşdırılması, həyat tərzinin təkmilləşdirilməsi üçün nəzərdə tutulmuş texniki vasitələr toplusu. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Texnika Bank
"Texnika Bank" — Azərbaycan Respublikasında özəl bank. Azərbaycanın özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən Texnikabank Açıq Səhmdar Cəmiyyəti 1993-cü ildə yaradılmış və universal bank olmaqla, geniş spektrda bank və maliyyə xidmətləri göstərir. ilk fəaliyyətə başladığı zaman "RəşadBank" adı ilə xidmət göstərib. Bank öz törəmə müəssisəsi olan Texnika Lizing vasitəsi ilə müştərilərə kredit xidmətlərindən istifadə etmək və Alfa İnsurans LLC vasitəsilə sığortalamaq imkanı da yaratmışdır. Texnikabank qiymətli kağızlar bazarında aktiv fəaliyyət göstərir və Bakı Fond Birjasının səhmdarıdır. Bankın törəmə müəssisəsi olan Kapital Menecment ən qabaqcıl brokerlər sırasındadır. Ölkə bankları arasında müştərilərin sayına görə də liderlər sırasında olan bank 150 min müştəriyə xidmət göstərir. Bankın 500 nəfərdən artıq işçisi baş ofis və filiallarda işləyir. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq bankın strateji prioritetidir. Bu baxımdan Texnikabank Azərbaycanda ilk dəfə Qara Dəniz Ticarət və İnkişaf bankından ipoteka kreditlərinin verilməsi üçün 8 mln.
Yastıq (texnika)
Yastıq - ox,val tipli fırlanan, xətti hərkət edən maşın hissələrininin fəzada vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilən texniki qurğudur. Onun vəzifəsinə həm də fırlanan hissələrdə sürtünməni azaltmaq və birləşdirici yerlərdə yüklərin qəbul edilməsi və ötürülməsi daxildir. Yastıqların əsas növləri: Yırğalanma yastıqları Sürtünmə yastıqları Hidrostatik yastıqlar Qazlı dinamik yastıqlar Maqnit yastıqları Maşınqayırmada ən geniş tətbiq olanı yırğalanma və sürtünmə yastıqlarıdır. Yırğalanma yastığı iki üzükdən və kürələri bir-brindən müəyyən məsafədə saxlayan və onların hərkətini istiqamətləndirən separatordan (müəyyən yastıqlar bunsuz da hazırlana bilirlər) ibarədtr. Üzüklərin kürələr hərəkət edən hissələrinə kanovlar nəzərdə tutulur. Bəzi maşın hissələrində dəqiqliyi və sərtlyi artırmaq üçün qarışıq dayaqlardan istifadə edilir. Burada kanovlar bir başa valda və ya gövdənin üzərində açılır. Yırğalanma yastıqları əsasən xrom tərkibli poladlardan (tərkinbində 1% Karbon və 1,5% Xrom) hazırlanırlar. Separatorsuz yastıqlarda çoxlu sayda yırğalanma gövdəsi yerləşdirmək olur. Ancaq onların dövrlər sayı yüksək sürtünmə nəticəsində aşağı olur.
Yayma (texnika)
Yayma— metal və onların xəlitələrinin təzyiq altında iki və daha artıq fırlanan vallar arasında sıxaraq formavermə mexaniki emal üsuludur. Vallar əksər hallarda silindrik səthə malik olsalar da, üzərində müəyyən dərinliklər və digər profillərə malik valların tətbiqi də mövcuddur. Emal zamanı metal vallar tərəfindən sıxıldıqda materialda daxili gərginliklər yaranır və o emal zonasında plastiki deformasiyaya uğradılaraq axır. Nəticədə pəstahın en kəsiyi dəyişilir və lazımi formaya salınır. Prosesin gedişində köməkçi alətlərdən (içlik, ştanqa, yönəldici alətlər və s.) də istifadə olunur. Prosesin kinematikasına görə yayma bölünür: uzununa, eninə və çəpinə yayma. Uzununa yaymada pəstah valların oxuna perpendikulyar istiqamətdə yerləşdirilir və emal zamanı fırlanmır. Eninə yaymada isə pəstahın oxu valların oxu ilə üst-üstə düşür və irəliyə hərəkət zamanı pəstah öz oxu ətrafında fırlanır. Pəstah və valların hərəkətləri eyni zamanda baş verdikdə çəpinə yayma alınır. Yaymada tətbiq olunan alətlərin-valların həndəsi formaları bu üsulu daha alt qruplara bölməyə gətirib çıxarır.
Çəkmə (texnika)
Çəkmə en kəsiklərinin ölçülərini kiçiltmək və ya daha hamar səth almaq məqsədilə, tökülmüş və ya preslənmiş çubuq şəkilli pəstahların deşikdən keçirməklə deformasiyaya uğradılması ilə aparılan emal üsuludur. Pəstahın çəkmə gözlüyündən (alətin deşiyindən) keçərək digər tərəfdən çıxan ucu xüsusi tutqaclarla tutularaq müəyyən qüvvə ilə dartılır. Nəticədə pəstah deşiyin formasını və ölçüsünü alır, onun en kəsiyi kiçilir və eyni zamanda uzunluğu artır. Çəkmə gözlüyünün profili dəyişən olub, dörd zonadan ibarətdir: yağlama, deformasiyaedici, kalibrləyici, buraxıcı və ya çıxarıcı. Deformasiyaedici zonanın mailliyi 6÷24° arasında dəyişir. Birinci zona sürtünməni azaltmağa, ikinci zona pəstahı sıxmağa, üçüncü zona sıxılmış pəstaha lazımı ölçünü verməyə, dördüncü zona pəstahın gözlükdən asanlıqla çıxmasına xidmət edir. Çəkmə gözlüyü alət poladlarından, bərk xəlitə və süni almazdan hazırlanır. Çəkmədə ölçüsü 0,01 mm-dən də kiçik olan məftilləri hazırlamaq mümkündür. Sürtünməni azaltmaq üçün pəstah qalın yağla örtülür. Boruların çəkilməsi 3 üsulla aparılır: sağanaqsız, qısa hərəkətsiz sağanaqda və uzun hərəkətli sağanaqda.
Şüa (texnika)
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Bakı Texnika Komitəsi
Bakı texnika komitəsi — Neft emalı sənayesinə dair statistika məlumatlarının hazırlanması, neft məhsullarının keyfiyyətinin yoxlanması zamanı qarşıya çıxan mübahisəli məsələlərin həlli ilə məşğul olan orqan. == Yaradılması və faəliyyəti == Əsası 1887-ci il martın 20-də qoyulmuşdu. Maliyyə nazirliyinin təsdiqlədiyi qaydalara əsasən, neft məhsullarının keyfiyyətinin yoxlanmasına və ixracına nəzarət üçün Bakı brakeraj komitəsi yaradılmışdı. Bakı Xəzinə Palatası müdirinin sədrlik etdiyi həmin komitəyə dövlət əmlak nazirliyinin nümayəndəsi, böyük brakçı (zay məhsulları çıxdaş edən işçi) və yerli sənayeçilərin 3 nümayəndəsi daxil idi. 1891-ci il iyunun 11-də Bakı brakeraj komitəsi BTK-yə çevrildi. Ticarət, sənaye və ərzaq nazirliyi nəzdində olan komitə sədr, texnik, laborant və katibdən ibarət idi. Mədən nəzarəti idarəsinin və aksiz rüsumları idarəsinin nümayəndələri üzv hüququnda komitəyə daxil idilər. Komitənin vəzifələrinə işıqlandırıcı mineral yağların sınaqdan keçirilməsi şərtlərinin, neft məhsullarının yoxlanılması və analizi qaydalarının müəyyən edilməsi, mineral yağların yoxlanmasında texniklərlə neft sənayeçiləri arasında yaranan mübahisələrin müzakirəsi, ixrac edilən neft məhsullarının miqdarı, istehsalın həcmi haqqında statistika məlumatlarının hazırlanması və digər məsələlər daxil idi. BTK 1918-ci il mayın 13-də Bakı Xalq Komissarları Sovetinin qərarı ilə ləğv olunmuşdu. == Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyətii qurulduqdan sonra komitə bərpa olundu və yenidən öz vəzifələrinin icrasına başladı.
Texnika elmləri doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Texnika elmləri namizədi
Elmlər namizədi (rus. кандидат наук) — elmi dərəcə. Bir sıra MDB ölkələrində elmlər namizədi elmi dərəcəsi namizədlik imtahanlarını müvəffəqiyyətlə verən və açıq şəkildə namizədlik dissertasiyası müdafiə edən ali təhsilli şəxslərə verilir. Bu dərəcə ali məktəblərin (fakültələrin), yaxud elmi-tədqiqat müəssisələrinin ixtisaslaşdırılmış elmi şuralarının təqdimatı əsasında Ali Attestasiya Komissiyasında təsdiq olunur. Bir çox Avropa ölkələrində, o cümlədən Azərbaycanda elmlər namizədi alimlik dərəcəsinin adı dəyişdirilərək fəlsəfə doktoru adı ilə əvəz olunub.
Elm və texnika jurnalı
Elm və Texnika - Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatının 1967-ci ilin oktyabr ayından nəşr olunan aylıq jurnalı. Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən lisey və tayı məktəblərə; Türkiyə Baş qərargah Başçılığı tərəfindən Türkiyə Bilim ve teknik (jurnal)Silahlı Qüvvətlər personalına tövsiyə edilmişdir. Elm və Texniki jurnalı İyun 2006da çıxan 463. sayında ilk ədəddən başlayıb 457. sayına qədər olan jurnallarını ədədi mühitə köçürərək oxucularına DVD formasında Məlumat Xəzinəsi adıyla hədiyyə olaraq vermişdir. Elm və Teknik,1967dən 1994-cü ilə qədər jurnal formatında basılmışdı və dəriləri TÜBİTAKdə satılmıştı.1994dən etibarən də kitab formatında basılmağa başlandı. 2001-ci ildə İrfan Sayarın çəkdiyi Zehini Sinirin "proyektlərini" nəşr etməyə başladı. Bu ildə 400. sayında(Mart 2001) birlikdə əlavə olaraq "İnsan Genomu" verildi. Bundan sonrakı ildən etibarən, 2002 ilində əlavə olaraq "Yeni Üfüqlərə" adlı kiçik bir jurnal verilməyə başlandı.
Lesani Hərbi Texnika Muzeyi
Lesani Hərbi Texnika Muzeyi - Çex Respublikasının Mərkəzi Bohemiya regionundakı Lesani şəhərində yerləşən hərbi texnika muzeyidir. Onun ekspozisiyasında 1890-cı ildən indiyədək istehsal olunmuş 700-dən çox tarixi tank, artilleriya, motosiklet, zirehli texnika, yük maşınları, hərbi sərnişin avtomobilləri, raket sistemləri və digər hərbi texnikalar nümayiş etdirilir. == Tarixi və təqdimatlar == Muzey 1996-cı ildə Týnec nad Sâzavou yaxınlığındakı Lešany bələdiyyəsində keçmiş artilleriya kazarmasında yaradılmışdır. Kolleksiyalar on zalda, altı örtülü sahədə və həmçinin açıq havada təqdim olunur. 2003-cü ildən başlayaraq hər il mövsümün sonunda (adətən avqustun sonu/sentyabrın əvvəli) muzeyin ərazisində muzeydəki bir çox tank və digər hərbi maşınların nümayiş olunduğu “Tank Günü” keçirilir. Kolleksiyalar dinamik displeylərdə təqdim olunur. Çexiya ordusu bu tədbirlərdə iştirak edir, buna görə də Çexiya ordusunun mövcud hərbi texnikası da bu tədbirdə nümayiş etdirilir. Həmçinin hər mövsümün əvvəlində (may ayında) adətən digər quru qoşunları növlərinin texnikalarına həsr olunmuş tədbirlər də təşkil olunur. “Artilleriya günü”, “AAA günü”, “Tatra günü” və s. günlər belə tədbirlərin həyata keçirilmiş olduğu günlərdəndir.
Qazaxıstanda elm və texnika
Qazaxıstanda elm və texnologiya uzun bir tarixə malikdir. Qazaxıstan coğrafiyasından dünyaca məşhur filosoflar və elm adamları gəldi. Bu gün Qazaxıstan Respublikası elmi və texnoloji tərəqqi üçün hökumət siyasətlərini inkişaf etdirir. Arxeoloji tədqiqatlar və məqalələr; Qazaxıstan coğrafiyasında VIII–XI əsrlər arasında İslamın yayıldığını və ərəb mədəniyyətinin bu bölgədəki mədəni həyata çox təsir etdiyini söyləyir. Buna baxmayaraq Qazaxıstan coğrafiyasında yaşayan türklər dil və mədəniyyətlərini qoruyub saxlaya bildilər. Ərəb və ərəb mədəniyyətinin geniş yayıldığı bu dövrdə bir çox filosof və alim bu mədəniyyətin yaranmasında və inkişafında mühüm rol oynadı. Bundan əlavə, bu dövrdə Orta Asiya şəhərləri yalnız bazarları və sənətkarları ilə deyil; Şairləri, alimləri, sənətkarları, zəngin kitabxanaları və təhsil ocaqları ilə də məşhur idi. Adını tanıdan şəhərlər arasında həm coğrafi, həm də əkinçilik baxımından Orta Asiyanın münbit və əlverişli bölgəsi olan Otrar (Fârab) şəhəri, Hindistan və Avropanın yolları ilə Avropaya gedən İpək Yolunun üzərində yerləşirdi. Bu şəhərdə yerləşən Otrar Kitabxanası, Misirdə İsgəndəriyyə Kitabxanasından sonra ikinci böyük kitabxana idi və ən çox kitabın yerləşdiyi ev idi. Dövrün tanınmış alimlərindən biri olan Farabi, Otrarda anadan olmuş və günümüzə qədər gəlib çatmış yüzdən çox əsər qoymuşdur.
Smrzovka Hərbi Texnika Muzeyi
Smržovka Zirehli Maşınlar Muzeyi Çex Respublikasında Yablonec nad Nisoudan təxminən 4 kilometr şərqdə və Praqadan təxminən 95 kilometr şimal-şərqdə yerləşən hərbi maşınlar muzeyidir. Muzey Mərkəzi Avropanın ən böyük şəxsi tank kolleksiyasıdır. Cromwell tankı Comet tankı Charioteer tankı Centurion tankı AMX-13 M36 Cekson M3A1 Stuart T-34/85 T-55 T-72 IS-2 (Lesani Hərbi Texnika Muzeyindən götürülmüşdür) Sd.Kfz.
Texnika üzrə fəlsəfə doktoru
Elmlər namizədi (rus. кандидат наук) — elmi dərəcə. Bir sıra MDB ölkələrində elmlər namizədi elmi dərəcəsi namizədlik imtahanlarını müvəffəqiyyətlə verən və açıq şəkildə namizədlik dissertasiyası müdafiə edən ali təhsilli şəxslərə verilir. Bu dərəcə ali məktəblərin (fakültələrin), yaxud elmi-tədqiqat müəssisələrinin ixtisaslaşdırılmış elmi şuralarının təqdimatı əsasında Ali Attestasiya Komissiyasında təsdiq olunur. Bir çox Avropa ölkələrində, o cümlədən Azərbaycanda elmlər namizədi alimlik dərəcəsinin adı dəyişdirilərək fəlsəfə doktoru adı ilə əvəz olunub.
Həsən Hüseynov (texnika elmləri doktoru)
Həsən Hüseynov (7 sentyabr 1944, Cəbrayıl) — Texnika elmləri doktoru, professor, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki, Əməkdar Elm Xadimi. == Həyatı == Həsən Əhməd oğlu Hüseynov 7 sentyabr 1944-cü ildə Cəbrayıl şəhərində anadan olmuşdur. O, 1961-ci ildə akademik M.Mehdizadə adına (keçmiş M.Qorki) Cəbrayıl orta məktəbini, 1967-ci ildə isə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirmişdir. H.Hüseynov AzPİ-nin göndərişi əsasında Bünyad Sərdarov adına maşınqayırma zavodunda böyük mühəndis vəzifəsində mühəndis fəaliyyətinə başlamışdır. O, 1967-1968-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 1968-1984-cü illərdə isə Ümumittifaq Elmi-Tədqiqat və Layihə Texnologiya Maşınqayırma İnstitutunda müvafiq olaraq böyük mühəndis və aparıcı mühəndis vəzifələrində işləmişdir. H.Hüseynov 1974-cü ildə AzPİ-nin aspiranturasına daxil olmuş və 1978-ci ildə Qubkin adına “Moskva Neft və Qaz” İnsitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. H.Ə.Hüseynov 1978-ci ildən AzPİ-də ardıcıllıq üzrə kiçik elmi işçi, assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1984-1985-ci tədris ilində M.Torez adına Moskva Xarici Dillər İnstitutunda fransız dili üzrə 10 aylıq intensiv kurs bitirmiş və 1984-1987-ci illərdə isə Madaqaskar Dövlət Universitetində professor vəzifəsində işləmişdir. H.Ə.Hüseynov 1990-cı ildə “Maşınqayırmada ALS” kafedrasına müdir vəzifəsinə seçilmişdir. O, 1995-ci ildə “Moskva Dövlət Texnologiya Universitetində” “STANKİN”də doktorluq dissertasiyası müdafiə etmiş, 1996-cı ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki seçilmiş və professor elmi adı almışdır.
Moskva Dövlət Elektron Texnika İnstitutu
Moskva Dövlət Elektron Texnika İnstitutu (rus. Национа́льный иссле́довательский университе́т «МИЭТ») — Rusiyada universitet; mikroelektronika sahəsində yüksək ixtisaslı mütəxəssislər yetişdirən ali təhsil müəssisələrindən biri. Moskva Dövlət Elektron Texnika İnstitutu 1965-ci ildə mikroelektronika sahəsində yüksək ixtisaslı mütəxəssislər yetişdirmək məqsədilə Zelenoqradda yaradılıb. İlk tədris ilindən ali məktəb öz fəaliyyətində təhsilin proqressiv metodlarını tətbiq etməyə başladı. Konkret elmi araşdırmalarda müəllimlərin əksəriyyətinin iştirakı, elmi mərkəzin mütəxəssislərinin maarifləndirici fəaliyyətə cəlb olunması qısa müddətdə mikroelektronika sahəsində təlim üçün yeni kurslar, proqramlar, tədris planları və dərsliklər yaratmağa və yeni biliklərin "real vaxt" rejimində tələbələrə çatdırılmasına imkan yaratdı. Artıq 1970-ci illərdə institut qazanılmış təcrübə nəzərə alınmaqla, mikroelektronika sahəsində əsas və baza rolunu oynayan təhsil müəssisəsi kimi müəyyən edilmişdi. 1984-cü ildə kadrların hazırlanmasının işində və xüsusi texnikanın yaradılmasında xidmətlərə görə ali təhsil ocağı Qırmızı Əmək Bayrağı ordeni ilə mükafatlandırıldı. 1992-ci ildə institut texniki universitetin statusu aldı. Ötən dövr ərzində ali məktəb tərəfindən 25 mindən çox mütəxəssis, 1200-dən çox elmlər doktoru və namizədi hazırlanıb. Bunun sayəsində Rusiyanın bir çox regionlarında elektronika müəssisələri lazımi kadrlarla təmin edilib.
Nasist Almaniyasında elm və texnika
Nasist Almaniyasında elm və texnikanın mövqeyi tamamilə partiya göstərişləri və ölkədə yaradılmış siyasi ab-hava ilə müəyyən edilirdi. Dövlət və partiya aparatları, əsasən, cəmiyyətin aşağı təbəqələrindən olan savadlı insanlar hər hansı biliyə xas olan inamsızlıq və qeyri-dost münasibət ucbatından, prinsipcə, elmin tərəqqisinə töhfə vermədilər. 1 may 1934-cü ildə nasist Bernhard Rust ( Rust, Reichs- und preußischen Nazir für Wissenschaft, Erziehung und Volksbildung ) partiya və partiya ideologiya ruhunda elmə rəhbərlik etmək məsuliyyəti daşıyan Elm, Təhsil və Xalq Təhsili Naziri təyin edildi. Əsasən, aşkar nəticə verən hər hansı bir elm həvəsləndirilirdi. Fundamental elmin əhəmiyyətini nasist Almaniyasının rəhbərləri dərk etmirdilər. Fransanın şimal bölgələrini ələ keçirdikdən sonra dərhal siyasi vəzifələrini (bax: Mein Kampf ) tamamlanmış hesab edən Hitler, 1942-ci ildə tamamlana bilməyən hərbi ehtiyaclar üçün sənayedəki elmi layihələrin müvəqqəti dayandırmağı tapşırdı. Milli Sosializmin nəzəri əsaslandırılması qeyri-rəsmi olaraq Alfred Rosenberg -in (1922 -ci ildə "NSDAP-ın təbiəti, əsas prinsipləri və məqsədləri" kitabını nəşr etdirən) işi hesab olunur - "XX əsrin mifi" (1930). Bir çox vəzifələr arasında Rozenberq milli sosialist ideologiyası və təhsili üzrə Mərkəzi Tədqiqat İnstitutunun rəhbəri vəzifəsində çalışmışdır (1940-1945). 1918-ci ilin yanvarında Moskva Ali Texniki Məktəbinin (Bauman adına MVTU) birinci dərəcəli diplomla bitirən məzunu kimi o, marksizmin əsasları ilə tanış idi, bütün tarixin bəşəriyyət sinfi mübarizə deyil, irqi nəzəriyyə baxımından hesab edərək lakin onu təhrif etmişdi. İdeoloji aparatın ən böyük təsirinə məruz qalan humanitar elmlər idi.