Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Volodimir Tixiy
Volodimir Viktoroviç Tixiy (ukr. Володимир Вікторович Тихий; 25 fevral 1970, Çervonoqrad[d], Lvov vilayəti, Ukrayna SSR, SSRİ) — Ukrayna kinorejissoru, ssenaristi və prodüseri . Sənədli və bədii filmlər çəkir. O, Ukrayna Kinematoqrafçılar İttifaqının üzvüdür, eləcə də, Ləyaqət inqilabı haqqında bir sıra tarixi və sənədli filmlərə görə 2018-ci ildə Taras Şevçenko adına Ukrayna Milli Mükafatının laureatıdır. == Həyatı == Volodimir 25 fevral 1970-ci ildə Lvov vilayətinin Çervonoqrad şəhərində anadan olmuşdur. Liseyi bitirdikdən sonra Volodimir 1987-ci ildə Çervonoqrad Mədənçilik Texnikumuna daxil olmuşdur. 1989–1991-ci illərdə Sovet ordusunun tərkibində olmuş, Belarusda dəniz aviasiyasına xidmət göstərmişdir.Daha sonra 1992-ci ildə Karpenko-Kari adına Kiyev Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsinə daxil olmuş, 1997-ci ildə məzun olmuşdur. O, "Studio 1+1" və "Danapris-Film" kimi telestudiyalarda işləmiş və Verka Serduçka ilə həmin dövrün məşhur olan bir verilişin rejissoru olmuşdur.Daha sonra telefilm və teleseriallar rejissorluğuna başlamışdır. Diqqətini sənədli filmlərə çevirmiş və nəhayət, bədii filmlər çəkməyə başlamışdır. Çəkdiyi filmlərin əksəriyyətində həm də ssenaristdir.
Tigin
Tigin (çincə: 特勤) — Türk dövlətlərində xaqanın vəliəhdlərinin daşıdığı titul. Bunlardan ən məşhuru Kül Tegindir. Günümüzdə "Təkin", "Tegin" olmaqla şəxsi ad kimi istifadə olunur.
Tilia
Cökə (lat. Tilia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsinin bütün ilıq bölgələrinin gilli, sərin və nəmli torpaqlarında yetişir. Sürətlə böyüyən və 20-25 metrəyə kimi uzanan cökə ağaclarının gövdələrinin diametri 1.5 m belə ola bilər. Əvvəlcə düz olan gövdə qabığı, ağac yaşlandıqca çatlayır. Üstü tünd yaşıl yarpaqları uzun saplı, ürək formasında və kənarları da düzdür. Yarpağın boz və ya gümüş rəngindəki alt tərəfində qılcıqlar var. İyun-avqust ayları arasında açan sarımtıl rəngli xüsusi xoş ətirli çiçəklərinin 3-5-i bir yerdə, yarpaqların orta damarına bağlı və sarılı vəziyyətdə olur. Ağacın tək toxumlu meyvəsi minik, yuvarlaq və qurudur. Cökə ağacı toxumu, gövdə çəlikləri ilə və ya boy atan köklərinin ayrılıb əkilməsi ilə çoxaldılır.
Timin
Timin (5-metilurasil) — pirimidinin törəməsi, azotlu əsasların beşindən biridir.Dezoksiriboza ilə birlikdə timidin nukleozidin tərkibinə daxil olaraq, bütün canlı orqanizmlərin tərkibində mövcuddur. Timin dezoksiribonukleotidlər DNT-in tərkibinə daxildirlər, RNT-də onun yerində urasilin ribonukleotidi yerləşir. Timin adeninlə 2 hidrogen rabitəsi əmələ gətirərək, ona komplementardır. Orqanizmin ölümündən sonra timin əsasları zamanla hidantoinlərədək oksidləşirlər. Tədqiqatlara əsasən, timin ultrabənövşəyi şualanmanın enerjisini dağıdaraq, DNT-ni onun mənfi təsirindən qoruya bilir.
Tiğit
Tiğit — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 56 km məsafədə yerləşmişdir. 1972-ci ilə kimi Əştərək rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Teqit kimi, Qafqazın 5 verstlik xəritəsində Tiğit formasında qeyd edilmişdir. Erməni mənbələrində Tğit formasında verilir. Toponim qıpçaq türk tayfasından olan tuq («tiğ» tuq etnoniminin formasıdır) etnoniminə, cəmlik bildirən -ut şəkilçsinin -it fonetik formasının artırması ilə əmələ gəlib, «tuğların yaşadığı kənd», «tuğlara məxsus kənd, yaşayış yeri» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 92 nəfər, 1873 - cü ildə 217 nəfər, 1886-cı ildə 241 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914 - cü ildə 488 nəfər, 1916-cı ildə 512 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Tığik
Tığik (dağ) — Laçın rayonu ərazisində dağ. Birinci Tığik — Laçın rayonu ərazisində kənd. İkinci Tığik — Laçın rayonu ərazisində kənd.
Viziy
Viziy (fr. Vizille) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Uazan Romanş kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38562. Kommunanın 2012-ci il üçün əhalisi 7647 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 268 до 1016 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənubda, Qrenobldan 13 km şimal-qərbdə yerləşir.
Tibi
Tibi (isp. Tibi) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 70,38 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1745 nəfərə çatmışdır.
Tiri
Tiri — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Tivi
Tivi (Ordubad)
Aprınçur Tigin
Aprınçur Tigin və ya Aprın Çor Tigin (VIII əsr) — Uyğur xaqanlığı dövründə, təxminən VIII–IX əsrlərdə yaşamış Maniçilik dininin təsirində şeirlər yazmış adı məlum ilk türk şairi. Turfan qazıntılarında tapılan şeirləri ilk dəfə Albert von Le Coq tərəfindən 1919-cu ildə yayımlanmışdır. Tapılan iki şeirin birincisi üç misradan təşkil olunan və ilahi tərzində yazılmış bir panegirikdir. Birinci şeirin ilk misrası zədələnmişdir. Aprın Çor Tiginin ikinci şeiri eşq mövzudunda yazılmışdır və dini olmayan bir şeirdir. Yeddi misradan ibarət olan bu şeirin birinci misrası itmişdir. "Sevgili" adlanan bu şeir uyğur ədəbiyyatının ilk və ən qədim lirik şeir nümunəsi hesab olunur. == Mənbə == Bican Ərcilasun, Əhməd. Türk Dili Tarihi / Başlangıçtan Yirminci Yüzyıla (türk). Akçağ Yayınları.
Birinci Tığik
Birinci Tığik — Azərbaycan Respublikasının Laçın rayonu Zerti kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində olan kənd dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı (Tığik) dağdan almışdır. Yaşayış məntəqəsi bu dağın ətəyində yerləşir. Sonralar Tığıq adlı ərazidə İkinci Tığik kəndi yaranmış və Tığik kəndlərini fərqləndirmək üçün əvvəlinə birinci sözü artırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
Kül Tigin
Kültigin və ya Köl Tigin (4 mart 685 – 27 fevral 731, Ötüken) — Şərqi Göytürk xaqanlığının başçısı olan Bilgə xaqanla birlikdə dövləti idarə edən şəxs.Qapağan xaqanın qardaşı oğlu, İltəriş xaqanın oğlu, Bilgə xaqanın qardaşı, İstəmi xaqanın nəvəsidir. == Etimologiyası == Rütbə tələffüz zamanı yavaş-yavaş öz mənasından uzaqlaşmağa doğru getmişdir. [Kül Tigin] olaraq tələffüz edilən şəxsin rütbəsinin adı Kül>Köl>Göl şəklində tələffüz olunur, açıqlama olaraq isə "Göl kimi böyük şəhzadə" anlamına gəlir. Xülasə, əsl tələffüz forması [Göl Tigin]dir. == Həyatı == Atası İltəris xaqan öləndə Bilgə 8, Kültigin isə 7 yaşında idi. Qardaşı ilə birlikdə əmisi Qapağan xaqan tərəfindən böyüdüldü.Qapağan xaqanın bir sıra uğurlar qazanmasında Bilgə xaqan və Kültiginin rolu böyük idi. Qapağan xaqan öləndə türklərin qayda-qanununa zidd hərəkət edərək, oğlunu vəliəhd elan etdi, lakin daha sonra Kültigin hakimiyyəti ələ keçirməyə nail oldu və o, Qapağan xaqanın oğlunun hakimiyyətini dəstəkləyənləri edam etdirdi. Daha sonra Bilgə xaqan Kültiginin israrı ilə xaqan oldu. Bu zaman Bilgə xaqanın yaşı 32, Kültigininki isə 31 idi. İltəris xaqanın zamanında Bilgə və Kültigin baş vəzir Tonyukukun ən yaxın köməkçiləri idilər.
Lisiy adası
Lisiy adası — Yapon dənizində, Naxodka körfəzində yerləşən ada. Rusiya Federasiyasının ən cənub adasıdır. Adanın eni 1,6 km, uzunluğu 400 m təşkil edir. Adanın güçlü dəniz dalğalarından körfəzin qərbi qoruyur. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı ərazisinə daxildir. == Tarix == Adanın adı müəmmalıdır. Çünki adada heç zaman tülk olmamışdır. Böyük ehtimalla adanın adı yerli əhalinin dilində işlənmiş kəlmə ilə bağlıdır. Adanın ilkin adı Oblızin olmuşdur. Bu isə adanı 18 iyun 1859-cu ildə kəşf edən Amerika korvetinin ekipazı üzvünün soy addı olmuşdur.
Mihay Babiç
Mihay Babiç (mac. Babits Mihály; 26 noyabr 1883[…], Seksard, Macarıstan krallığı – 4 avqust 1941[…], Budapeşt) — Macarıstan şairi, yazıçısı və tərcüməçisi. Daha çox dini mövzuda yazdığı şeirləri ilə məşhurdur. == Həyatı == Babiç Seksard şəhərində anadan olmuşdur. 1901-1905-ci illərdə Budapeşt Univeritetində təhsil almışdır. Burada o, Dejö Kostolanyi və Dyula Yuhas ilə tanış oldu. Müəllim kimi fəaliyyət göstərmiş və Baya (1905–06), Seqed (1906–08), Feqeraş (1908–11), Uypeşt (1911) və Budapeşt (1912–18) şəhərlərində məktəblərdə dərs demişdir. 1908-ci ildən başlayaraq yazdığı poemalar ona şöhrət gətirdi. Həmin ildə İtaliyaya səfər etdi və Dante Aligyeri ilə maraqlanmağa başladı; sonrakı illərdə İtaliyaya yenidən səfərlər etdi. Qazandığı təcrübələrdən qaynaqlanaraq Dantenin “İlahi Komediya” əsərini macar dilinə tərcümə etdi.
Mihay Bobocica
Mihay Bobocica (8 sentyabr 1986) — İtaliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Mihay Bobocica İtaliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Mihay Bobocica İtaliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Mihay Matura
Mihay Matura (mac. Mihály Matura; 8 aprel 1900, Budapeşt – 7 iyun 1975, Budapeşt) — macar Yunan-Roma güləşçisi, Avropa çempionatlarının mükafatçısı. 1900-cü ildə Budapeştdə anadan olmuşdur. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etmişdir və orada 5-ci yeri tutmuşdur. 1925 və 1926-cı illərdə Avropa çempionatlarının bürünc mükafatçısı olmuşdur. == Xarici keçidlər == Mihay Matura Arxivləşdirilib 2020-04-18 at the Wayback Machine — Sports-Reference.com saytında Olimpiya statistikası (ing.) Mihay Matura — International Wrestling Database saytında profili (ing.
Mihay Pank
Mihay Pank — Rumıniya futbolçusu Sol cinah müdafiəçisi mövqeyində oynayan Pank zəngin təcrübəyə və hündür boya malikdir. 30 yaşlı futbolçu karyerası ərzində vətənində Qloriya Reşitsa, Ekstensiv Krayova, Styaua Buxarest, Proqresul Buxarest klublarının şərəfini qoruyub. Boyu 187 sm olan Mihay Rumıniyanın güclülər dəstəsində 119 matça 3, birinci dəstədə keçirdiyi 84 oyuna 8 qol vurub.
Rihey Sano
Rihey Sano (21 sentyabr 1912 - 26 mart 1992) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Rıtıy burnu
Rıtıy burnu (bur. Хээрэ Хушуун, (rus. Рытый) — Baykal gölünün şimal-qərb sahilində yerləşən burun. İrkutsk şəhərindən 310 km şimal-şərqdədoir. Burada geniş otlaqlar vardır. == Elmi faktlar == Burun Baykal gölünün daxilinə 2 km məsafədə uzanır. Onu Olxon adasından asanlıqla görmək mümklkündür. Ritıy çaylarının vadisi geoloji çatlar üzərində yerləşir. Rıtıy burnundan Barquzin çayının vadisinə qədər Baykalıq sahili ilə səkkiz iri təpə uzanır. Geoloji düzülüşdə alt proterozoy erasının dağ suxurları üstünlük təşkil edir.
Söhrab Tahir
Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) — Azərbaycan Respublikasının xalq şairi (1998), nasir, publisist. == Həyatı == Söhrab Tahir 1926-cı il mayın 27-də Astara şəhərində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952–1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959–1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962–1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur. Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986–1991) olmuşdur.
Tahir Budaqov
Tahir Yaqub oğlu Budaqov (1 yanvar 1965, Naxçıvan) — Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri. == Həyatı == Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuşdur.1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Tibb elmləri namizədidir (1992). 1997–1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləmişdir. 1999–2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009–2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olmuşdur. "SOS Uşaq Kəndləri — Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir.
Tahir Cəfərli
Tahir Cəfərli (Cəfərli Tahir Barat oğlu; 24 mart 1970, Bakı) — Rusiya alimi və həkimi; Tibb elmləri namizədi. “Doktor Vizus” Tibbi Oftalmoloji Mərkəzin baş həkimi. "I dərəcəli Hippokrat ordeni" laureatı. == Həyatı == Cəfərli Tahir Barat oğlu 1970-ci il martın 24-də Bakıda anadan olub. 1986-cı ildə 223 nömrəli orta məktəbi bitirib, N.İ.Piroqov adına 2-ci Moskva Dövlət Tibb İnstitutunun müalicə fakültəsinə qəbul olunub. Göz xəstəlikləri kafedrası yanında elmi dərnəkdə fəal iştirak edib, tələbə elmi konfranslarında daim çıxış edib, Lenin ordenli 2-ci Moskva Dövlət Tibb İnstitutunun həvəsləndirici diplom və fərmanları ilə təltif olunub. T.Cəfərli 1993-cü ildə Rusiya Dövlət Tibb Universitetinin (Moskva) müalicə fakültəsini əla qiymətlərlə bitirib. 1993-1995-ci illərdə Rusiya Dövlət Tibb Universitetinin göz xəstəlikləri kafedrasında klinik ordinaturada “göz xəstəlikləri” ixtisası üzrə təhsil alıb. 1995-ci ildə həmin kafedrada da “göz xəstəlikləri” ixtisası üzrə aspiranturada oxuyub. T.Cəfərli 1993-1995-ci illərdə paralel olaraq Rusiya Dövlət Tibb Universitetinin normal anatomiya kafedrasının tədris laboratoriyasının müdiri işləyib.
Tahir Cəfərov
Tahir Cəfərov (d. 1948, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan fotoqrafı. == Həyatı == 1948-ci ildə Bakıda anadan olub. Təsadüf nəticəsində tanış olduğu bir gənc dostu ona fotokamera hədiyyə etmiş və bununla da onda fotoqrafiya həvəs oyatmışdır. Fotomüxbir kimi ilk dəfə olaraq fotolarını "Azərbaycan pioneri"ində nəşr etdirmiş və ilk qonorarını almışdır. Daha sonra "Parıltı" və "Sağlamlıq" jurnallarında və "Bakinski raboçi" qəzetində öz foto işlərini nəşr etdirmişdir. Azərbaycanlı jurnalisti Nəsir İmanquliyevin "Bakı" – "Mənim Bakım" qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır. Bundan sonra Azərbaycanfilm kinostudiyasında bir müddət çalışmışdır. Azərbaycan kinooperatoru Arif Nərimanbəyov fotoqrafiya fəaliyyətində ona mənəvi dəstək olmuşdur. Maestro Niyazinin xüsusi fotoqrafı kimi çalışmışdır.
Tahir Gözəl
Tahir Gözəl (1972, Maku, Qərbi Azərbaycan ostanı) — "Qarabağ" futbol klubunun vitse-prezidenti. == Həyatı == Tahir Gözəl 1972-ci ildə Makuda anadan olmuşdur. İngiltərənin Şeffild Management, Fransanın Soup De Coup universitetlərini bitirmişdir. Ailəlidir, 2 oğlu var. 2004-cü ildən "Qarabağ" futbol klubunun vitse-prezidentidir.