Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arda (Tolkin)
Árda (kv: /'arda/) — C. R. R. Tolkinin legendariumunda Yer kürəsinin adı, "Üzüklərin hökmdarında" və əlaqəli əsərlərdə bütün qeyd olunan yerləri özündə cəmləşdirən bir dünya, aləm. Faktiki olaraq bu Tolkinin icad etdiyi mifik tarixdə Yer planeti və günəş sistemidir. Ardada bir neçə dəniz və okean, Orta Dünya və Aman qitələri, İkinci Dövrdə mövcud olan nəhəng Númenor adası və Tolkinin qaralamalarında qeyd etdiyi digər torpaqlar yerləşirdi. == Ümumi məlumat == Arda Tolkinın kosmologiyasında Eä kainatının bir hissəsidir. O, Eä-nın qalan hissəsi kimi, Ainur Musiqisi vasitəsilə İlúvatarın övladları yəni elflər və insanlar üçün yaradılmışdır. Tolkin kosmologiyasında Günəş, Ay, ulduzlar və digər göy cisimləri bu planetin orbitində olduğundan, onlar da Ardanın bir hissəsi hesab olunur, ona görə də Arda bəzən "Günəş sistemi" kimi təxmin edilir. Göy cisimlərsiz bu Planetin özü isə Ambar və ya İmbar adlanır. Əvvəldən Arda yastı formasında idi, burada yerləşən qitələr nəhəng Ekkaya (kv. Ekkaia) və ya Vaya (kv. Váya; ing.
Con Tolkin
Con Ronald Ruel Tolkin (ing. John Ronald Reuel Tolkien; /dʒɒn ˈrɒnld ˈruːəl ˈtɒlkiːn/; 3 yanvar 1892[…], Blumfonteyn, Azad Oranj Dövləti[…] – 2 sentyabr 1973[…], Bornmut, Dorset[d][…]) — ingilis yazıçısı, linqvisti və filoloqu, "Hobbit və ya oraya və geriyə" povestinin, "Üzüklərin hökmdarı" trilogiyasının və "Silmarillion" romanının müəllifi kimi məşhurdur. Tolkin 1925–1945-ci illərdə Oksfordda yerləşən Pembrok Kollecində ingilis və anqlosakson dilləri üzrə, 1945–1959-cu illərdə isə ingilis dili və ədəbiyyatı üzrə professor dərəcəsində işləmişdir. Digər məşhur ingilis yazıçısı Klayv Lyuislə birlikdə "İnklinqlər" ədəbi cəmiyyətinin üzvü olmuşdur. 28 mart 1972-ci ildə kraliça II Elizabet tərəfindən ona Britaniya İmperiyası ordeninin komandoru dərəcəsi verilmişdir. Tolkinin vəfatından sonra, oğlu Kristofer atasının qeydləri və əlyazmaları əsasında bir neçə əsər, o cümlədən "Silmarillion"u nəşr etdirdi. Bu kitab, "Hobbit" və "Üzüklərin hökmdarı" ilə birlikdə Arda adlı xəyali dünya və onun bir hissəsi olan Orta dünya haqqında nağıllar, şeirlər, hekayələr, süni dillər və ədəbi esselərin toplusunu təşkil edir. 1951–1955-ci illərdə Tolkin bu toplunun böyük hissəsini adlandırmaq üçün "legendarium" (ing. Legendarium) ifadəsini istifadə etmişdi. İlk kitabı olan "Hobbit"i 1937-ci ildə nəşr etdirir.
Dolkun Isa
Dolkun Isa (Uyğurca: دولقۇن ئەيسا) (2 sentyabr 1967, Sincan-Uyğur Muxtar Rayonu) — Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Uyğur xalqının insan haqqları üçün mübarizə edən Uyğur aktivist.
Yelena Tokun
Yelena Tokun (15 mart 1974, Moskva) — Rusiyanı təmsil edən su poloçusu. Yelena Tokun, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
C. R. R. Tolkin
Con Ronald Ruel Tolkin (ing. John Ronald Reuel Tolkien; /dʒɒn ˈrɒnld ˈruːəl ˈtɒlkiːn/; 3 yanvar 1892[…], Blumfonteyn, Azad Oranj Dövləti[…] – 2 sentyabr 1973[…], Bornmut, Dorset[d][…]) — ingilis yazıçısı, linqvisti və filoloqu, "Hobbit və ya oraya və geriyə" povestinin, "Üzüklərin hökmdarı" trilogiyasının və "Silmarillion" romanının müəllifi kimi məşhurdur. Tolkin 1925–1945-ci illərdə Oksfordda yerləşən Pembrok Kollecində ingilis və anqlosakson dilləri üzrə, 1945–1959-cu illərdə isə ingilis dili və ədəbiyyatı üzrə professor dərəcəsində işləmişdir. Digər məşhur ingilis yazıçısı Klayv Lyuislə birlikdə "İnklinqlər" ədəbi cəmiyyətinin üzvü olmuşdur. 28 mart 1972-ci ildə kraliça II Elizabet tərəfindən ona Britaniya İmperiyası ordeninin komandoru dərəcəsi verilmişdir. Tolkinin vəfatından sonra, oğlu Kristofer atasının qeydləri və əlyazmaları əsasında bir neçə əsər, o cümlədən "Silmarillion"u nəşr etdirdi. Bu kitab, "Hobbit" və "Üzüklərin hökmdarı" ilə birlikdə Arda adlı xəyali dünya və onun bir hissəsi olan Orta dünya haqqında nağıllar, şeirlər, hekayələr, süni dillər və ədəbi esselərin toplusunu təşkil edir. 1951–1955-ci illərdə Tolkin bu toplunun böyük hissəsini adlandırmaq üçün "legendarium" (ing. Legendarium) ifadəsini istifadə etmişdi. İlk kitabı olan "Hobbit"i 1937-ci ildə nəşr etdirir.
Koldun
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Qokkun
Qokkun (飲精) — bir kimsənin bir və ya bir neçə insanın bir qabda yığdığı spermanı içmək üçün istifadə olunan yaponca termin. Ümumiyyətlə qap kimi əsasən stəkanlardan, fincanlardan, sınaq qablarından, soba qablarından, şərab və ya kokteyl qədəhlərindən istifadə olunur. Belə növ ssenarilərdə adətən birdən çox kişinin sperması bir yerə cəmlənir və daha sonra cəmlənmiş sperma bir qadın və yaxud da kişi tərəfindən içilir.
Talkan
Talkan (şirniyyat) — qovrulmuş arpa və ya buğda unundan hazırlanmış sərt lapa. Talkan (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Torun
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Tulun
Tulun (rus. Тулун) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Tülkü
Tülkü (lat. Vulpes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Canavarlardan fərqli olaraq, tülkülərin, uzunsov sifəti, böyük sivri qulaqları, vertikal oval şəkilli göz bəbəkləri var. Azərbaycanın bütün ərazilərində mövcuddur. Adi, ya da kürən tülküsü daha geniş yayılıb. Onların bədəninin uzunluğu 90 sm, quyruğu isə 60 sm çatır. Belinin rəngi kürən, qarnı ağ, hərdən qara olur. 14-15 yarımnöv mövcuddur, onların çoxluğu arealın böyük olmasıyla bağlıdır. Yalnız meşələrdə və dağlarda yox, o cümlədən açıq yerlərdə yaşayır və balalayırlar. Özü qazdığı ya da boş yuvalarda məskən salır.
Kristofer Uolken
Kristofer Uolken (ing. Christopher Walken, ilk adı Ronald Uoken (ing. Ronald Walken); 31 mart 1943[…], Astoriya, Nyu-York ştatı) — amerikalı aktyor. Öz nəslinin ən aktiv Hollywood aktyorlarından biri. Özünün də etiraf etdiyi kimi, ona təklif olunan rolların hər birini yeni bir təcrübə hesab edərək demək olar ki, heç vaxt rədd etmir. Son onilliklərdə hər il təxminən beş filmdə rol alır. Onun iştirakı ilə çəkilən filmlər Şimali Amerika prokatında 1.8 milyard dollardan çox gəlir əldə ediblər. Karyerası boyunca 100-dən çox filmdə rol alıb. Uoken "Yuxulu dərə", "Öldürməyə baxış" və s. kimi filmlərdə çoxsaylı mənfi və ya tanımaq istəməmə hissləri oyadan, cinayətkar dahilər, məşum mistik şəxsiyyətləri əks etdirə bacarmışdır.
Məcburi köçkün
Məcburi köçkünlər — xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisindən daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslərdir.
Solğun mahmızlalə
Solğun mahmızlalə (lat. Corydalis pallida) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Solğun qaratoyuq
Solğun qaratoyuq (lat. Turdus pallidus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Solğun süsən
Solğun süsən (lat. Iris pallida) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Solğun çiçəklər
Solğun çiçəklər (pyes) - yazıçı Cəfər Cabbarlının yazdığı pyes. Solğun çiçəklər (opera) - bəstəkar Süleyman Ələsgərovun yazdığı opera. Solğun çiçəklər (film, 1987) - tamaşa.
Talkan (Meşkinşəhr)
Talkan (fars. تلكان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 26 nəfər yaşayır (4 ailə).
Talkan (şirniyyat)
Talkan (başq. талҡан; bur. талхан; qaz. талқан; qırğ. талкан; rus. толокно) — qovrulmuş arpa və ya buğda unundan hazırlanmış sərt lapa. Talkan altay, noqay, başqırd, buryat, qazax, qırğız, monqol, tatar, tıva, özbək, çuvaş və xakas mətbəxlərində geniş yayılmışdır. Lakin talkan daha çox başqırdların ənənəvi mətbəxinin nümunəsi sayılır. Başqırdlar onu əsasən kumusdan hazırlayırlar. Ümumiyyətlə talkan qida növü kimi daha çox şimal və soyuq iqlim şəraitində yaşayan xalqların qıda rasionunda üstünlük təşkil edən xörək növüdür.
Tülkan (Urmiya)
Tülkan (fars. تولكان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 455 nəfər yaşayır (106 ailə).
Volkan Bozkır
Volkan Bozkır (22 noyabr 1950, Ankara) — türk vəkil, diplomat və siyasətçi. Türkiyə Cümhuriyyətinin keçmiş naziri və Avropa Birliyinin baş müzakirəçisi, İstanbul millət vəkili, TBMM Xarici İşlər Komitəsinin sədri, Türkiyə-ABŞ Parlamentlərarası Dostluq Qrupunun sədri vəzifəsini icra etdi. Volkan Bozkır 22 noyabr 1950-ci ildə Ankarada anadan olub. Atasının adı Fethi, anasının adı Sevgi. Ankara Universiteti Hüquq Fakültəsini 1971-ci ildə bitirib. 1972-ci ildə daxil olduğu Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1987–1989-cu illər arasında Baş nazir Turgut Özalın Xarici Məsləhətçisi, 1989–1992-ci illər arasında New York Baş Konsulluğu və 1992–1996-cı illər arasında Dövr Prezidentləri Turqut Özal və Süleyman Dəmirəl vəzifələrində çalışmışdır. Şəxsi qələm müdiri və xarici məsləhətçi kimi çalışmışdır. 1996–2000 illəri arasında Buxarestdəki səfirlik, 2000–2003 illəri arasında Avropa Birliyi Baş katibinin köməkçisi, 2003–2005 illəri arasında Xarici İşlər Nazirliyi, 2005–2009 illəri arasında müvəkkil köməkçisi və səfir adı olaraq Türkiyənin Avropa Birliyindəki Daimi Nümayəndəliyində tapıldı. 2009-cu ildə başlayan Avropa Birliyi, Baş katiblik vəzifəsindən istefa edərək 2011 mart 2011 ümumi seçkilərində İstanbulda Ədalət və İnkişaf Partiyası 2. Bölgəyə millət vəkili namizədi oldu.
Volkan Dəmirəl
Volkan Dəmirəl (27 oktyabr 1981, İstanbul, Türkiyə) — Türkiyə futbolçusu. Türkiyə milli futbol komandasının qapıçısı. Fənərbaxçadakı ilk rəsmi oyununa 26 aprel 2003-cü ildə Samsunspora qarşı çıxıb. Futbol üzrə Avropa çempionatı 2008-də A qrupunda mübarizə aparan Türkiyə yığmasının heyətində 3 oyunda meydana çıxıb. Türkiyənin Çexiya yığmasına qarşı keçirdiyi və 0-2 hesabı ilə məğlub durumda olsa da sonda 3-2 hesabı ilə qələbə qazandığı oyunun 92-ci dəqiqəsində Jan Kolleri dartıb yıxdığına görə qırmızı vərəqə ilə cəzalandırılıb. Oyunu tərk edən Volkanın yerinə hücumçu Tuncay Şanlı qapıçı dayanıb. Bundan sonra Türkiyənin çempionatda keçirdiyi növbəti iki oyununu buraxmalı olub.
İlokun mühasirəsi
İlok şəhərinin mühasirəsi — 1526-cı ildə Moxaç səfəri dövründə Osmanlı imperiyası ilə Macarıstan krallığı arasında baş vermiş, nəticədə Parqalı İbrahim Paşanın komandanlığı altındakı türk ordusu şəhəri ələ keçirmişdi. İyulun 27-də Petrovaradindən qalib ayrılan Parqalı İbrahim Paşanın komandanlığı altında olan Osmanlı ordusu, Dunay yolunu açmağa davam edərək 1 avqust cümə günü İloka gəldi və qalanı muhasirə altına aldı. Təxminən qalanın içində 3000-dən az qarnizon var idi. Müdafiəçilər təslim çağırışını rədd etdikdə top atəşi açıldı və lağım qazıntıları başladı. Bir həftəlik müqavimətdən sonra Türk ordusu 8 avqust cümə günü qalanı ələ keçirdi. Qalanın süqutu ilə, Dravada olan Osijek komandiri, şəhərin açarlarını 14 avqustda Parqalı İbrahim Paşaya gətirdi. Bunun üstünə padşah tərəfindən gələn əmrlə Türk ordusu Macarıstana girdi və əsas ordu ilə birləşdi. Mohaç döyüşü (1526) Petrovaradin müharibəsi Osmanlı İmperiyası Danişmend. Cilt II. İstanbul: Doğu Kütüphanesi. 1971.
Əli Volkan
Əli Volkan (1887, Nardaran - 1981, İstanbul, Türkiyə) — Azərbaycan mühacirət ədəbiyyatının nümayəndələrindən biri, folklorçu. Əli Volkan 1887-ci ildə Nardaran kəndində dünyaya gəlmişdir. Kiçik yaşlarından bədii yaradıcılıqla ardıcıl məşğul olmuşdur. Azərbaycanda Xalq Cümhuriyyətinin elan edilməsini böyük coşqunluqla, ruh yüksəkliyi ilə qarşılamış, duyğularını şerlərində ifadə etmişdir. Gəncə alayında hərbi xidməti borcunu yerinə yetirmişdir. Xalq Cümhuriyyətinin süqutundan sonra şeirlərini Əli Usta təxəllüsü ilə dərc etdirmişdir. Türkiyədə milli ruhlu şerləri siyasi mühacirətin nəşr etdiyi dərgilərdə çıxmışdır. Bu şerlərdə Azərbaycanın müstəqil dövlət olacağına dərin inam əksini tapmışdır. Azərbaycan bayatıları kitabını tərtib və nəşr etdirmişdir. 1981-ci il avqustun 2-də İstanbulda vəfat etmişdir.
Volkan Ünlü
Volkan Ünlü (d. 8 iyul 1983, Gelzenkirxen ) — türk qapıçı. O , "Şalke 04" ün qapıçı məşqçisidir. Futbola 1995-ci ildə 12 yaşında ikən FC Gladbeck komandasında başlayıb. Bir il sonra SV Höntrop klubuna keçdi. O, burada ikinci ilindən qapıçı kimi fəaliyyətə başlayıb. O, qapıda istedadı ilə güclü təsir bağışlayıb və karyerasını bu vəzifədə davam etdirib. 1998-ci ildə "Şalke 04" ə keçib. Müxtəlif infrastruktur səviyyələrində oynadıqdan sonra ilk dəfə 2002-03 mövsümündə A komandası ilə işləməyə başladı. 2003-04 mövsümündə FC Schalke 04 II komandasına yüksəldi.
Vamıq Volkan
Vamıq D. Volkan (türk. Vamık D. Volkan; 1932, Nikosiya, Nikosiya rayonu[d]) — əslən Kipr türkü olan ABŞ psixiatrı. O, dialoq və qarşılıqlı anlaşma üçün münaqişəli qrupları bir araya gətirən 40 illik fəaliyyəti ilə tanınır. Bir çox digər mükafatları arasında Beynəlxalq Dialoq Təşəbbüsünün fəxri prezidentidir. Obyektlərin əlaqələndirilməsi yas tutanları (çox vaxt təsadüfi birləşmə yolu ilə) faktiki itki anına bağlamağa xidmət edən bir nəzəriyyədir. Bu, faktiki obyektlər, hərəkətlər və ya ölülərlə eyniləşdirmənin başqa formaları ilə əlaqəli ola bilər. Volkanın Edvard Bibrinqin əsəri üzərində qurduğu "yenidən kədər terapiyası" "ölüm keyslərini – onun necə baş verdiyi, xəstənin xəbərə reaksiyası və cəsədin görülməsi, dəfn mərasimi hadisələri və s. nəzərdən keçirmək üçün onları geri götürərək" patoloji yas tutanları azad etməyi planlaşdırırdı. Vikianbarda Vamıq Volkan ilə əlaqədar mediafayllar var International Dialogue Initiative (IDI) 2015 Sigourney Award Claude Moore Library-Historical Collections About Vamik Volkan "Migration". Ferhat.