Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tornado
Tornado və ya Amerika qasırğası − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65–180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir. Xüsusi təhlükəli tornadolar isə 450 km/saatdan artıq sürətə, 1,5 km-dən böyük enə malik olmaqla yanaşı, yerdə 100 km-dən artıq yol qət edə bilirlər. Tornado haqqında ilk elmi nəzəriyyə 1917-ci ildə Alfred Vegener tərəfindən irəli sürülmüş və indiyədək doğru olaraq qəbul edilməkdədir. Su hövzəsinin üzərində meydana gələn hava burulğanı, yerdən çəkdiyi sular ilə su tornadosu yarada bilər. ABŞ-Kanada tornadosu (1985) Fotos von Tornados Arxivləşdirilib 2006-06-13 at the Wayback Machine Familie von Wasserhosen über dem Adriatischen Meer Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine European Severe Storms virtual Laboratory (ESSL) (englisch) European Severe Weather Database (ESWD) (englisch) The Tornado and Storm Research Organisation (TORRO) (englisch) NSSL: National Severe Storm Laboratory, USA (englisch) What is a Tornado? Essay von Charles A. Doswell, Cooperative Institute for Mesoscale Meteorological Studies, Norman (OK), USA (englisch) Was ist ein Tornado?
Panavia Tornado
Panavia Tornado İtaliya, Böyük Britaniya və Almaniya tərəfindən birgə istehsal olunmuş iki mühərrikli, çoxməqsədli qırıcıdır. Tornado qırıcısının üç əsas variantı var: Tornado IDS döyüşçü-bombardmançı, Tornado ECR düşmənin hava hücumundan müdafiə sistemlərini üstələmək məqsədli radioelektron mübarizə və kəşfiyyat, Tornado ADV tutucu (interceptor) variantı. İlk uçuşunu 14 avqust 1974-cü ildə həyata keçirmiş, 1979-1980-ci illərdə silahlanmaya qəbul olunmuşdur. Səudiyyə Ərəbistanı bu döyüş təyyarəsinin üç istehsalçı ölkədən başqa yeganə ixracatçısıdır. Tornado qırıcıları indiyə qədər müxtəlif döyüş ərazilərində istifadə edilmiş, Bosniya, Kosovo, Suriya, İraq, Əfqanıstan kimi fərqli ölkələrdə döyüş tapşırığını uğurla yerinə yetirmişdir. Almaniya: 64 ədəd IDS və 29 ədəd ECR variantı. İtaliya: 62 ədəd IDS və 16 ədəd ECR variantı. Birləşmiş Krallıq: 80 ədəd GR4/GR4A. Səudiyyə Ərəbistanı: 82 ədəd IDS variantı.
9A52-4 Tornado
9A52-4 Tornado - reaktiv yaylım atəşi sistemi, bənzəri olan “Smerç” reaktiv yaylım atəşi sistemlərindən daha uzaq məsafəni vura bilir. Bu sistemin bir yaylım atəşi ilə yüz futbol meydançası böyüklükdə olan ərazini əhatə etmək olur. “Tornado-S” bir yaylım atəşi zamanı hədəfə bir neçə ton ağırlığında partlayıcı maddə “göndərə” bilir və bu da həmin silahı dağıdıcı gücünə görə atom bombasından sonra ikinci ən dəhşətli silaha çevirir. “Smerç” reaktiv yaylım atəşi sistemləri 70–90 km məsafədə hədəfləri vurur, “Tornado-S” isə 120 km. mənzilə malikdir. Perspektivdə raketlərin mənzili 200 kilometrə qədər artırılacaq. “Tornado-S” kompleksi 12 istiqamətləndirici ilə təchiz edilmiş əsas döyüş maşınından, eyni sayda raketlərdən ibarət konteyner daşıyan nəqliyyat-doldurucu maşından, komanda məntəqəsindən və raketlərin hədəfi vurmasını yoxlamaq üçün pilotsuz uçan aparatdan ibarətdir. “Tornado-S” sistemlərinin ilk partiyası “Motovilixinsk zavodları” tərəfindən Rusiya qoşunlarına 2017-ci ilin avqust ayında yola salınıb. Gözlənilir ki, 2020-ci ilə qədər “Tornado-S” sistemləri Rusiya ordusundakı “Smerç” reaktiv yaylım atəşi sistemlərini əvəzləyəcək. == Variantları == 9A52-4 Tornado sistemi yüngül reaktiv yaylım atəş sistemidir.
Turnedo
Turnedo — ispan mətbəxinin yeməklərindən biri Mal əti −600 qr Pomidor- 280 qr Toyuq qaraciyəri-200 qr Pendir "Brınza"- 80 qr Suxari(çörək qurusu)-120 qr Ağ şərab — 80 ml Pomidor sousu və ya tomat suyu-120 qr Kərə yağı — 4 xörək qaşığı Kartof Duz Qara çörək Toyuq qaraciyəri kərə yağında qızardılır. Pendir qızardılmış qaraciyərlə birlikdə rəndədən keçirilir. Böyük bir pomidorun qapağı kəsilir, içi təmizlənir və qaraciyər-pendir qarışımı pomidorun içərisinə doldurulur. Üzərinə quru çörək qırıntıları (suxari) səpilir. Sonra pomidorun üzərinə bitki yağı tökülüb duxovkada bişirilir. Ət formasını itirməməsi üçün mətbəx ipi ilə şəkildəki kimi sarınır. Ət "Turnedo" hər iki tərəfdən tavada qızardılır. Qızardıldıqdan sonra ip çıxarılır. Qarnir üçün qızardılmış kartof daha yaxşı olar. Qara çörək ət qızardılmış tavada qızardılır(ləzzətli olması üçün), və yeməyin yanında süfrəyə verilir.
Torpedo
Torpedo və ya Torpeda sükanı və pəri olan, suyun üstündən və ya altından suya atılan, sükanı və pəri ilə hədəfə doğru hərəkət edən partlayıcı sualtı silahdır. Əsasən onlardan sualtı qayıqlarda və döyüş gəmilərində istifadə olunur. Torpedo sözü bir balıq növü olan torpedo balığından (Torpediniformes) götürülmüşdür. Latın dilindən tərcümədə torpere sözü uyuşdurmaq, çaşdırmaq deməkdir. Vertolyotun ixtirasına oxşar bir formada torpedonun da qədim zamanlarda mövcud olduğu hesab edilir. Torpeda adlandırıla bilinəcək ilk rəsmləri 1275-ci ildə Suriya alimi olan Həsən Əl-Ramah çəkmişdir. Ramahın tədqiqatlarında suyun səthində hərəkət edə bilən bir raket göstərilir. Bundan sonra isə torpedolar müasir Xorvatiyanın Riyeka şəhərində hazırlanmışdır. Hələ "torpedo" sözü mövcud olmamışdan əvvəl ilk sualtı qayıqlardan biri hesab olunan Turtle (1775) torpedalara çox oxşar olan bir raketlə hücum həyata keçirmişdir. Bununla belə, Tısbağanın qeydə alınmış yeganə hücum etdiyi gəmi hesab olunan HMS Eagle gəmisinə etdiyi hücum nəticəsində gəminin gövdəsi qırılmamış və beləliklə də gəmiyə heç bir zərər dəyməmişdir.
Toradi
Toradi — Azərbaycan Respublikasının Astara rayonunun Hamoşam kənd inzibati ərazi dairəsində kənd. Torə (tora) talış dilində "su mənbəyi", "kanal" və di "kənd" deməkdir.
Torna
Torna metalların və süni materialların kəsmə ilə hazırlanmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Torna əməliyyatı kəskilərin tətbiqi ilə torna dəzgahlarında aparılır. Başqa əməliyyatlardan fərqli olaraq burada əsas hərkəti pəstah, köməkçi hərkəti isə alət yerinə yetirir. Pəstah fırlanır, kəski isə supportun köməyi pəstah boyunca hərəkət etdirilərək veriş hərəkətini alır. Bu zaman kəskiyə verilən eninə veriş kəsmə dərinliyini yaradır, bunun nəticəsində də emal zamanı yonqar əmələ gəlir. Xüsusi hallarda alət də baş hərkətin alınmasında iştirak edir. Klassik torna əməliyyatında fırlanan səthlər emal olunmuşlar. Hal-hazırda müasir CNC idraəetmə sistemi ilə təchiz olunmuş dəzgahlar daha mürəkkəb səthlərin emalına imkan yaradırlar. Verişin istiqamətindən asılı olaraq uzununa və eninə torna əməliyyatları mövcuddur. Alətin pəstaha nisbətən vəziyyəti isə xaric və daxili yonma ilə səciyyələnir.
Cini Korrado
Cini Korrado (23 may 1884[…] – 13 mart 1965[…], Roma) — İtalyan statistik, sosioloq, demoqraf və iqtisadçı, faşizmin aparıcı nəzəriyyəçi və ideoloqlarından biri. “Faşizmin elmi əsasları” kitabının müəllifi (1927). == Bioqrafiyası == Cini Korrado 23 may 1884-cü ildə Motta di Livenzada (Trevizo şəhəri yaxınlığında) anadan olub. Bolonya Universitetinin hüquq fakültəsində təhsil alıb, burada hüquqla yanaşı, riyaziyyat, iqtisadiyyat və biologiya üzrə də təhsil alıb. 1905-ci ildə Boloniya Universitetini bitirdikdən sonra o, Kalyari (1910-cu ildən), Padua (1913-cü ildən) və Roma (1925-ci ildən) universitetlərində müəllimlik edib, biometrika, demoqrafiya, konstitusiya hüququ, siyasi iqtisadiyyat, sosiologiya və statistika üzrə professor vəzifələrində çalışıb. Onun maraqları əhəmiyyətli dərəcədə statistika və hüquq elminin formal hüdudlarından kənara çıxırdı. Roma Universitetində rəhbərlik etdiyi sosiologiya kafedrasını təsis etdi. Cini 1920-ci ildə "Metron" statistik jurnalını təsis edib və ölümünə qədər bu jurnala rəhbərlik edib. Bu jurnal nəşr üçün yalnız praktik tətbiqi olan məqalələri qəbul edilirdi. 1925-ci ildə Roma Sapientsa Universitetində professoru olub.
Katerina Kornaro
Katerina Kornaro (yun. Αικατερίνη Κορνάρο, it. Caterina) (25 noyabr 1454 – 10 iyul 1510) — 1474-1489-cu illərdə Kipr krallığının kraliçası. Həyat yoldaşı II Ceymsin ölməsindən sonra "Venesiya Respublikasının qızı" adını qəbul etdi və adanı Venesiya Respublikasının himayəsinə verdi. Beləliklə, Kipr krallığı süqut etdi.
Neoseiulus tornadus
Neoseiulus tornadus (lat. Neoseiulus tornadus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Torpedo FK
Torpedo — Taqanroq şəhərində fəaliyyət göstərən sovet və rus futbol klubu. 1920-ci illərin əvvəlləri — Artyom adına klub 1936–1946 — "Zenit" 1946–1953 — "Traktor" 1953–2004 — "Torteqo" Klub ilk dəfə 1920-ci illərdə Artyom adına klub olaraq təsis edilmişdir. Sonradan "Zenit" (1936–1946) adı ilə fəaliyyət göstərir. Klub 1946–1953-cü illər "Traktor", 1953–2004-cü illər isə "Torpedo" adi ilə fəaliyyət göstərmişdir. Klub rəsmən öz fəaliyyətini 2004-cü ildə başa vurmuşdur. 1955-ci ildə Taqanroq kombayn zavodunun direktori Aleksandr Matveeviç Merkulov "Torpedo" klubuna Moskvadan Qeorqi Vasileviç Mazanovu məşqçi qismində dəvət edir. Artıq növbəti il 1956-cı ildə "B" dəstəsində ikinci yeri tutur. Onlar peşəkar liqaya düşməkdə 1 xal minsk klubuna uduzurlar. RSFSR çempionu (1955). RSFSR çempionatının gümüş medalçısı (1954).
Torpedo aparatı
Torpedo aparatı və ya Torpedo borusu üfüqi istiqamətdə torpedoları işə salmaq üçün işlədilən bir cihazdır. Torpedo borularının və ya aparatının iki əsas növü var: Sualtı gəmilərə və bəzi suüstü gəmilərə quraşdırıla bilən suyun səviyyəsindən aşağıda işləmək üçün hazırlanmış rampalar. Yalnız suüstü gəmilərdə göyərtəyə quraşdırıla bilən rampalar.
Torpedo gəmisi
Torpedo gəmisi — torpedoları döyüşdə daşımaq üçün hazırlanmış nisbətən kiçik və sürətli bir döyüş gəmisidir. Ən erkən dizaynlar bomba yüklü bir torpedonun gəmidə aparılaraq digər gəmiyə çırpılmasına əsaslanır. İkinci nəsil dizaynlar isə torpedo borularından özüyeriyən torpedaları işə sala biləcək sistemlərdir. (Bu növ torpedonu dünyada ilk dəfə istifadə edən sualtı qayıq Əbdülhəmid sualtı qayığı olub.) Torpedo gəmiləri sürət və çeviklik baxımından ondan daha ağır və yavaş döyüş gəmilərini məhv etmək üçün hazırlanmışdır. Bir sıra ucuz qayıq və gəmilərdən ibarət torpedo qayıqları, güclü silahlanmış və bahalı döyüş gəmilərinə qarşı uğur qazandı. Bu şəkildə ucuz bir torpedo gəmilərindən ibarət olan donanma özünün kiçik ölçüləri və məhdud yanacaq tutumuna görə yalnız kiçik sahilboyu əraziləri özündən çox daha böyük və daha bahalı donanmalara qarşı uğurla müdafiə edə bilirdi. 19-cu əsrin sonlarında sürətli torpedo gəmilərinin tətbiqi dövrün dəniz qüvvələri üçün ciddi narahatlıq yaratdı. Buna cavab olaraq böyük gəmilərdən ibarət donanmalar təhlükəyə qarşı kiçik gəmilərlə təchiz edilməyə başlanıldılar. Əslində bunlarda qarşılaşdıqları torpedo gəmilərinə bənzəyirdiləe, lakin torpedonun əvəzinə bunlarda yüngül silahlar quraşdırılmışdı. Dizaynlar və ehtiyaclar yaxşılaşdıqca "torpedo gəmisi destroyeri" istehsal edilməyə başlanıldı.
El Dorado
Eldorado (isp. El Dorado - qızıldan olan) — Amazon çayı hövzəsində yerləşdiyi iddia olunan əfsanəvi şəhər. Əfsanəyə görə, bu şəhərdə hər şey qızıldan hazırlanıb. El Hombre Dorado (qızıl adam), El İndio Dorado (qızıl hindu), və ya El Rey Dorado (qızıl kral), Avropalılıar tərəfindən Kolumbiyada yerli qəbilənin başçısı olan Muiskaya verilən addır. Muiska qızıla çox həris bir insan olmuş və rəvayətə görə özünü qızıl tozu ilə örtmüşdür. El Dorado bu əfsanəvi qızıl kralın imperatorluğu kimi təsvir olunaraq yer anlayışına çevrilmişdir. == Ədəbiyyatda == Eldorado ədəbiyyatda məcazi mənada insanların ömürləri boyu axtardığı bir şeyi təsvir etmək üçün işlədilir. Bu əsl sevgini, cənnəti, xoşbəxtliyi və ya uğuru təmsil edə bilər. Uzun müddət axtardıqdan sonra tapılmayan və ya tapılma ehtimalı olmayan bir şeyi ifadə etmək üçün də Eldorado sözü işlədilir.
Toradi bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Torpedo Kutaisi FK
Torpedo — Gürcüstanın futbol klubu. 1946-cı ildə yaranmışdır.
Torpedo Taqanroq FK
Torpedo — Taqanroq şəhərində fəaliyyət göstərən sovet və rus futbol klubu. 1920-ci illərin əvvəlləri — Artyom adına klub 1936–1946 — "Zenit" 1946–1953 — "Traktor" 1953–2004 — "Torteqo" Klub ilk dəfə 1920-ci illərdə Artyom adına klub olaraq təsis edilmişdir. Sonradan "Zenit" (1936–1946) adı ilə fəaliyyət göstərir. Klub 1946–1953-cü illər "Traktor", 1953–2004-cü illər isə "Torpedo" adi ilə fəaliyyət göstərmişdir. Klub rəsmən öz fəaliyyətini 2004-cü ildə başa vurmuşdur. 1955-ci ildə Taqanroq kombayn zavodunun direktori Aleksandr Matveeviç Merkulov "Torpedo" klubuna Moskvadan Qeorqi Vasileviç Mazanovu məşqçi qismində dəvət edir. Artıq növbəti il 1956-cı ildə "B" dəstəsində ikinci yeri tutur. Onlar peşəkar liqaya düşməkdə 1 xal minsk klubuna uduzurlar. RSFSR çempionu (1955). RSFSR çempionatının gümüş medalçısı (1954).
Ana Mariya Tostado
Ana Mariya Tostado Dominqo (isp. Ana María Tostado Domingo; 30 oktyabr 1971, Valensiya) — İspaniya universal voleybolçusu. 1992 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. == Həyatı == Ana Mariya Tostado 30 oktyabr 1971-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur. 1990–1992-ci illərdə "Espanyol" da, 1993–1994-cü illərdə "Mursiya"da çıxış etmişdir. 1990/91 mövsümündə "Espanyol"un tərkibində İspaniya çempionatını, kubokunu və superkubokunu, 1993/94 mövsümündə "Mursiya"nın tərkibində ölkə çempionluğunu qazanmışdır. 1991-ci ildə İspaniyanın qadınlardan ibarət komandasının tərkibində Yaponiyada keçirilən dünya çempionatında çıxış etmiş, komanda 11-ci yeri tutmuşdur. O, 1992-ci ildə Barselonada Yay Olimpiya Oyunlarında İspaniyanın qadın voleybol komandasının üzvü olmuş, 4 oyun keçirmişdir. Komanda 8-ci yeri tutmuşdur.
Torna maşınları
Torna dəzgahı
Torna maşınları — Torna hamarlama, mişarlama, qazma, yonma kimi müxtəlif əməliyyatlar aparmaq üçün iş parçası dönmə oxu ətrafında döndərək işləyən bir simmetrik obyektdir. Tornalar ağacın yonulması metal işləmə, metal iplik, termik püskürtmə, qismən parçaların kəsilməsi və şüşə işləmində istifadə olunur. Torna qədim qurğudur . Qədim Misirdə istifadə olunan bir vasitə olub. Məlum olduğu kimi, miladdan öncə III əsrə aid olmuşdur. Hökumət aid əsərlərin açıq dəlilləri e.ə. 6. əsrdə tapılmışdır: Şimali İtaliyadakı Etrüsk məzarındaki taxta bir kasanın hissələri və Türkiyədə dekorativ torna ağızlı iki düz taxta qab,. Asuriya və Hindistanda da istifadə sübutları var. Torna Sənayi İnqilabı üçün çox əhəmiyyətli idi.
ABŞ-Kanada tornadosu (1985)
1985 ABŞ-Kanada dağıdıcı tornadosu, Kanadada Barri tornadosu — 31 may 1985-ci ildə Ohayo, Pensilvaniya, Nyu-York və Ontarioda baş verən ən yüksək — F5 kateqoriyalı tornado. Bu tornado əhatə dairəsinin genişliyinə, gücünə və dağıdıcılığına görə digər tornadolardan fərqləndiyi üçün tarixə düşmüşdür. 1985-ci ilin may ayının 31-də baş verən tornado ABŞ-nin Ohayo, Pensilvaniya və Nyu-York ştatlarını və Kanadanın Ontario əyalətini əhatə etmişdir. Bu zaman qeydə alınan 44 tornadonun 14-ü Ontarioda baş vermişdir. Pensilvaniyada bu tornado ən dəhşətli və ölümcül tornado olmuşdur. Tornado nəticəsində 90 nəfər, o cümlədən təkcə Pensilvaniya ştatında 65 nəfər həlak olmuş, ümumilikdə 1 milyard ABŞ dolları məbləğində iqtisadi zərər dəymişdir ki, onun da 600 milyonu ABŞ-də, 400 milyonu isə Kanadada qeydə alınmışdır.
Herbert Estuardo Meneses Koronado
Herbert Estuardo Meneses Koronado — Qvatemalanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)
Yelena Lukresiya Kornaro Piskopiya
Yelena Lukresiya Kornaro Piskopiya(it. Elena Lucrezia Cornaro Piscopia, [pisˈkɔːpja]; 5 iyun 1646[…], Venesiya – 26 iyul 1684, Padova) — italyan riyaziyyatçısı və filosofu. Yelena Kornaro Lukresiya Piskopiya italyan riyaziyyatçısı və filosofdur. Avropada ilk doktorluq dərəcəsi almış qadın kimi tarixdə yerini alıb. Venesiyalı zadəgan ailəsindən olan Yelena Piskopiya çox erkən yaşlarında istedadını nümayiş etdirə bilmişdi. Doğulduğu Venesiya o zaman İntibah dövrünün mərkəzi idi və o, Leonardo Da Vinçi kimi öndə olan simaların başlatmış olduğu yaradıcı axını davam etdirirdi. Piskopiyanın inkişafında atasının böyük rolu olub. Atası qızına dövrünün ən yaxşı təhsilini vermişdi. Piskopiyanın özünün də bacarığı tez bir zamanda üzə çıxdı, o, xarici dil öyrənmək və güclü fikirlər irəli sürmək qabiliyyətinə malik idi. Eyni zamanda musiqiyə böyük həvəsi vardı, piano, arfa, skripka çalır, musiqi bəstələyirdi.
Ağac torna dəzgahı
Ağac torna dəzgahı — fırlanma səthinə malik ağac hissələrinin istehsalına xidmət edən dəzgah. Bu dəzgahın funksiyası öz oxu ətrafında fırlanan pəstah və onun oxuna paralel və perpendikulyar olaraq verişalabilən alətlə müəyyən olunur. Emal üçün frezləmədən fərqli olaraq fırlanmayan kəski və fasonlu alətlər tətbiq olunur. Bu məqsədlə tətbiq olunan bütün dəzgah konstruksiyaları oxşardırlar: kobud yonulmuş və çoxlu tillərə malik oduncaq yonularaq hazır məhsul alınır. Prinsipindən asılı olaraq aşağıdakı yonma dəzgahları fərqlənirlər: Adi ağac torna dəzgahı. Kəski aləti əl ilə dayağa söykəndirilərək pəstaha doğru veriş verilir. Şablon ağac torna dəzgahı. Bu dəzgahlarda dəzgahın supportunda bərkidilmiş diyircək gövdədə oturdulmuş ağacdan və ya metaldan hazırlanmış şablon boyu hərəkət edir. Şablon alətin uzununa hərəkəti zamanı onun eninə verişini idarə edir. Beləliklə, şablonun profili ağacın üzərinə köçürülür.
El-Dorado qraflığı (Kaliforniya)
El-Dorado — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 181,058 nəfər olmuşdur. Mərkəzi Pleyservil şəhəridir.