Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tırva
Tırva (est. Tõrva: qatran) — Estoniyanın cənubundaki Valqamaa bölgəsinin şəhər. Tırva yaxınlığında Helm qəsrinin qalıqları saxlanılır. Əhali sayı 2736 nəfərdir (2012). 1950–1959-cu illərdə Tırva eyniadlı rayonun mərkəzi idi.
Xirsa
Xirsa (gürc. ხირსა) — Gürcüstanın Kaxetiya ölkəsində, inzibati mərkəzi Siqnaxi şəhəri olan Siqnaxi bələdiyyəsi ərazisində kənd. Yaxınlığındakı Tibaani kəndinin əvvəlki adı da Xirsa olmuşdur və Xirsa monastırı həmin kəndin ərazisindədir.
Hirşa indeksi
h-indeks, və ya Hirşa indeksi — 2005-ci ildə Argentina-ABŞ fiziki Xorxe Hirşanın təklif etdiyi elmmetrik göstərici. . Hirşa indeksi alimlərin, alim qrupunun, elmi təşkilatın fəaliyyətinin elmi məqalələr və həmin məqalələrə istinada görə kəmiyyət göstəricisidir. == Tətbiqi == Alimin bir məqaləsinə yüz istinadla 100 məqaləsinin hərəsinə bir istinad eyni indeks hesab edilir. == Həmçinin bax == Elmi məqalələrin istinad indeksi İmpakt-faktor == Mənbə == Hirsch, Jorge E., (2005), «An index to quantify an individual’s scientific research output». Retrieved from arXiv February 13, 2006. Impact factor Science 309:1181, 19 August 2005.
Tirşab (Sərab)
Tirşa (fars. تيرشاب‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 99 nəfər yaşayır (20 ailə).
Xirsa monastırı
Xirsa monastırı — Gürcüstanın Kaxeti ölkəsindəki Siqnaxi şəhərindən 14 km məsafədə, Tibaani kəndində monastır. VI əsrdə suriyalı müqəddəs atalardan biri olan Stefan Xriseli tərəfində tikilmişdir. Stefan Xriselinin qəbri də buradadır. Dəfələrlə uçmuş və dəfələrlə – XI, XVI, XIX əsrlərdə bərpa edilmişdir. Kilsənin bayır sivarındakı relyef xaçının sol qanadında, iki sətrlik gürcü dilində yazının "Ya isa Kverikani şərəfləndir" kimi oxunduğu iddia olunur. Müasir erməni tarixçisi Hamlet Mkrtumyana görə isə həmin iki sətrlik gürcü dilində yazının tərcüməsi belədir: "Ya İsa, çar Qaqiki şöhrətləndir!". Digər tərəfdəki xaçın üstündə isə gürcü dilində "Ya İsa çar Leonu şərəfləndir" yazılmışdır. ხირსის მამათა მონასტერი ხირსა — მის შესახებ სტატიები, ბიბლიოგრაფია ეპისკოპოსი კირიონი. ღირსი სტეფანე და მის მიერ დაარსებული ხირსის მონასტერი. თბილისი, 1998 წელი.
Olia Tira
Olya Tira - moldovalı müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində SunStroke Project musiqi qrupu ilə birlikdə Moldovanı "Run Away" mahnısı ilə təmsil edib.
Olya Tira
Olya Tira - moldovalı müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində SunStroke Project musiqi qrupu ilə birlikdə Moldovanı "Run Away" mahnısı ilə təmsil edib.
Tira Qrafström
Tira Qrafström, nikahdan əvvəlki soyadı Boklund (isv. Inga Thyra Carola Grafström; 1 noyabr 1864, Stokholm – 1925, Stokholm) — İsveç rəssamı və toxucu. Tira Qrafström rəssam Yohan Boklundun ailəsində anadan olmuşdur. 1881 — 1882-ci illərdə Konstfack Texniki Məktəbində oxumuş və əlavə olaraq atası Yohandan dərslər alırdı. Tira gənc yaşlarında 1882-ci ildə Handarbetets vänner (Sənətkarların dostları) işə düzəldi və birliyin lider mövqelərinə çatdı. Tira Qrafström 1897 — 1902-ci illərdə Nordiska Kompaniet ilə əlaqəli öz toxuculuq studiyasını açdı, lakin 1922-ci ildə yenidən öz toxuculuq emalatxanasını açdı. Fəaliyyətləri sayəsində modaya, xüsusən də tikmələrin populyarlaşmasına güclü təsir göstərməyə başladı. 1907-ci ildə Qrafström Ədəbiyyat və İncəsənət medalına layiq görüldü. İsveç Milli Muzeyində Tira Qrafströmun müxtəlif çiçək naxışlı divar qobelenləri təqdim olunur, hansıları ki o, Ferdinand Boberq ilə birgə hazırlamışdır. Bundan başqa, onun öz emalatxanasında hazırladığı əsərlər digər muzeylərdə də təqdim olunub.
Tisa gölü
Тisa gölü(Kişköre; mac. Tisza-tó, mac. Kiskörei-víztározó)- Macarıstan su anbarının yaxınlığında yerləşən göldür. Tisa çayı da buraya tökülür. Bu göl Böyük Macarıstan düzündə yerləşən Eger şəhərinin cənub-şərqində yerləşmişdir. Tisa gölü 3 medyenin sərhədində- Borşod-Abauy-Zemplen (medye), Haydu-Bihar və Yas-Naqikun-Solnok arasında yerləşmişdir. Tisa gölü həm də 1999-cu ildə yaradılan Xortovad Milli Parkının bir hissəsidir. Avropanın Dünya mədəni irs siyahısına daxil edilmişdir.. Tisa gölünün uzunluğu 27 km, sahəsi isə 127 km²-dir. Orta dərinliyi 1,3 m, maksimal dərinliyi isə 17m-dir.
Tisa çayı
Tisa çayı (ukr. Тиса, mac. Tisza, slovak. Tisa, serb. Тиса) — Dunay çayının ən uzun qolu olub, Mərkəzi Avropadan axır. Bu çay başlanğıcını Ukraynanın qərb əyalətindən götürür. Onu demək olar ki, Raxova şəhəri yaxınlığında Qara Tisa və Ağ Tisanın birləşməsi əmələ gətirir. Qara Tisanın mənbəyi dəniz səviyyəsindən 1400 m-də olub, şimal-şərq Svidov qalxmasından başlanğıc götürür. Ağ Tisa isə öz başlanğıcını cənub-qərbi Çernoqoriya massivindən 1650 m hündürlüyündən başlanğıcını götürür. Ukrayna daxilində Tisa çayı 201 km məsafədə uzanır.
Tisa Şakya
Tirso de Molina
Tirso de Molina (isp. Tirso de Molina, əsl adı və soyadı Qabriel Teles isp. Gabriel Téllez; 1579—1648) — ispan dramaturqu. Lope de Veqanın dramatik ənənələrini davam etdirən görkəmli ispan dramaturqlarından ən məşhuru Tirso de Molina təxəllüsü ilə yazıb yaradan Qabriel Tellesdir. Tirso de Molina rahib və mənsub olduğu ordenin tarixçisi idi. Buna baxmayaraq o, dini pyeslərlə yanaşı şən, həyatsevər komediyalar da yazmışdır. Ədib özünü Lope de Veqanın şagirdi adlandırmış, bununla fəxr etmişdir. Lakin Tirso de Molinanın yaradıcılığında artıq ispan dramaturgiyasının yeni inkişaf mərhələsinin cizgiləri müşahidə olunur. Xristian tövbəkarlığı mövzusu onu Lope de Veqadan çox Kalderona yaxınlaşdırır. Eyş-işrət və həzzin günah olması mövzusu artıq özlüyündə dramaturqun intibah dünyagörüşündən imtina etdiyini, orta əsrlər teatrının ideya mövqelərinə qayıtdığını təsdiq edirdi.
Dunay-Tisa-Dunay kanalı
Dunay-Tisa-Dunay kanalı — Serbiyada melorativ obyektlər sistemi. Dünyada ən iri sisteümlərdən biri. Magistral və gəmiçilik üçün əlverişli olan kanalların ümumi uzunluğu 930 kilometrdir. Sistem ümumilikdə 12700 km² ərazini əhatə edir. Dunay və Tisa çayları arasındakı ərzini əhatə edir. Baçka və Banat regionlarını əhatə edir. O bir neçə kanal şəbəkəsindən ibarətdir:Böyük Baç kanalı və Kiçik Baç kanalı. Orta su sərfiyyatı - 4000 m³/s. == Texniki xüsusiyyətləri == Kanalların inşası zamanı 127 milyon m³ suxur çıxarılmışdır. Bu isə Süveyş kanalının tikintisi zamanı çıxarılan suxurlardan daha çoxdur.
Girsu
Girsu (şum. 𒄈𒋢𒆠) — qədim Şumer şəhəri. Laqaşdan təxminən 25 km (16 mil) şimal-qərbdə, müasir Təll Tello, Ziqar mühafəzəsi, İraqda yerində yerləşir. == Tarixi == Girsuda insanlar Übeydlər dövründə (e.ə. 5300–4800) məskunlaşmışdır, lakin mühüm fəaliyyət səviyyəsi erkən sülalə dövründə (e.ə. 2900–2335) başlamışdır. Qudea zamanında, Laqaşın ikinci sülaləsi dövründə Girsu Laqaş Krallığının paytaxtı oldu və siyasi hakimiyyət Laqaş şəhərinə keçdikdən sonra onun dini mərkəzi olmağa davam etdi. III Ur dövründə Girsu imperiyanın əsas inzibati mərkəzi idi. Urun süqutundan sonra Girsu əhəmiyyətini itirdi, lakin təxminən e.ə. 200-cü ilə qədər məskunlaşıldı.
Harşa
Harşa (Harşavardhana; 590 – 647) — Şimali Hindistanı 606–647-ci illərdə udarə edən Puşpabxuti nəslindən hökmdar. == Haqqında == VI əsrdə Şimali Hindistanda ən böyük dövlətlər Qauda (Şimali və Qərbi Bеnqaliya), Maukhari (paytaxtı Kanauc, Qanqın orta axarları və Doab), Puşpabhuti (yuxarı Doab, paytaxtı Şthaneşvara, müasir Delhi və Sirhinda əraziləri) idi, bu üç dövlət bir-birilə qanlı mübarizə aparırdı. VIII əsrə kimi Maqadhada Quptlara aidiyyəti olmayan sülalələr hökmranlıq edirdilər. Qanqdan şimalda paytaxtı müasir Kanauc olan Maukhariya dövləti, Satlec və Camna çayları arasında mərkəzi Sthaneşvara olan dövlət, Pəncabda isə Maqadhada hökmranlıq edən Qupt və Maukhariya sülaləsi ilə qohum olan Prabhakaravardhana hakimiyyətdə idi. Onun ölümündən sonra Puşpabhuti (Sthaneşvara) hökmdarının dəstəklədiyi Maqadha Qupt sülaləsi və Maukhariyalı sülaləsi arasında müharibə baş verdi, bu döyüşdə hökmdarlar həlak oldu. Qupt və Maukhariya dövlətləri Harşinin (və ya Harşa) hakimiyyəti (606–647-ci illər) altında birləşdirildi. Harşa hakimiyyəti illərində Qupt imperiyasının qüdrətini müəyyən qədər bərpa etsə də, bütün Hindistanı əhatə edən imperiya yaranmadı. Harşa haqqında tarixçi-xronikaçı Banunun yazdığı "Harşaçarita" əsərində maraqlı məlumatlar əksini tapmışdır. Banu bildirirdi ki, "Harşanın hakimiyyətinin ilk altı ilində fillərin üzərindən zirehləri çıxarmadılar, döyüşçülər dəbilqələrini, zirehlərini yerə qoymadılar". Bu döyüşkənliyin nəticəsində də Harşa bütün Şimali Hindistanı tutdu.
Kirşə
Kirşə — qar və buz kimi sürüşkən yerlərdə, bəzən də palçıq, çəmən ya da düz daş səthlərdə hərəkət etmək üçün, adətən, altı hamar iki paralel xizək üzərində düzəldilmiş minik və ya yük arabası. Qışda uşaqlar tərəfindən əyləncə məqsədilə işlənən kirşəyə "əl kirşəsi" deyilir.
Kırna
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Miras
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir. İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.).
Miruşa
Miruşa (alb. Mirusha / Mirushë; serb. Мируша / Miruša) — Kosovo Respublikasının mərkəzi hissəsində yerləşən regional park. Park Metohiya düzənliyinin şərqində yerləşir. Ərazidə olan təbiət abidələri, özəl landşaft və biomüxtəlifliyə görə park 1982-ci ildə regional park elan edildi. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin klasifikasiyasına əsasən beşinci kateqoriya statusu almış və 55 580 hektar sahə qorunma zonasına daxil edilmişdir. Park üç munisipalitet ərazisində yerləşir: Klina, Malişevo və Oraxovas. Miruşa parkı daha çox eyni adlı çayın axdığı kanyonla məşhurdur. Çay kanyon boyu kaskad şəlalələr, karst tipli göllər əmələ gətirmiş. Geoloji struktur baxımdan kanyon ultra əsas və vulkanik-çöküntü süxurlarından təşkil olunub.
Misra
Misra (ərəb. مصراع‎) — hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırasıdır və ya sintaktik vahiddir. Hecaların sayı misranın bir ölçüsü, qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə mənsubluğunu göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən - musiqilikdən, ovqatdan, həmahəng fonem və morfemlərlə bəzənmiş olmasından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin nəticələri idi. Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra (sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şərqdə və Azərbaycan folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt də deyilir.
Mursa
Mursa (lat. Luciobarbus mursa) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. Bədəni uzunsov, dəyirmi, alnı qabarıqdır, dodaqları yaxşı inkişaf etmiş ətlidir. Alt dodağı üçdilimlidir. Alnı qabarıqdır. Ənsənin gerisində beli düzdür. Bel üzgəcinin son şaxəsiz şüası xeyli yoğunlaşmış və çoxsaylı dişiciklərlə təchiz olunmuşdur. Quyruq üzgəci güclü şəkildə çökəklikdir. Cavanların bədənində bəzən xallar olur, yaşlılarda isə olmur. Bel üzgəcində 8, anal üzgəcində 5 şüa, yan xətt orqanında 87-97 pulcuq olur.
MİREA
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet. 1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır. Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu. Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir. Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür. Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.
Nissa
Nissa (lat. Nyssa) — zoğalkimilər fəsiləsinə aid bitki cinsi. Nissa:The Plant List saytında takson barədə məlumat.
Nitsa
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
İrşad
İrşad (qəzet)
Parsa
Parsa (farsca : پارسا pārsā) verilmiş ad və ya soyad kimi istifadə olunan, fars mənşəli, mənası "mömin, dindar" mənasını daşıyan sözdür.
Firma
Şirkət və ya Firma — iki və daha çox fiziki şəxs yaxud hüquqi şəxsin mülkiyyətdən istifadə etməklə, məhsul istehsalı və satışından və ya xidmət göstərilməsində sistematik olaraq gəlir əldə edən hüquqi şəxs