Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Travma
Zədə (yun. τραῦμα, yara) — xarici faktorlar nəticəsində orqanizmin fiziki zədələnməsi. Yaralayan faktora görə zədələr mexaniki (əzilmə, sümük sınığı və s.), termik (yanıq, şaxta vurma), kimyəvi zədə, barozədə (atmosfer təzyiqinin dəyişməsi nəticəsində), elektrik cərəyanının vurması və s., həmçinin kombinə olunmuş olur. Zədə alınmasına görə zədələnmə məişət, idman, istehsalat, döyüş idman növlərinin təsiri nəticəsində olur. == Ədəbiyyat == Волков В.Н., Датий А.В. Судебная медицина: Учебное пособие для вузов / Под ред. проф. А.Ф.Волынского. — М.: ЮНИТИ-ДАНА, Закон и право, 2000. — 639 с. «Юнити» 2000 Пиголкин Ю.И., Баринов Е.Х. Судебная медицина: Учебник / Под ред.
Tasua
Tasua(doqquzuncu gün)-İslami təqviminin ilk ayı olan Məhərrəmin 9-cu günü. Bu gün çünki İmam Hüseyn (s.ə) ordusunun böyük Generalı kimi qəhrəmanlıq edən Abbas ibn Əliyə həsr olunmuş.Abbas şiə mədəniyyətində qeyrət, cəngavərlik və sədaqət göstərən şəxsiyyətinin simvoludur. == Ədəbiyyatı == Litvak, Meir (1998). Shi'i Scholars of Nineteenth-Century Iraq: The Ulama of Najaf and Karbala. Cambridge University Press. ISBN 0-521-89296-1 al Musawi, Muhsin (2006). Reading Iraq: Culture and Power and Conflict. I.B.Tauris. ISBN 1-84511-070-6 al Mufid, al-Shaykh Muhammad (Dec 1982(1st ed.)). Kitab Al-Irshad.
Yaşma
Yaşma — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Yaşma Xızı rayonunun Şuraabad inzibati ərazi vahidində qəsəbə, Bakı-Xaçmaz dəmiryolu xəttində stansiya. XIX əsrdə dəmiryolu xəttinin çəkilişi ilə əlaqədar stansiya kimi salınmış, Böyük Vətən müharibəsindən (1941-1945) sonra ətraf kəndlərin əhalisi hesabına yaşayış məntəqəsinə çevrilmişdir. Yerli tələffüz variantı Eşmə olan bu oykonim türk dillərindəki "əyri-üyrü çay yatağı", "qumsallıqda su mənbəyi", "qumluqda çeşmə" mənalarını bildirən əşnid sözü ilə əlaqələndirilir. Yerli məlumata görə, bu ərazinin keçmiş adı Eşməyeri olmuşdur. Tədqiqatçılara görə, bu termin eşilmək sözündən olub, dəniz sularının sahili yuması nəticəsində yaranmış sahəyə deyilir. Bu coğrafi termin qazaxlarda espe, qırğızlarda eşme variantında işlənir.
Abel Tasman
Abel Tasman (ing. Abel Janszoon Tasman) - Avstraliya və Okeaniya ərazilərini tam dövrə vurmuş və Yeni Zelandiyaya gəlmiş ilk avropalı səyyah. Abel Tasman Yeni Zelandiyanı 1642-ci ilin 15 aprel tarixində kəşf etmişdir. Avstraliyanın cənubunda yerləşən Tasmaniya adası, Tasmaniya dənizi, səyyahın şərəfinə adlandırılmışdır.
Akustik travma
Akustik travma — eşitmə orqanlarının həddən artıq güclü səsin təsirindən zədələnməsi. == Patogenez == Akustik travma nəticəsində daxili qulaqda baş verən ağrılar ağıreşitməyə, hətta karlığa səbəb ola bilər. Kəskin və xronik olur. Kəskin akustik travma hətta qısamüddətli güclü səsin təsirindən baş verə bilər. Xronik akustik travma səs-küylü istehsalatda uzun müddət işləyənlərdə olur. == Profilaktikası == İstehsalatdakı səs-küyün azaldılması üçün tədbirlər görmək. == İstinadlar == == Əlavə ədəbiyyat == "АКУСТИЧЕСКАЯ ТРАВМА". Большая медицинская энциклопедия.
Kozo Taşima
Kozo Taşima (d. 21 noyabr 1957) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 1 qol vurub.
Tasman Torpağı
Tasman Torpağı (ing. Tasman Peninsula) — Qərbi Avstraliyanın şimal hissəsindəki, Avstraliya materikinin çıxıntı hissəsidir. Tasman Torpağı Kinq və Kembric körfəzləri arasındakı Kimberli yaylaları, Antrim vulkanik yaylası və Fisroy çayı ovalığını özündə birləşdirən sahil zolağını əhatə edir. Ərazinin adı hollandiyalı tədqiqatçı Abel Tasmanın şərəfinə verilmişdir.
Tasman dənizi
Tasman dənizi – Avstraliya və Okeaniyada yerləşir. Sakit okeana çıxışı vardır. Tasmaniya dənizi Avstraliya və Yeni Zelandiyanın arasında yerləşir. Dəniz məşhur holland səyyah Abel Tasmanın şərəfinə adlandırılmışdır.
Tasman yarımadası
Tasman yarımadası ing. Tasman Peninsula - Tasmaniya adasının bir hissəsini təşkil edir. Yarımada Abel Tasmanın şərəfinə adlandırılıb. Tasman yarımadasını adadan iki bərzəx birləşdirir. Qabarma və çəkilmə nəticəsində onlardan biri tədricən boğaza çevrilir. Bərzəxin eni 30 - 40 metr təşkil edir. Ərazidə Port Artur şəhəri yerləşir. Yarımadanın cənub-şərqində Tasman milli parkı vardır. Oradan cənub-şərqdə məşhur Tasman adası yerləşir.
Aşağı daşma
Aşağı daşma (ing. underflow) – sürüşkən nöqtə ilə əməliyyat zamanı yaranan xətalardan biri nəzərdə tutulur. Belə ki, nəticə o qədər kiçik ola bilir ki, kompüterin mövcud mərtəbə şəbəkəsində onu təqdim etmək mümkün olmur. Məsələn, birqat dəqiqlikli hesabda (ən kiçik ədədi 1.210-38 olan) 10−20•10−30 = 10−50 əməli mərtəbənin itməsinə səbəb olur. Belə əməlin nəticəsini 0 hesab etmək olar, ancaq bu arzuolunmaz hallar, məsələn, sıfra bölmə ilə nəticələnə bilər. Köklənmədən asılı olaraq sistem belə halda ya xəta haqqında məlumat verə bilər, ya da aşağı daşmaya məhəl qoymadan nəticə olaraq 0 qaytara bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Basma (zərgərlik)
Basma — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə basma üsulu ilə hazırlanırdı. Basma üsulunda istənilən ölçüdə qızıl, gümüş və qiymətli metal parçasını hündür naxışlı və yaxud rəsmli qəlib üstə qoyurlar. Sonra bu qiymətli metal parçasının üstündən də elə bu ölçüdə qurğuşun parçası qoyaraq, taxta çəkiclə döyməyə başlayırlar və beləliklə, qiymətli metal istənilən rəsmin formasını alır. Basma üsul daha çox kəmər, düymə, qolbaq və s. şeylərin düzəltməsində işlədilirdi.
Basma üsulu
Basma üsulu - fırlanma səthinə malik hissələrin təzyiq altında emalı üçün tətbiq olunur. Bu üsulun səciyyəvi göstəricisi ondan ibarətdir ki, deformasiya zamanı alətlə pəstah arasında təmas presləmə, ştamplama və döymə kimi üsullardan fərqli olaraq lokal baş verir. Yəni alət kiçik xətt və ya sahə üzrə pəstahla kontakta girərək onu addım-addım plastiki deformasiya etdirir. Emaldan sonra divarın qalınlığı sabit qalır. Pəstahın fırlanması sayəsində alətin trayektoriyası pəstah üzrə qalxımı kiçik olan vintvari iz buraxır. Alətin verişi kiçik olduğundan pəstahın bəzi sahələri dəfələrlə plastikiləşmə prosesindən keçir. Basma zamanı metal lövhədən olan pəstah orta hissəsindən dayaqla matrisaya sıxılaraq fırladılır. Eninə supportda bərkidilmiş alət yandan pəstaha yaxınlaşır və onu tədricən deformasiya edərək basma patronun üzərinə sıxır. Üsulun texnoloji imkanları toxunan gərginlikləri sayəsində qırışların, toxunan və radial istqamətlərdə çatların yaranması ilə müəyyən olunur. Şəkildə basma üsulu ilə əldə edilmiş hissələr təsvir olunmuşdur.
Daşma payı
Daşma payı (Bleed) – çapda vərəqin kəsiləcəyi yerin kənarından kənara çıxan çapdır. Başqa sözlə, daşma payı kəsiləcək sahədir.
Yaşma (dəqiqləşdirmə)
Yaşma — Azərbaycanın Xızı rayonunda kənd. Yeni Yaşma — Azərbaycanın Xızı rayonunda kənd.
Yaşma adası
Yaşma adası — Xəzər dənizində yerləşən, Azərbaycana məxsus olan ada. Dəniz səviyyəsindən -29 metr aşağıda yerləşir. Düzənlik relyefə malikdir. Giləzi Dili burnunda bir qədər aralıda yerləşir. Sahəsi dənizin qalxıb-enməsi ilə əlaqədar dəyişir. Bəzən hətta materikə birləşərək yarımadaya çevrilir. İnzibati cəhətdən Xızı rayonu ərazisinə daxildir. == Faunası == Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Adada çoxlu sayda dəniz quşlarını görmək olur.
Yaşma bağları
Yaşma bağları — Sumqayıt şəhərindəki yaşayış massivlərindən biri.
Yeni Yaşma
Yeni Yaşma — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun faktiki mövcud olan Yeni Yaşma kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla, Yeni Yaşma kənd Soveti yaradılmışdır. == Toponimikası == Kənd 1988-1989-cu illərdə Ermənistandan zorla qovulmuş Azərbaycanlı ailələr üçün salınmışdır. Yaşma yaşayış məntəqəsi yaxınlığında salındığı üçün onun adı ilə adlandırılmışdır. Yerli əhalinin arasında Yaşma sözünün mənasını fərqli yorumlayırlar. Bəzi rəvayətlərə görə, sözün kökü "eşmə" sözündəndir. Bu inzibati ərazi vahidində güclü külək olduğu üçün ad da oradan qalıb. Əhalinin dilindən rus dilinə keçən söz, zamanla dəyişikliyə uğrayaraq Eşmə-Yeşmə-Yaşma formasına kimi gəlmişdir. == Coğrafiyası və iqlimi == Kənd Xəzər dənizi sahilində yerləşir.
Yeni Yaşma KES
Yeni Yaşma KES — Azərbaycan Respublikasının Xızı rayonunun Yeni Yaşma kəndi ərazisindəki külək elektrik stansiyası. Stansiyanın tikintisi 2014-cü ildə başa çatmış, müvafiq Dövlət Komissiyası çərçivəsində yoxlama işləri aparılmışdır. 50 MVt gücündə olan külək stansiyası "Azərenerji" ASC-nin şəbəkəsinə qoşulmuşdur.
Asma (İğdır)
Asma — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildə Asma olaraq qeyd edilir. 1914-ci il qeydlərində Osma Qışlağı olaraq qeyd edilir == Coğrafiyası == İğdırdan 33 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 211 nəfər kürd yaşayırdı.
Asma körpü
Asma körpü — göyərtənin (yük daşıyıcı hissəsinin) şaquli asqılarda asma kabellərin altına asıldığı bir körpü növü. Bu tip körpünün ilk müasir nümunələri 1800-cü illərin əvvəllərində inşa edilmişdir.
Asma tabut
Asma tabut — yerdən yüksəkdə, qayalara qoyulmuş tabut şəklində olan dəfn tikililəri. Çin və Filippin də daxil olmaqla bir çox ölkədə rast gəlinir. Cində syuanquan kimi tanınır. == Çin == Tabutları asmaqla dəfn etmək Çindəki bəzi milli azlıqların, xüsusən də Bo xalqının (Ch. 僰 人) qədim dəfn adətidir. Onlar haqqında ilk olaraq Min sülaləsinin salnamələrində bəhs edilmişdir. Nanu ağacının möhkəm parçalarından müxtəlif formalı içi boş tabutlar oyulur. Mərhumun cənazəsinin bu tabutun içərisinə yerləşdirilərək hündür (100 m-ə qədər) qaya çıxıntılarına və mağaralara, çox vaxt qrup şəklində qoyullur. Bo xalqının inancına görə dağlar bu dünya ilə cənnət arasındakı pilləkən yolunu oynayır. Bundan əlavə, insanlar mərhumu düşmənlər və heyvanlar tərəfindən qorumaqdan ötrü etdiklərini bildirirlər.
Gin Tama
Gin Tama (銀魂, Gintama, azərb. Gümüş ruh‎) və ya Gintama — Hideaki Soraçi tərəfindən istehsal olunmuş və 8 dekabr 2003-cü ildən Shueisha nəşriyyatının "Weekly Shōnen Jump" jurnalında nəşr olunan manqa seriyası. Hadisələr Amanto adlı yadplanetlilər tərəfindən işğal edilmiş Edo dövrü Yaponiyasından bəhs edir. Hekayə samuray Qintoki Sakata və onun dostları Şinpaçi Şimura və Kaquranın baxış bucağından nəql olunur. Onlar pul qazanmaq üçün "Yorozuya" adlı "hər şeylə məşğul olan" müəssisə açıblar. Manqa seriyası əsasında əvvəlcə Sunrise studiyası tərəfindən OVA seriyası çəkilmiş və 2005-ci ildə Jump Festa 2006 Anime Tour tədbirində nümayiş etdirilmişdir. Daha sonra 201 seriyalıq anime serialı adaptasiyası çəkilmiş və 4 fevral 2006-cı ildən 25 mart 2010-cu ilə kimi TV Tokyo vasitəsilə yayımlanmışdır. "Gintama '​" adlı sikvel anime serialı Yaponiyada 4 aprel 2011-ci ildən 26 mart 2012-ci ilə kimi nümayiş etdirilmiş, 4 oktyabr 2012-ci ildən 28 mart 2013-cü ilə kimi isə "Gintama': Enchousen" adlı başqa bir anime serialı yayımlanmışdır. Növbəti anime serialı "Gintama°" 8 aprel 2015-ci ildən 30 mart 2016-cı ilə kimi göstərilmişdir. İki anime filmi çəkilmişdir.
Kiasma Müasir İncəsənət Muzeyi
Kiasma Müasir İncəsənət Muzeyi — Kiasma vizual mədəniyyət Mərkəzi - Finlandiyanın və Helsinkinin ən çox ziyarətçisi olan muzeylərindən biri. == Tarixi == Kiasma Müasir İncəsənət Muzeyinin əsası 1998-ci ildə qoyulmuşdur. Muzeyin binasının layihələşdirilməsi və planlaşdırılması 40 il ərzində davam etdirilmişdir. Muzey Helsinki şəhərinin mərkəzində, Mannerheyminaukino meydanında, marşal Mannerheymin abidəsinin yaxınlığında yerləşir. Kiasma Müasir İncəsənət Muzeyi Ateneum Bədii muzeyi, Sinebryuxov bədii muzeyi, Finlandiya mərkəzi Bədii Arxivi ilə birlikdə Finlandiya Milli Qalereyasının tərkibinə daxildir. == Muzeyin eksponatları == Muzeyin fondunda müasir incəsənətə aid 4 minə yaxın eksponat saxlanılır. Muzeyin eksponatlarından ibarət sərgilər hər il yenilənir, 4-cü və 5-ci mərtəbələrdəki müvəqqəti sərgilər il ərzində 3-4 dəfə dəyişdirilir. 2013-cü ildən muzeyə Rusiyadan gələn turistlərə eksponatlar haqqında məlumat rus dilində verilir . Muzeyə 4 №-li tramvay, 15 №-li avtobus və metronun Rautatientori stansiyası vasitəsilə getmək mümkündür. Muzey həftənin III-V günləri saat 10:00-dan 23:00-dək, II və bazar günləri saat 10:00-dan 17:00-dək işləyir.
Asma-kəsmə (rəqs)
Asma-kəsmə — Azərbaycanın milli rəqsi. Ən qədim ənənəvi toy rəqslərindən biridir. Ona qörə belə ad verilib ki, musiqinin sədaları altında gəlini bəyin evinə gətirirlər. Gəlini muşayiət edən qadınlar isə onun qarşısında oynayırlar. Rəqsin tempi aramdır, bir qədər mubaliqəli, sıçrayışlı şəkildədir. Hazırda Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Babək, Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də Naxçıvan şəhərindəki toy şənliklərində ifa olunur.
Asma-kəsmə rəqsi
Asma-kəsmə — Azərbaycanın milli rəqsi. Ən qədim ənənəvi toy rəqslərindən biridir. Ona qörə belə ad verilib ki, musiqinin sədaları altında gəlini bəyin evinə gətirirlər. Gəlini muşayiət edən qadınlar isə onun qarşısında oynayırlar. Rəqsin tempi aramdır, bir qədər mubaliqəli, sıçrayışlı şəkildədir. Hazırda Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Babək, Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də Naxçıvan şəhərindəki toy şənliklərində ifa olunur.