Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Agnatha
Çənəsizlər (lat. Agnatha) — heyvanlar aləminin xordalılar tipinin onurğalılar yarımtipinə aid heyvan infratipi. == Xarakteristikası == Çənəsizlərə həm qazıntı halında tapılan, həm də müasir onurğalılar aiddir. Bu heyvanların xordası bütün ömur boyu qalaraq bədənə dayaq durur. Çənəsizlərin çox az nümayəndələrində fəqərələr əmələ gəlməyə başlayır. Kəllə qutusu qığırdaqdandır. O, beyni altdan və yanlardan əhatə edir. Bəzi qazıntı nümayəndələrində bu qutu qismən sümükləşmişdir. Kəllə skeletinin visseral hissəsi qəlsəmə qövslərindən ibarət olub qəlsəməətrafı toru əmələ gətirir. Bəzi qazıntı formalar nəzərə alınmazsa bu tor beyin qutusu ilə əlaqədar olmur.
İqnats Kunos
İqnats Kunoş (tam adı: İqnats Lüstiq Kunoş, mac. Ignác Lusztig Kúnos; 22 sentyabr 1860, Haydusamson[d], Haydu-Bihar medyesi[d] – 12 yanvar 1945, Budapeşt) — Macarıstan filoloqu, türkoloqu, linqivisti və Macarıstan Elmlər Akademiyasının müxbir üzvü. Türkdilli xalqların folkloru, etnoqrafiyası və dillərinə, eləcə də macar dilindəki türk ünsürlərinə dair tətqiqatların müəllifidir. Kiçik Asiyaya, Misirə və Balkan ölkələrinə elmi ekspedisiyalarda iştirak etmişdir. Əsas əsərləri Kiçik Asiya türk dialektlərinə həsr olunmuşdur. Həmçinin onun Türk dili dərslikləri də var. İqnats Kunoş 22 sentyabr 1860-cı ildə Hayduşamşonda yəhudi ailəsində anadan olmuşdur. Debreçen Kollecini bitirdikdən sonra 1879-1882-ci illərdə Budapeşt Universitetində dilçilik üzrə təhsil almışdır. Macarıstan Elmlər Akademiyasının və Budapeşt yəhudi icmasının maliyyə dəstəyi ilə beş il Konstantinopolda türk dili və mədəniyyətini öyrənmişdir. 1890-cı ildə Budapeşt Universitetində Türk filologiyası üzrə professor təyin olunmuşdur.
İqnats Zemmelveys
İqnats Filipp Zemmelveys (alm. Ignaz Philipp Semmelweis‎, mac. Ignaz Semmelweis; 1 iyul 1818[…] – 13 avqust 1865[…], Oberdöblinq, Avstriya imperiyası) — Macarıstan mama həkimi, professor. Zahı qızdırmasının səbələrini təyin etdiyi üçün ona "analar xilaskar" ləqəbi verilmişdir. Aseptika banilərindən biri hesab olunur. O, tibbdə əlləri və alətləri xlor suyu ilə yumaq təcrübəsini tətbiq etmişdir. Görkəmli ginekoloq cərrah kimi tarixə düşdü. Macarıstanda qeysər kəsiyi əməliyyatını keçirən ilk həkim olmuşdur, bundan başqa ölkədə yumurtalıq üzərində əməliyyatı ilk o, etmişdir. Vyana Mərkəzi Xəstəxanasında işləyərkən Zemmelveys təzəcə doğmuş qadınlar arasında ölüm nisbətini 0.85%-ə endirdi, halbuki əvvəlki illərdə bütün Avropada xəstəxanadaxili zahı qızdırma səbəbindən pasiyent qadın və uşaqların 60%-ı vəfat edirdi. Zemmelveysın kəşfi o dövrün təbabətində yayılmış bir neçə ehkamı təkzib edirdi, həmkarlarının əksəriyyəti onun təcrübəsini tətbiq etməyi qəti şəkildə rədd edirdilər, müdiriyyət isə onu öz mövqeyiləri üçün təhlükə hesab edirdilər.
İqnatsi Yan Paderevski
İgnacy Jan Paderewski (18 noyabr 1860[…] – 29 iyun 1941[…], Nyu-York, Nyu-York ştatı) — Polşalı pianoçu, bəstəkar, diplomat, siyasətçi və keçmiş Polşa Baş Naziri. Polşanın ən məşhur pianoçu və bəstəkarlarından biri olub. 16 yanvar 1919 – 10 dekabr 1919 tarixləri arasında Polşanın Baş naziri və Xarici İşlər Naziri vəzifələrini icra edib. (18 noyabr 1860 – 29 iyun 1941), Polşalı pianoçu, bəstəkar, diplomat, siyasətçi və keçmiş Polşa Baş Naziri. 1860-cı ildə Polşanın (bugünkü Ukrayna) Podolya bölgəsindəki Kurylowka kəndində anadan olmuşdur. Doğulduqdan bir neçə ay sonra anası vəfat edir. 3 yaşında olanda atası 1863-cü ildə Yanvar qiyamında iştirak etdiyi üçün təxminən bir il həbs edilir. Yaşadığı mühit, millətçilik hissini kiçik yaşlarda inkişaf etdirməyə imkan verdi. 12 yaşında Varşava Konservatoriyasında musiqi təhsilinə başlamışdır. 1878-ci ildə məzun olduqdan sonra eyni məktəbdə fortepianodan dərs deyib.