Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kainat
Kainat — zaman, məkan və onların bütün tərkib hissələrini əhatə edir. Kainata planetlər, təbii peyklər, cırtdan planetlər, ulduzlar, qalaktikalar, qalaltikalararası boşluqlar, ən kiçik subatom zərrəciklər və bütün materiya və enerji daxildir. Müşahidəolunan kainatın diametri hal-hazırda 28 parsek və ya 93 milyard işıq ilidir. Kainatın ölçüləri məlum deyil və sonu olub-olmadığı bilinmir. Müşahidələr və fiziki nəzəriyyələrin inkişafı kainatın tərkibi və təkamülü barədə nəticə çıxarmağa imkan verib. Ulduzlar kainatın müşahidə edilən hissəsindəki cisimlərdir. Hər böyük qalaktikada təqribən bir neçə yüz milyard ulduz, Metaqalaktikada isə təqribən 100000 qalaktika olduğundan, kainatdakı ulduzların sayı 1019-dan çoxdur. Qədim zamanlardan insanlar kainatı öyrənməyə başlayıblar. Onlar səmaya baxıb ulduzlar haqqında müxtəlif fikirlər irəli sürmüşdülər. Hələ o zamanda yaşayıb yaradan Biruni teleskop olmadan belə ulduzlar haqqında dəqiq məlumatlar vermişdir.
Ulina
Pentanema (lat. Pentanema) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Amblyocarpum Fisch. & C.A.Mey.
Aminat Abdulmanapova
Aminat Abdulmanapova (15 may 1946, Dahadayev rayonu, Dağıstan MSSR) — Sovet və dargin şairi, yazıçı, tərcüməçi, jurnalist və publisist. 1991-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü olur. 2000-ci ildən Rusiya Jurnalistlər Birliyinin və Şimali Qafqaz Yazıçılar Klubunun üzvüdür. Aminat Abdulmanapova Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisidir. 1985-ci ildə Moskvada gənc yazıçıların 8-ci Ümumittifaq toplantısının iştirakçısı olmuşdur. "Böyüyürük" kitabına görə beynəlxalq "Xeyriyyəçi", A. S. Qriboyedov və Rəsul Qəmzətov mükafatları laureatı olur. Dağıstan Respublikası Prezidentinin qrant mükafatçısıdır. Dağıstan Respublikası Prezidentinin və Mahaçqala Bələdiyyə Başçısının şəxsi saatı ilə təltif edilmişdir. Dağıstan Respublikası Başçısının və Dağıstan Respublikası Hökumətinin fəxri fərmanları, Rusiya və Dağıstan Yazıçılar Birliyi İdarə Heyətinin Fəxri Fərmanı, habelə Gürcüstanın Fəxri fərmanı ilə təltif edilmişdir. == Bioqrafiya == Atası Hacıyev Abdulmanap kəndin partiya təşkilatçısı olur.
Aminat Şayan
Aminat Şayan (1993, Male) — Maldiv adalarını təmsil edən üzgüçü. Aminat Şayan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aminat Şayan birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 50 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 34.30 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi. == Olimpiya Oyunları == Aminat Şayan birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.23 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Aminat Şayan Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 1:05.71 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Jinnat Ali
Jinnat Ali (1996 – 28 aprel 2020, Çittaqonq) — Banqladeşdəki ən yüksək insan idi. Əli, 1996-cı ildə Banqladeşdə, Coxun Bazar, Ramu Upazila şəhərində anadan olub. Banqladeşdə ən uzun boy olaraq qeyd edilən Əlinin cəsədi on bir yaşında ikən qəfildən qeyri-adi dərəcədə böyüməyə başladı. İnkişafının 23 yaşı olmasına baxmayaraq böyüməyə davam etdi. Boyun həddindən artıq uzanmasının hipofiz bezindəki şiş səbəb olduğu akromegalik gigantizm pozğunluğu səbəb olduğu müəyyən edilmişdir. Nəhayət, uzunluğu 2,49 sm-ə qədər uzadıldı. Ən uzun yaşayan Banqladeş kimi tanınan Jinnat Ali, 28 aprel 2020-ci ildə, 24 yaşında, beyin xərçəngi xəstəliyinə tutulduğu Banqladeşin Chittagong Tibb Kolleci Xəstəxanasında öldü.
Kainat Abdullayev
Kainat modelləri
Qainat şəhristanı
Qainat şəhristanı və ya Qain şəhristanı — İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Qain şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 137,357 nəfər və 35,783 ailədən ibarət idi.
Stiven Kainat
Stiven Kainat (ing. Steven Universe) — Rebekka Şuqar(en) tərəfindən Cartoon Network üçün yaradılmış amerikan cizgi serialı. Serialda Çimərlik şəhərində (ing. Beach City) yaşayan Stiven Kainat(en) və onun minerallardan təşkil olunmuş kristal yadplanetli dostları — Qarnet(en), Ametist(en) və Perl(en) dünyanı təhlükə yaradacaq şeylərdən müdafiə edir. Serialın pilot epizodu ilk dəfə 2013-cü ilin mayında efirə çıxdı və sonra serial 2013-cü ilin noyabrından başlayaraq 2019-cu ilin yanvarına qədər beş mövsüm olmaqla davam etdi. 2019-cu ilin sentyabrında serialın filmi "Steven Universe: The Movie(en)" buraxıldı, bunun ardınca iyirmi epizoddan ibarət "Steven Universe Future(en)" 2019-cu ilin dekabrından 2020-ci ilin martına qədər yayımlandı.
Rinat Abdaşov
Rinat Abdaşov - Azərbaycan əsilli veteran futbolçu. Karyerası ərzində mərkəz müdafiəçisi mövqeyində çıxış etmişdir.
Rinat Hüseynov
Rinat Əhmədov
Rinat Əhmədov — məşhur Donetsk biznesmeni, milyarder, Ukraynanın ən varlı insanı; Şaxtyor futbol klubunun və "Sistem Kepital Menecment" şirkətinin sahibi və Ukrayna Ali Radasının Regionlar Partiyasından olan deputatıdır. 2001-ci ildə Donetsk Milli Universitetindən məzun olmuşdur.
Rinat Yusupov
Rinat Yusupov (başq. Ринат Мөхәммәт улы Йосопов, 1951—2011) — Sovet, rus etnoloqu və antropoloqu. Tarix elmləri namizədi, professor. 1951-ci il noyabrın 12-də Sovet Sosialist Respublikaları İttifaqı, Başqırd MSSR, Ziançurinski rayonunun İsyanqulovo kəndində anadan olub. 1975-ci ildə Başqırd Tibb İnstitutunu bitirib. 1977-1979-cu illərdə SSRİ Elmlər Akademiyası Leninqrad şöbəsinin (İ. İ. Qoxmanın rəhbərliyi altında) N. N. Mikluxo-Maklay adına Etnoqrafiya İnstitutunun antropologiya şöbəsinin aspirantı olur. İxtisası - kraniologiya. 1979-cu ildən SSRİ EA Başqırdıstan Bölməsinin Tarix, Dil və Ədəbiyyat İnstitutunun Etnoqrafiya və antropologiya şöbəsində çalışır. 1982-ci ildə “Başqırdların kraniologiyaya görə antropoloji tərkibi” (ixtisas 03.00.14 – antropologiya) mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Tarix elmləri namizədi adına layiq görülür.
Stasionar Kainat Nəzəriyyəsi
Yuxarı Jinal dağı
Yuxarı Jinal (kab.-çərk. Жэналыщхьэ) — Mərkəzi Qafqazda, dağətəyi zonada yerləşən dağ. Jinal dağı Kabarda-Balkariya Respublikası ilə Stavropol diyarının sərhəddində yerləşir. Jinal silsiləsinin ən yüksək zirvəsidir. Mütləq ündürlüyü 1542 metrdir. Nisbi hündürlüyü isə 350 metrdir. Dağ zirvəsi Kabarda-Balkariyanın Zolski rayonu ilə Stavropol diyarının Predqornıy rayonlu arasındadır. Zirvəyə ən yaxın yaşayış məntəqəsi Kislovodsk şəhəri və Kiçmalka kəndidir. Kislovodsk dağdan 14 km şimal-qərbdə, Kiçmalka isə 9 km cənub-şərqdə yerləşir. Dağ kuest relyef forması olub mürəkkəb əhəng daşı və qum daşı süxurlarından təşkil olunub.