Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karst
Karst (alm. Karst‎, Yuqoslaviyanın şimal-qərbində yerləşən platonun adından) – suyun süxurları əritməsi, onlarda boşluqların və bunlarla əlaqədar olaraq yer səthində və dərinlikdə özünəməxsus relyef formalarının əmələ gəlməsi hadisəsi. Karst suda asanlıqla əriyən süxur (əhəngdaşı, dolomit, təbaşir, gips, daşduz) qatlarında geniş inkişaf edir. K. yer səthində qıf, boşqab şəklində mənfi relyef formaları əmələ gətirir. Karst nəticəsində yer səthi altında xeyli dərinlikdə boşluq yaranır ki, buna mağara deyilir. == Dünyada ən böyük karst mağarası == Dünyada ən böyük karst mağarası ABŞ-də Kamberlend platosunda yerləşən Mamont mağarasıdır. Bu mağaranın bütün şaxə və qollarının uzunluğu 225 km-dir. Burada 200-dən çox keçid, 47 qübbə, 23 dərin xəndək vardır. Böyük bir zalın uzunluğu 5 km, eni 90 m, tavanının hündürlüyü isə 40 m-dir. Mağarada yeraltı sulardan üç göl əmələ gəlmiş və üç çay axır ki, bunlarda kor balıqlar və xərçənglər yaşayır.
Krass
Mark Lisini Krass (e.ə. 115, Qədim Roma – 8 iyun e.ə. 53 və ya 9 iyun e.ə. 53, Harran[d], Parfiya) — Roma siyasi və hərbi xadimi. Xəsisliyi və dövlət vəsaitini dağıtması Krass haqqında bədnam təsəvvür yaratmışdı. E.ə. 71 ildə Spartak üsyanının yatırılmasına rəhbərlik etmişdi. E.ə 60 cı ilin sonunda Sezar, Pompey və Krass triumvinat düzəltmişlər.E.ə. 70 və 55 illərdə Pompeylə birgə konsul, e.ə. 65 ildə senzor seçilmişdi.
Urasa
Urasa - türk, anadolu və altay xalq mədəniyyətində və şamanizmdə nəfəs müalicəsi. İndiki vaxtda bir az da fərqli anlayışlarla qarışdırılaraq üfləməadı verilən, fövqəltəbii güclərlə əlaqəya keçilərək tətbiq olunan müalicə üsulu. Urasalamaq; bu əməliyyatı etməyi ifadə edir. Uraz - türk mədəniyyətində və xalq inancında taleh deməkdir. Uras, Oraz, Iraz olaraq da deyilir. Bəxt, şans deməkdir. Təsadüfləri təşkil etdiyine inanılan, yaxşı və ya pis vəziyyətləri təyin edən mücərrəd gücdür. Urasa anlayışı ilə əlaqəlidir. Namus, şərəf, ləyaqət kimi mənaları da vardır. (Ur) kökündən törəmişdir.
Kuraş
Kuraş — Mərkəzi Asiyada icra edilən müxtəlif güləş növləri. 1998-ci ildə Beynəlxalq Kuraş Federasiyası yaradılmışdır.
Kürşat Duymuş
Kürşat Duymuş (d.1 fevral, 1979) - Türkiyə futbolçusu. == Karyerası == Kürşat peşəkar futbolçu kimi ilk addımlarını 1998-ci ildə Etimesgut Şekerspor klubunda atıb. Növbəti illərdə Çaykur Rizəspor, Trabzonspor, Beşiktaş, Ankaraspor, Kayserispor, Kartalspor kimi klubların heyətində çıxış edib. 2009-cu ilin sonunda Bakı ilə 1.5 illik müqavilə imzalayıb. Duymuş peşəkar futbolçu karyerası ərzində iki dəfə U-18, 18 dəfə U-21, 3 dəfə Türkiyə milli komandalarının formasını geyib.
Narast (Sərdəşt)
Narast (fars. نارست‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (20 ailə).
Ukrayn dili
Ukrain dili (ukr. українська мова) və ya ukraincə — Slavyan dillərinin şərqi slavyan dilləri yarımqrupuna daxil olan dil. Dünyada təxminən 45 milyon insan ukrain dilində danışır. Onların əksəriyyəti Ukraynada yaşayır. Ukraynanın rəsmi dilidir.. 13–22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili ukrain dili olan Azərbaycan vətəndaşlarının sayı 20.988 nəfərdir.
Ukrain dili
Ukrain dili (ukr. українська мова) və ya ukraincə — Slavyan dillərinin şərqi slavyan dilləri yarımqrupuna daxil olan dil. Dünyada təxminən 45 milyon insan ukrain dilində danışır. Onların əksəriyyəti Ukraynada yaşayır. Ukraynanın rəsmi dilidir.. 13–22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili ukrain dili olan Azərbaycan vətəndaşlarının sayı 20.988 nəfərdir.
Rast
Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Bütün müsəlman ölkələrində mövcuddur. "Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir. Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır. Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır: Rast ailəsinə bir sıra muğamlar aiddir.
H.Karst.
Hermann Karsten (ing. Gustav Karl Wilhelm Hermann Karsten (6 noyabr 1817, Stralsund – 10 iyul 1908, Zoppot) — Almaniya botaniki.
Karst landşaft
Karst landşaft (rus. карстовый ландшафт, ing. karst landscape) — karstın inkişaf etdiyi sahələrin landşaftı. Mülayim enliklərdə qapalı dərinlik və çökəkliklərin olması səthi axınların az olması, qrunt sularının dərində yatması, yeraltı boşluqların olması, mağaralar, itən çaylar, gur bulaqlar və b. əlamətlərlə fərqlənir. Subtropik və tropik qurşaqlarda qüllə, konus, günbəz, çılpaq daşlı sahələr, çökəklik karstı və b. formada qalıq relyef formalarının olması ilə səciyyələnir.
Karst quyusu
Karst quyusu (rus. карстовый колодец , ing. karst pit) — karst vilayətlərində qapalı çökək-liklərin bir tipi. Adətən dairəvi, düzgün olmayan silindr, yaxud çat formasında olur (dərinliyi 20–60 m, eni 5–10 m). Yeraltı suların həlletmə fəaliyyəti nəticəsində yeraltı karst boşluğunun tağının uçması sayəsində əmələ gəlir, yaxud hazırda inkişafda olmayan boşluq formasında olur.
Karst relyefi
Karst relyefi (rus. карстовый рельеф, ing. karst relief) — əhəngdaşı, dolomit, gips və digər həll olan süxurlarda suyun həll etməsi sayəsində əmələ gələn relyef tipi. Yerüstü və yeraltı qapalı mənfi relyef formaları (yerüstü-qıf, çökəklik, polye, ponor və yeraltı quyu, mağara) üstünlük təşkil edir. Tropik ərazilərdə müsbət relyef formalarına tez-tez təsadüf edilir. Ti-pik K. r. Yuqoslaviyada karst platosunda təsadüf edilir.
Karst yaylası
Karst yaylası (rus. карстoвое плато, ing. -karst plateau) — zəif dislokasiyaya uğramış, yaxud üfqi yatan qalın karstlaşan süxurlardan təşkil olunmuş plato tipi. K.y. səth sularının zəif axması ilə əlaqədar qrunt sularının güclü şaquli hərəkət etdiyi zonalarda bol karst formalarının olması ilə səciyyələnir (mis: Yuqoslaviyanın şimal-qərbində Karst yaylası).
Marion Kraxt
Marion Kraxt (5 dekabr 1962, Münxen) — alman aktrisa.
Mark Krass
Mark Lisini Krass (e.ə. 115, Qədim Roma – 8 iyun e.ə. 53 və ya 9 iyun e.ə. 53, Harran[d], Parfiya) — Roma siyasi və hərbi xadimi. Xəsisliyi və dövlət vəsaitini dağıtması Krass haqqında bədnam təsəvvür yaratmışdı. E.ə. 71 ildə Spartak üsyanının yatırılmasına rəhbərlik etmişdi. E.ə 60 cı ilin sonunda Sezar, Pompey və Krass triumvinat düzəltmişlər.E.ə. 70 və 55 illərdə Pompeylə birgə konsul, e.ə. 65 ildə senzor seçilmişdi.
Nimet Kurat
Akdes Nimet Kurat (22 aprel 1903, Kazan - 8 sentyabr 1971, İstanbul) — Tatar əsilli Türk tarixçi. 22 aprel 1903-cü ildə, Kazanın Novoşeşminski rayonuna bağlı Berkete kəndində, Tahir Şahmurad ilə Şakirə İrfanın övladı olaraq dünyaya gəldi. 1920-ci ildə Bügülmə Litseyindən məzun oldu və təhsilinə davam etmək üçün öncə Leninqrad və arxasından Moskvaya getdiysə də, ali təhsilini buralarda tamamlamadı. 1922də, təhsilini davam etdirmək üçün Almaniyani planlasa da, Litva üzərindən Polşaya gedərkən pasaportsuz olduğu üçün tutuklandı və burada altı aya qədər həbsxanada yatdı. Həbsdən çıxmasının ardından Varşava yaxınlarındaki bir malikanədə təqribən il yarım çalışdı, bu əsnada Ləhcə öyrəndi. Polşadaki Türkiyə elçiliyindən aldığı pasaportla 1924-cü ilin noyabrında İstanbula gəldi. İstanbul Darülfünunu Ədəbiyyat fakültəsində tarix və fəlsəfə təhsili aldı. 1925 avqustunda Mehmet Fuad Köprülü tərəfindən Türkiyat İnstitutuna asisent olaraq alındı. may 1928-ci ildə tarix bölümündən məzun olmasının ardından Almaniyadaki Breslau və Hamburq üniversitətlərində Şərqi Avropa, Bizans tarixi, iqtisadi və fəlsəfə sahələrində təhsil gördü. 1933-cü ildə İstanbula dönməsiylə birlikdə orta zamanlar tarixi dosent adaylığına gətirildi.
Zirehlənmiş karst
Zirehlənmiş karst (rus. бронированный карст, ing. armoured karst ) — qaya süxurlar altında inkişaf etmiş karst /bazalt, andezit, qumdaşı, əhəngdaşı və s. Zirehlənmiş karst üçün səthdə batıq relyef formaları /qıf, çökəklik/, bəzən də dolanbac mağara yolları səciyyəvidir.
Örtülü karst
Örtülü karst (rus. покрытый карст, ing. covered karst, mantled karst) — karst tipi, karstlaşan süxurların müxtəlif mənşəli kövrək çöküntülərlə örtüldüyü vilayətlərdə inkişaf edir. Elüvi və torpaqla örtülən karstları bəzən Orta Avropa tipli karst adı altında ayırırlar.
Kraut-rok
Kraut-rok (alm. Krautrock‎) və ya kosmik musiqi (alm. kosmische Musik‎) — 1960-cı illərin sonundan 1970-ci illərin əvvəllərində Qərbi Almaniyada yaranan eksperimental və psixodelik rok musiqi hərəkatı. Kraut-rokun tipik nümayəndələri 1970-ci illərin əvvəllərindəki alman qruplarıdır: "Tangerine Dream", "Faust", "Can", "Neu!", "Kraftwerk" və s. == İstinadlar == == Əlavə ədəbiyyat == Adelt U. Krautrock: German Music in the Seventies (ingilis). University of Michigan Press. 2016. /. ISBN 978-0-472-07319-1. == Xarici keçidlər == Что такое краутрок?
Akdes Nimet Kurat
Akdes Nimet Kurat (22 aprel 1903, Kazan - 8 sentyabr 1971, İstanbul) — Tatar əsilli Türk tarixçi. == Həyatı == 22 aprel 1903-cü ildə, Kazanın Novoşeşminski rayonuna bağlı Berkete kəndində, Tahir Şahmurad ilə Şakirə İrfanın övladı olaraq dünyaya gəldi. 1920-ci ildə Bügülmə Litseyindən məzun oldu və təhsilinə davam etmək üçün öncə Leninqrad və arxasından Moskvaya getdiysə də, ali təhsilini buralarda tamamlamadı. 1922də, təhsilini davam etdirmək üçün Almaniyani planlasa da, Litva üzərindən Polşaya gedərkən pasaportsuz olduğu üçün tutuklandı və burada altı aya qədər həbsxanada yatdı. Həbsdən çıxmasının ardından Varşava yaxınlarındaki bir malikanədə təqribən il yarım çalışdı, bu əsnada Ləhcə öyrəndi. Polşadaki Türkiyə elçiliyindən aldığı pasaportla 1924-cü ilin noyabrında İstanbula gəldi. İstanbul Darülfünunu Ədəbiyyat fakültəsində tarix və fəlsəfə təhsili aldı. 1925 avqustunda Mehmet Fuad Köprülü tərəfindən Türkiyat İnstitutuna asisent olaraq alındı. may 1928-ci ildə tarix bölümündən məzun olmasının ardından Almaniyadaki Breslau və Hamburq üniversitətlərində Şərqi Avropa, Bizans tarixi, iqtisadi və fəlsəfə sahələrində təhsil gördü. 1933-cü ildə İstanbula dönməsiylə birlikdə orta zamanlar tarixi dosent adaylığına gətirildi.
Fred Krist Tramp
Frederik Krist Tramp (ing. Frederick Christ Trump; 11 oktyabr 1905, Bronks, Nyu-York ştatı – 25 iyun 1999) — ABŞ inşaatçısı, investoru və biznesmeni. Biznesmen və siyasətçi Donald Trampın və ABŞ Apelyasiya Məhkəməsinin hakimi Marianna Tramp Barrinin atasıdır.
Frederik Krist Tramp
Frederik Krist Tramp (ing. Frederick Christ Trump; 11 oktyabr 1905, Bronks, Nyu-York ştatı – 25 iyun 1999) — ABŞ inşaatçısı, investoru və biznesmeni. Biznesmen və siyasətçi Donald Trampın və ABŞ Apelyasiya Məhkəməsinin hakimi Marianna Tramp Barrinin atasıdır.
Mark Lisini Krass
Mark Lisini Krass (e.ə. 115, Qədim Roma – 8 iyun e.ə. 53 və ya 9 iyun e.ə. 53, Harran[d], Parfiya) — Roma siyasi və hərbi xadimi. Xəsisliyi və dövlət vəsaitini dağıtması Krass haqqında bədnam təsəvvür yaratmışdı. E.ə. 71 ildə Spartak üsyanının yatırılmasına rəhbərlik etmişdi. E.ə 60 cı ilin sonunda Sezar, Pompey və Krass triumvinat düzəltmişlər.E.ə. 70 və 55 illərdə Pompeylə birgə konsul, e.ə. 65 ildə senzor seçilmişdi.
Publi Kanidi Krass
Publi Kanidi Krass — Roma sərkərdəsi (e.ə. 1 əsr), konsul (e.ə. 40 il). E.ə. 36–34 illərdə Roma qoşunlarının Cənubi Qafqaza hücumuna başçılıq etmişdi. Dion Kassinin yazdığına görə, iberləri məğlub etdikdən sonra onlarla ittifaq bağlayıb Qafqaz Albaniyasına soxulmuşdu. E.ə. 36 ilin sonunda baş vermiş döyüşdə Zoberin başçılıq etdiyi alban qoşunu məğlub oldu. Zober Romanın vassallığını qəbul etdi.