Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Unison
Unison (ital. unisono; lat. unus – bir, sonus – səs) – birsəslilik; iki və ya üç səsin eyni vaxtda bir ucalıqda səslənməsi; xalis prima intervalının səslənməsi; bir neçə ifaçının birlikdə eyni musiqini ifa etməsi.
Anison
Anison (アニソン) – animelərdə istifadə olunan musiqi və mahnı janrı. Yaponiyaya xasdır. Termin "Anime" və "song" sözlərinin birləşməsindən yaranmışdır. Bir çox musiqi alətindən istifadə olunması, eləcə də, sözləri və mövzusu istifadə olunduğu animeyə uyğun olması ilə xarakterizə olunur. Anison 1970-ci illərdən etibarən populyarlıq əldə etməyə başlamışdır. == Haqqında == Anison daha çox J-pop janrı ilə xarakterizə olunur. Adətən anime seriallarının hər seriyası üçün iki cür mahnıdan istifadə olunur: açılış mahnısı və bağlanış mahnısı. Açılış və bağlanış mahnılarına həmin animelərin OVA buraxılışlarında da rast gəlinir. Yaponiyada bəzi müğənnilərin əsas fəaliyyəti məhz animelər üçün mahnı və musiqi bəstələməklə formalaşır. LiSA, Konomi Suzuki, Nana Mizuki, Eyr Aoy, Aymer, May'n, Kotoko, Yui, Asaka və s.
Liam Nison
Uilyam Con "Liam" Nison (ing. William John "Liam" Neeson; 7 iyun 1952[…]) — İrlandiya aktyorudur. == Həyatı == Liam Nison 7 iyun 1952-ci ildə Şimali İrlandiyada doğulmuşdur. Məktəb illərində boksla maraqlanmış, hətta burnunu da sındırmışdır. Nison boks üzrə idman karyerasını uğurla davam etdirməsinə baxmayaraq, onun ikinci arzusu teatrda işləmək idi. Liam Nison Kral Universitetini bitirdikdən sonra teatr truppasında kiçik səhnələrdə rol alır. 1970-ci illərin sonlarından başlayaraq filmlərdə çəkilməyə başlayır. 1986-cı ildə Liam Əgər sabah açılsa mini-serrialına çəkilir. Bu mini-serial onun karyerasında ən uğurlu filmlərindən biridir. 1999-cu ildə Ulduz müharibələri.
Western Union
Western Union, şirkəti ABŞ-də yerləşən beynəlxalq maliyyə xidmətləri və rabitə şirkətidir. Şirkət müxtəlif valyutalarda beynəlxalq pul köçürmələri və ödənişləri qəbul edir və dünyanın aparıcı maliyyə xidmətləri təminatçılarından biridir. Şirkətin baş ofisi ABŞ-ın Kolorado ştatının Denver şəhərində yerləşir. O, həmçinin 2006-cı ildə teleqraf xidmətini dayandırana qədər Amerikanın aparıcı teleqraf rabitəsi şirkəti idi.
Union Berlin FK
Union (Berlin) — Almaniyanın futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib.
Union Lüksemburq FK
Union — Lüksemburqun futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 21 dəfə Avropa kuboklarında iştirak edib.
Union Properties PJSC
Union Properties (UP), Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən daşınmaz əmlak inkişafı şirkətidir. Şirkət İndex göydələninin və Dubay Motor City-nin Usta Geliştiricisi kimi tanınır. Union Properties, Dubay Maliyyə Bazarında açıq bir səhmdar cəmiyyətidir. Şirkət BƏƏ-dəki filialları vasitəsi ilə istirahət və təyinat inkişafı, inteqrasiya edilmiş obyektlərin idarə edilməsi və xidmətləri, sahibkarlar dərnəyinin idarə edilməsi, daxili layihələrin hazırlanması, istilik, havalandırma və kondisioner (IHK) daxil olmaqla bir sıra xidmətlər göstərir. Törəmə şirkətlərə, həmçinin Dubay Avtodromu və Marriott İcra Mənzilləri və Marriott tərəfindən həyətyanı sahə daxildir. Union Properties 1987-ci ildə Union Property Xüsusi Məhdud Məsuliyyət Şirkət olaraq quruldu və 1993-cü ildə Dubay Maliyyə Bazarına qatıldıqda ictimai bir səhmdar cəmiyyət oldu. == Union Properties Layihələri Usta Geliştirici Olaraq == === Qonşuluq Layihələri === Dubai Motor City məhəlləsi, Dubay şəhərində yerləşir. Union Properties, məscidlər, Uptown-Motor City, Motor City-Yaşıl İcma, Ribbon və OIA Residence, Dubay Avtodromu, Grandstand pərakəndə Plaza, Motorsport Biznes Parkı, VIP Paddock qonaqpərvərlik sahəsi və əyləncə obyektləri də daxil olmaqla əlaqəli alt layihələrin hazırlanmasında iştirak etmişdir. Dubay Yaşıl İcması, DIP, Birlik Properties və Dubay İnvestisiyalar PJSC arasında Properties Investment LLC adlı ortaq bir müəssisə tərəfindən hazırlanmışdır. Bu layihəyə Marriott Yaşıl İcma, Yaşıl İcma Mərhələsi I, Yaşıl İcma Qərb, Faza II, Bazar və Yaşıl İcma Qərb, Faza III (2018-ci ilin İyulunda tamamlandı) tərəfindən həyətyanı sahənin inkişafı daxildir.
European Broadcasting Union
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
International Union for Conservation of Nature
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi == Tarixi == Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir.1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi. Bu sənəd təkcə ətraf mühitin mühafizəsi məsələsi ilə məhdudlaşmır, eyni zamanda ayrı-ayrı ölkələrdə insanla ətraf mühitin ahəngdarlığına əsaslanan uzunmüddətli iqtisadi, sosial və ekoloji inkişaf strategiyasını nəzərdə tutur.
Anisok
Añisoc — Afrikanın Ekvatorial Qvineya əyalətində şəhər. Şəhər, ölkənin mərkəzi hissəsində, materik bölgəsindəki Wele-Nzas əyalətində yerləşən yaşayış sahəsidir. 2012-ci ilin təxmini məlumatlarına görə, şəhərdə 16.626 nəfər yaşayır. 2001-ci ildəki rəsmi siyahıyaalınma nəticələrinə görə 7586 nəfər var idi. Añisoc, ölkənin beşinci ən böyük əhalisi olan şəhər mərkəzidir.
Ansion
Ansion — "Ulduz müharibələri" kainatında uydurma planet. Obi-Van Kenobi və Anakin Skayvolker "Klonların hücumu" (2002) filminin hadisələrindən əvvəl planeti ziyarət etmişdir. Ansion planetinin Qalaktik respublikadan çəkilərək separatçı hərəkata qoşulacağı haqqında dedi-qodular yayılmışdır və bu məsələni həll etmək cedaylara həvalə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Ansion — Vukipediya saytında.
UNISEF
UNICEF, BMT-nin Uşaq Fondu (ing. United Nations International Children’s Emergency Fond; azərb. BMT-nin Uşaq Fondu‎) — 1954-cü ildə uşaq hüquqlarının qorunması üçün qurulmuş təşkilat. == Haqqında == BMT-nin Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardan hesab olunur. Təşkilatın əsası 1946-cı il dekabrın 11-də qoyulmuş və ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNİCEF — United Nations International Children’s Emergency Fund) adlandırılmışdır. BMT Baş Mərkəzi 1953-cü ilin aprelində Fondun fəaliyyətini müddətsiz elan etdi və adını müasir formaya saldı. 1959-cu ildə "Uşaq hüquqları" bəyannaməsi qəbul edildi. Uşaq Fondunun yardımları aşağıdakı üç formada həyata keçirilir. Proseslər bunlardır: -Uşaqlara yardım proqram və planlarının hazırlanmasının dəstəklənməsi; -bu proqramların həyata keçirilməsi üçün material və avadanlıqların verilməsi; -İnkişaf etməkdə olan ölkələrin özündə Fond heyətinin hazırlanması üçün lazımı vəsait və kadrların ayrılması.1965-ci ildə Uşaq Fondunun son dərəcə məhsuldar fəaliyyəti və yubileyi onun dünya Nobel mükafatına layiq görülməsi ilə nəticələndi. 1976-cı il dekabrın 21-də isə BMT 1979-cu ili Uşaq ili, habelə UNİCEF-i BMT sisteminin uşaq və körpələrlə bağlı başlıca orqanı elan etdi.
Unikorn
Təkbuynuz və ya Unikorn (lat. Unicornis, ing. Unicorn, latincadan unus 'tək' və cornis 'buynuz'), gözlərinin arasından tək buynuz çıxan, ata oxşar bir mifoloji məxluqdur. Qədim Yunan mifologiyasinda Təkbuynuz bakirə tanrı olan Artemida ilə əlaqələndirilir. Ələ keçirilməsi çətin bir iş olan bu məxluq tutulduğu zaman onu ancaq qızıl iplə bağlayaraq saxlamaq mümkündür. Həmçinin Təkbuynuzun buynuzundan hazırlanmış toz zəhər əleyhinə dərman hesab edilir. Orta əsrlərdə Təkbuynuz Şotlandiyanın gerbi olub. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Uinston
Uinston — R. J. Reynolds Tobakko (digər adı ilə RJR Nabisko) və onun filialları tərəfindən istehsal olunan Amerika siqaret markası. Uinston 1954-cü ildə yaranıb. 1966–1972-ci illəri əhatə edən satış uğurunda "Uinston, bir siqaretdən gözlənilən dad" şüarı təsirli olmuşdur. Brend, R. J. Reynoldsun Şimali Karolina ştatının Uinston-Salemdə biznesinə başladığı şəhərin şərəfinə almışdır. Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzləri və Maksvell hesabatına görə, Uinston 2017-ci ildə bütün siqaret markaları arasında yeddinci ən yüksək ABŞ bazar payına (2 faiz) sahibdir. == Tarixi == 1980-ci illərdə Uinston, "Winston y Puerto Rico: No hay nada mejor" reklam şüarı sayəsində Puerto Rikoda ən çox seçilən siqaret markası olub. (Uinston və Puerto Riko: Bundan yaxşısı yoxdur). Bundan sonra Uinston ABŞ-dən kənarda Yaponiyada çəkilən ikinci siqaret oldu. 12 iyun 2015-ci ildə Reynolds Amerikan və Lorillard birləşmələrini tamamladılar və Uinston rəsmi olaraq İmperial tütün məhsulu ITG brendlərinin mülkiyyətinə keçdi.
Bison bison
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.
.onion
.onion xüsusi istifadə üçün nəzərdə tutulmuş onion servisini təmsil edən yüksək səviyyəli domendir. Bu domenə keçid Tor şəbəkəsi vasitəsilə mümkündür. Bu tip adreslər nə əsl DNS adlarıdır, nə də .onion TLD İnternet DNS kökünə daxildir. Lakin müvafiq proksi tətbiqləri vasitəsilə Tor şəbəkəsindən tələblər göndərməklə .onion adresli saytlara giriş mümkündür. Bu sistemin əsas məqsədi informasiya ilə təmin edən və edilənin şəbəkə sahibi və ya kənar şəxs tərəfindən izlənilməsini çətinləşdirməkdir. EV HTTPS Certificates vasitəsilə xüsusi .onion adresləri ehtiva edən saytları əlavə kimlik təstiqləyici lay ilə təmin etmək mümkündür. HTTP sertifikatının bərqərar olması .onion saytlarının istifadəçiləri üçün bir sıra brauzer xüsusiyyətlərinə dair imkanlar yaradır. Bu həmçinin Tor şəbəkəsindəki zərərli çıxış qovşaqları tərəfindən həyata keçirilən "SSL stripping" hücumlarının da qarşısını qismən alır. == Format == .onion sonluqlu adreslər adətən anlaşılmayan, yadda qalmayan, 16 və ya 56 yarı hərf, yarı rəqəmlərdən ibarət sətirlər olur. Bu sətirlər avtomatik olaraq onion servisi konfiqurasiya edilən zaman istifadə edilmiş açıq açara əsaslanaraq yaradılır.
Anion
Anion — mənfi elektrik yükü daşıyan, elektroliz zamanı müsbət yüklənmiş elektroda - anoda doğru yönələn ion. Anion öz təsir dairəsində atom nüvəsinin müsbət yüklərini kompensasiya edən elektronlardan və bir və ya bir neçə artıq elektron saxlayan atom və ya atomlar qrupundan ibarətdir. Kristallik birləşmələrdə təkatomlu anion yükü vahiddən çox ola bilməz. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Bison
Bizon (lat. Bison) — Boşbuynuzlular fəsiləsindən öküz cinsi. İki müasir növü var: Zubr və Amerika bizonu. Bizonlar 10-20 baş kiçik sürülər halında yaşayırlar. Erkək və dişilər ayrılıqda yaşayırlar. Yalnız cütləşmə dövründə erkəklər dişilərlə birləşərək böyük sürülər əmələ gətirir. Bu zaman onların çıxardıqları səsləri 7 kilometr məsafədən eşitmək olur. Bizonların cütləşmə dövrü may ayından sentyabr ayına kimi davam edir. Cütləşmə dövründə erkəklər bir neçə gün seçdikləri dişi ilə birlikdə olur və digər erkəkləri qovurlar. Bəzi hallarda erkəklər arasında olan döyüş ölümlə nəticələnir.
Nisan
Nisan (ivr. ‏נִיסָן‎‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
Bison bison montanae
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.
Alison Carroll
Alison Carroll (21 may 1985, Kroydon, London) — Tomb Raider oyunu üçün seçilən İngilis modeldir.
Alison Mailyar
Alison Mailyar (d. 5 avqust 1998) — Çilili suya tullanan. Alison Mailyar Çilini 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Alison Mailyar birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 207.85 xal toplayaraq 27-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Alison Pill
Alison Pill (27 noyabr 1985, Toronto) — Kanada aktrisası. == Filmoqrafiyası == === Film === 2002: Perfect Pie 2003: Fast Food High 2005: Dear Wendy 2007: Dan in Real Life 2008: Milk 2010: Scott Pilgrim vs. the World 2011: Goon 2011: Portraits in Dramatic Time 2014: Cooties 2015: Zoom 2017: Goon: Last of the Enforcers === Televiziya === 1998: Anatole 2006: The Book of Daniel 2012: The Newsroom 2016: The Family 2019: Devs === Telefilmlər === 1998: Degas and the Dancer 1999: Different 1999: What Katy Did 2000: Baby 2000: The Other Me 2000: Redwall: The Movie 2001: Midwives 2001: What Girls Learn 2002: The Pilot's Wife 2003: An Unexpected Love 2004: Plain Truth === Video filmlər === 2010: Scott Pilgrim vs. The World vs.
Alison Qreqorka
Alison Qreqorka (29 iyun 1985, Ann-Arbor, Miçiqan) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Alison Qreqorka, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Ariel Uilson
Anna Qrbaç — amerikalı qadın voleybolçu. Blokçu mövqeyində oynayır. 1989-cu ildə Çikaqoda anadan olmuşdur. == Karyerası == Ariel Vilson 2007-2010 illəri ərzində ölkəsində "Pensilvaniya State University"nin komandasında oynamışdı. Adından da məlum olduğu kimi universitet komandası olan Pensilvaniyada dörd dəfə NCAA klublar çempionlar liqasının qalibi olmuşdu.Voleybolçu 2012-ci ildən etibarən Azərbaycan Superliqasında da oynamışdı. O, ilk öncə Azərreyl Bakıdan gələn transfer təklifini müsbət qarşılamış, bu klubda oynamağa razılıq vermişdi. Burada o, Azərbaycan çempionatının gümüş medalına da yiyələnmişdi. Vilson 2013-cü ildə digər bir Bakı klubu İqtisadçı ilə müqavilə imzaladı. Karyerasındakı ikinci universitet klubu olan İqtisadçıda çıxışı bəyənilməməsinə rəğmən yarım mövsüm bu komanda da oynamışdı. Nəhayət 2013-cü ilin dekabrında komandadan qovulmuşdur.İqtisadçıdakı uğursuz çıxışının ardından İndoneziyada özünə iş yeri tapan voleybolçu burada “Valeriya Manokvari Papua Barat” adlı klubla anlaşmışdı.
Bricitt Uilson
Bricitt Linn Vilson-Sampras (ing. Bridgette Leann Wilson-Sampras) — amerikalı aktrisa və müğənnidir. Ən məşhur rolu Ölümcül döyüş filmindəki Sonya Bleyddir. == Həyatı == Bricitt Linn Vilson 25 sentyabr 1973-cü il tarixində ABŞ-nin Oreqon ştatının Qold-Biç şəhərində Keti və Deyl Vilson ailəsində dünyaya gəlmişdir. Onun bacısı Treysi Vilson uşaqlıq illərindən filmlərə çəkilirdi. Bricitt uşaqlıqdan incəsənətlə və şou-bizneslə maraqlanırdı. 1990-cı ildə "Miss Teen USA" gözəllik müsabiqəsinə qatılan Bricitt yarışmanın qalibi olur. 1991-ci ildə Qold Biçdə orta məktəbi bitirir. 1992-ci ildə televiziyaya dəvət edilən Bricitt film karyerasını uğurla davam etdirir. Bricitt Vilson 20 sentyabr 2000-ci ildə məşhur ABŞ tennisçisi Pit Sampras ilə evlənmişdir.