Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Orka
Qatil balina (lat. Orcinus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin cütdırnaqlılar dəstəsinin delfinlər fəsiləsinə aid heyvan cinsi.
Urfa
Şanlıurfa (türk. Şanlıurfa) — Türkiyənin Şanlıurfa ilinin inzibati mərkəzi. == Tarixi == Şanlıurfa ərazisinə görə Türkiyənin yeddinci ən böyük bölgəsidir. Şəhərin adı 1984-cü ilə qədər Urfa olaraq qəbul edilib. Lakin Türkiyənin müstəqilliyi uğrunda aparılan müharibədə göstərdiyi qəhrəmanlığa görə bu şəhərin adı Şanlıurfa olaraq dəyişdirilib. Urfanın tarixi adının Ur olduğu bildirilir. Makedoniyalı İsgəndərin buraları işğal etməsindən sonra şəhərin adı tarixi mənbələrdə Edessa olaraq keçməyə başlayıb. Ərəblər isə bu şəhərə “Ər-Ruha” deyiblər. Hazırda “Ər-Ruha” adı Urfada olduqca məşhurdur. Urfada olarkən diqqəti çəkən adlardan biri də Harrandır.
Urla
Urla (türk. Urla) — İzmir ilinin ilçəsi. İzmirin qərbində yer alır. İl mərkəzinə uzaqlığı 33 km-dir. İlçənin şərqində Gözəlbağça və Səfərihisar, qərbində Çeşmə ilçələri, şimal-qərbində Qaraburun ilçəsi və Egey dənizi, şimalında İzmir körfəzi, cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 727 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 67,339 nəfərdir.
Urva
Urva — Azərbaycan Respublikasının Qusar rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Urva oyk., sadə. Dağətəyi düzənlikdədir. Urba variantında da qeydə alınmışdır. Kənd bir qrup ləzgi ailəsinin məskunlaşması nəticəsində yaranmış və oradakı Urva pirinin adı ilə adlanmışdır. Tədqiqatçılara görə, oykonim uran dillərindəki ur av sözündən olub, “qala” deməkdir. Lakin bu coğrafi adı Uroba variantında “yüksəklikdə, təpədə olan oba”, “obanın məskunlaşdığı yer, dayanacaq” kimi də izah etmək olar. Türk dillərində ur komponentinin “şiş, çıxıntı”, “dayanacaq” mənalan da vardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2381 nəfər əhali yaşayır.
Ura
Ura, 20-ci əsrin ortalarından bəri Birləşmiş Ştatların Dəniz Qoşunlarında geniş yayılmış bir döyüş harayıdır . Bu Amerika Birləşmiş Ştatları Ordusundakı Hooah və Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrində, ABŞ Hərbi Dəniz Qüvvələrində və ABŞ Sahil Mühafizəsindəki Hooyahla müqayisə edilə bilər. == Mənşəyi == "Ura" sözünün yarandığı bir neçə potensial qaynaq var. Türkcə / Monqolca: Termin Osmanlı türkcəsinin "vur" kimi tərcümə olunan "vur ha" ifadəsindən və ya "irəli" mənasını verən monqolca "urax" sözündən götürülmüş ola bilər. Osmanlı İmperiyası ordusunun döyüş fəryadı olaraq istifadə edilirdi və Rus döyüş fəryadı "ura" olaraq uyğunlaşdırılmışdır Jan Paul Rou görə "Hurray" sözü orta əsrlərə qədər işlədilən Qədim türkcədən gəlir. Türklərin Tarixi kitabında yazır: "Məsələn, düşmənlərinə hücum edərkən (Türklər)" Gəl, vur! "Mənasını verən" Ur Ah! "Qışqırırdılar (müasir türk dilində" Vur Hadi! ") ) Sonra bu nida Qərbdə "Hurray!" - a çevrilmişdir. Fərq türk dilindəki fonologiyada diaxronik dəyişikliyi və şifahi istifadəni göstərir.
Arka Bahçem
Arka Bahçem – Göksel-in 2005-ci ildə çıxardığı 4-cü albomudur.
Ruka Norimatsu
Ruka Norimatsu (d. 30 yanvar 1996) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Urfa adamı
Urfa adamı və ya Balıklıgöl heykəli — müasir Türkiyənin cənub-şərqində, Yuxarı Mesopotamiyanın coğrafi bölgəsində Urfa yaxınlığındakı Balıklıgöldə aparılan qazıntılarda tapılan qədim insan formalı heykəl. == Haqqında == Heykəlin hündürlüyü təxminən 1,80 metrdir. Gözlər qara obsidianın seqmentləri olan dərin dəliklərdən ibarətdir. Əllər cinsiyyət orqanını örtərək qabağını bağlayır. Heykəlin təxminən eramızdan əvvəl 9.000-ci ilə aid olduğu düşünülür və dünyanın ən qədim heykəli olduğu iddia edilir. == Tarixi == Eramızdan əvvəl 9000-ci il neolit dövrünə aiddir və "insanların ən qədim naturalistik canlı ölçülü heykəli" hesab olunur. Bildirilir ki, 1993-cü ildə Balıklıgölün Yeni Yol küçəsində, 1997-ci ildən etibarən dulusçuluqdan əvvəlki neolit ​​dövrünə aid yerin araşdırıldığı yerdə aşkar edilib.
Urfa döyüşü
Urfa döyüşü — Qüvayi-milliyə birlikləri ilə Fransa ordusu arasında baş vermiş döyüş. == Urfanın işğalı == Mudros barışığının 7-ci maddəsinə görə "Müttəfiqlər, təhlükəsizliyi şübhə altına alan bir vəziyyətdə hər hansı bir strateji bölgəni işğal haqqı verilir" hökmü ilə hərəkətə keçən ingilislər 1919-cu il 24 martda Şanlıurfa bölgəsini işğal etdilər. Bir ingilis podpolkovniki, iki zabit və 1 zirehli avtomobillər ilə Urfaya gələn ingilis komandiri ziyarət getdiyi Mutasarrıfı Nüsrət bəyə "Qalib bir hökumətin zabiti niyə qarşılanmır?" soruşduqda Nüsrət bəy "Haqsız yerə məmləkəyi işğal edən bir ordunu qarşılamağa çıxmaq bir türk mutasarrıfa yaraşmır. Siz bir qonaq kimi gəlsəydiniz,sizi qarşılamağa çıxardım" cavabını vermişdi. 200 nəfərlik bir piyada bölüyü, 1 zirehli, 6 yük və 3 sərnişin olmaqla ümumilikdə 10 avtombil və 50 yük avtomobili ilə Urfanı işğal edən ingilislər, səhərisi gün Urfada olan 1-ci süvari Alay komandiri Mayor Hüseyn bəydən Alayın Urfanı tərk etməsini istədi. Vəziyyət rəhbərliyə bildirildikdən sonra Urfada 1 zabir və 1 süvari taqımı saxlanılaraq Alay Qarakörpüyə, sonra isə Siverek bölgəsinə getdi. == İngilislər Urfada == İngilislər bölgədə olduqları müddətdə xüsusilə əsgərlərlə əlaqə qurmağa çalışırdılar. İngilislər üçün əhəmiyyətli olan Milli tayfa rəisi İbrahim Paşanın oğlu Mahmud bəyə, kürd Lavrenc adlandırılan mayor Noel və kapitan Voleyi göndərib Qafqaz və Mesopotamiya arasındakı bölgəni yoxlamağa göndərdi. Bununla da kifayətlənməyərək Xaləbdəki ingilis generalı Barrov, Mahmud bəyi 30 iyunda Urfaya dəvət etdi. Mahmud bəy 13-cü Diviziyadan aldığı təlimatlara əməl edərək Urfaya getmədi.
Urla döyüşləri
Urla döyüşləri (yun. Συγκρούσεις Βουρλά) və ya Urla hadisələri (türk. Urla Olayları) — hal-hazırkı İzmir ilinin Urla qəsəbəsində 16–17 may 1919-cu il tarixlərində, Türkiyə İstiqlaliyyət mühüribəsinin qərb cəbhəsində baş vermiş döyüş. İzmirin işğalından sonra Yunanıstan ordusu Bornova və Qarşıqaya məntəqələrini işğal etmişdir. Bu hadisələrdən sonra onlar, Urla qəsəbəsinin yerləşdiyi Qaraburun yarımadasına doğru irəlilədilər. 1914-cu ildə alınan əhali statistikalarına görə, regionda yunanlar əksəriyyəti (24,711), müsəlman-türklər isə azlığı (9,321) təşkil edirdilər. == İlkin hücumlar == İzmirin işğalından bir gün sonra, yəni 16 may 1919-cu il tarixində, Yunanıstan ordusunun regionda olmasından təhriklənən təxminən 800 yerli yunan Urladakı müsəlman-türk kəndlərinə hücum etmiş, çoxlu mülki şəxsi qətlə yetirmiş və qiymətli əşyaları qarət etmişdilər. Quşçular, Qızılcaköy, Dəvədərəsi kimi kəndlər talan və məhv edilmişdilər. Bunlara əlavə olaraq, yunan-evzon qoşunları bir torpedo gəmisi ilə Urlanın sahilinə çıxmış, qəsəbənin əhəmiyyətli yerlərini nəzarət altına almışdılar. == Döyüşlər == Bu hadisə zamanı Osmanlının 56-cı hərbi divizionunun bir parçası olan 173-cü motoatıcı alay Urlada yerləşdirilmişdi.
Urla hadisələri
Urla döyüşləri (yun. Συγκρούσεις Βουρλά) və ya Urla hadisələri (türk. Urla Olayları) — hal-hazırkı İzmir ilinin Urla qəsəbəsində 16–17 may 1919-cu il tarixlərində, Türkiyə İstiqlaliyyət mühüribəsinin qərb cəbhəsində baş vermiş döyüş. İzmirin işğalından sonra Yunanıstan ordusu Bornova və Qarşıqaya məntəqələrini işğal etmişdir. Bu hadisələrdən sonra onlar, Urla qəsəbəsinin yerləşdiyi Qaraburun yarımadasına doğru irəlilədilər. 1914-cu ildə alınan əhali statistikalarına görə, regionda yunanlar əksəriyyəti (24,711), müsəlman-türklər isə azlığı (9,321) təşkil edirdilər. == İlkin hücumlar == İzmirin işğalından bir gün sonra, yəni 16 may 1919-cu il tarixində, Yunanıstan ordusunun regionda olmasından təhriklənən təxminən 800 yerli yunan Urladakı müsəlman-türk kəndlərinə hücum etmiş, çoxlu mülki şəxsi qətlə yetirmiş və qiymətli əşyaları qarət etmişdilər. Quşçular, Qızılcaköy, Dəvədərəsi kimi kəndlər talan və məhv edilmişdilər. Bunlara əlavə olaraq, yunan-evzon qoşunları bir torpedo gəmisi ilə Urlanın sahilinə çıxmış, qəsəbənin əhəmiyyətli yerlərini nəzarət altına almışdılar. == Döyüşlər == Bu hadisə zamanı Osmanlının 56-cı hərbi divizionunun bir parçası olan 173-cü motoatıcı alay Urlada yerləşdirilmişdi.
Urta-Bulak
Urta-Bulak — Özbəkistan ərazisində təbii qaz yatağı. SSRİ dövründə aktiv surətdə istismar edilib. 1963-cü ildə Urta-Bulak yatağında təbii qaz partlayışı baş vermiş, alovu üç il (1064 gün) söndürmək mümkün olmamışdır.
Abu Hamed Türka
Əbu Hamid Sədrəddin Məhəmməd Türka- 13-cün əsrin sonlarında və 14-cü əsrin əvvəllərində yaşayan və Türka İsfahani ailəsinin və soyunun ilkinci görkəmli şəxsi olan türk alim və müəllif.Soyun adı Əbu Hamedin babasına aiddir ki Xucənddən İsfahana köçmüş türk idi.
Krka Milli Parkı
Krka Milli Parkı (xorv. Nacionalni park Krka) — adını onu əhatə edən Krka çayından alan Xorvatiya milli parkı. Milli park Krka çayını aşağı axacağında, mərkəzi Dalmatiyada, Şibenik-Knin qraflığında, Milyevki bölgəsində yerləşir. Şibenik şəhərinin sadəcə bir neçə kilometr şimal-şərqindədir. Milli park Krka çayını qorumaq üçün qurulmuş və elmi, mədəni, təhsil, turizm fəaliyyətləri üçün nəzərdə tutulmuşdur. Xorvatiyanın 7-ci milli parkıdır və 1985-ci ildə milli park elan edilmişdir. == Coğrafiya == Milli park tamamilə Şibenik-Knin qraflığında yerləşir və Krka çayı boyunca 109 km2 sahəni əhatə edir: Knindən Skradinə qədər 2 km çay axını boyunca və Çikola çayının aşağı hissəsi. Krka Milli Parkı təbiətin dəyişdirilməyən geniş regionlarından biridir və bir çox cüzi dəyişdirilmiş ekosistemlərə sahibdir. == Ətraf mühit == === Flora === Krka Milli Parkı Cənubi Avropa regionuna daxildir. (Aralıq dənizi iqlimi) Yerləşmə mövqeyinə və müxtəlif tip ekosistemlərin yayılmasına görə ərazi zəngin flora və faunaya sahibdir.
Əbu Hamid Türka
Əbu Hamid Sədrəddin Məhəmməd Türka- 13-cün əsrin sonlarında və 14-cü əsrin əvvəllərində yaşayan və Türka İsfahani ailəsinin və soyunun ilkinci görkəmli şəxsi olan türk alim və müəllif.Soyun adı Əbu Hamedin babasına aiddir ki Xucənddən İsfahana köçmüş türk idi.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Arka Bahçem (Göksel albomu)
Arka Bahçem – Göksel-in 2005-ci ildə çıxardığı 4-cü albomudur.
ARKİ
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı — Azərbaycan kinematoqrafçılarının mövcud olmuş ictimai birliyi. == Ümumi məlumat == 21 iyun 2012-ci ildə təsis edilib. Sədri Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 21-də «Nİzami» Kino Mərkəzində «Kino və konseptual problemlər» mövzusunda keçirilmiş tədbirdə yaradılıb. Tədbirdə baş tutan müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradıldığı elan olunmuş və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri, Cəmil Quliyev isə qurumun icraçı katibi seçilmişdir. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Eldar Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev. İttifaq tərəfindən Milli Kino Mükafatı təsis olunub. Mükafat hər il 2 avqust - Kino Günündə Azərbaycan kinosuna verdiyi töhfələrə görə fərqlənən kinematoqrafçıya təqdim olunacaq. == Fəaliyyəti == 2012-ci ilin iyul ayından başlayaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti səkkiz iclas keçirib. İdarə heyətinin iclaslarında bir sıra vacib sənədlər hazırlanıb və qəbul olunub.
Akka
Akka (lat. Acca) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Anka
TAI Anka Türkiyə Silahlı Qüvvələrinin tələblərinə uyğun olaraq TAI şirkəti tərəfindən istehsal olunan pilotsuz uçuş aparatıdır. PUA-nın baza variantı olan Anka-A orta yüksəklikdə (3 km-dən 9 km-dək) uçuş həyata keçirmək məqsədilə dizayn olunmuşdur. == Tarixi == Hazırlanmasına TAI tərəfindən 30 dekabr 2010-ildə başlanılıb və 2013-cü ildə istismara verilib. Layihənin hazırlanma dəyəri 200 milyon ABŞ dolları olub. Türkiyənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Daxili İşlər Nazirliyi tərəfindən aktiv istifadə edilir. Anka 2000-ci illərin əvvəllərində taktiki kəşfiyyat missiyaları üçün nəzərdə tutulsa da, sonradan sintetik diafraqmalı radar və döyüş sistemlərinə inteqrasiya olunmuşdur. Bu PUA-nın adı əfsanəvi Simurq quşundan götürülmüşdür. 2019-cu ilin sonunda TAI tərəfindən verilən açıqlamada, əsas parametrlərdə havada uçma müddətinin 24 saat olaraq qeyd edilməsinə baxmayaraq, PUA-nın 26 saat 30 dəqiqə uçaraq yeni rekord qırdığı bildirildi. == Variantları == === ANKA-A === Əməliyyatlar başlayan zaman ANKA layihəsinin ilk konfiqurasiyası olan ANKA-A prototipləri Türkiyə Aerokosmik Sənayesinin öz resursları ilə Elazığda yerləşdirildi. === ANKA-S === ANKA-A-da qazanılan təcrübə fonunda sintetik radarları kimi yeni missiya avadanlıqlarını daşıyacaq və daha yüksək performansa sahib olacaq ANKA-S-nin ilk uçuşu 30 yanvar 2015-ci ildə həyata keçirilib.
Areka
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Arfa
Arfa (ing. Harp) — üçbucaq formasbkyuh əmədə simlər çəkilmiş, barmaqla çalınan simli musiqi aləti. == Tarixçəsi == Yaranma tarixi çox qədimlərə gedib çıxır. Əsasən, saray məclislərində istifadə olunan zərif və incə səsli çəngin (arfanın) ən erkən növləri İkiçayarası və Misir sivilizasiyalarına aid edilir. Hələ qədim Misir freskalarında (b.e.əv. XV əsr) arfa təsvir edilmişdir. Misirlilərə bu alət Şumerdən gəlib. Qədim şumerlilər inandıqları bütlərə uyğun olaraq müxtəlif biçimli çənglərdən istifadə etmişlər: qövsvari, bucaqvari və ya üfüqi uzunsov çanglər . Eramızdan əvvəllərə aid edilən çənglərin 6-9 simli olduğu məlumdur. Mülahizələrə görə, çəng ox və yay ovçuluq silahının törəməsidir.
Arpa
Arpa (bitki) — Taxıllar fəsiləsindən bitki cinsi. Arpa (ölçü vahidi) — riyaziyyatda çəki ölçü vahidi. Kəndlər Arpa (Dərələyəz) — Dərələyəz mahalında kənd. Arpa — Qızıl Qoç rayonunda kənd. Digər Arpa dərəsi — Dərələyəz mahalının Paşalı (Əzizbəyov, Vayk) rayonunda qala.
Arta
Arta — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Arta kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Türk dillərində arta sözünun "sıra dağ; dağ tirəsi; alcaq dağlıq", "dağıdılmış, pozulmuş", "bolluq", "balta kupu" mənalarında işlənməsi məlumdur. Oykonimin coğrafi movqeyi əsas verir ki, onu "dağ aşırımında yerləşən kənd" kimi izah edək. 1917-ci ildə Şamaxı qəzasında Artaçı kəndi də qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == Əhalisi təqribən 45-50 nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıqla təşkil edir.
Arça
Arça və ya Arsk (tatar. Арча; rus. Арск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Avka
Avka (iq. Ọka) — Nigeriyanın Anambra ştatının paytaxtı.
Birka
Björkö adasındakı Birka (orta əsr mənbələrində Birca) Viking dövründə Skandinaviya ilə Şərqi Avropa və Şərq arasında əhəmiyyətli bir ticarət mərkəzi idi. Björkö, müasir Stokholmdan 30 kilometr qərbdə, Ekerö bələdiyyəsindəki Mälaren gölündə yerləşir. Birka adasında və Adelsö yaxınlığındakı Hovgarden'in arxeoloji yerləri Viking Skandinaviyalıların ətraflı ticarət şəbəkələrini və Avropa tarixinə təsirlərini göstərən bir arxeoloji kompleks meydana gətirir. Ümumiyyətlə, İsveçin ən qədim şəhəri sayılan Birka 1993-cü ildə UNESCO tərəfindən Dünya mirası elan edilib. Birkadakı Vikinq türbəsindən gələn gümüş üzük, bu dövrün Skandinaviyada olan ərəb yazılı ilk üzüyüdür. == Tarix == Birka, ticarəti idarə etmək və genişləndirmək üçün bir padşah tərəfindən qurulmuşdu. Skandinaviyanın ən erkən şəhər yaşayış yerlərindən biridir. Birka, Ladoga (Aldeigja) və Novqorod (Holmsgard) yolu ilə Bizans İmperiyası və Abbasilər Xilafətinə gedən çay və portaj yolundakı Baltik bağlantısı idi. Birka, İsveçdə 831-ci ildə Müqəddəs Ansqar tərəfindən qurulan ilk məşhur xristian icmasının yeri kimi də əhəmiyyətlidir. Birka, həmçinin, İsveçdə 831-ci ildə Müqəddəs Ansqar tərəfindən təsis edilmiş xristian icması kimi tanınırdı.