Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Astat
Astat (At) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 85-ci element. Bu element 1940-cı ildə süni olaraq siklotronda bismutu alfa-hissəciklərlə şüalandırmaqla alınmışdır. Amma yalnız kəşfdən 7 il sonra Çmilio Çino Seqre (1905-1989) başda olmaqla Amerika fiziklər qrupu bu elementə ad verdilər: yunan sözü astatos - “davamsız, səbatsız”-dan yaranmışdır. Bu elementin ən uzun ömürlü izotopu 7,2 saat yarımparçalanma dövrünə malikdir.
Salat
Salat (it. Salato, Salata) — klassik reseptdə soyuq yemək, müxtəlif tərəvəz və meyvələrin (əsasən kahı, göbələk, kartof, xiyar, paxla) qarışığından, sirkə, bitki yağı, mayonez, xama, limon şirəsi, duz, istiot ədviyyatlar əlavə etməklə hazırlanır. Salata tez-tez müxtəlif göyərtilər: kişmiş, şüyüd, cəfəri, kərəviz, yaşıl soğan, sarımsaq və s. əlavə edilir. Salatın müxtəlif növləri vardır: Alman kartof salatı və ya kartoffelsalat— adından göründüyü bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar vardır; Fransız salatı — Fransa mətbəxinə aid salat növü; Kobb salatı — Amerikan mətbəxinə aid bu salat növü dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanır; Lab — Laos mətbəxinə məxsus salat növü; Leço — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salatdır; Malaq salatı — İspaniya mətbəxinə məxsus salat növü; Mimoza salatı — daha çox bayramlarda düzəldilən salatdır; Miçiqan salatı — Miçiqanda, Detroytda (ABŞ) və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növüdür; Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növüdür; Tərəvəz salatı — müxtəlif tərəvəzlərdən hazırlanan salat növüdür; Oliviye salatı — bir çox Şərqi Avropa ölkələrində məşhur olan və bəzi ölkələrdə bu salat Rus salatı kimi tanınan Rusiya mətbəxinə aid ənənəvi salatdır; Valdorf salatı — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatıdır; Vineqret salatı — Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində soyutma kartof, kök, çuğundur, lobya, şoraba kələm və ya duzlu xiyar, keşniş, şüyüddən hazırlanan salatdır; Tabule — Levant ərəb salatıdır; Şop salatı — Şərqi Avropa mətbəxinə aid salat növüdür; Yunan salatı — yunan mətbəxinə aid salat növüdür; İngilis salatı — ingilis mətbəxi aid salat növüdür; Sezar salatı, yumurta salatı, toyuq salatı, çuğundur salatı, nar salatı və s. Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər. Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir. Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz. Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
Uştal
Uştal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Uştal kəndi Qalagah kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Soltankənd kəndi mərkəz olmaqla, Soltankənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin qədim adı Üştaladır. Adının mənası "üç" və "tala" sözlərinin mənasını verir. Yəni kənd üçtala adlanan ərazidə salınmışdır. Sonradan üçtala qısalaraq "Uştal" mənasını vermişdir. Kənd əvvəllər ermənilərin kompakt yaşadığı ərazi olmuşdur. Kənddə həmçinin erməni qəbiristanlığı var. Uştal kəndi İsmayıllı rayonundan 20 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir. Kənddə 3 sərin sulu bulaq, dərin yarğanlar, sıx meşə var.
Orchis ustulata
Neotinea ustulata (lat. Neotinea ustulata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neotinea cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B1ab(iii, v) + 2ab (v). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökyumrusu yumurtavari və ya yumru olur. Gövdəsi 10—25 (50) sm hündürlükdədir. Yarpaqları uzunsov-lansetvari, küt, əsasında daralmış, 8 sm uzunluğunda, 2 sm-dək enində, sivriləşmiş şəkildə olur; çiçək qrupu sıx, uzunsov-silindrik sünbüldə yerləşir. Çiçəkləri bal iylidir. Başcıq 3—4 (5) mm uzunluqda, küt, tünd-qara rənglidir.
Setaria ustilata
Setaria pumila (lat. Setaria pumila) — qırtıckimilər fəsiləsinin setaria cinsinə aid bitki növü. Chaetochloa glauca var. purpurea Farw. Chaetochloa lutescens var. longispica Honda Oplismenus helvolus (L.f.) P.Beauv. Panicum flavescens Moench [Illegitimate] Panicum glaucum var. elongatum Pers. Panicum glaucum var. flavescens Elliott Panicum glaucum var.
Ustalar Kitabı
Neotinea ustulata
Neotinea ustulata (lat. Neotinea ustulata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neotinea cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B1ab(iii, v) + 2ab (v). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökyumrusu yumurtavari və ya yumru olur. Gövdəsi 10—25 (50) sm hündürlükdədir. Yarpaqları uzunsov-lansetvari, küt, əsasında daralmış, 8 sm uzunluğunda, 2 sm-dək enində, sivriləşmiş şəkildə olur; çiçək qrupu sıx, uzunsov-silindrik sünbüldə yerləşir. Çiçəkləri bal iylidir. Başcıq 3—4 (5) mm uzunluqda, küt, tünd-qara rənglidir.
Usta
Usta — çalışdığı sahəni yüksək səviyyədə bilən şəxs. Usta — konkret sənət üzrə təzə başlayan fəhlənin hamisi. Usta — Orta əsrlərdə sех lərin tamhüquqlu üzvü. Usta — XIX əsrdə İngiltərədə oğlana edilən müraciət. Usta — istehsalatda ilk mühəndis vəzifəsi. Usta — məişət xidməi sahəsində ixtisaslı fəhlə. İdman ustası — idmanda ixtisas dərəcəsi. Usta — masonluğa həsr edilmə dərəcəsi. Usta — müəyyən sahələrdə professionallıq dərəcəsi. Usta (film) — Polşa filmi , 2005-ci il, rejissor Pyotr Тşalski tərəfindən çəkilib.
Ştat
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Meyvəli salat
Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növü. Meyvə salatı-kiçik bir parçalara (hissələrə) kəsilmiş, təzə müxtəlif meyvələr qarışığından hazırlanmış yeməkdir. Meyvəli salat reseptinə alma, armud, portağal, dessert banan daxildir. Hərdən tumsuz üzüm, ananas və narıncı əlavə edilir. Neyvə salatın üstünə adi və ya qəhvəyi şəkər tozu, bal və şokalad tökürlər. Dadı gücləndirmək üçün hətta kişmiş (quru üzüm), döyülmüş badam və ya fındıqdan istifadə edirlər. Meyvə salatlarına hərdən onların təzə qalmağı üçün və xarici görüşünün saxlanması üçün lumu turşusunu əlavə edirlər. Azacıq rom, konyak və ya likyor meyvə salatına xüsusi dad verir. Ənənəvi salatın qatması (sousu), lakin yoğurt və ya bərk çalınmış qaymaqdan istifadə etmək olar. Adətən meyvə salatını desert kimi verirlər.
Pencak silat
Pencak silat — İndoneziyanın milli idman növü. Pencak silat heç də yalnız idman deyil, o, eyni zamanda, insana öz nəfsini necə idarə etməyi və həyatını necə qorumağı öyrədir. Bu idman növü İndoneziyada rəsmi olaraq 800 döyüş sənəti məktəbində və 13000 adada yayılmışdır. Bütün ölkədə yayılmağına baxmayaraq, bu döyüş növünün adı iki vilayətdə istifadə edilən iki termindən ibarətdir. Qərbi Yavada "pencak" sözü və onun dialektik növü "penca", Yava, Madura və Bali dialektində isə "mancak" növü yayılmışdır. Sumatrada isə "silat" və "silet" növü yayılmışdır. 1948-ci ildə İndoneziya vahid dövlət olduqdan sonra bütün bu ədəbi ifadə növləri onun ümumi terminologiyasında İkatan Pencak Silat İndonesia (qısaca İPSİ, azərb. İndoneziya Pencak Silat Cəmiyyəti‎) idarəsi tərəfindən birləşdirilmişdir. 1973-cü ildə isə müxtəlif məktəblərin nümayəndələri və stilistlər rəsmən "pencak silat" adının rəsmi söhbətlərdə işlənməsinə qərar verdilər. Baxmayaraq ki, indiki zamana qədər bəzi yerlərdə hələ də orijinal deyilişi qalmaqdadır.
Sutat (Əhər)
Sutat (fars. سوتات‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 176 nəfər yaşayır (36 ailə).
Ustad (jurnal)
Ustad jurnalı — aylıq ədəbiyyat və sənət jurnalıdır. “Ustad” jurnalı 2016-cı ilin yanvar ayının 17-də “Hədəf Nəşrləri MMC” tərəfindən təsis olunub və elə həmin ilin fevral ayında ilk buraxılışı işıq üzü görüb.Ustad Dərgisi 1-ci say “Ustad” jurnalı 24 aprel 2019-cu il tarixində Azərbaycan Mətbuat Şurasından qeydiyyatdan keçib. “Ustad” jurnalının əsas məqsədi ədəbiyyatın ölkədə təbliğini təmin etmək, sənət nümunələrini geniş oxucu kütləsinə çatdırmaq, müxtəlif sənət sahələrində öz möhrünü vurmuş, kulta çevrilmiş şəxsləri cəmiyyətə tanıtdırmaqdan ibarətdir. Jurnal öz fəaliyyətini Azərbaycan Respublikasının dövlətçilik prinsipləri əsasında qurur. Dərgidə “Poeziya”, “Hekayələr”, “Tərcümə”, “Araşdırma”, “Esselər” kimi rubrikalar var. Bu rubrikaların bəzisi daimi, bəzisi də nömrədən-nömrəyə yenilənir. “Ustad”da yerli müəlliflərlə yanaşı, xarici müəlliflərin də yazılarına yer verilir. “Ustad” jurnalının 2018-ci ilin may ayında keçirdiyi “Cümhuriyyət-100” adlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi 19 may 2018-ci ildə keçirilib. “Ustad” jurnalı məktəblilər arasında istedadlı uşaqların üzə çıxarılması məqsədilə 2019-cu ilin fevral ayında “Üst Ad” adlı uşaq yazıları müsabiqəsi elan edib. “Üst Ad” müsabiqəsinin mükafatlandırma mərasimi 6 aprel 2019-cu ildə keçirilib.
Ustad dərgisi

Ustad jurnalı

Yana Salat
Yana Salat (d. 6 aprel 1979) — Kanadanı təmsil edən su poloçusu. Yana Salat, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Yana Salat, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Zaur Ustac
Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975, Bakı) — şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı,[mənbə göstərin] Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən). Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. Zaur Ustac "Yazarlar" jurnalının təsisçisi və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.[mənbə göstərin] Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir. O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[mənbə göstərin] Stiven Reblinin "Mavi Ay Vadisi" (Stephen Rabley "Blue Moon Valley") Stiven Rebli."Troya Daşı" (Stephen Rabley "The Troy Stone") "Güllünün şeirləri" Məktəbəhazırlıq qrupları üçün vəsait. "39 Həftə" (İngilis dili üçün xüsusi proqram) "39 Weeks" (Special program for English) Zaur Ustac "Dağlar" haqqında Su — dünyaya açılan bir pəncərədir "Hərb mövzulu yazılar" I və II Nəzmi şah və ya Kəmaləddin Qədim "Dağlar — 200" (Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibətilə).
Umalat bəy Buynaklı
Umalat bəy Buynaklı və ya rus qaynaqlarında qeyd edildiyi kimi Amalat bəy (rusca:Умалат-бек Буйнакский; d. ? - ö. 1831, Abxaziya) — XIX əsr Qafqaz müharibəsi zamanı mühüm rol oynamış qumuq hərbi-siyasi xadim, İmam Qazi Məhəmməd tərəfindən 1831-ci ildə elan edilmiş Tərki şamxalı, Şimali Qafqaz İmamlığının naibi. Umalat bəy 1818-1819-cu il üsyanınınn aktiv iştirakçısı olmuş, Yermelova qarşı döyüşdə Akuşalıların rəhbərlərindən biri olmuşdur. O, eyni zamanda 1825-ci ildə Bəybulat Taymiyevin hərəkatının da üzvü olmuş, Tərki şamxallığı ərazisində 1823 və 1831-ci illər üsyanlarına rəhbərlik etmişdir. == Mənşəyi və ilk illəri == Umalat bəy qumuqların Şimali Qafqazdakı dövləti olan Tərki şamxallığı hakimləri ailəsindən gəlməkdə idi. O, Krım-şamxalın, yəni şamxallığa vəliəhdin ailəsində dünyaya gəlmişdi. Şamxalın taxtına namizəd olan atasının adı Şabaz Şamxal idi. Şabaz ailədə ən böyük şahzadə olduğu üçün taxta onun çıxacağı güman edilirdi.
Ustad Bohtuni muzeyi
Ustad Behtuni muzeyi — Təbriz şəhərində, "Şairlər məzarlığı"nın yaxınlığında yerləşən muzey. Bu muzeydə Ustad Bohtuninin yaratdığı eksponatlar nümayiş olunur. Ustad Bohtuni demək olar ki, təbiətdə mövcud olan hər bir şeyin eksponatını yaratmışdır.
Hiram Usta
Hiram usta hekayəsi yəhudilərin müqəddəs və mistik iudaizmin kitabı olan Kabalada nəql edilən hekayələrdən biridir. Süleyman peyğəmbər (e.ə. 965–926) yəhudi dini ədəbiyyatında, eləcə də tarixində mühüm yer tutan bir şəxsdir. Bunun səbəbi onun peyğəmbər olmaqla yanaşı həm də yəhudilərin krallarından biri olmasıdır. Süleyman peyğəmbərin yəhudi tarixində mühüm yer tutmasının bir səbəbi də bu gün yəhudilərin müqəddəs hesab etdikləri yerlərdən biri olan və Qüdsdə yerləşən "Ağlama Divarı" ilə olan əlaqəsidir. Yəhudi dini təliminə görə "Ağlama Divarı" əfsanəvi "Süleyman Məbədi"-nin müasir dövrə qədər gəlib çatmış yeganə qalığıdır. Süleyman Məbədi e.ə. 587-ci ildə, Yahuda dövlətinin işğalı vaxtı, Babil kralı Nabukodonosorun əmri ilə yerlə yeksan edilmişdi. Süleyman Məbədinin inşa edilməsi hekayəsi mistik iudaizmin kitabı olan Kabalada, "Krallar, 7-ci Bab"-da ətraflı izah edilir. Bu məbədin baş memarı, dul bir qadının oğlu olan, Hiram Abif adlı bir usta idi.
Malakka (ştat)
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Miçiqan (ştat)
Miçiqan (ing. Michigan) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Lensinq şəhəridir. ABŞ-nin Midwest bölgəsindəki əyalətlərində biridir. Michiqan adı, bölgənin ilk sakinləri olan doğma Amerika dillərindən Ojibwe, "böyük su" və ya "böyük göl" mənasını verən mişigama sözündən yaranmışdır Michigan ABŞ-də əhali sayına görə 8-ci ən böyük əyalətdir. Ştat həm də Böyük Gölləri ilə məşhurdur. Dünyadakı ən böyük şirin su sahili var. Qeydiyyata alınan su gəmilərinə görə ABŞ ştatları baxımından 3-cü yeri tutur.
Muharrem Usta
Məhərrəm Usta (d. 1 Sentyabr 1965, Trabzon) Türk iş adamı, həkim və idman meneceri. İstinye Universiteti heyətin sədri. Məhərrəm Usta 1965-ci ildə Trabzonda anadan olub. 1989-cu ildə Doqquz Sentyabr Universiteti Tibb Fakültəsini bitirmişdir. 1992-ci ildə Qulaq Burun Boğazı mütəxəssisi oldu. 1993-cü ildə o, xəstəxana idarəetmə sahəsində işləməyə başladı. 1995-ci ildə Türkiyənin ən böyük xəstəxanalar zənciri Medical Parkın təməllərini atdı. Medical Park Xəstəxanalar Qrupu və Liv Hospital Xəstəxanası İdarə heyəti Başçısı olan Məhərrəm Usta, uzun müddət xüsusi xəstəxanalar və sağlamlıq təşkilatları Başçısı olmuşdur. Məhərrəm Usta, həmçinin İstanbul Ticarət Palatası Sağlamlıq Komissiyasının üzvüdür və sağlamlıq baxımından etdiyi investisiyalar, idmana və idmançılara dəstəklərilə də tanınır.
Məhərrəm Usta

Sabah (ştat)
Sabah — Malayziyanın şərqi ştatı və Kalimantan adasında yerləşən iki Malayziya ştatından biri. Ştat həmçinin Saravak, Sinqapur (1965-ci ildə Malayziyadan ayrılıb) və Malaya Federasiyası ilə yanaşı Malayziya federasiyasının yaradıcılarından biridir. Böyük Britaniyanın müstəmləkəsi olarkən «Şimali Borneo» adı ilə tanınırdı. Saravak kimi, bu ştatın da Malayziya yarımadasının ştatlarından kənarda qalmasına görə, ərazisinin xüsusi muxtariyyəti haqqında qanun var. Ştat Kalimantan adasının şimal hissəsində yerləşir və cənub-qərbdən sərhədə malik olduğu Saravak ştatından sonra ölkənin ikinci ən böyük ştatı kimi tanınır. Ştat həmçinin şimal və şimal-şərqdən Filippinlə, qərbdən isə Labuan federal ərazisi ilə dəniz sərhədlərinə malikdir. Sabah ştatı yalnız cənubdan İndoneziyanın Şimali Kalimantan əyaləti ilə beynəlxalq sərhədlərə malikdir. Ştatın inzibati mərkəzi Kota Kinabaludur (keçmiş adı Cesselton).