Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müstəvi
Müstəvi – həndəsənin əsas anlayışlarındandır. Nəzəri cəhətcə kiçik ölçülü sonsuz uzunluğa malik yastı, sonsuz kiçik qalınlığa malik obyekt. Müstəvinin tənliyi ilk dəfə olaraq A.K.Kleronun 1731-ci ildə nəşr edilmiş əsərində, müstəvinin kəsiklərdə tənliyi Q.Lamenin 1816-1818-ci illərdə çap edilmiş işlərində, normal tənliyi isə L.Qessenin 1861-ci ildəki tədqiqatlarında rast gəlinir. Müstəvinin n-ölçülü fəzada təsvirini ifadə edən tənliyi E.Kondratyev 2006-cı ildə təklif edib. Müstəvinin aşağıdakı əlamətləri vardır: Müstəvi üzərindəki istənilən iki nöqtədən keçən düz xətt bu müstəvidə yerləşir; İki verilmiş nöqtədən eyni məsafədə yerləşən nöqtələr çoxluğu mövcuddur; n-ölçülü fəzada n-1 ölçülü fəzaya aid olan nöqtələr çoxluğu vardır.
Üşnəviyə
Üşnəviyyə və ya Üşnü - İranın Qərbi Azərbaycan ostanında şəhər, Üşnəviyyə şəhristanının inzibati mərkəzi.
Stevia
Stevia (Şəkər Otu) – rebaudiana bitkisinin yarpaqlarından əldə edilən bir dadverici və şəkər əvəzləyicisidir. Stevianın birləşmələri – şəkərə nisbətən 150 dəfə çox şirinliyə və sabit pH-a malik olan, istiyədavamlı və fermentləşdirilməyən steviol glikozidlərdir (əsasən steviosid və rebaudiosid). Stevianın qida və pəhriz əlavəsi kimi hüquqi statusu müxtəlif ölkələrdə müxtəlifdir. Amerika Birləşmiş Ştatlarında yüksək saflığa malik (təmiz) stevia glikozidi ümumiyyətlə təhlükəsiz olaraq tanınır və qida məhsullarının tərkibində istifadə olunmasına icazə verilir, lakin stevia yarpağı və xam ekstraktın qidalarda istifadəsi üzrə Ərzaq və Dərman İdarəsi tərəfindən razılıq yoxdur. Avropa Birliyi 2011-ci ildə Stevia əlavəsini təsdiqlədi və Yaponiyada stevia illərdir dadverici olaraq yayılmış bir şəkildə istifadə olunur. Stevia rebaudiana Cənubi Amerikanın Quarani xalqları tərəfindən 1500 ildən çoxdur ki, istifadə olunur və onu "Ka'a He'ê" (Şəkər Otu) adlandırırlar. Yarpaqları Braziliya və Paraqvayda yüz illər boyunca ənənəvi olaraq yerli çaylar və dərmanlara dad vermək üçün "şirin müalicə" kimi istifadə edilir. Bu bitki Valensiya Universitetinin botanika üzrə professoru, ispan botaniki və həkim Petrus Jacobus Stevusun (Pedro Jaime Esteve 1500–1556) şərəfinə olaraq stevia adlandırılmışdır. Stevia bitkisi ilk dəfə olaraq 1899-cu ildə İsveçrəli botanik Moyses Santyaqo Bertoni tərəfindən Şərqi Paraqvayda etdiyi axtarışlar nəticəsində kəşf olunmuşdur . Lakin araşdırmalar məhdud aparılıb, sonradan 1931-ci ildə iki fransız kimyaçısı Steviaya şirin dad verən glikozidləri bitkinin tərkibindən kimyəvi maddə kimi izolə edib ayıra bilmişlər.
Baccharis usterii
Baccharis usterii (lat. Baccharis usterii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Proyektiv müstəvi
Proyektiv müstəvi - proyektiv həndəsədə qeyri-məxsusi (sonsuz uzaqlaşmış) elementlərlə tamamlanmış müstəvidir (Evklid müstəvisi). Hər bir düz xətt sonsuz uzaqlaşmış nöqtə ilə, bütün müstəvi isə sonsuz uzaqlaşmış düz xətlə tamamlanmışdır. Proyektiv müstəvidə paralel düz xətlər yoxdur. İstənilən iki düz xətt kəsişir. Proyektiv müstəvidə qeyri-məxsusi düz xətlə adı düz xətt arasında fərq yoxdur. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Fizika, riyaziyyat və informatika tədrisi" jurnalları, 2000-2012-ci illər,Bakı.
Steviya (cins)
Stevia (lat. Stevia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Cinsə aid bütün növlər Şimali və Cənubi Amerikada bitir.
Simon Stevin
Simon Stevin (ing. Simon Stevin; 1548[…], Brügge – fevral 1620 və ya ən tezi 20 fevral 1620 və ən geci 18 aprel 1620, Haaqa) — Holland riyaziyyatçısı və mühəndisidir; onluq kəsrləri (Avropada) tənliyin mənfi köklərini istifadəyə daxil etmişdir.
Stevia (cins)
Stevia (lat. Stevia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Cinsə aid bütün növlər Şimali və Cənubi Amerikada bitir.
Stevia imbricata
Stevia simulans
Müstəvi pardaqlama dəzgahı
Müstəvi pardaqlama dəzgahı üst səthləri müstəvi olan maşın hissələrinin abraziv alətlə emalı üçün tətbiq olunur. Müstəvi pardaqlama dəzgahları şpindelin vəziyyətinə və stolun formasına görə fərqlənirlər. Şpindeli üfüqi vəziyyətdə yerləşmiş dəzgahlarda tətbiq olunan pardaq dairəsi doğuranı boyunca kəsmədə iştirak edir. Şaquli vəziyyətdə olan şpindeldə bərkidilmiş alət isə yan tərəfi ilə metal qatı çıxarır. Müstəvi pardaqlama dəzgahları əsasən üfüqi şpindelə malik olurlar. Bu dəzgahların stolu bir, şpindel başlığı bərkidilmiş dayaq isə iki ox boyunca hərəkət edə bilir. Koordinat oxlarının bölgüsü dəzgahın təyinatından asılı olaraq fərqli ola bilər. Bu dəzgahlarda müstəvi, profil və müxtəlif dərinliklərin pardaq dairəsi ilə emalı aparılır. Proses tsiklik olaraq kompyüterdən idarə edilir. Tsikl pəstahın mövqeləşdirilməsi, pardaq dairəsinin verilmiş rejimdə işə salınma- ması, alətin sürətlə pəstaha yaxınlaşması (boş gediş), alətin kəsməyə daxil olması (işçi gediş), səthin pardaqlanması, sığallama, alətin səthdən uzaqlaşdırılması kimi mərhələlərdən ibarətdir.