MÜSTƏSNALIQ
MÜSYÖ
OBASTAN VİKİ
Müstəvi
Müstəvi – həndəsənin əsas anlayışlarındandır. Nəzəri cəhətcə kiçik ölçülü sonsuz uzunluğa malik yastı, sonsuz kiçik qalınlığa malik obyekt. Müstəvinin tənliyi ilk dəfə olaraq A.K.Kleronun 1731-ci ildə nəşr edilmiş əsərində, müstəvinin kəsiklərdə tənliyi Q.Lamenin 1816-1818-ci illərdə çap edilmiş işlərində, normal tənliyi isə L.Qessenin 1861-ci ildəki tədqiqatlarında rast gəlinir. Müstəvinin n-ölçülü fəzada təsvirini ifadə edən tənliyi E.Kondratyev 2006-cı ildə təklif edib. Müstəvinin aşağıdakı əlamətləri vardır: Müstəvi üzərindəki istənilən iki nöqtədən keçən düz xətt bu müstəvidə yerləşir; İki verilmiş nöqtədən eyni məsafədə yerləşən nöqtələr çoxluğu mövcuddur; n-ölçülü fəzada n-1 ölçülü fəzaya aid olan nöqtələr çoxluğu vardır.
Proyektiv müstəvi
Proyektiv müstəvi - proyektiv həndəsədə qeyri-məxsusi (sonsuz uzaqlaşmış) elementlərlə tamamlanmış müstəvidir (Evklid müstəvisi). Hər bir düz xətt sonsuz uzaqlaşmış nöqtə ilə, bütün müstəvi isə sonsuz uzaqlaşmış düz xətlə tamamlanmışdır. Proyektiv müstəvidə paralel düz xətlər yoxdur. İstənilən iki düz xətt kəsişir. Proyektiv müstəvidə qeyri-məxsusi düz xətlə adı düz xətt arasında fərq yoxdur. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Fizika, riyaziyyat və informatika tədrisi" jurnalları, 2000-2012-ci illər,Bakı.
Müstəvi pardaqlama dəzgahı
Müstəvi pardaqlama dəzgahı üst səthləri müstəvi olan maşın hissələrinin abraziv alətlə emalı üçün tətbiq olunur. Müstəvi pardaqlama dəzgahları şpindelin vəziyyətinə və stolun formasına görə fərqlənirlər. Şpindeli üfüqi vəziyyətdə yerləşmiş dəzgahlarda tətbiq olunan pardaq dairəsi doğuranı boyunca kəsmədə iştirak edir. Şaquli vəziyyətdə olan şpindeldə bərkidilmiş alət isə yan tərəfi ilə metal qatı çıxarır. == Quruluşu == Müstəvi pardaqlama dəzgahları əsasən üfüqi şpindelə malik olurlar. Bu dəzgahların stolu bir, şpindel başlığı bərkidilmiş dayaq isə iki ox boyunca hərəkət edə bilir. Koordinat oxlarının bölgüsü dəzgahın təyinatından asılı olaraq fərqli ola bilər. Bu dəzgahlarda müstəvi, profil və müxtəlif dərinliklərin pardaq dairəsi ilə emalı aparılır. Proses tsiklik olaraq kompyüterdən idarə edilir. Tsikl pəstahın mövqeləşdirilməsi, pardaq dairəsinin verilmiş rejimdə işə salınma- ması, alətin sürətlə pəstaha yaxınlaşması (boş gediş), alətin kəsməyə daxil olması (işçi gediş), səthin pardaqlanması, sığallama, alətin səthdən uzaqlaşdırılması kimi mərhələlərdən ibarətdir.
Bit müstəvisi
Bit müstəvisi– kompüter qrafikasında: birlikdə pikselin rəngini göstərən çoxqatlı bit toplusunun bir “qatı”; Ənənəvi olaraq pikseli göstərən bitlər ardıcılllığı yaddaşın bir baytında saxlanılır. Bit müstəvilərində isə pikselin bütün bitləri yaddaşın müxtəlif sahələrində saxlanılır; götüntünün hər bir pikselinin birinci informasiya biti bir sahədə (müstəvidə, qatda), ikinci bitlər qrupu başqa sahədə və s. saxlanılır. Bir bit müstəvisi vasitəsilə iki rəngi (adətən, ağ və qara), iki bit müstəvisi vasitəsilə dörd rəngi və s. göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qalaktika müstəvisi
Qalaktika müstəvisi, disk şəkilli qalaktikanın kütləsinin əksəriyyətinin özündə saxlayan sahədir. Qalaktika müstəvisinin perpendikulyarları qalaktik qütbləri göstərir. Real halda, qalaktika müstəvisi və qalaktik qütblər terminləri əsasən Yerin aid olduğu Süd Yolu qalaktikasının müstəvisini və qütblərini işarə edir. Bəzi qalaktikalar düzənsizdir və diskşəkilli quruluşa malik deyildir. Süd Yolu kimi spiral qalaktika halında belə, qalaktika müstəvisini müəyyənləşdirmək, ulduzların mükəmməl bir düzülüşü olmadığından bir qədər qeyri-adi və zahiri olur. 1959-cu ildə BAİ Süd Yolu şimal qalaktik qütbünün mövqeyini, R = 12h 49m, Dec = 27 ° 24' B1950 kimi təyin etdi; hazırda istifadə edilən J2000 dövründə, pressesiya nəzərə alındıqdan sonra koordinatlar RA 12h 51m 26.282 s, 27 ° 07 '42".01 kimi təyin olundu. Bu koordinantlar, Arktur parlaq ulduzu yaxınlığında, Veronikanın Saçları bürcündədir və eyni zamanda cənub qalaktik qütbü Heykəltəraş bürcünə uzanır. Qalaktik koordinatların "sıfır uzunluğu" 1959-cu ildə, göy sferinin şimal qütbündən 123° mövqeyində olmaqla müəyyən edilmişdir. Beləliklə, qalaktik ekvatorda yerləşən sıfır uzunluq nöqtəsi 17h 42m 26.603s, −28° 55' 00".445 (B1950) və ya 17h 45m 37.224s, −28° 56' 10".23 (J2000)-dir və onun J2000 mövqeyi açısı 122°.932 -dir. Qalaktik mərkəz, 31,72 ° (B1950) və ya 31,40 ° (J2000) şimal şərq mövqelərində yerləşir.

Digər lüğətlərdə

бактериофо́бия бесце́нно квадра́нтный на вы́учку паразити́ровать переинструменто́вывать торо́с финиши́рование вкуша́ться лебези́ть разма́лываться песец acantha body shirt dilemma hubble non-user pataphysics raser reserve price духовный ослиный перепробовать полопаться прельщать