Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ataqut
Ataqut — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 7 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Ataqut kəndi 7 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd adını ərazidəki eyniadlı çaydan almışdır. == Tarixi == === Tarixi abidələri === Ataqut kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Mutant
Mutasiya (lat. mutatio — dəyişiklik) — dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm forması. Mutant təbii seçmədə ilk material sayılır. Məhsuldarlığın artırılmasında və süni mutagenezin nəzəri məsələlərinin həllində mutantlardan geniş istifadə edilir. Mutasiya orqanizmin istər somatik, istərsə də cinsiyyət hüceyrələrində əmələ gəlir. Mutasiya terminini ilk dəfə biologiyaya daxil edən Huqo-de Friz olmuşdursa, lakin bu haqqda olan anlayışa ondan da əvvəlki alimlərin əsərlərində rast gəlirik. Hələ Ç. Darvin öz əsərində bu cür gözlənilmədən, qəflətən baş verən irsi və xırda dəyişmələr haqqında yazırdı. Darvin bədəni uzun, ayaqları qısa “ankon” qoyunları, tükləri incə və uzun “moşan” qoyunları haqqında məlumat verir və bu cür dəyişilmələri “sport” və ya tək-tək baş verən dəyişkənlik adlandırırdı. Q.Friz 1880-cı ildən başlayaraq təcrübə apardığı Enotera Lamarkiana adlanan bitkilərin içərisində mutasiya baş vermiş formalar aşkar etdi. Bəzi bitkilər öz əlamətləri ilə enotera növündən elə kəskin fərqlənmişdir ki, hətta de Friz onları yeni növ adlandırmışdı.
Statut
Statut (qədim lat. statutum — qərar) — çoxmənalı termin. Statut (orta əsrlər) — orta əsrlərdə ayrı-ayrı şəhərlərin , korporasiyaların və nəsillərin hüquqi vəziyyətini müəyyənləşdirən hüquqi sənəd. Statut (anqlosakson hüquqi) — anqlo-sakson hüquq sistemində vacib əhəmiyyətli hüquqi akt. Statut (təşkilatın nizamnaməsi)| — təşkilatın təşkilini və fəaliyyətini tənzimləyən hüquqi sənəd. Ordenin statutu — ordenin təsviri, təltif qaydaları və istifadə qaydaları. Statut (təsvir) — təsvir xarakterli hüquqi akt. Statut (orqanik statut) — XIX əsrdə bəzi ölkələrdə konstitusiya aktının qəbul edilmiş adları.
Utanma
Utanma və ya xəcalət — mənfi emosiya; insanın hər hansı bir hərəkətin, motivin və ya keyfiyyətin müəyyən bir mühitdə qəbul edilmiş normalara və ya qəbul edilən gözləntilərə uyğun gəlməyə biləcəyini hiss və dərk etməsi. Utanma insanın utandığı şeyin sosial qəbuledilməzliyi hissi ilə əlaqələndirilir. Utanc duyğusunun yaranması üçün bizə utandığımız şeyin real və ya dərk edilmiş şahidlərinə ehtiyacımız var. Şahidlər olmadıqda utanc hissi yaranmır, lakin bu zaman günahkarlıq hissi yarana bilər. Utanma insanların öz səhvlərini gizlətmələrinə və ya inkar etmələrinə səbəb olan mənəvi və ya sosial emosiya kimi təsvir edilən diskret əsas duyğudur. Utanma həm də özünü mənfi qiymətləndirmə ilə bağlı xoşagəlməz özünüdırk emosiyası kimi də təsvir edilə bilər. Platona görə, utanma “pis söz-söhbətlərdən qorxmaqdır”; utanmanın oxşar tərifi Aristoteldə də var. K.E.İzard , müxtəlif tədqiqatçılar tərəfindən verilmiş utanc hissinin bir sıra xüsusiyyətlərinə istinad edərək, onları aşağıdakı kimi ümumiləşdirir:Utanma insanın öz "mən"ini və öz "mən"inin fərdi xüsusiyyətlərini dərk etməsinin kəskin və ağrılı təcrübəsi ilə müşayiət olunur. İnsan kiçik, çarəsiz, təmkinli, emosional olaraq əsəbi, axmaq, dəyərsiz və s. görünür.
Tanux
Tanux — İslamın ilk illərində əl-Hirə (İraq) ətrafında yaşayan xaçpərəst ərəb qəbiləsi. Xəlifə əl-Mehdinin vaxtında (775-785) bu qəbilə Hələb ətrafına köçüb İslamı qəbul etmişdir. Sonralar qəbilənin bir qismi Livan dağlarına köçmüşdür. Məhz buradan ət-Tənux nisbəsini daşıyan mərd döyüşçülər çıxmışdır.
Tanqut rəvəndi
Rheum tanguticum (lat. Rheum tanguticum) — rəvənd cinsinə aid bitki növü. Rheum palmatum L.- Ovucabənzər Tanqut rəvəndi var. tanguticum Maxim (Tanqut rəvəndi, rəvənd) Çoxillik ot bitkisi olub, hündürlüyü 1,5–2,5m-ə bərabərdir. Gövdəsi düzqalxan zəif budaqlanan, dolğun (4–5 sm diametrli), çılpaq, şirəli, silindrik, daxili içiboş oyuqlu olub, yuxarı hissəsi kiçik şırımlıdır. Kökətrafı yarpaqları iri, yumurtaşəkilli, 5–7 pərli, uzun saplaqlı olub, uzunluğu 1m-ə bərabərdir. Saplağı lətli olub, uzunluğu 30 sm-dir. Gövdə yarpaqları kiçik, növbəli, saplaqlı, yumurtavaridir. Çiçəkləri düzgün, kiçik, yaraşıqsız, düzqalxan, piramidal, çoxçiçəkli olmaqla, süpürgə çiçəkqrupunda toplanmışdır. Çiçək yatağı sadə, tacabənzər, 6 bölümlü, ağımtıl-çəhrayı və ya qırmızı rənglidir.
Tanqut skopoliyası
Tanqut skopoliyası (lat. Scopolia tangutica) — skopoliya cinsinə aid bitki növü.
Asma tabut
Asma tabut — yerdən yüksəkdə, qayalara qoyulmuş tabut şəklində olan dəfn tikililəri. Çin və Filippin də daxil olmaqla bir çox ölkədə rast gəlinir. Cində syuanquan kimi tanınır. == Çin == Tabutları asmaqla dəfn etmək Çindəki bəzi milli azlıqların, xüsusən də Bo xalqının (Ch. 僰 人) qədim dəfn adətidir. Onlar haqqında ilk olaraq Min sülaləsinin salnamələrində bəhs edilmişdir. Nanu ağacının möhkəm parçalarından müxtəlif formalı içi boş tabutlar oyulur. Mərhumun cənazəsinin bu tabutun içərisinə yerləşdirilərək hündür (100 m-ə qədər) qaya çıxıntılarına və mağaralara, çox vaxt qrup şəklində qoyullur. Bo xalqının inancına görə dağlar bu dünya ilə cənnət arasındakı pilləkən yolunu oynayır. Bundan əlavə, insanlar mərhumu düşmənlər və heyvanlar tərəfindən qorumaqdan ötrü etdiklərini bildirirlər.
Danut Koman
Danut Koman (rum. Dănuț Coman) — Rumıniyalı sabiq futbolçu. "Astra" futbol klubunun prezidentidir. == Fəaliyyəti == Sabiq qolkiper olan Danut Koman karyerasına 2015-ci ildə məhz "Astra"da son qoyub. O, karyerasını bitirdikdən sonra da "Astra"da qalaraq, klubun prezidenti olmuşdur.
Qara utanc
Die schwarze Schande və ya Die schwarze Schmach ("Qara utanc" və ya "Qara ləkə") — Birinci Dünya müharibəsində Almaniya İmperiyasının məğlubiyyətindən sonra Reynlandın işğalında Afrika qoşunlarının istifadəsinə etiraz edən alman sağçı mətbuatının istifadə etdiyi terminlər. Kampaniya 1920–1923-cü illər arasında fəaliyyətinin ən yüksək nöqtəsinə çatdı, lakin 1930-cu ilə qədər dayandı. "Qara bəlalar" və "qara dəhşət" kimi ifadələr də daxil olmaqla bu terminlər Almaniya, ABŞ və Kanada kimi müxtəlif ölkələrdə fəallar tərəfindən istifadə olunmuşdur. Edmund Dene Morel Birləşmiş Krallığın Qara utancın əsas təşəbbüskarlarından biri idi.
Tanat (mifologiya)
Tanat (Yunanca: θάνατος, ölüm) Yunan mifologiyasında ölüm tanrısı. Niksin oğlu, Hipnosun əkiz qardaşı, Hommerin "İliada" poemasında dünyanın sonunda, səhər və axşamın bir-birilə görüşdüyü və Atlantın göyü saxladığı yerdə yaşadığı göstərilir. Tanat dəmir ürəkli olub, tanrılara qarşı kinlidir. Tanat adətən əlində sönmüş məşəl tutmuş qanadlı gənc oğlan simasında təsvir edilir.
Tanit Belbin
Tanit Belbin və Bencamin Aqosto cütlüyü 1999-2000-ci illər mövsümündə gənclər arasında Kanada və Yaponiya Qran-Prilərində mübarizə apardı. 28-30 sentyabrda Kanadanın Monreal şəhərində baş tutan gənclərin ISU Kanada Qran-Prisinin məcburi rəqsində, orijinal rəqsində və sərbəst rəqsində birinci pillələrin sahibi olan Tanit Belbin və Bencamin Aqosto cütlüyü, ümumi nəticədə 2.0 balla gənclərin ISU Kanada Qran-Prisinin qalibi oldu. Daha sonra Tanit Belbin və Bencamin Aqosto cütlüyü, Yaponiyanın Naqoya şəhərinin ev sahibliyində baş tutan gənclərin ISU Yaponiya Qran-Prisində mübarizə apardı. Nəticədə Tanit Belbin və Bencamin Aqosto cütlüyü gənclərin ISU Yaponiya Qran-Prisinin gümüş medalına sahib oldu. Karyerası ərzində 11 mövsümdə mübarizə aparan Tanit Belbin və Bencamin Aqosto cütlüyü, 25 qızıl, 18 gümüş və 6 bürünc medala sahib olub.
Tanum Bələdiyyəsi
Tanum Bələdiyyəsi — İsveçin qərbindəki Västra Götaland mahalında bir bələdiyyədir. Onun yeri 1600 nəfər əhalisi olan Tanumshed şəhərində yerləşir. Mövcud bələdiyyə 1971-ci ildə üç keçmiş vahidi birləşdirərək yaradıldı.1952-ci ildə bölmə islahatından əvvəl ərazidə yeddi müəssisə var idi. İlk kilsə orada qurulduğu üçün kilisə köhnə Tanum fermasının (Norveç Tunheim) adını daşıyır. Birinci element "kənd həyəti", sonuncu element "malikanə, təsərrüfat". Tanumdakı qayaüstü oymalar UNESCO-nun Dünya İrsi Saytı elan edildi. İrs sahəsi Tanumshede'nin ətrafında, 18 km² sahəni əhatə edir. Rəsmlərin çoxunda insanlar və gəmilər təsvir edilmişdir. Bəziləri öküz və at kimi heyvanları göstərir. Tanum Bələdiyyəsi, daşlarını gerb mövzusuna çevirdi.
Özünü Tanıt
"Ozünü Tanıt" teleşousu, Böyük Britaniyada populyar "Got Talent" telelayihəsinin rəsmi şəkildə alınmış Azərbaycan versiyasıdır. Bu layihə 2005-ci ildə yaranıb və bu verilişdə, yaşından asılı olmayaraq bütün iştirakçılar oz unikal bacarıqlarını numayiş etdirə bilər- muğənnilik, rəqs, akrobatik hərəkətlər, döyüş növləri və s. Qeyd edək ki, bu layihə Rusiyada "Minuta Slavı", Turkiyədə isə "Yetenek Sizsiniz" adı ilə yayımlanır. 2014-cü ilin hesabatına görə, 58 ölkə bu layihənin lisenziyasını əldə edib. Azerbaycanda isə bu şounun rəsmi lisenziyası Kaspi Global MMC şirkəti terəfindən əldə edilib. Bu layihə, Ginnesin rekordlar kitabına da ən məşhur veriliş kimi düşüb. "Özünü Tanıt" ATVdə Şamxal Həsənlinin prodüserliyi ilə dünyaca məşhur "Got Talent" verlişinin Azərbaycan versiyasıdır. Münsiflər heyətinə Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova, Azərbaycan Respublikasının Xalq artistii Murad Dadaşov və reper ABD Malik daxildir. Birinci sezonun qalibi Elxan L Mefisto ləqəbi ilə tanınan illüziyaçı Elxan Məmmədovdur.
Utanc (film, 2011)
«Utanc» (ing. Shame) — Rejissor Stiv Makkuinin 2011-ci ildə dram janrında çəkdiyi film. Baş rollarda Maykl Fassbender və Keri Melliqan oynamışlar. Film, Film4 və See-Saw Films şirkətlərinin birgə istehsalı ilə ekranlaşdırılmışdı. Çoxlu sayda erotik səhnələrin olmasına görə ABŞ-də filmə NC-17 kinoreytinqi verilərək, 2011-ci ildə məhdud sayda satışa buraxılmışdı . Böyük Britaniyada Utanc 13 yanvar 2012-ci ildə satışa buraxılmışdı. “Utanc” filmi 17 milyon dollar büdcəyə malik olmaqla, həmçinin əlavə 4 milyon dollar reklam büdcəsinə malik olmuşdur. Brendon (Maykl Fassbender) müvəffəqiyyətli, yaraşıqlı reklam icraçısıdır və hiperseksual həyata malik bu şəxs Nyu-York şəhərində yaşayır. Uğursuz ailə həyatına və zahirən heç bir yaxın dostunun olmadığına görə, Brendon özünün artan gizli seksual fantaziyalarından asılı vəziyyətə düşür. Onun çalışdığı şirkətin kompüter sistemi virus təhlükəsi altına düşür; Brendonun kompüterinin sərt diskini təmizləyərkən, onun yükləmə tarixçəsində çoxlu sayda pornoqrafik saytların olduğu məlum olur, məhz bu pornoqrafik saytların birində də virus aşkar edilir.
Utanc (teleserial, 2015)
Skam ( ing. ShameShame, az. Utanc) Froqner və Vest End Osloda gimnaziya kimi fəaliyyət göstərən Hartviq Nissen Məktəbində oxuyan yeniyetmələrin həyatından bəhs edən dram janrında Norveç istehsalı tele-serialdır. NRK qrupunun bir hissəsi olan NRK P3 tərəfindən istehal olunur. Serial onlayn xaratkter daşıyır və birbaşa NRK-nın vebsaytında yayımlanır.
Unut (nom)
Unut (q.misir wnt — "dovşan", yun. ὁ Ἑρμοπολίτης νομός) — Yuxarı Misirin XV nomu (əyaləti). Nomun mərkəzi yun. Ἑρμοῦ πόλις μεγάλη, (q.misir Ḫmnw) şəhəri olmuşdur. Həmin ərazinin totemi dovşan sayılır. Əsas tanrısı Unutdur. Yerli panteona Unut, Tot, Oqdoad, Hathor, Xnum, Seşat daxildir. Nomu əsasən Tot kahinləri idarə ediordilər.
Özünü Tanıt (veriliş, 2005)
"Ozünü Tanıt" teleşousu, Böyük Britaniyada populyar "Got Talent" telelayihəsinin rəsmi şəkildə alınmış Azərbaycan versiyasıdır. Bu layihə 2005-ci ildə yaranıb və bu verilişdə, yaşından asılı olmayaraq bütün iştirakçılar oz unikal bacarıqlarını numayiş etdirə bilər- muğənnilik, rəqs, akrobatik hərəkətlər, döyüş növləri və s. Qeyd edək ki, bu layihə Rusiyada "Minuta Slavı", Turkiyədə isə "Yetenek Sizsiniz" adı ilə yayımlanır. 2014-cü ilin hesabatına görə, 58 ölkə bu layihənin lisenziyasını əldə edib. Azerbaycanda isə bu şounun rəsmi lisenziyası Kaspi Global MMC şirkəti terəfindən əldə edilib. Bu layihə, Ginnesin rekordlar kitabına da ən məşhur veriliş kimi düşüb. "Özünü Tanıt" ATVdə Şamxal Həsənlinin prodüserliyi ilə dünyaca məşhur "Got Talent" verlişinin Azərbaycan versiyasıdır. Münsiflər heyətinə Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova, Azərbaycan Respublikasının Xalq artistii Murad Dadaşov və reper ABD Malik daxildir. Birinci sezonun qalibi Elxan L Mefisto ləqəbi ilə tanınan illüziyaçı Elxan Məmmədovdur.
Özünü Tanıt (veriliş, 2015)
"Ozünü Tanıt" teleşousu, Böyük Britaniyada populyar "Got Talent" telelayihəsinin rəsmi şəkildə alınmış Azərbaycan versiyasıdır. Bu layihə 2005-ci ildə yaranıb və bu verilişdə, yaşından asılı olmayaraq bütün iştirakçılar oz unikal bacarıqlarını numayiş etdirə bilər- muğənnilik, rəqs, akrobatik hərəkətlər, döyüş növləri və s. Qeyd edək ki, bu layihə Rusiyada "Minuta Slavı", Turkiyədə isə "Yetenek Sizsiniz" adı ilə yayımlanır. 2014-cü ilin hesabatına görə, 58 ölkə bu layihənin lisenziyasını əldə edib. Azerbaycanda isə bu şounun rəsmi lisenziyası Kaspi Global MMC şirkəti terəfindən əldə edilib. Bu layihə, Ginnesin rekordlar kitabına da ən məşhur veriliş kimi düşüb. "Özünü Tanıt" ATVdə Şamxal Həsənlinin prodüserliyi ilə dünyaca məşhur "Got Talent" verlişinin Azərbaycan versiyasıdır. Münsiflər heyətinə Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova, Azərbaycan Respublikasının Xalq artistii Murad Dadaşov və reper ABD Malik daxildir. Birinci sezonun qalibi Elxan L Mefisto ləqəbi ilə tanınan illüziyaçı Elxan Məmmədovdur.