Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şirbit
Şirbit (lat. Barbus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. Şirbitlər əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Avropada yayılmışdır. bədənləri uzadılmış formadadır, quyruq üzgəcləri iki tirəlidir. Dişilər iri qarınları səbəbiylə daha böyük görünür. kürüləmə dövründə erkəklər daha parılaq görünür.
Şərbət
Şərbət – içki Şərbətlərin hazırlanmasında şəkər, ətirli-ədviyyəli bitkilər, meyvə-giləmeyvə, qaynadılıb soyudulmuş və ya buzdan istifadə edilir.Bəzi şərbətlərə boymadərən, bədmüşk və qızılgüldən çəkilmiş gülab əlavə edilir. Azərbaycanın müxtəlif rayonlarında qəndab, xoşab, səhləb, iskəncəbi, ovşala (oşara), xoşab, kimi sərinləşdirici içkilərdən də istifadə edilir. Əgər şərbət süfrəyə ağzı enli su qrafinlərdə və bardaqlarda verilirsə, onda şərbətə buz tikələri salmaq olar, butulka və ağzı dar qrafinlərdə verildikdə isə şərbəti əvvəlcədən soyuducuda saxlayıb soyudurlar. Şərbətlərin dadını yaxşılaşdırmaq üçün onlara limon turşusu və ya limon şirəsi əlavə edilir. Şərbətlərin tərkibində 60 %dən az olmayaraq şəkər olur. Meyvə-giləmeyvə şərbətləri təbii və süni olur. Şərbətləri hazırlamaq üçün meyvə-giləmeyvə ekstraktlarından da istifadə edilir. Şərbətlərdən albalı şərbəti, qızılgül şərbəti, ərik şərbəti, innab şərbəti, yubiley şərbəti, gül-nar şərbəti, limon şərbəti, meyvə şərbəti, nar şərbəti, nanəli şərbət, heyva şərbəti, reyhan şərbəti, sumaq şərbəti, turşəng şərbəti, çuğundur şərbəti, şəkər şərbəti və s.-ni göstərmək olar.
Air Serbia
Air Serbia — qərargahı Belqrad şəhərində yerləşən Serbiyaya məxsus dövlət şirkəti. Yuqoslaviya dağılana qədər Yuqoslavenski Аеrоtransport (JAT) adlanırdı və beynəlxalq əhəmiyyət daşıyırdı (Yugoslav Airlines). 26 oktyabr 2013-cü ildə Jat Airways adı Air Serbia olaraq dəyişdirilmişdir. == Tarixi == Avia şirkət 1927-ci ildə Аеrоput adı ilə yaradılır. 1947-ci ildə Yuqoslavenski Аеrоtransport adlandırılır. 1980-ci ildə Avropanın iri avia şirkətlərindən biri olmuşdur. Ancaq 1990-cı ildə BMT şirkətə iqtisafi sanksiya tətbiq edir. Nəticədə vəziyyət pisləşir. 2006-ci ildə Air India ilə saziş planlaşdırılır. Hədəf isə Belqradın hava limanının Air Indianın Şimali Amerikaya uçuşlar məqsədi ilə istifadə etmək istəyirdi.
Serbin (Texas)
Serbin — ABŞ-nin Texas ştatı, Li qraflığında yerləşən, heç bir bələdiyyəyə aid olmayan, birləşdirilməmiş ərazidir. Ərazi Ostin şəhərindən 50 mil (80 km) məsafədə yerləşir. Yaşayış məskəni 1850-ci illərin ortalarında Texasdakı Sorb imiqrantları tərəfindən "Low Pin Oak Settlement" (Aşağı Pin palıd qəsəbəsi) adı ilə salınmışdır. Cəmiyyətin adı 1860-cı ilə qədər sorb dilində "Sorb diyarı" mənasını verən Serbin olaraq dəyişdirildi. (Hər iki slavyan etnik qrupunun adları ümumi mənşəyə malik olsa da, sorblar serblərlə qarışdırılmamalıdır) Sorbin immiqrantları ABŞ-yə ən böyük kçləri zamanı Serbini "ana koloniya" olaraq istifadə edərək Texasda məskunlaşdılar. 20 sentyabr 1854-cü ildə Lusatiya, Prussiya və Saksoniyadakı yığıncaqlardan təxminən 550 sorbiyalı lüteran Con Kilianın rəhbərliyi ilə Texasa yola düşdü. Texasa gəldikdə, indiki Serbin xalqı Texasdakı Lüteran Kilsəsinin – Missuri Sinodunun ən erkən üzvləri oldular. 1871-ci ildə tikilmiş Müqəddəs Pol Lüteran Kilsəsi, Vend memarlığının hələ də tam istifadə edilən tipik bir nümunəsi olaraq qalır. Serbində Müqəddəs Pol kilsəsi meydanında Texas Vendləri İrsi Muzeyi yerləşir. Bina keçmiş Müqəddəs Paul parokal məktəbi də daxil olmaqla üç müstəqil binanı özündə birləşdirir.
Şirbit (Əhər)
Şirbit (fars. شيربيت‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (28 ailə).
Şərbət Güla
Şərbət Güla (puşt. شربت ګله, tərcümədə "Şirin su, şərbət" deməkdir. 20 mart 1972, Nəngərhar) — Əfqanıstanlı qadın, 1972-ci ildə doğulub, başqa bir soyadı Bibidir — Şərbət Bibi. Fotosu çəkilən vaxt Sovet İttifaqı Əfqanıstana hücum etdiyinə görə Pakistana qaçıb, qaçqın kimi ora sığınıbmış. Yaşıl gözlü, qırmızı yaylıqlı, düz kameraya baxan gənc qız Qərbdə çoxlu şərhlərə səbəb olub, ictimaiyyət bu fotoya böyük maraq göstərib. Fotonu bir çox cəhətlərinə görə, Leonardo da Vincinin "Mona Liza"sına bənzədirlər və "Birinci Dünyanın Üçüncü Dünyalı Mona Lizası" adlandırırlar. Bu foto günümüzdə Şərq ölkəsində yaşayan, Qərbdə mərhəmət doğuran qaçqın qızların simasına çevrilib. Foto "Əfqan qızı" adıyla 1985-ci ilin iyun ayında National Geographic jurnalının üz qabığında çıxıb. Stiv Makkurinin bir çox məşhur fotoları mövcuddur. Stiv öz fotoları ilə dünyada yetərincə tanınmışdır, ancaq ona ən böyük şöhrəti məhz Şərbət Gülanın fotosu bəxş etdi.
Azərbaycanda meteoroloji şərait
Azərbaycanda meteoroloji şərait−Azərbaycanda ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlanılmış, 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Şuşa və Bakı şəhərlərində, 1872-ci ilə indiki Gəncə şəhərində, 1872-ci ildə Zaqatala və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. == Respublika üzrə orta çoxillik temperatur norması == Respublika üzrə orta çoxillik temperatur norması (1961 -1990) 12.3 0C təşkil edir. Son illərdə çoxillik norma ilə müqayisədə istər ayrı-ayrı yüksəklik intervalları, istərsə də ölkə üzrə temperatur göstəricilərində artım müşahidə edilməkdədir. Çoxillik dövr ərzində orta çoxillik temperatur artımı Abşeron - Qobustan, Lənkəran -Astara, Böyük Qafqaz ərazilərində +0.70C, Kiçik Qafqaz, Kür –Araz, Naxçıvan MR-da isə +1.0, +1.10C müşahidə edilmişdir. Çoxillik norma ilə müqayisədə yağıntıların azalması 200–500 m yüksəklik intervalına, yağıntının ən çox artımı isə, 500-1000 yüksəklik intervalına düşür. == Dolu hadisələri == Azərbaycanda dolu əsasən Böyük Qafqazın cənub yamacında, Kiçik Qafqazın şimal yamacında, Naxçıvan MR-də daha çox müşahidə edilir. Böyük Qafqazın yüksək dağlıq ərazilərində (2300–2800 m) il ərzində dolu düşən günlərin sayı 8 -10 günə, Kiçik Qafqazda dolunun təkrarlanması 10-12 günə (2300–2700 m yüksəkliklərdə), Naxçıvan MR-də (2800–3200 m yüksəkliklərdə) 5 -7 günə bərabər olur. Dağlıq Qarabağ ərazisində il ərzində dolu düşən günlərin sayı 3-4 gün, ölkənin digər ərazilərində isə (Kür-Araz, Şəki-Zaqatala, Lənkəran-Astara) 0.5-1 gün müşahidə edilir. Aylar üzrə respublika ərazisində dolunun ən çox təkrarlanması oroqrafik şəraitlə bağlı temperatur və rütubətin, konvektiv proseslərin dinamikasının artması hesabına əsasən aprel və may aylarında baş verir. Son illərdə qlobal iqlim dəyişmələrinin regional təsirlərindən ölkə ərazisində dolu hadisələri baş verən günlərin təkrarlanmasında azalma müşahidə olunsa da ayrı-ayrı illərdə lokal xarakterli nisbətən çox təsir gücünə malik, iri diametrli dolu, buz parçalarının düşməsi halına daha çox rast gəlinir.
Optimal ekoloji şərait
Orqanizmin ekoloji dözümlülük həddi daxilində böyüməsi və inkişafı eyni deyildir. Orqanizim üçün hər bir faktorun zəiflədici təsir bölgələri arasında optimal təsir bölgəsi yerləşir.Həmin optimal bölgədə orqanizim özünü ən yaxşı hiss edir. Lakin bəzi növlərin müəyyən ekoloji faktorlara qarşı optimal tələbi onun ekoloji dözümlülük həddi diopozonunun orta hissəsinə yox, bir tərəfinə düşə bilir. Məsələn qızılxallı (forel) körpələri üçün çayda optimal şərait oksigenin orta miqdarda olduğu yer deyil, ən çox zəngin olduğu hissədir. Bioloji növ elə şəraitdə yaşayıb qala bilir ki, onu təşkil edən fərdlər ekoloji dözümlülük həddinin optimal bölgəsində yerləşmiş olsun. Belə şəraitdə həmin fərdlər mövcud olmaqla kifayətlənməyib, nəsil verə bilirlər. Məhz optimal ekoloji şəraitdə yerləşmiş fərdlər xəstəliyə, parazitlərə, təbii düşmənlərə və müxtəlif antropogen təsirlərə müqavimət göstərib yaşaya bilirlər. Hər bir faktorun canlılara təsiri səciyyəvi elementlərə malikdir. Elə faktor yoxdur ki, onun canlılara təsirində müəyyən bir ana xətt görünməsin. Mustafayev Q. T. Ekologiyadan konspekt.Bakı, Şərq-Qərb,1993, 184 s.
Şərait (film, 2011)
"Şərait" (fars. شرایط‎, ing. Circumstance) — iranlı rejissor Məryəm Kişavərzin 2011-ci ildə, dram janrında çəkilmiş filmi. Filmdə baş rolları Nikol Buşehri, Sara Kazımi və Rza Sikso Səfayi ifa etmişdilər. Filmdə digər məsələlərlə yanaşı, İran İslam Respublikasında homoseksuallıq mövzusu araşdırılır. Atəfə (Nikol Buşehri) Tehranda yaşayan zəngin iranlı ailəsinin yeniyetmə qızıdır. O və onun ən yaxın dostu, yetim qalmış Şirin (Sara Kazımi) ilə birlikdə gizli qonaqlıqlarda iştirak edir və öz aralarında seks, spirtli içkilər və narkotik ilə təcrübələr keçirirlər. Atəfənin qardaşı Mehran əvvəllər narkotik maddələrdən asılı idi, lakin o tezliklə sağalaraq dinə itaət etməyə başlayır. O daha çox Şirinlə maraqlanmağa başlayır və bu hadisə bacısı ilə bir zamanlar güclü dost münasibətlərinin dağılması ilə üst-üstə düşür. Ailənin başçıları olan Firuz və Azər Həkimi, öz gənclik illərini xatırlayaraq, nə hala gəldiklərini və ailənin gələcəkdə hansı problemlərlə üzləşəcəyi barədə düşünməyə başlayırlar.