Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amur
Amur çayı — Rusiyada çay
Ukur
Ukur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. General mayor Mahmud Əbilovun doğulub boya başa çatdığı kənddir . == Toponimikası == Ukur oyk, sadə. Qusar r-nunun Mucuq i.ə.v.-də kənd. Ukur çayının sahilində, Qusar maili düzənliyindədir. Tam adı Ukurvas olub, ərazisindən axan eyniadlı çayın admı daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 649 nəfər əhali yaşayır.
Umus
Li Siçonq (Uyğ. - Umus) — Uyğur şahzadəsi, Çindexanın ikinci oğlu idi. == Həyatı == Mənbələrdə adı ilk dəfə 840-cı ildə çəkilir. Uyğur xaqanlığının parçalanmasından sonra şahzadə Umusun başçılığı ilə bir qrup uyğur Çinə pənah gətirmişdi. 841-ci ildə isə Uge xan özünü Uyğurların xaqanı elan etmişdi. Nə Yağlakar sülaləsindən, nə hakim Ediz klanından olan Ugenin hakimiyyəti uyğurlar tərəfindən tanınmadı. Şahzadə Umusun pənah gətirdiyi Tiandenin qubernatoru Tian Mu isə imperatora üsyankara (Umusa) qarşı hərəkət etməyi məsləhət gördü. İmperatorun baş naziri Li Deyun isə Uge xandan əvvəl Çinə gəlmiş Umusun üsyankar ola bilməyəcəyini irəli sürərək bu təklifi rədd etdi. Nəhayət 842-ci ildə Umus və 2200 uyğur əsilzadə Çinə tabe oldu. == Çindəki həyatı == İmperator Vuzonq, həmin il Umusa "Xuayxua knyazı" titulunu verdi, ardıyca isə sərkərdə rütbəsi verildi.
Uxur
Uxur - türk və altay xalq inancında yol cini. Uhur və ya Uğur da deyilir. Yollarda gəzən bir varlıqtır. Görenlere taleh və bəxt gətirir. Uğur sözü buradan törəmişdir. == Etimologiya == (Ug/Uğ) kökündən törəmişdir. Uğramaq sözü ilə əlaqəlidir. Uğunmaq isə xəstələnib özündən keçmək, huşunu itirmək deməkdir. Oğru (Uğru) isə yol kəsən quldur mənasındadır.
Uğur
Uğur — insan həyatında təsadüfi, gözlənilməz və ya hesaba alınmadığı təsadüf nəticəsində meydana gələn müsbət qəbul edilən bir hadisə, sinonimləri: bəxti gətirmə, qismən: şans, xoşbəxtlik. Xüsusilə də təsirlənmiş şəxsiyyətin hərəkətlərindən və ya qərarlarından asılı olmayan hallarda, hansısa bir hadisənin və ya hərəkətin arzuolunan nəticəsini göstərə bilər. Şansı və ya bəxti gətirmək nümunələrini lotereya, rulet və ya digər oyunlarda qazanmaq olar. == Uğur rəmzləri == Uğurla bağlı bir sıra mənəvi və ya fövqəltəbii inanclar var. Bu inanclar bir-birindən geniş şəkildə fərqlənir, lakin əksəriyyət şansın müəyyən ritualları yerinə yetirmək və ya müəyyən şərtlərdən qaçınmaqla mənəvi vasitələrlə təsir edə biləcəyi ilə razılaşır. Şans həm də uğurlu və uğursuz hadisələrin təşkilatçılığına inam ola bilər. Uğur, fərdlər tərəfindən fərqli şəkildə şərh olunan xurafatın bir növüdür. Əksər insanlar üçün uğurlar kimi xarakterizə edilə bilən hadisələr arzuolunan və gözlənilən olduğundan, onun təcəssüm edən bir çox müxtəlif rəmzlər var. Qərb mədəniyyətində dörd yarpaqlı yonca, nal, baca təmizləyən, uğur böcəyi, dovşan pəncəsi və başqaları uğurlar simvolu sayılır. == Müvəffəqiyyətdə uğurun rolu == İnsanın maddi cəhətdən müvəffəqiyyətili olması (sərvətin əldə edilməsi), ilk növbədə, şəraitin uğurlu keçməsi (şans) ilə müəyyən edilir, insanın qabiliyyəti və ya şəxsi keyfiyyətləri bunun üçün daha az əhəmiyyət kəsb edir.
Ömür
Həyat — bioloji baxımdan, kimyəvi reaksiyalar və ya bir təkamül ilə nəticələnən başqa hadisələr kimi bəzi bioloji proseslər göstərən orqanizmlərin xüsusiyyəti. Üzvi birləşmələr inkişaf və çoxalma qabiliyyətlərinə malikdir. Bəzi canlılar bir-birilə ünsiyyət və ya əlaqə qura bilir və bir çox canlı daxili dəyişikliklər keçirərək ətraf mühitə uyğunluq göstərə bilirlər. Həyatı bir başqa deyişlə izah edəsi olsaq, canlılıq xarakteri daşıyan varlıqların hamısının yaşadıqları müddət ərzində qazandıqları təcrübə və yaşayışlarının toplusudur. Həyatın fiziki bir xüsusiyyəti neqativ entropiya prinsipinə tabe olmasıdır. == Həyat anlayışları == === Biologiyada === Biologiya canlıları tədqiq edən bir elm sahəsidir. Bioloqlar, bütün canlıları bütün planeti əhatə edən qlobal miqyasdan, hüceyrə və molekulları, mikroskopik ölçüyə qədər olan canlılara təsir edən mühüm dinamik hadisələrlə birlikdə araşdıran, biologiya elmi ilə məşğul olan insanlardır. Bir çox prosesi özündə saxlayan həyatı proseslərdən bəziləri: Enerji və maddənin işlənməsi, bədəni təşkil edən maddənin işlənməsi, yaraların sağalması və bütün orqanizmlərin çoxalmasıdır. Həyatın sirləri, tarixdəki bütün insanlara təsir etdiyindən; İnsanın fiziki quruluşu, bitkilər və heyvanlar haqqındakı araşdırmalar bütün cəmiyyətlərin tarixlərində yer tapır. Bu qədər marağın bir hissəsi, insanların həyata hökm etmə və təbii qaynaqları istifadə etmək istəyindən gəlir.
Ücur
Ücur (fars. اوجور‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 456 nəfər yaşayır (88 ailə).
Ümüd
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Amur (mifologiya)
Amur — Qədim Roma mifologiyasında məhəbbət tanrısı. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Amur arizeması
Amur arizeması (lat. Arisaema amurense) — aroidkimilər fəsiləsinin arizema cinsinə aid bitki növü.
Amur cökəsi
Amur cökəsi (lat. Tilia amurensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Amur enlibaşı
Amur enlibaşı (lat. Pseudorasbora parva) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin pseudorasbora cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Bədəni üst tərəfdən sarımtıl-boz, yanlardan açıq boz, üzgəcləri (bel, döş, qarın, anal və quyruq) açıq sarımtıl rəngdədir. Körpə fərdlərdə bədənin arxa hissəsində yan xətti boyunca tünd rəngli qara zolaq olur, yetkin fərdlərdə bu zolaq itir. İri fərdlərin pulcuqlarının arxa hissəsi aypara formalı qara zolaqla örtülmüşdür. Azərbaycan sularında yaşayan Amur enlibaşının uzunluğu 3.1–9.5 sm, kütləsi 0.33–10.7 q arasında dəyişir. == Yaşayış yeri və həyat tərzi == Şirin və şortəhər su hövzələrində yaşayan Amur enlibaşı durğun su tutarlarında daha çoxsaylı olur. Qış aylarında yırtıcı balıqlardan qorunmaq üçün su hövzələrinin dib hissələrində passiv hərəkət edirlər. Ömrün uzunluğu orta hesabla 4–5 il olub, 1–2 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Amur məxmərağacı
== Ümumi yayılması == Çində və Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə, gövdəsinin diametri 70 sm-ə çatan, kənarları aşağıya doğru əyilmiş, sıх çətirli ağacdır. Gövdəsi boz qabıqla örtülmüş və iki qatlıdır: üst qatı məхməri, alt qatı sarıdır. Yarpaqları lələkvaridir, 5-13 хırda yarpaqcıqdan ibarətdir, uzunluğu 25-35 sm-dir. Yarpaqcıqların kənarı tam və ya bir qədər dalğavari dişlidir, ucu sivridir. Üstdən nöqtəşəkilli, açıq-yaşıldır, lətli vəzilərlə örtülüdür. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri bircinslidir, sarımtıl-yaşıl rəngdədir, budaqlarının uclarında süpürgəşəkilli çiçək qrupunda toplaşmışdır. Meyvələri diametri 1 sm-ə çatan, şarşəkilli yaхud armud formalı, lətli, parlaq-qaradır, beş toхumludur. Sentyabr-oktyabr aylarında yetişir.
Amur nərəsi
Amur nərəsi (lat. Acipenser schrenckii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Amur plitəsi
Amur plitəsi — materik qabığı üzərində yerləşən litosfer plitəsi. Plitənin sahəsi 0,13066 steradion təşkil edir. Plitənin üzərində Mancuriya, Koreya yarımadası, Qərbi Yaponiya və Primorsk diyarının əraziləri yerləşir. Adətən Avrasiya plitəsinin təkib hissəsi kimi göstərilir. Şimaldan və qərbdən Avrasiya plitəsi, şimal-şərqdən Oxot plitəsi, cənubdan isə Filippin plitəsi ilə sərhədlənir. Avrasiya plitəsi ilə Amur plitəsi arasında Baykal rifi yerləşir.
Amur pələngi
Amur pələngi (lat. Panthera tigris altaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Nadir yarımnövdür, bəzi yerlərdə tamamilə yox olub. == Görünüşü == Zahiri görünüşü üçün pələngin görünüşünə bax. Bədənin uzunlu]u 190-290 sm. bəzən 317 sm. Quyruğunun uzunluğu 115 sm. qədər. Tük örtüyü qışda hündür, gur və sıxdır. Əsas fon rəngi açıq, narıncı çalarlı tünd sarıdır.
Amur quşarmudu
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Amur qızılquşu
Amur qızılquşu (lat. Falco amurensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Amur qərənfili
Amur qərənfili (lat. Dianthus amurensis) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Amur vilayəti
Amur vilayəti (rus. Амурская область) — Rusiya Federasiyasının subyektlərindən biri. == Coğrafiyası == Amur vilayəti Rusiyanın cənub-şərqində, şimaldan Stanovoy Silsiləsi və cənubda Amur çayı arasında yerləşir və şimalda Saxa respublikası ilə, şərqdən Xabarovsk diyarı və Yəhudi muxtar vilayəti, cənubda Çinin Heilongjiang şəhəri və qərbdə Zabaykal diyarı ilə həmsərhəddir.
Amur xoruzgülü
Amur xoruzgülü (lat. Adonis amurensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Amur yasəməni
Amur yasəməni (lat. Syringa amurensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə Uzaq Şərqdə bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m, diametri 20-30 sm olan, sıx çətirli ağacdır. Yarpaq ayaları enli-yumurtavari və ya ellipsvari olub, zəif qırışlıdır. Çiçəkləri ətirli, ağ rəngli, diametri təxminən 6-8 mm, uzunluğu 25 sm-ə qədər olan sıx süpürgə çiçək qrupuna yığılmışdır. İyul ayında 3 həftəyə qədər müntəzəm və bol çiçəkləyir, meyvəsi oktyabr ayında yetişir, uzunluğu 1,5 sm, eni 0,3-0,4 sm olan, iki laylarla açılan qutucuqlardan ibarətdir. Meyvəsinin qabığı tünd boz və ya qonur rənglidir. == Ekologiyası == Balvericidir. Tez böyüyür.
Amur yağıotu
Amur yağıotu (lat. Epilobium amurense) - yağıotu cinsinə aid bitki növü.
Amur zirinci
Amur zirinci (lat. Berberis amurensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Çində meşələrdə, dağ çaylarının sahillərində, daşlıq torpaqda bitir. == Botaniki təsviri == Hündürlüyü 2-3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır,yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Yarpaqları sadə, dərili, iri, uzunluğu 10 sm-ə qədər olan yumurtaşəkilli, neştərvari formalı, kənarları xırda dişlidir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. Uzun zoğlarda yarpaqları növbəli yerləşir, qısa zoğlarda dəstələrə yığılmışdır. Bu cür dəstələrin bünövrəsində 3-5 yerə bölünmüş, iri iynələr şəklini dəyişmiş yarpaqlar hesab edilir.
Amur çayı
Amur çayı (çin. 黑龍江, rus. Амур ) — Uzaq şərq və Şimali Asiya ərazisindən axan çay. Çay Rusiya və Çin sərhədi boyunca axır. Onun uzunluğu 2824 metr təşkil edir. Çay Oxot dənizi və Yapon dənizinə tökülür. == Adı == Çayın adı tunqus-mancur dillərində "amar", "damur" olaraq "böyük çay" mənasında işlədilir. Çinlilər Amuru "Xeyxe" (çin. 黑河) — "qara çay", sonra isə "Xeylunszyan" — (çin. 黑龙江) "Qara əjdaha çayı" adlandlrmışlar.