Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fetiş
Fetişizm (fr. fétichisme) — maddi əşyalara itaətə əsaslanan dünyagörüşüdür. Eduard Taylora görə, fetişizm animizmin bir formasıdır, fetiş isə ruhların yerləşdiyi məkandır. Birinci qənaəti dəqiqləşdirmək lazım gəlir. Çünki fetişizm əslində animizmin əşyalarla təsdiqlənməsi tələb olunan formasıdır. Müqəddəsləşdirilən bütün maddi əşyalar fetiş kimi qəbul olunurdu. Demək olar ki, dinlərin hamısında xüsusi predmetlər var ki, ona itaət və ibadət edirlər. Xristianlıqda xaç, "Bibliya" və ikona, İslamda Kəbədəki qara daş və "Quran" dindarlar tərəfindən qeyri-adilik dərəcəsinə qaldırılıb fetişləşdirilmişdir. Fetişizm Azərbaycan mifik görüşlərində özünə xüsusi yer tutur. Türk təfəküründə fetişləşən varlıqlardan ilkini odun əldə edilməsi ilə yaranmışdır.
Felis
Pişik (lat. Felis) — pişiklər fəsiləsinə aid məməli heyvan cinsidir. Vəhşi təbiətdə pişik cinsinə aid aşağıdakı nümayəndələr yaşayır: Felis bieti — Çin pişiyi Felis chaus — Qamışlıq pişiyi və ya Xaus Felis manul — Manul Felis margarita — Barxan pişiyi Felis nigripes — Qaraayaq pişik Felis silvestris — Çöl pişiyi Felis silvestris catus — Ev pişiyi (Çöl pişiyinin yarımnövü) Pişik yırtıcı məməlilərin evdə saxlanılan növüdür. Felidae ailəsində yeganə evdə saxlanılan növdür və onu ailənin vəhşi üzvlərindən ayırmaq üçün çox vaxt ev pişiyi adlandırılır. Bir pişik ev pişiyi, bir ferma pişiyi və ya çöl pişiyi ola bilər. Çöl pişikləri sərbəstdirlər və insanla təmasdan qaçırlar. Yerli pişiklər insanlar tərəfindən yoldaşlığı və gəmiricilər ovlamaq qabiliyyətinə görə qiymətləndirilir. Təxminən 60 pişik cinsi müxtəlif pişik xüsusiyyətləri tərəfindən tanınır. Pişik anatomiyada digər felid növlərə bənzəyir: güclü çevik bir bədənə, sürətli reflekslərə, iti dişlərə və kiçik yırtıcı kimi öldürmələrə uyğunlaşdırılmış geri çəkilə bilən qıvrımlara malikdir. Gecə görmə və qoxu hissi yaxşı inkişaf etmişdir.
Kətiş
Xınalıq və ya yerli dildə: Kətiş — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2180 metr yüksəklikdə. 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 2023-cü ildə xınalıqlıların mədəni mühiti və köç yolu UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır. == Ümumi məlumat == Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur. Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir.
Metis
Hindularla ağdərililərin nikahı nəticəsində yaranmış qarışıq irqin ümumi adıdır. Amerika qitəsinin bir çox ölkəsində əhalinin əksəriyyətinin təşkil edir.
Beynəlxalq Fetiş Günü
Beynəlxalq Fetiş Günü — BDSM icmasını dəstəkləyən bir gün. Birləşmiş Krallıqda Milli Fetiş Günü olaraq ortaya çıxdı və ilk dəfə 21 yanvar 2008-ci ildə keçirilib. İlk Beynəlxalq Fetiş Günü 16 yanvar 2009-cu ildə (ilin üçüncü cümə günü) keçirilib. Beynəlxalq Fetiş Gününün əsas məqsədi fetiş icmasının məlumatlılığını və dəstəyini artırmaq, eyni zamanda pornoqrafiya ilə çox maraqlanmağı cinayət sayan Böyük Britaniya qanununa da qarşı çıxmaqdır. Həmçinin icma üzvlərini seksuallıqları mövzusunda daha açıq olmağa təşviq etmək üçün nəzərdə tutulub. == Milli Fetiş Günü == Milli Fetiş Günü ilk olaraq ilk dəfə 4 sentyabr 2008-ci ildə Birləşmiş Krallıqda qeyd edildi. Beləliklə onun yerini Beynəlxalq Fetiş Günü aldı.
Felis badia
Kalimantan pişiyi (lat. Pardofelis badia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pardofelis cinsinə aid heyvan növü. == Yaşam tərzi == Kalimantan pişiyi tropik meşələrdə və qayalıq yerlərdə yaşayır.Qidalanması haqda dəqiq məlumat yoxdur.Gecə aktiv olduğu kiçik məməlilər,gəmiricilər,meymun və quş ovladığı təxmin edilir.
Felis bieti
Çin pişiyi (lat. Felis bieti) — pişik cinsinə aid heyvan növü. == Xüsusiyyətlər == Çin dağ pişiyi tünd qoruyucu tükləri olan qum rəngli xəzə malikdir. Üz və ayaqlarda zəif tünd üfüqi zolaqlar demək olar ki, görünmür. Qulaqlarında qara ucluqlar var. Nisbətən geniş kəllə sümüyü və ayaqlarının arasında uzanan uzun tükləri var. Qarnında ağımtıl, ayaqları və quyruğunda isə qara halqalar daşıyır. Quyruğunun ucu qaradır. Baş və bədən uzunluğu 69–84 sm (27–33 düym), quyruq uzunluğu 29–41 sm (11–16 düym) təşkil edir. Yetkinlərin çəkisi 6,5–9 kq (14-20 lb).
Felis catus
Pişik (lat. Felis silvestris catus) — yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid çöl pişiyi növünün yarımnövü. Pişiklərin 230 sümüyü var. Evlərdə bəslənə bilən, kiçik, məməli, ovçu və ətyeyən heyvanlardandır. Zaman-zaman bitki mənşəli qida istehlak edə bilər. Ev pişiyi, çöl pişiyi növlərinə xas fizioloji xüsusiyyətlərin bir çoxuna malikdir. Ortalama ağırlığı 2.7 – 4.5 kq arasında dəyişməklə birlikdə, soyu qarışıq olanlar arasında 12.5 kq-ma çatanlar nadir deyil. Ortalama bədən uzunluğu erkəklərdə 70, dişilərdə 50 sm-dir. Ev pişiklərinin böyük hissəsi qısa tüklü, Ankara və İran pişikləri isə uzun tüklüdür; ayrıca, bir İngilis soyu olan rex pişiyinin tükləri isə buruqdur. Pişiklər ümumiyyətlə qara, sarı, boz və ağ rəngli, ya da bu rənglərin bir neçəsi ilə alacalıdır.
Felis chaus
Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür. == Qısa təsviri == Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir.
Felis domestica
Pişik (lat. Felis silvestris catus) — yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid çöl pişiyi növünün yarımnövü. Pişiklərin 230 sümüyü var. Evlərdə bəslənə bilən, kiçik, məməli, ovçu və ətyeyən heyvanlardandır. Zaman-zaman bitki mənşəli qida istehlak edə bilər. Ev pişiyi, çöl pişiyi növlərinə xas fizioloji xüsusiyyətlərin bir çoxuna malikdir. Ortalama ağırlığı 2.7 – 4.5 kq arasında dəyişməklə birlikdə, soyu qarışıq olanlar arasında 12.5 kq-ma çatanlar nadir deyil. Ortalama bədən uzunluğu erkəklərdə 70, dişilərdə 50 sm-dir. Ev pişiklərinin böyük hissəsi qısa tüklü, Ankara və İran pişikləri isə uzun tüklüdür; ayrıca, bir İngilis soyu olan rex pişiyinin tükləri isə buruqdur. Pişiklər ümumiyyətlə qara, sarı, boz və ağ rəngli, ya da bu rənglərin bir neçəsi ilə alacalıdır.
Felis iriomotensis
İriomot pişiyi (lat. Prionailurus bengalensis iriomotensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinin benqal pişiyi növünə aid heyvan yarımnövü.
Felis leo
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Felis macrocelis
Felis manul
Manul (lat. Otocolobus manul) — Pişiklər fəsiləsinin yırtıcı məməli heyvanıdır. == Ümumi məlumat == Bədənin uzunluğu təxminən 55 sm, quyruğun isə 30 sm çatır. Ölçüləri ev pişiyi boyda olsa da, görkəmcə ondan xeyli fərqlənir. Onun qolları daha qısa, bədəni daha massiv, xəzi isə sıx və uzundur. Enli və yastı başının üzərində kiçik qulaqları bir-birindən aralı şəkildə yerləşmişdir, bəzən tükün içində gizlənmiş olur. Gözlərinin qırağından sifətinin kənarı ilə uzun tüklər (baklar) nəzərə çarpır. Xəzi bəzən tutqun (çirkli-sarı-boz), bəzən isə qırmızımtıl-sarı rəngdə olur. == Yayılması == Orta və Mərkəzi Asiya, cənubi Qafqaz və qərbi İrandan başlayaraq, Baykal ətrafı, Monqolustan və şimal-qərbi Çinə qədər. Azərbaycanda, yalnız Naxçıvanda rast gəlinməsi barədə 3 - 4 fakt vardır.
Felis margarita
Barxan pişiyi, qum pişiyi və ya səhra pişiyi (lat. Felis margarita) — pişik cinsinə aid heyvan növü. == Bədən quruluşu == Qum pişiyi ev pişiyi ilə, demək olar ki, eyni ölçülərə sahibdir. Digər pişik növlərindən əsas fərqləndirici xüsusiyyətlərin biri yetkin qum pişiklərinin üzlərinin bala pişik üzünə bənzəməsidir. Uzun və yumşaq tüklərə sahibdir. Tüklərinin rəngi qəhvəyi rəngdən bozumtul rəngə qədər dəyişir. Bədəninə nisbətən ən uzun qulaqlara sahib pişik növlərindəndir. == Qidalanması == Qum pişiyi əsasən gəmiricilər, quşlar, zəhərsiz ilan və kərkəntələ kimi kiçik heyvanlar ilə qidalanır. Sərt iqlimə dözümlü olan qum pişikləri ehtiyacları olan suyun əksəriyyətini ovlarından əldə edir. == Yayılması və yarımnövləri == Barxan pişiyinin Saxara səhrasından (Əlcəzair, Mərakeş, Çad, Niger) başlayaraq Ərəbistan yarımadası, Mərkəzi Asiyaya (Türkmənistan, Qazaxıstan və Pakistan) qədər olan bir zolaqda zayılmışdır.
Felis marmota
Felis nigripes
Qaraayaq pişik (lat. Felis nigripes) — pişik cinsinə aid heyvan növü. Orta hesabla kütləsi 1,6 kq, bədəninin uzunluğu 36–52 sm, quyruğunun uzunluğu 13–20 sm olur. Afrikanın cənub hissələrində səhralıqlarda yaşayır. Rəng çaları sarı-qumsal rəngindədir və tünd xallara malikdir.
Felis rufus
Kürən vaşaq (lat. Lynx rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin vaşaq cinsinə aid heyvan növü. Şimali Amerikada yaşayırlar. == Xarici görünüşü == Kürən vaşaq xarici görünüşcə tipik vaşaqdır, ancaq ölçüsü adi vaşaqdan iki dəfə kiçikdir. Ayaqları o qədər də uzun, pəncələri isə enli deyil. Quyruğu qısa olur. Bədəninin uzunluğu 60-80 sm, süysününün hündürlüyü 30-35 sm, kütləsi isə 6-11 kq olur.
Felis silvestris
Çöl pişiyi (lat. Felis silvestris) — pişik cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək təhlükəsi altındadır. == Ümumi məlumat == Bədənin uzunluğu 53–70 sm, quyruğun uzunluğu isə 23 – 35 sm — dir. Çəkisi 3.4 – 5.3 kq — a çatır. Quyruğu uzun və nazikdir. Bədənin xəzi, bel tərəfdə boz – sarı, qarın tərəfdə isə çirkli – ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir. Buna görə də, ona bəzən xallı pişik deyilir. Xalları fərdi cəhətdən dəyişkəndir.
Felis tigris
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Felis virgata
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Felis wiedii
Marqi (lat. Leopardus wiedii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Keti Fetişi
Keti Fetişi (alb. Keti Fetishi; 15 aprel 1997) — Albaniya peşəkar velosipedçisi. 2017-ci ilin yazından bəri, UCI Women’s Team kateqoriyasında onceria Zabri - Fanini Albaniya velosiped komandasında çıxış edir.
Kətiş dili
Xınalıq dili (xın. kətşi mi) — Xınalıqlıların danışdığı dil. Rəvayətlərə görə xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Xınalıqlılar özləri də bunu inkar etmir. == Tarixi == Əslində Xınalıq dili haqqında olan dastan və ya miflər bizə heç də yanlış informasiya vermir. Bir neçə alim-dilşünas Xınalıq dilinin tədqiqi ilə məşğul olmuşdur. Xınalıq dili haqqında bir neçə elmi kitab nəşr olunub. Xınalıq dilinin hansı dil qrupuna aid edilməsi barəsində illər boyu mübahisələr gedib. Xınalıq dilinin ən təqdirəlayiq tədqiqatçısı Yunus Deşeriyev sayılır. O 1950-54 illərinin yay aylarında Xınalıqda böyük tədqiqatlar keçirib və 1959-cu ildə "Xınalıq dilinin qrammatikası" kitabını dərc edib.
Felis pardinus
Pireney pişiyi (lat. Felis pardinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pişik cinsinə aid heyvan növü. Əvvəllər tez-tez adi vaşaqın alt növü hesab olunurdu. Bu gün sübut edilmişdir ki, bunlar Pleistosen dövründə bir-birindən asılı olmayaraq təkamül keçirmiş iki fərqli növdür. Rəngini bəbir rənginə bənzədən daha açıq rəngi və açıq ləkələri ilə sonuncudan fərqlənir. Qışda xəz matlaşır və nazikləşir. O, adi bir vaşaqın yarısı qədərdir və buna görə də əsasən kiçik ov heyvanlarını - dovşanları və dovşanları ovlayır, yalnız bəzən maral balalarına hücum edir. == Ərazi == İber vaşaqına İspaniyanın cənub-qərbində (əksəriyyəti Koto Donana Milli Parkında) rast gəlinir, baxmayaraq ki, əvvəlcə İspaniya və Portuqaliyada geniş yayılmışdı. İndi onun əhatə dairəsi yalnız dağlıq ərazilərlə məhdudlaşır. İber vaşaqları arbutus, mastik və ardıc kimi sıx kollarla, holm və mantar palıdları kimi ağaclarla qarışıq açıq çəmənliyin heterojen mühitinə üstünlük verir.