Faris bəy Vəkilov
Faris bəy Vəkilov (tam adı: Vəkilov Faris bəy İbrahim ağa oğlu; 1886, Tiflis – 1978, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai-siyasi xadimi, mühəndis, diplomat, ADR-in Gürcüstanda diplomatik nümayəndəsi. İbrahim ağa Vəkilovun oğlu.
== Həyatı ==
Faris bəy İbrahim ağa oğlu 1886-cı ildə Tiflisdə anadan olmuşdur. Peterburq Texnologiya İnstitutunu bitirib (1914), 1917-ci ilədək Petroqraddakı Putilov və "Feniks" zavodlarınun baş mühəndisi, həmin ildən isə Tiflisdə Qafqaz Su Təsərrüfatı idarəsində işləmişdir. Rus, gürcü, türk, fransız dillərini mükəmməl bilirdi. İxtiralarına görə bir sıra patentlər almışdır.
Faris bəy Vəkilov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə üzv seçilən Məmmədyusif Cəfərovun yerinə Azərbaycanın Gürcüstanda diplomatik nümayəndəliyinə rəhbərlik etmişdir. O, Azərbaycan-Gürcüstan əlaqələrinin qurulmasında mühüm rol oynamış, bəzi qərb ölkələrinin nümayəndələri ilə görüşlər keçirərək, Azərbaycan hökuməti adından bir sıra mühüm sənədləri imzalamışdır.
Fariz bəy Vəkilov Böyük Britaniya bolşevik təhlükəsi qarşısında müdafiə bacarığını gücləndirmək üçün Qafqaz respublikaları arasındakı münaqişələrə son qoymağa çalışırdı. Bu məqsədlə 23 fevral 1920-də Britaniyanın Zaqafqaziyadakı ali komissarı Oliver Uordropun Tiflisdəki mənzilində Fransa nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələrinin müşavirə keçirilmişdi.