Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Serb filmi (film, 2010)
Serb filmi (serb. Српски филм) — 2010-cu il Serbiya istehsalı olan bir qorxu filmidir. Srjan Spasoyeviçin rejissorluq etdiyi bu film həm də onun film sahəsində debütü olmuşdur. O, həmçinin Aleksandar Radivoyeviç ilə birlikdə ssenari müəllifliyini də etmişdir. Film artıq fəaliyyətini dayandırmış olan bir porno ulduzun maliyyə çətinlikləri səbəbi ilə bir art haus filmə çəkilməyə razı olmasına, sonra isə bu filmin əslində pedofilik və nekrofilik səhnələrdən ibarət bir film olduğunu anlaması ilə başına gələn hadisələr haqqındadır. Baş rollarda isə Srjan Todoroviç və Sergey Trifunoviç oynayır. Art haus tipli bu kinonun premyerasından sonra, öz ssenarisinə və uşaqların cinsi istismarı, təcavüz və pedofiliya məzmunlu qrafik təsvirlərə görə kinematoqrafiya sahəsində olduqca böyük bir marağa səbəb olmuşdur. Serbiya hökuməti, filmi cinsi əxlaqa və cinsi azlıqların hüquqlarına qarşı cinayət olduğuna görə bir müddət tədqiq etdi. Film İspaniya, Almaniya, Avstraliya, Yeni Zelandiya, Malayziya, Sinqapur, Norveç və Cənubi Koreyada qadağan edilmiş və Braziliyada nümayişdən müvəqqəti olaraq götürülmüşdür. == Məzmun == Təqaüdə çıxmış porno ulduz Miloş həyat yoldaşı Mariya və altı yaşlı oğlu Petar ilə yaşayır.
Film
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. == Filmləri hazırlanması və yayımlanması == Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Fil adam (film, 1980)
"Fil adam" (ing. The Elephant Man) — ABŞ kinorejissoru Devid Linçin 1980-ci ildə çəkdiyi film. Filmin əsasında XIX əsrin tanınmış britaniyalısı Cozef Merrikin bioqrafiyası durur. Filmin süjeti Frederik Trivzin "Fil adam" və müəyyən qədər Eşli Monteqyunun "Fil adam: İnsan ləyaqəti haqqında etüd" (The Elephant Man: A Study in Human Dignity) kitablarından götürülüb. == Məzmun == Çox böyük qüsurlarla dünyaya gələn "fil adam"ın xarici görünüşü ona baxanlarda dəhşət yaradır. Onun belə qeyri-adi görünüşündən istifadə edən birisi Merriki küçə sərgilərində insanlara nümayiş etdirərək pul qazanır. Lakin sonradan Con Merrik London hospitalının həkimi Frederix Trivz tərəfindən hospitala aparılır. Burada həkimlə Merrik arasında belə bir dialoq olur: - Həkim, siz məni sağalda bilərsiz? - Yox, biz səni sağalda bilmərik, amma qayğına qala bilərik..Merrikin anadangəlmə qüsurlarının sağalması mümkün olmasa da o, xəstəxanada yeni bir həyata başlayır, qayğıkeş insanların əhatəsində özünü getdikcə daha yaxşı hiss edir. Onu xəstəxanaya gətirən həkimin əvvəlcə istəyi sadəcə Merriki digər həmkarlarına göstərmək və üzərində tibbi araşdırma aparmaq olur.
Yeniyetmələrin çimərlik filmi (film, 2013)
Yeniyetmələrin çimərlik filmi — 2013-cü ildə çəkilən Disney Channel orijinal filmidir.
Deportasiya. III Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. II Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. IV Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. VII Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. VI Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. V Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Lovğa fil balası (film, 1987)
== Məzmun == Fil balası özündən balacaları incidir, nəhəngliyi ilə öyünüb heç kəslə hesablaşmaq istəmir. Lakin ondan çox-çox kiçik olan arıların hücumuna məruz qaldıqdan sonra öz əməlindən peşimançılıq çəkir. Başa düşür ki, başqalarını incitmək olmaz. Bu, pis və eybəcər hərəkətdir. == Film haqqında == Bu şən və ibrətamiz cizgi filmi uşaqlar üçün nəzərdə tutulmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Əli Səmədov Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Rauf Dadaşov, Bəhmən Əliyev, Gülşən Quliyeva, Yuri Meşşeryakov, Arifə Hatəmi, Firəngiz Quliyeva, Solmaz Hüseynova Rəssam: Tamilla Əsgərova (T.Əsgərova kimi), Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov, Azər Qaryağdı Mahnıların mətni: Ramiz Rövşən === Filmi səsləndirənlər === Nuriyyə Əhmədova R.Sabitova Q.Lunev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
3 bacı. Film haqqında film (film, 2014)
3 bacı. Film haqqında film tammetrajlı sənədli filmi rejissor Səyavuş Hüseynli tərəfindən 2014-cü ildə çəkilmişdir. Film "Soy prodakşn"nda istehsal edilmişdir. Film iki il efirlərdə olan, 140 seriyası çəkilən "3 bacı" serialının bitməsi münasibətilə çəkilmişdir. == Məzmun == Film iki il efirlərdə olan, 140 seriyası çəkilən "3 bacı" serialının bitməsi münasibətilə çəkilmişdir. Filmdə serialın baş rol ifaçıları Ülviyyə Əliyeva, Tünzalə Əliyeva, Dilarə Əliyeva və Əkbər Əlizadə tamaşaçıları çəkiliş yerləri ilə tanış edirlər, çəkiliş məkanlarında baş verən maraqlı məqamlar ilə bağlı öz xatirələrini bölüşürlər. Həmçinin, serialın digər aktyor heyəti, serialın üzərində iki ildir ki, çalışan heyət üzvləri öz fikir və xatirələrini dilə gətirirlər. Dilarə Əliyeva çəkiliş üçün qurulmuş qızların evini, Maarifin evini, Ülviyyə Əliyeva restoran və kafeni, blokdakı lifti, Tünzalə Əliyeva şirniyyat dükanını, Əkbər Əlizadə isə binanın həyətini tamaşaçılara göstərirlər.
03 (film)
03 qısametrajlı sənədli televiziya filmi rejissorlar Svetlana Abdullayeva və Murad Mehmanoğlu tərəfindən çəkilmişdir. Film Azad Azərbaycan Televiziyasında istehsal edilmişdir. Tariximizin ən qanlı səhifələrindən olan 20 yanvar faciəsi zamanı həkimlərimizin fədakar əməyi filmin əsasını təşkil edir. Filmdə şahidlərin xatirələri nəticəsində həmin günlər bir daha canlanır. Filmin alternativ adı "Həkimlər"dir. == Məzmun == Tariximizin ən qanlı səhifələrindən olan 20 yanvar faciəsi zamanı həkimlərimizin fədakar əməyi filmin əsasını təşkil edir. Filmdə şahidlərin xatirələri nəticəsində həmin günlər bir daha canlanır. 1990-cı il. Şər imperiyası artıq süquta uğradığını anlayır və vəziyyətdən çıxma yolunu əsarətdə saxladığı xalqların gözünü qorxutmaqda görürdü. Azərbaycan xalqı 1988-ci ildən imperiya rəhbərlərinin gözündə ən təhlükəli xalqa çevrilmişdi.
Akvamen (film)
Akvamen 2018-ci il istehsalı superqəhrəman filmi. Ceyson Momoa'da bu filmin Baş roludu.
Amadey (film)
Amadey (ing. Amadeus) — rejissor Miloş Forman tərəfindən 1984-cü ildə Piter Şefferin eyniadlı pyesi əsasında yazdığı (1979) ssenariyə çəkdiyi dram kinofilmidir.Piter Şefferin filmin əsasını təşkil edən pyesi Puşkinin "Motsart və Salyeri" "kiçik faciəsi" əsasında yazılmışdır. Filmdə hadisələr XVIII əsrin ikinci yarısında Vyanada baş verir. Film müxtəlif mükafatlar üzrə ümumilikdə 50 nominasiyaya namizəd göstərilmiş, onlardan 40-ını qazanmışdır. Qazanılan mükafatlar içərisində 8 Oskar (həmçinin ən yaxşı film nominasiyasında, 4 BAFTA mükafatı, 4 Qızıl Qlobus mükafatı və Amerika Rejissorlar Gildiyasının (DGA) mükafatı var. == Süjeti == "Amadey" — bacarıqlı lakin dahi olmayan Antonio Salyeri barədə dram filmidir. Bəstəkar filmin əvvəlində tamaşaçılar önündə mülayim xarakterli, mehriban və dindar, lakin sonda Allahla qızğın döyüşə girmiş halda təqdim olunur. Bu hekayə Allahla münasibətlər, dahinin təbiəti və qısqanclıq barədə bir çox sualları qaldırır. Filmin əsas mövzusu — nə üçün yaradanın insanlara müəyyən məqsədə çatmaq üçün istək verib (bu halda — parlaq bəstəkar), lakin ekvivalent bacarıqlar verməməsidir. Film intihar cəhdindən sonra Salyerinin (F. Mürrey Abraham) düşdüyü dəlixanada başlayır.
Aran Film
Aran Film Yaradıcılıq Mərkəzi və ya qısaca Aranfilm — 2016-2020-ci illərdə ARB Aran televiziyasının nəzdində fəaliyyət göstərmiş istehsalçı qurum. == Tarixi == Aran Film Yaradıcılıq Mərkəzi 2016-cı ildə ARB Aran televiziyasının nəzdində yaradılıb. Fəaliyyəti dövründə onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edib. Onların yüksək səviyyədə təqdimatı keçirilib. Bir çox festivallarda mükafatlara layiq görülüb. 2017-ci ildən qısametrajlı bədii filmlərin istehsalına başlanılıb. Azərbaycanın folkloru, memarlığı, mədəniyyəti, tarixində iz buraxmış mühüm hadisələri və görkəmli şəxsiyyətləri haqqında bir çox filmlərə imza atıb. Yaradıcılıq mərkəzində kino və televiziya sahəsində tanınan peşəkar mütəxəssislər fəaliyyət göstərmişdir. Qurumun direktoru İqbal Məmmədəliyev, bədii rəhbəri Tahir Tahiroviç olmuşdur. Aranfilm Yaradıcılıq Mərkəzi 2020-ci ildə fəaliyyətini dayandırmışdır.
Ayris (film)
"Ayris" (en İris) — İngilis yazıçısı Ayris Mördokun və həyatı yoldaşı Con Beyli ilə yaşadığı illər haqqında bəhs edən drama janrında çəkilmiş film. Film 2001-ci ildə rejissor Riçard Ayr tərəfindən çəkilib. == Süjet == Film yazıçı və filosof Ayris Mördokun son illərindən bəhs edir. Yazıçı həyatının sonunda Alsheymer xəstəliyindən əziyyət çəkirdi. Filmin süjet xətti, gənc Ayrisin gələcək əri Con Beyli ilə tanışlığı haqqında bəhs edən fleşbəklərlə kəsilir. Onların arasında dərin məhəbbət hissi yaranır. Cütlük ömrünün sonunadək birlikdə yaşayır. == Rollarda == == Mükafat və mükafata namizədlər == Burada əsas və mühüm mükafatlar sadalanır. tam siyahı ünvanında yerləşdirilib. Mükafatlar 2001 — "Ən yaxşı gənc istedad" Berlin Kinofestivalı (Hyu Bonnevil) 2001 — ABŞ Kino tənqidçilərinin Milli Şurasının 2 mükafatı: "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent), Kino sənətində xüsusi ustalığa görə 2002 — Oskar, 2002 "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent) 2002 — BAFTA, 2002 "Ən yaxşı qadın rolu" (Cudi Denç) 2002 — Qızıl Qlobus "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent) 2002 — Avropa Kino Akadeiyasının Mükafatı "Ən yaxşı qadın rolu" (Keyt Uinslet)Mükafata namizədlik 2001 — Əsas müsabiqədə iştirak Berlin Kinofestivalı (Riçard Ayr) 2002 — Oskar 2002 — "Ən yaxşı qadın rolu" (Cudi Denç), "İkinci dərəcəli ən yaxşı qadın rolu" (Keyt Uinslet) 2002 — BAFTA 2002 — mükafata 5 namizəd "Ən yaxşı Britaniya filmi" (Robert Foks, Skott Rudin, Riçard Ayr), "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent), "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Hyu Bonnevil), "İkinci dərəcəli ən yaxşı qadın rolu" (Keyt Uinslet), "Ən yaxşı uyğunlaşdırılmış ssenari" (Riçard Ayr, Çarlz Vud) 2002 — Qızıl Qlobus mükafatına 2 namizəd: "Dram janrında ən yaxşı qadın rolu" (Cudi Denç), "İkinci dərəcəli ən yaxşı qadın rolu — Kinofilm" (Keyt Uinslet) 2002 — Avropa Kino Akadeiyasının Mükafatına 3 namizəd: "Ən yaxşı kişi rolu" (Cim Brodbent və Hyu Bonnevil), "Ən yaxşı qadın rolu" (Cudi Denç) 2002 — ABŞ kinoaktyorları Gildiyasının mükafatına 2 namizəd: "Ən yaxşı qadın rolu" (Cudi Denç), "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent) == Maraqlı faktlar == Ayris Mördokun rolunun ifasına görə Cudi Denç və Keyt Uinslet Oskar mükafatına namizəd olmuşdular.
Batabat (film)
Batabat qısametrajlı sənədli televiziya filmi Azərbaycantelefilmdə istehsal edilmişdir. Film Naxçıvan Muxtar Respublikasının şirin sulu gölü, uçqun və sürüşmədən yaranan Batabat gölü haqqındadır. == Məzmun == Film Naxçıvan Muxtar Respublikasının şirin sulu gölü, uçqun və sürüşmədən yaranan Batabat gölü haqqındadır.
Afrikadan (film)
Mənim Afrika — 1985 ABŞ istehsalı olan filmdir. Əsl adı Out of Africa olan film 1987ci ilin Mart ında Türkiyədə kinolarda göstərilmişdir. Film, Isak Dinesen ləğəbiylə yazan Karen Blixen ın 1937-ci ildə nümayiş öz xatirələrinə əsaslanan' 'Out of Africa' ',' 'Shadows on the Grass' '(' 'otlaqları, onların kölgələri' ') və Letters from Africa ( Afrikadan Məktublar ) adlı üç avtobioqrafik kitabı ilə Judith Thurmanın Isak Dinesen: The Life of a Storyteller ( Isak Dinesen: Bir Öykücünün Həyatı ) və Errol Trzebinski'nin Silence Will Speak ( Səssizlik Danışacaq ) adlı bioqrafiya kitablarından uyğunlaşdırılmışdır. Ssenarisi Kurt Luedtke tərəfindən qələmə alınan filmi Sydney Pollack idarə etmişdir.Film, aralarında 7 Oskar mükafatı, 3 BAFTA və 3 Qızıl Qlobus mükafatı mükafatının də olduğu tam 22 mükafat almış, 17 mükafata də namizəd göstərilmişdir. == Xülasə == Danimarkalı əsilli olan Karen Blixen (Meril Strip), baronessa ünvanı üçün Bror Blixen (Klaus Maria Brandauer) ilə evlənərək qəhvə yetişdirilməsi etmək üzrə Afrikaya yerleşirler.İl 1913 dür və Afrika böyük ölçüdə Avropalıların müstəmləkəsi vəziyyətindədir .Ərinin özünü laqeyd etməsi və aldatması Karen'i davamlı yanlızlığa aparır. Bu vaxt macəraçı ovçu Denys Finch Hatton (Robert Redford) la tanış və ona aşiq olur . == Rollarda == == Aldığı mükafatlar == 1986-ci ildə tam 11 növ üzrə Oskar mükafatı na namizəd gösterildi.Bunlardan 7 sini aldı. Oskar Mükafatları xaricində 22 fərqli mükafatın daha sahibi oldu.17 ayrı mükafata də namizəd göstərildiFilmə verilən Oskar mükafatları bunlardır; Ən Yaxşı Film Akademiya Mükafatı: Sydney Pollack (Prodüser olaraq) Ən Yaxşı Rejissor Akademiya Mükafatı: Sydney Pollack (Rejissor olaraq) Ən Yaxşı Uyğunlaşdırma Ssenari Akademiya Mükafatı]]: Kurt Luedtke Ən Yaxşı Sinematografi Akademiya Mükafatı: David Watkin Ən Yaxşı Sənət Rejissoru: Stephen B. Grimes və Josie MacAvin Ən Yaxşı Orijinal mahnı Akademiya Mükafatı: John Barry Ən Yaxşı Səs Akademiya Mükafatı: Chris Jenkins, Gary Alexander, Larry Stensvold, Peter Handford == Filmin Musiqisi == Filmin Soundtrack albomunda bu mahnılar yer alır ; 1 "Klarnet və Orkestr üçün Konçerto(K.622)"Wolfgang Amadeus MozartThe Academy of St. Martin-in-the-Fields Orkestra yönetmeni: Neville Marriner 2 "La Majör Sonat (K.331) 'Rondo alla turca'" Wolfgang Amadeus Mozart Yorum:András Schiff 3 "Kanamça və Viyolonsel üçün Mi Bemol Senfonik Konçerto (K.364)" Wolfgang Amadeus Mozart Keman:Alan Loveday Viyolonsel:Stephen Shingles The Academy of St. Martin-in-the-Fields Orkestra direktoru :Neville Marriner 4 "Üç divertimenti (K.136,137,138)" Wolfgang Amadeus Mozart The Academy of St.
Artist (film)
2011-ci ildə rejissor Mişel Hazanaviçus yenidən səssiz ağ-qara filmə qayıdır və növbəti ildə 5 Oskar mükafatı qazanır – o cümlədən ən yaxşı rejissor və ən yaxşı aktyor nominasiyaları üzrə. Bundan əlavə The Artist 3 Qızıl Qlobus mükafatı, 7 BAFTA mükafatı, 6 Sezar mükafatı və 1 Kann kinofestivalı mükafatı qazanır. Film doğrudan da möhtəşəm alınır və hər hansı bir rejissorun 2011-ci ildə bu cür sadə bir ssenarili səssiz ağ-qara filmdə bu qədər dramaturgiya göstərə biləcəyini az adam təsəvvür edərdi. === Qısa məzmun === Hollywood 1927-ci il. Səssiz Kino ulduzu Corc Valentayn kinematoqrafiyanın səsli filmə keçməsini heç cür qəbul edə bilmir. Tamaşaçılar isə yenilik tələb edir. Valentayna vasitəsilə kinematoqrafiyaya gəlmiş və ona aşiq olmuş Peppi Miller isə getdikcə səsli film sahəsində məşhurlaşır. Birinin yüksəlməsi və digərinin getdikcə publikadan kənarlaşması onları bir birindən daha da uzaqlaşdırır. The Artist aktyor oyunu və səssiz stilistikası ilə özünə sevgi qazandı. Film olduqca yüngül, pozitiv, rəqslər, komedik səhnələr və musiqilərlə bol olduğundan filmi izlədikcə dincəlirsən.
Aşiqlər (film)
Aşiqlər (film, 2000) — Aditya Çopranın filmi. Aşiqlər (film, 2008) — Rafiq Dadaşovun filmi.
Bakı Film
Bakıfilm — 2007-ci ildə ANS şirkətlər qrupunun tərkibində yaradılan kino şirkəti. == Tarixi == "Bakfilm"in ilk işi "Qızlar" serialı 2007-ci ildə ANS televiziyasında yayımlanıb. Lakin uğursuzluğa uğrayaraq efirdən qaldırılıb. Şirkət həm bədii, həm də sənədli filmlər çəkir. 2011-ci ildən etibarən "Bakı Film" Kinostudiyası Bakının Lökbatan qəsəbəsində inşa edilmiş yeni inzibati-yaradıcılıq-istehsalat binasında fəaliyyətinə davam etdirməyə başlayıb (Hazırda həmin bina sökülüb.).
Barbarossa (film)
“Barbarossa” (digər adları: “Barbarossa: öncəgörmənin lənəti”, “Barbarossa: öncəgörücünün lənəti”, “Mühasirə lordu”, “Müharibə qılıncı”) (ingiliscə: Barbarossa, italyanca: Barbarossa) 2009-cu ildə Renzo Martinelli tərəfindən çəkilmiş İtalyan tarixi filmidir. Dünya premyerası 2 oktyabr 2009-cu ildə baş tutmuşdur. == Süjet xətti == Film - epik dastan formasında olub - imperiyanın gücünə qarşı çıxan və müstəqilliyini müdafiə edən Milan şəhəri və Lombard Liqası ilə Frederik Barbarossa arasındakı qarşıdurmadan bəhs edir. Film 1176-cı ildə Leqnano döyüşü (I Fridrix Barbarossanın italyanların birləşmiş qüvvələri tərəfindən məğlubiyyətə uğradılması) ilə başa çatır.
Bioqrafik film
Bioqrafik film — adından da göründüyü kimi şəxsin həyatından bəhs edən film janrıdır. Bu, şəxsin (əsasən məşhur) həyatının ən maraqlı məqamlarını və ya müəyyən bir hissəsini də əks etdirə bilər.
Birləşmə (film)
Birləşmə (ing. Splice) Amerika istehsalı olan, elmi fantastika janrında çəkilmiş qorxu filmi. == Məzmun == Klayv və Elsa dünyaca məşhur iki alimdir. Onlar əsasən fərqli canlıların DNT-lərini birləşdirərək hibrid varlıqlar yaratmaqla məşğuldurlar. Bu alimlər artıq daha fərqli bir yenilik etmək istəyirlər — insan DNT-sini kopyalamaq. Lakin bu işə pul qoyanlar insan DNT-sinin qarışdırılmağına qarşı çıxırlar. Buna baxmayaraq, Klayv və Elsa öz layihələrini gizli davam etdirirlər və nəticədə Dren yaranır. Dren normal insanlardan daha tez böyüyür və bir neçə aya yetişgin insan olur. Klayv və Elsa insan və heyvan hibridi olan Dreni ətrafdan gizlətməyə çalışırlar. Vaxt keçdikcə Dren ilə Klayv və Elsa arasında artıq bir bağlılıq yaranır.
Ailə (film, 1998)
Ailə filmi rejissorlar Rüstəm İbrahimbəyov və Ramiz Həsənoğlu tərəfindən 1998-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Sosial dram sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Kərimi, Svetlana Metkina, Rafiq Əliyev, Təhminə Məmmədova, Nataliya Tağıyeva və Mehriban Zəki ifa edirlər. == Məzmun == XX əsrin 80-cı illərinin axırı sovet epoxasının sonunun başlanğıcı oldu. İlk "odu" erməni millətçiləri "yandırdılar". Onlar Dağlıq Qarabağa öz ərazi iddialarını irəli sürdülər. Kreml elitası bu məsələyə öz münasibətini bildirmək əvəzinə susmağı üstün tutdu. Beləliklə də, azərbaycanlılar Ermənistandan, öz dədə-baba yurdlarından zorla qovuldular... Filmdəki hadisələr bu fonda cərəyan edir.
Ailəm (film, 2006)
Ailəm — üçseriyalı bədii film. Film rejissor Həsən Əliyev tərəfindən 2006-cı ildə ekranlaşdırılmışdır. Filmdə yeni binaya köçən Cəsarətovlar ailəsinin başına gələn məzəli əhvalatlardan söhbət açılır. Filmdə əsas rolları Elməddin Cəfərov, Samirə Əhmədova, Vüqar Hüseynov, Xədicə Novruzlu, Elnur Hüseynov və Ramin Hacıyev ifa edirlər. == Məzmun == Filmdə yeni binaya köçən Cəsarətovlar ailəsinin başına gələn məzəli əhvalatlardan söhbət açılır. == Filmin üzərində işləyənlər == Rejissor: Həsən Əliyev Prodüser: Müşfiq Hətəmov Ssenari müəllifi: Həsən Əliyev, Elməddin Cəfərov, Vüqar Hüseynov, Ramin Hacıyev Operator: Pərviz Əzimzadə, Ramin Cəfərov == Rollarda == Elməddin Cəfərov — Fərasət Samirə Əhmədova — Mehriban Vüqar Hüseynov — Vüquş Xədicə Novruzlu — MəsməElnur Hüseynov — MobilRamin Hacıyev — YasamalTərlan Fərzullayev — Vəfa == İstinadlar == == Həmçinin bax == Toy (film, 2005) Qonşular (film, 2006) Bacanaqlar (teleserial, 2009) Tək səbir (veriliş) Toy 2 (film, 2015) == Xarici keçidlər == YouTubeda İzlə Görün bizim dahi bəstəkar nələr yaradıb, Ədalət.-2012.-8 noyabr.-S.8.
Alim (film, 2007)
Alim tammetrajlı sənədli filmi rejissor Oqtay Babazadə tərəfindən 2007-ci ildə çəkilmişdir. "Contact" ltd. şirkətində istehsal edilmişdir. Film dünya şöhrətli alim Rafiq Əliyev haqqındadır. == Məzmun == Film texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, dünya şöhrətli alim Rafiq Əliyevin həyat və fəaliyyətindən bəhs edir.
Ailə Arasında (film, 2017)
Ailə Arasında (türk. Aile Arasında) — Ozan Açıktanın rejissoru və Gülsə Birsəlin müəllifi olduğu komediya tipli bir türk filmi. Filmin baş rollarında Engin Günaydın, Demet Evqar, Ərdal Özyağcılar, Devrim Yaqut, Fateh Artman, Şövkət Çoruh, Gülsə Birsəl, Dərya Qaradaş, Su Kutlu və Ayta Sözeri yer alıb. Film 1 dekabr 2017-ci ildə yayımlanmışdır. == Məzmunu == Fikrət və Solmazın 21 illik münasibətləri eyni gündə bitir və ikisi bir-biri ilə görüşürlər. Solmazın qızı Zeynəb ailəsi haqqında yalan danışdığı Adanalı olan sevgilisi Əmirxanla evlənmək istəyir. Fikrətə Solmazın polis rəisinin atası kimi davranmağı təklif edir. Ailənin arasında keçiriləcəyi düşünülən toy, kürəkənin ailəsinin istəyi ilə böyüyür. Beləliklə, Fikrət əsl həyatının rolunu canlandırmaq məcburiyyətində qalır. == Rollarda == == İstehsal mərhələsi == === İnkişafı === Filmin müəllifi Gülsə Birsəl, ssenarinin 3-4 ayda ortaya çıxdığını bildirdi.
Ailə idman məktəbi (film)
Ailə idman məktəbi qısametrajlı sənədli televiziya filmi rejissor Əhməd Abdullayev tərəfindən çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanda yeganə ailə idman məktəbi olan Qazıyevlər ailəsindən bəhs edir. == Məzmun == Film Azərbaycanda yeganə ailə idman məktəbi olan Qazıyevlər ailəsindən bəhs edir. Qubadlı rayonunun Qəzyan kəndində yaşayan bu ailə hər gün səhər idmanı edir, çay kənarında yuyunur, sonra oraqlarını götürüb taxıl biçirlər. Ailə başçısı bu çoxuşaqlı ailə üzvlərinin hər birinə idmana sevgini aşılaya bilib. Ailə üzvlərindən artıq yarışlarda nəticələr göstərənlər də var. Həmçinin, filmdə kənd toyu göstərilir. Bu toy münasibətilə kənddə at yarışları keçirilir, kəndirbaz gənclər öz məharətlərini göstərir, milli və klassik güləş üzrə yarışlar keçirilir. Bu yarışlarda Qazıyevlər ailəsi də iştirak edir.
Bir ailə (film, 1943)
Bir ailə — tammetrajlı bədii filmi rejissor Qriqori Aleksandrov tərəfindən 1943-cü ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə II Dünya müharibəsi illərində müxtəlif millətlərdən olan adamların vətənpərvərliyindən və dostluğundan danışılır. Əsas rolları Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov Orlova, M. Jarikov və Antonina Filipova ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. == Məzmun == Filmdə II Dünya müharibəsi illərində müxtəlif millətlərdən olan adamların vətənpərvərliyindən və dostluğundan danışılır. Azərbaycanlı döyüşçü bir günlük məzuniyyət vaxtı təsadüfən bir rus ailəsinə düşür. Bu ailənin üzvləri onu mehribanlıqla qarşılayırlar. Qəhrəmanların söhbəti filmin əsas süjet xəttini təşkil edir. == Film haqqında == Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir.
Dostluq dili (film, 1959)