Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Defoliant
Formant
Formant (lat. formans (formantis) – doğuran, formalaşdıran) – nitq səslərinin tezliyinin səviyyəsi ilə əlaqəli olan və səsin tembrini əmələ gətirən akustik xarakteristikasıdır. Formantalar – səs tonu spektrinin hissəsidir, ortalama tezlik qiymətinə görə müəyyən edilmiş tezliklər oblastıdır. Səsin tanınması prosesi əsas etibarlı ilə formantların qavranılması ilə şərtlənir. Formant nitq siqnalının spektrini (enerjinin və ya amplitudun tezliklər üzrə paylanmasını) xarakterizə edən vacib parametrdir, formantı məhdud tezlik oblastında enerjinin konsentrasiyası kimi müəyyən etmək olar. Formant tezlik, en və amplitud ilə xarakterizə edilir. Formantın tezliyi olaraq maksimal amplitudun tezliyi götürülür. Başqa sözlə, formant – spektrin qrafikində amplitudun müəyyən kəskin yüksəlişi, onun tezliyi isə bu yüksəlişdə pikin tezliyidir. Şəkildə tezlikləri F0, F1, F2, F3 olan dörd formant göstərilib. F0 formantı nitq siqnalının əsas ton tezliyi də adlanır.
FloraNT
FloraNT — Avstraliyanın Şimal Ərazisi Florasının veb-əsaslı verilənlər bazasıdır.
Fliunt
Fliunt (q.yun. Φλιοΰς) — qədim Peloponnesin şimal-şərq hissəsində müstəqil şəhər, Fliasiyanın mərkəzi. Strabonun fikrinə görə, qədim zamanlarda regionun əsas şəhəri Koyloss dağındakı Arefireya idi, lakin bu şəhər bir neçə kilometr aralıdadır.
Flint
Çaxmaqdaşı - silisium oksidinin kristallik və amorf növlərinin aqreqatıdır. Xalsedon-kvars, kvars, xalsedon və opal-xalsedon çaxmaq daşları ayrılır. Çox vaxt karbonat qatışığı olur. Sınması qabıqvari. Rəngi sarımtıl-bozdan qarayadək. Sərtliyi 7. Çaxmaqdaşı süxurlarda, adətən, əhəngdaşlarında jelvak və konkresiyalar, bəzən linza və təbəqəciklər əmələ gətirir. == Çaxmaqdaşı konkresiyaları == Çaxmaqdaşı konkresiyaları hər hansı bir silisium oksidi mineralının (adətən, kvars və ya xalsedon) əmələ gətirdiyi və içərisində ətraf süxurların, habelə üzvi maddələrin, dəmir oksidləri, kalsit, dolomit və başqa möhtəviləri olan konkresiya və konkresion linzalarıdır. Çox vaxt erkən diagenezdə, bəzən diagenezin son mərhələsində, nadir hallarda sedimentasion mərhələdə əmələ gəlirlər. Adətən, müəyyən stratiqrafik horizonta uyğun gəlir və korrelyativ əlamət kimi istifadə edilir.
Ephedra foliata
Kirpikli acılıqotu (lat. Ephedra ciliata) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İranda, Orta Asiyada təbii halda bitir. Hündürlüyü 5 m-ə qədər olan, saemaşan gövdəli və lifli, boz qabıqlı, qol-budaqlı kol bitkisidir. Budaqcıqları dəstəli, sarımtıl, göyümtül-yaşıl olub, uzundur. Yarpaqlarının 2-4-ü bir yerdədir, xətvarı, ucu sivriləşmişdir, uzunluğu 30 mm-ə, eni isə 1 mm-ə qədərdir, qaidəsində zər pərdəcikli qın əmələ gəlmişdir. Tozcuq sünbüllərinin bir neçəsi bir yerdə olub, yumurtavarıdır. Çiçəkləri ikicinsli və bəzən bircinslidir. Erkək çiçəkləri təkdir və ya 2-4 ədəd olmaqla qısa dəstələrdə yığılmışdır. Dişi çiçəkləri tək və ya təbəqə şəklində 2-3 ədədi bir yerdə yerləşir.
Litsea foxiana
Litsea maingayi (lat. Litsea maingayi) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü.
Poliana Okimoto
Poliana Okimoto (8 mart 1983, San Paulo) — Braziliyanı təmsil edən üzgüçü. Poliana Okimoto, 2012 və 2016-cı illərdə Braziliyanı Olimpiya Oyunlarında təmsil edib. 2016 Rio-de-Janeyro Olimpiadasında bürünc medal qazanan Poliana Okimoto, Dünya Çempionatlarında 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub. O, həm də 2013-cü ildə Braziliyada "İlin qadın idmançı", FINA-nın versiyasında isə "İlin üzgüçü" seçilib. Poliana Okimoto, 2012-ci ildə Braziliya bayrağı altında Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında mübarizə aparan Okimoto, finişi qət edə bilmədi. Poliana Okimoto növbəti dəfə Olimpiya Oyunlarına, 2016-cı ildə elə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında mübarizə aparan Okimoto, 1 saat, 56 dəqiqə, 51.40 saniyə nəticə göstərdi və 25 idmançı sırasında 3-cü yeri tutaraq Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Vickers Valiant
Vickers Valiant (ing. Vickers Valiant) — bir vaxtlar Britaniya Hərbi Hava Qüvvələrində istifadə olunmuş dörd motorlu reaktiv bombardmançı təyyarəsidir. V Bombardmançıları (V-Bombers) deyilən nüvə hücumuna qarşı daşındırıcı bombardman təyyarəsidir. Digər iki V Bombardmançısı Avro Vulcan və Handley Page Victor-dur. Təyyarənin ilk prototipi 1951-ci ildə 18 may tarixində hazır olmuşdur. Prototip 27 aya hazırlanmışdır. Valiant başlanğıcda yüksək səviyyəli strateji bombardmançı əməliyyatlar üçün nəzərdə tutulmuş tutulmuşdu. Lakin aşağı rotadan uçan zaman təyyarədə ciddi problemlər yaranırdı. Bahalı bərpa proqramı ilə davam etməyin əksinə Valinət rəsmi olaraq 1965-ci ildə təqaüdə çıxdı. Onun vəzifəsini isə 1980-ci illərə qədər xidmət edən digər V Bombardmançıları yerinə yetirmişdir.
Rolant Roqman
Rolant Roqman (nid. Roelant Roghman; 14 mart 1627, Amsterdam, Hollandiya qraflığı – 3 yanvar 1692 və ya 1691, Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, qravüraçısı və ofort ustası. Roqman Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi və Roqman onun adaşı və atasının əmisi Rolant Savereyin tələbəsi olub. Rəssam və tarixşünas Arnold Hubrakenin dediyinə görə, onun yalnız bir gözü var idi. Buna görə də onun rəsmləri kobud idi. Rolant Roqan landşaft rəssamlığı üzrə ixtisaslaşıb və sonrakı həyatında gənclik illərində səyahətləri zamanı çəkdiyi rəsmlər əsasında köhnə qalanın xarabalıqlarının və dağılmış ailə mülklərinin qalıqları üzərində işləyərək, romantik mənzərənin tarixi janrı ilə maraqlanmağa başlayıb. O, Rembrandt və Herkules Seqersin davamçısı idi. Hubraken iddia edirdi ki, gəncliyində Rembrandt və onun ən yaxşı tələbəsi Gerbrand van den Ekxout ilə dost idi. Roqman bacısı Gertruda Roqman ilə birlikdə "Pikator" nəşriyyatının yaradıcısı, məşhur qravüraçı və naşir Klas Yanson Visherin köməyi ilə "Xoş mənzərələr" (Plaisante Landschappen) adlı qravüra silsiləsi (təxminən 1645–1648) üzərində işləmişdir.
Rolant Saverey
Kiçik Rolant Saverey və ya Rolant Martines Saverey (nid. Roelant Savery, Roeland(t) Maertensz; 1576[…], Kortreyk[d], Qərbi Flandriya – 25 fevral 1639, Utrext) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, ofort ustası. Saverey, çox səyahət etmiş, Amsterdamda, Utrextdə, Vyanada və Praqada İmperator II Rudolfun sarayında işləmişdir. O, mifoloji səhnələri olan mənzərələri, portretləri, kənd səhnələri ilə məişət şəkillərini, çiçəklərlə natürmortları, lakin əsasən heyvanları və quşları çəkmişdir. Saverey ailəsinin üzvləri Avropanın müxtəlif şəhərlərində işləyirdilər. Rolantın böyük qardaşı Birinci Yakob Saverey və ya Böyük Saverey (1566–1603) bacarıqlı rəssam və qravüra ustası idi. Birinci Yakob Savereyin oğlu rəssam İkinci Yakob Savereydir (təxminən 1593-?), digər oğlu isə rəssam və qravüraçı Salomon Savereydir (1594–1665-dən sonra). Salomonun oğlu Üçüncü Yakob Saverey (1617 — təqribən 1666) həm də rəssam və ofort ustası idi. Bu ailənin bir çox başqa üzvü də sənətkar idi. Rolant Savereyin qardaşı oğlu məşhur rəssam Gillis Klas de Hondekuter idi.
Reliant Energy Plaza
Reliant Energy Plaza - Texasın Hyuston şəhərində yerləşən göydələndir. Hündürlüyü 158 metrdir, binanın sahəsi 74,000 m². Bina 2001-ci ildən 2003-cü ilə qədər tikinirdi. Göydələndə 36 mərtəbə var, hündürlüyünə görə şəhərdə 27-ci yeri tutur.
Forbant (Arqos padşahı)
Forbant ( q.yun. Φόρβας ) — qədim yunan mifologiyasında Arqos padşahı, Arqosun oğlu və Triopun atası. Başqa bir versiyada o, Krias və Arqosun altıncı kralı Melantomikanın oğludur.
Forbant (Lapifin oğlu)
Forbant ( q.yun. Φόρβας ) — qədim yunan mifologiyasında personaj, Lapif və Orsinomanın oğlu. Oğulları Ege və Aktor idi. Bir versiyaya görə, Avginin atasıdır. == İstinadlar == .
Filant (Antioxun oğlu)
Filant (q.yun. Φύλας) — yunan mifologiyasında personaj. O, Antioxun oğlu idi. Filant Korinfin padşahı olmuşdur. O, Lipefil ilə evlənmiş, onların Hippot və Tero adlı iki oğlu olmuşdur.
Ephedra foliata var. aitchisonii
Kirpikli acılıqotu (lat. Ephedra ciliata) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İranda, Orta Asiyada təbii halda bitir. Hündürlüyü 5 m-ə qədər olan, saemaşan gövdəli və lifli, boz qabıqlı, qol-budaqlı kol bitkisidir. Budaqcıqları dəstəli, sarımtıl, göyümtül-yaşıl olub, uzundur. Yarpaqlarının 2-4-ü bir yerdədir, xətvarı, ucu sivriləşmişdir, uzunluğu 30 mm-ə, eni isə 1 mm-ə qədərdir, qaidəsində zər pərdəcikli qın əmələ gəlmişdir. Tozcuq sünbüllərinin bir neçəsi bir yerdə olub, yumurtavarıdır. Çiçəkləri ikicinsli və bəzən bircinslidir. Erkək çiçəkləri təkdir və ya 2-4 ədəd olmaqla qısa dəstələrdə yığılmışdır. Dişi çiçəkləri tək və ya təbəqə şəklində 2-3 ədədi bir yerdə yerləşir.
Ephedra foliata var. ciliata

Ephedra foliata var. polylepis

Foant (Borisfenin oğlu)
Foant ( q.yun. Θόας ) — qədim yunan mifologiyasındakı personaj, tavrlar padşahı. Çay tanrısı Borisfenin oğludur. Orest və Piladı qurban vermək istəmiş, lakin Orest tərəfindən öldürülmüşdür.
Etual Filant Lome FK
| başlıq = Etual Filant | emblem = | klubun tam adı = | rəngləri = | ləqəbi = | yaranma tarixi = 1932 | stadionu = Oskar Antoni stadionu | tutumu = 10.000 Etual Filant — Toqonun ən titullu futbol klubu. == Tarixi == 1932-ci ildə yaranmışdır. Etual Filant 1960-cı ilədək 12 dəfə ölkə çempion olsa da, bu titullar FİFA tərəfindən tanınmamışdır. Bundan sonra komanda daha yeddi dəfə Toqo çempionatının qalibi olub. Klubun sonuncu çempionluğunu 1992-ci ildə bayram etmişdir. === Yol qəzası === 2011-ci ilin noyabrında klubun 8 futbolçusu yol qəzasında həlak olmuşdur. Ölənlərin hamısı Toqo millisinin üzvü idi. Daha 28 nəfəri isə ciddi xəsarət almışdır. Hadisə Etual Filantın Semassi ilə oyuna getdiyi zaman Akapama şəhəri yaxınlığında baş vermişdir. "Etual Filant" komandasının avtobusu dərəyə aşıb.