FLINT

n 1. çaxmaqdaşı, xırda çay daşı, xırda dənəli qumdaşı; ~ stone çaxmaqdaşı; 2. məc. daş; The ground was frozen to flint Torpaq donub daşa dönmüşdü; 3. ibtidai insanın çaxmaqdaşından düzəltdiyi alət;

◊ a heart of ~ daş ürək; Her heart became flint Onun ürəyi daşlaşdı / daşa döndü

FLING
FLINT-GUN
OBASTAN VİKİ
Flint
Çaxmaqdaşı - silisium oksidinin kristallik və amorf növlərinin aqreqatıdır. Xalsedon-kvars, kvars, xalsedon və opal-xalsedon çaxmaq daşları ayrılır. Çox vaxt karbonat qatışığı olur. Sınması qabıqvari. Rəngi sarımtıl-bozdan qarayadək. Sərtliyi 7. Çaxmaqdaşı süxurlarda, adətən, əhəngdaşlarında jelvak və konkresiyalar, bəzən linza və təbəqəciklər əmələ gətirir. == Çaxmaqdaşı konkresiyaları == Çaxmaqdaşı konkresiyaları hər hansı bir silisium oksidi mineralının (adətən, kvars və ya xalsedon) əmələ gətirdiyi və içərisində ətraf süxurların, habelə üzvi maddələrin, dəmir oksidləri, kalsit, dolomit və başqa möhtəviləri olan konkresiya və konkresion linzalarıdır. Çox vaxt erkən diagenezdə, bəzən diagenezin son mərhələsində, nadir hallarda sedimentasion mərhələdə əmələ gəlirlər. Adətən, müəyyən stratiqrafik horizonta uyğun gəlir və korrelyativ əlamət kimi istifadə edilir.

Digər lüğətlərdə