Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Furajka
Furajka və ya Hərbi mərasim papağı bir çox ölkənin silahlı qüvvələrinin, habelə hüquq mühafizə orqanları və yanğınsöndürmə idarələri kimi bir çox formalı mülki təşkilatların geyindiyi baş geyimidir. Hərbi mərasimlərdə və digər mərasimlərdə taxılır. XVIII əsrin sonu və ya XIX əsrin əvvəllərində Şimali Avropada meydana çıxmışdır. Digər əsas komponentlər tac, lent və fərqlənmə nişanlarıdır, adətən bir başlıq nişanı və rütbə ilə nisbətli formada olur. Tez-tez tacın rəngindən fərqli olaraq borular da mövcud olur. Rəng adətən donanma üçün ağ, hava qüvvələri üçün mavi, quru qoşunları üçün yaşıl olur. Bant adətən tünd, ziddiyyətli bir rəngdə olur və ümumiyyətlə qara rəngdədir, lakin naxışlı və ya zolaqlı ola bilər.
Hiroto Muraoka
Hiroto Muraoka (d. 19 sentyabr 1931) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Franka Bateliç
Franka Bateliç (xorv. Franka Batelić; d. 7 iyun 1992, Riyeka, Xorvatiya) və ya sadəcə Franka — Xorvatiya müğənnisi və bəstəkarı. O, Xorvatiyanın Showtime musiqi yarışmasındakı qalibiyyətindən sonra şöhrət qazanmışdır. Franka "Crazy" mahnısı ilə Xorvatiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və karyerası == === 1992–2006: Erkən illəri === Franka Bateliç 7 iyun 1992-ci ildə Xorvatiyanın Riyeka şəhərində anadan olmuşdur. İnqrid və Damir Bateliç onun valideynləridir. Frankanın Nikola adlı özündən yaşda balaca olan qardaşı da var. Nikola Xorvatiyanın "Storm" qrupunda gitaraçı olaraq fəaliyyət göstərir. Franka hələ üç yaşında ikən oxumağa başlamış və ilk öncə "Minicantanti" xorunda solist olaraq yer almışdır.
Franka Falkutchi
Franka Falkutçi (it. Franca Falcucci; d. 22 mart 1926, Roma, İtaliya — ö. 4 sentyabr 2014, Roma, İtaliya) — Xristian Demokratik Partiyasının rəhbərlərindən biri, Amyntor Fanfaninin vaxtında partiya katibinin müavini olub. == Həyatı == Franka Falkutçi Roma məktəblərində latın və yunan dilindən dərs keçmişdir. O, 1968–1992-ci illərdə Senatın üzvü və 1982–1987-ci illərdə Təhsil Naziri olmuş ilk qadın idi.
Franka Falkutçi
Franka Falkutçi (it. Franca Falcucci; d. 22 mart 1926, Roma, İtaliya — ö. 4 sentyabr 2014, Roma, İtaliya) — Xristian Demokratik Partiyasının rəhbərlərindən biri, Amyntor Fanfaninin vaxtında partiya katibinin müavini olub. == Həyatı == Franka Falkutçi Roma məktəblərində latın və yunan dilindən dərs keçmişdir. O, 1968–1992-ci illərdə Senatın üzvü və 1982–1987-ci illərdə Təhsil Naziri olmuş ilk qadın idi.
Franka Raymondi
Franka Raymondi (8 iyul 1932 — 1988) — italyan müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı "Aprite Le Finestre" mahnısı ilə təmsil etmişdir.
Linqva franka
Linqva franka (it. lingua franca - frank dili) — ortaq dil mənasına gələn latınca ifadə. Bundan başqa bəzən vasitəçi dil, körpü dil, müəyyən sahədə və ya ərazidə etnoslararası münasibət üçün istifadə edilən, bütün tərəflərin başa düşdüyü ortaq dil. == Terminin yaranması == Tarixən Aralıq dənizi regionunda yaşayan xalqların dillərini adlandırmaq üçün istifadə edilmişdir. Bu ad ərəb dilinin italyan dilinə tərcüməsidir lisan al-ifrang. Ərəb dilində isə bu ad xaç yürüşləri zamanı ərəblərin avropalıları franklar adlandırmasından yaranıb. == Tarixi == İlk dəfə xalqlararası dil kimi Makedoniyalı İsgəndərin ordusunda koyne dili işlənmişdir. == Nümunələr == Azərbaycan türkcəsi orta əsrlərdə (XX əsrin əvvəllərinədək) Şimali Qafqazda (qumuq dili ilə birgə), Zaqafqaziyada, İran, İraq, Küveyt, Suriya və Şərqi Anadoluda Linqva-franka dili olmuşdur. XX əsrdə rus dili Postsovet məkanında və Şərqi Avropada Linqva-Franko dili olmuşdur. == Ədəbiyyat == Вайнрайх У. Языковые контакты: Состояние и проблемы исследования.
Suraka ibn Malik
Suraka ibn Malik (VI əsr, Ərəbistan yarımadası – 645, ərəb. سراقة بن مالك‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Mudlic qəbiləsindən idi. O, Məhəmməd peyğəmbərin Mədinəyə hicrəti zamanı, Qureyşlilərin Məkkə yaxınlığındakı bütün qəbilələrə Məhəmmədi diri və ya ölü onlara çatdıra biləcək hər kəsə 100 dəvə verməyə hazır olduqlarını bildirməsi ilə məşhurlaşır. Suraka mükafat almağa qərar verdi və Məhəmmədin axtarışına çıxdı. Səhrada xeyli məsafə qət edən Surakının atı büdrəməyə başlayır. Artıq qayıtmaq qərarına gələn Suraka Peyğəmbəri 2 səhabə ilə görüb, ona ox atmaq istəyir, lakin əli yerində donub qalır. Atının ayaqlarının quma batmağa başladığını gördü. Sonra Suraka Peyğəmbərə üz tutur, ondan atını buraxmasını istəyir və təqibi dayandıracağına söz verir. Peyğəmbər Allaha dua edir və atın ayaqları möcüzəvi şəkildə qumdan azad olur, lakin Suraka vəd edilən mükafatı xatırlayır və yenə Peyğəmbərin arxasınca getməyə başlayır.
Haşim ibn Suraka
Haşim ibn Suraka – Dərbənd Haşimiləri sülaləsindən olan ilk müstəqil Dərbənd əmiri. == Hakimiyyəti == 861-ci ildə əmir olmuşdu. Ərəb xilafətinin içində gedən ara müharibələrindən istifadə edərək 869-cu ildə müstəqil olmuşdu. “Tarix əl-Bab”da ədalətli hökmdar olduğundan bəhs olunur. 876-cı ildə Sərirə hücum etmişdi. 878-ci ildə yenidən hücum edərək böyük qənimətlərlə qayıtdı. 884-cü ildə vəfat etdi, yerinə oğlu Ömər keçdi.
Crazy (Franka Bateliç mahnısı)
Crazy (azərb. Dəli‎) — Xorvatiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Franka Bateliç "Crazy" mahnısı ilə Xorvatiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi xorvatiyalı bəstəkar Branimir Mihalyeviçə, sözləri isə ifaçı Franka Bateliçə aiddir.
I Haşim ibn Suraka
Haşim ibn Suraka – Dərbənd Haşimiləri sülaləsindən olan ilk müstəqil Dərbənd əmiri. == Hakimiyyəti == 861-ci ildə əmir olmuşdu. Ərəb xilafətinin içində gedən ara müharibələrindən istifadə edərək 869-cu ildə müstəqil olmuşdu. “Tarix əl-Bab”da ədalətli hökmdar olduğundan bəhs olunur. 876-cı ildə Sərirə hücum etmişdi. 878-ci ildə yenidən hücum edərək böyük qənimətlərlə qayıtdı. 884-cü ildə vəfat etdi, yerinə oğlu Ömər keçdi.