KAFİR

sif. [ ər. ]
1. Müsəlman olmayan, islam dininə etiqad etməyən; qeyri-müsəlman.
// İs. mənasında.
Kafir olsaydı əgər rəhmə gələrdi, gözəlim; O qədər ki, sənə mən dərdimi izhar elədim. Şəhriyar.

□ Kafir olmaq – başqa dinə keçmək (müsəlman haqqında).
[Şeyx Hadi:] Şeyx Sənan, o şəmsi-aləmtab; Oldu kafir, xaç asdı, içdi şərab. H.Cavid.

// Keçmişdə mütərəqqi fikir sahiblərinə, dinə tənqidi yanaşan və ya inanmayan şəxslərə verilən ad; dinsiz, laməzhəb.
Bu fikir köhnə müsəlmanların fikrinə oxşayır: “Rusca danışdın kafirsən, furajka qoydun, kafirsən”. M.S.Ordubadi.

// dan. Söyüş mənasında (çox vaxt “kafir oğlu kafir” şəklində).
Bu kafir oğlu kafir qoşunu qırdı, qurtardı. Koroğlu”.
[Hacı Fərəc:] Vermə məni kafir əlinə, bir növ məni qurtar. N.Vəzirov.
[Həmzə:] Adə, necə, kafir oğlu kafir, qız qaçıb? C.Cabbarlı.

// Bəzən zarafatla: Ay kafir!
2. dan. Canavar, ilan kimi heyvanların evfemistik adı.
[Dursun:] Az qala kafir məni boğmuşdu, – deyə, qalabalığa qarışdı. A.Şaiq.
Niyə, ay kişi, olmaya yenə kafir çaldı? S.Rəhimov.
[Həsənəli:] Köməyə gəlin! …Kafir məni öldürdü. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KAFİR 1. KAFİR Demə bu kafir, ol müsəlmandır; Hər kəsin elmi var, o insandır (S.Ə.Şirvani); QEYRİ-MÜSƏLMAN Mən yazıq neçə müddətdir ki, qeyri-müsəlmanlar ki
  • KAFİR mürtəd — gavur

Antonimlər (əks mənalı sözlər)

  • KAFİR KAFİR – MÜSƏLMAN De, sən hara? Rusiya hara? Yoxsa satılmısan o kafirlərə? (S.Vurğun); Yoxsa müsəlmanlar şəhərə giriblər? (Mir Cəlal)
KAFİLİK
KAFİRCƏSİNƏ

Digər lüğətlərdə