Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lindita Halimi
Lindita Halimi (d. 24 mart 1989, Vitina, Kosovo, Yuqoslaviya Sosialist Federativ Respublikası) və ya sadəcə Lindita — Kosovo-Albaniya müğənnisi və bəstəkarı. O Albaniyanın Top Fest musiqi festivalındakı qələbəsindən sonra şöhrət qazanmışdır. Lindita "World" mahnısı ilə Albaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Lindita Halimi 24 mart 1989-cu ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasında yerləşən Kosovonun Vitina şəhərində anadan olmuşdur. == Musiqi karyerası == Lindita ilk dəfə səhnəyə Albaniyanın Ethet musiqi yarışmasında çıxmışdır. O yarışmada sadəcə ilk onluğa daxil olmaqla kifayətlənmişdir. Lindita daha sonra Albaniyanın Top Fest musiqi festivalında iki dəfə iştirak etmişdir. 2009-cu ildə müğənni festivalda ifa etdiyi "Ëndërroja" mahnısı ilə qələbə qazanmışdır. Daha sonra Linditanın ballada janrında bir çox sinqlları təqdim edilmişdir.
Tegenaria halidi
Tegenaria halidi — Tegenaria cinsinə, Çala hörümçəkləri fəsiləsinə aid Hörümçək növü. Azərbaycanın endemik canlısıdır. == Qısa məlumat == Kiçik ölçülü hörümçəkdir. Erkəkləri 7,25 mm, dişilərdə isə 8,85 mm uzunluğa malik olurlar. == Ədəbiyyat == Guseinov, Marusik & Koponen, 2005 : Spiders (Arachnida: Aranei) of Azerbaijan 5. Faunistic review of the funnel-web spiders (Agelenidae) with the description of a new genus and species. Arthropoda Selecta, vol.|14, n. 2, p.|153–177 (texte intégral Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine).
Yonida Maliçi
Yonida Maliçi (alb. Jonida Maliqi; d. 26 mart 1982, Tirana, Albaniya) — Albaniya müğənnisi və televiziya aparıcısı. O, ifa etdiyi "Ktheju tokës" (azərb. Vətənə qayıdış‎) mahnısı ilə Albaniyanın Festivali i Këngës mahnı yarışmasında qələbə qazanmışdır. Həmin mahnı ilə Yonida Albaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Yonida Maliçi 26 mart 1982-ci ildə Albaniyanın Tirana şəhərində dünyaya göz açmışdır. Kiçik yaşlarından musiqiyə həvəsi olan Yonida 13 yaşında ikən "Planeti i fëmijëve" mahnısı ilə Albaniyanın məşhur Festivali i Këngës mahnı yarışmasında iştirak etmiş və musiqi karyerasına başlamışdır. İki il sonra 1997-ci ildə ifaçı yenidən həmin festivala qatılmışdır. 1999-cu ildə isə Yonida festivalda çıxış etdiyi "Do jetoj pa ty" mahnısı ilə ikinci yeri qazanmışdır.
Alıcı bazarı
Alıcı bazarı – cari qiymətlər şəraitində əmtəə və xidmətlərin izafi təklifi mövcud olan və qiymətlərin düşməsi ilə nəticələnən qısamüddətli bazar situasiyası. Təklifin tələbi üstələməsi alıcıların sövdələr zamanı öz şərtlərini satıcılara qəbul etdirmələrini təmin edir. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində 1950-ci illərdən başlayaraq əmtəə təklifi artan tələbi üstələdiyi üçün satıcı bazarı Alıcı bazarına çevrilmiş və marketinq kommersiya fəaliyyəti sırasına qatılmışdır.Həmçinin Alıcı bazarı zamanı bazarda güclü rəqabət hökm sürür.İstehsalçıların çox,istehlakçıların az olması istehsal olunandan daha az əmtəə və xidmətin satışını yaradır ki,bura da rəqabət mexanizmi üçün ən əlverişli şərtlərdən yaranır.Həmçinin Alıcı bazarı əsasən inhisarın olmadığı bir səviyyədə müşahidə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 316. ISBN 978-9952-441-02-4.
Haliç dağı
Haliç (pol. Halicz) — Beşat dağlarının Polşa hissəsinin 3-cü, Qərbi Beşad dağlarının isə ən hündür zirvəsi. Haliç Tarnisa qrupunun şərqində, Bukovski və Rozsıpanes arasında yerləşir. Zirvənin hündürlüyü 1333 metr təşkil edir. == Adının etimalogiyası == Adının mənası dəqiq olaraq bilinmir. Bir fərziyəyə görə zirvənin adı ukrayncadan tərcümədə «top» mənasını verir. Bəzən isə «Qaliç» soyad olması qeyd edilir. Ukraynada İvano-Frankovsk şəhərindən bir qədər aralıda Qaliş adlı şəhər yerləşir. Şəhərlə dağın adının eyni kökdən törəməsi ehtimal edilir. == Təsviri == Dağ turistlər arasında olduqca populyardır.
Yel alıcı
Yel alıcı (fars. بادگیر‎ bâdgir: bâd "yel" + gir "alıcı","alan "ərəb. ملقف ‎malqaf və ya بارجيل barjeel) — binalarda təbii ventilyasiya yaratmaq üçün ənənəvi İran memarlıq elementlərindən biri.
Oğuz Kaan Salıcı
Oğuz Kaan Salıcı (1972, Qaziantep) — Türkiyə siyasətçisi və politoloqu. CHP üzvüdür. == Həyatı == Əslən Adıyamana bağlı Besnidəndir. Atası dövlət qulluqçusu, anası isə evdar qadın olmuşdur. O, həyatının çox hissəsini Türkiyənin müxtəlif şəhərlərində keçirmişdir. Təhsil həyatına 1978-ci ildə Adıyaman Cümhuriyyət İbtidai məktəbində başlamışdır. Orta məktəbə 1983-cü ildə Elazığ Anadolu Liseyində başlamış, lakin atasının təyinatı səbəbilə orta təhsilini və liseyi Əskişəhər Anadolu Liseyində bitirmişdir. Boğaziçi Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsini bitirmişdir. O, Sosial Demokrat Universiteti Tələbə Platformasının və Demokratiya Uğrunda Gənclər Platformasının yaradılmasında iştirak etmiş, Sosial Demokratiya Vəqfi və Türkiyə Sosial İqtisadi və Siyasi Araşdırmalar Vəqfinin üzvüdür. 2011-ci ilin sentyabrında CHP İstanbul İl sədri vəzifəsinə təyin olunmuş, 2012-ci ilin mayında İstanbul İl Konqresində İl Başçısı seçilmiş və 2014-cü ilin dekabr ayına qədər bu vəzifədə qalmışdır.
Şəxsi alıcı (film, 2016)
Şəxsi alıcı (ing. - Personal shopper) - 2016-cı il istehsalı olan psixoloji gerilim-dram filmi. Parisdə bir məşhur üçün alış-veriş edən və ölən əkiz qardaşı ilə əlaqə qurmaq istəyən amerikan bir kadının başına glənlərdən bəhs edən film.
Balıqçı
Balıqçı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda qəsəbə. Balıqçı (Nəqədə) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd.
Belici
Belici (kənd) — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Belici (qəsəbə) — Dağıstan Respublikasının Dərbənd rayonunda qəsəbə. Belici (stansiya) — Dağıstan Respublikasının Dərbənd rayonunda stansiya.
Bilici
Bilici Qorğan — Şabran rayonunda kənd. Dağ Bilici — Şabran rayonunda kənd. Düz Bilici — Şabran rayonunda kənd.
Hacılı
Kəndlər Hacılı (Bərdə) Hacılı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Hacılı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd.
Hadılı
Qədili — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Hamidi
Hamidi (1407, İsfahan – 1485, Konstantinopol) — azərbaycanlı şair, XV əsr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri. == Həyatı == Hamidi türk,fars və ərəbcə müxtəlif janrda şeirlər yazan şair həm də tarixçi idi. "Təvarixi-ali-Osman" adlı elmi əsərin müəllifidir. Geniş oxucu kütləsini nəzərə alaraq "Cami-süxənquy" əsərini yazmışdır.Onun ən böyük xidməti anadilli şeirin inkişafına yardımçı olmasıdır. Onun şeirlərində artıq Füzuli ənənələri yoxdur. 1407-ci ildə İsfahanda anadan olmuş, ilk təhsilini burada alaraq şair kimi yetişmişdir. 20 yaşından etibarən ömrünün 30 ilini səyahətlərdə keçirmişdir. Bu haqda özünün "Həsbi-halnamə" əsərində məlumat vermişdir.Hamidi Azərbaycanda mükəmməl mədrəsə təhsili aldıqdan sonra Fateh dövründə, 1455–1456-cı illərdə Osmanlıya getmişdir. Fars və türk dilində yazdığı şeirləri ilə sarayın diqqətini cəlb etmişdir. 20 il Fateh Sultan Mehmetin sarayında yaşayan şair bu barədə "Vəsf-halnamə" əsərində məlumat vermişdir.
Maliki
Maliki (ərəb. مالكي‎) məzhəbi — Sünni İslamın içərisində İslam hüquqşünaslığının dörd böyük məktəbindən biri. Onun əsası 8-ci əsrdə Malik ibn Ənəs tərəfindən qoyulmuşdur. Maliki fiqh məktəbi ilkin mənbə kimi Quran və hədislərə əsaslanır. Digər İslam fiqhlərindən fərqli olaraq Maliki fiqhi də Mədinə əhalisinin icmasını İslam hüququnun etibarlı mənbəyi hesab edir.Maliki məzhəbi sünni müsəlmanların ən böyük qruplarından biridir, tərəfdarlar arasında Şafi məzhəbi ilə müqayisə oluna bilər, lakin Hənəfi məzhəbindən daha kiçikdir. Maliki doktrinasına əsaslanan şəriətə əsasən Şimali Afrikada (Şimali və şərqi Misir istisna olmaqla), Qərbi Afrikada, Çadda, Sudanda, Küveytdə, Bəhreyndə, Qətərdə, Dubay Əmirliyində (BƏƏ) və Səudiyyə Ərəbistanının şimal-şərq hissələrində mövcuddur.Orta əsrlərdə Maliki məktəbi həmçinin Avropanın İslam hakimiyyəti altında olan bölgələrində, xüsusən də İslam İspaniyası və Siciliya Əmirliyində mövcud olub. 9-cu əsrdən 11-ci əsrə qədər Maliki təliminin əsas tarixi mərkəzi Tunisin Uqbə məscidində olmuşdur. == Yaranması == İslamın sünni qolunun dörd hüquq məktəblərindən biri də Maliki fiqh məzhəbidir. Onun qurucusu Malik ibn Ənəs (712-796) görkəmli mütəfəkkir və hüquqşünas olmuşdur. O, Mədinədə yəmənli tacir soyundan olan ailədə dünyaya gəlmişdir.
Malıca
Malıca — İranın Kürdüstan ostanının Qürvə şəhristanının Dilbəran bəxşində şəhər. == Tarix == Malıca kəndi 2021-ci ildə şəhər statusu qazanmışdır. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 4,164 nəfər yaşayır (1,245 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Achyrocline hallii
Achyrocline hallii (lat. Achyrocline hallii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin achyrocline cinsinə aid bitki növü.
Alıçın (Sayınqala)
Alıçın (fars. الي چين‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 389 nəfər yaşayır (88 ailə).
Antarktida əhalisi
Antarktida əhalisi - Antarktidanın yerli əhalisi yoxdur. Qitədə yalnız il boyu işləyən qütb stansiyaları və köhnə balina ovlama ilə əlaqədar salınmış məskunlaşmalar vardır. Qitədəki ən böyük stansiya Mak-Merdodur. Burada bəzən işləyənlərin say 1200 nəfəri keçir. Qitə ərazisində yeganə daimi yaşayış məntəqəsi Cənubi Georgiya adasında yerləşən Qryotviken qəsəbəsidir. Burada 2008-ci ilə olan məlumata görə cəmi 20 nəfər yaşayır. Antarktida haqqında konvensiyaya görə burada fəaliyyət göstərən 29 ölkəyə məxsus stansiyalarda yay ayları 4.000, qış ayları isə 1.000 nəfər işçi fəaliyyət göstərir. Günümüzə qədər antarktidada ən azı 10-dan çox uşaq doğulmuşdur. 2001-ci ildə National Geographic jurnalının bir yazısında yalnız Esperanza Stansiyasında 8 uşaq dünyaya gəlməsi bildirilir. Antarktika ərazisində ilk doğulan insan Solveyk Qunberq Yakobsen (norv.
Argentina əhalisi
Argentina əhalisi 40 milyon nəfərdir. Argentinalılar saylarına görə Cənubi Amerikada 3-cü, Latın Amerikasında isə 4-cü milli qrupdular. Yalnız braziliyalıların (190 mln.), meksikalıların (145 mln.) və kolumbiyalıların (52 mln.) sayı onlardan çoxdur. Müasir argentinalılar müxtəlif vaxtlarda Argentina ərazisinə gəlmiş avropalıların, induların və afrikalıların törəməlidirlər. Ölkənin periferiya regionlarının əksəriyyətində metislər üstünlük təşkil edir. Bununla belə ölkə əhalisinin 2001-ci ildə aparılmış siyahıya alması zamanı əhalinin 97 %-i özünü ənənəvi olaraq daha yüksək təbəqə sayılan ağdərilər kateqoriyasına mənsub olduğunu bildirmişdir. Cəmi 2 % əhali indu əsilli olduğunu qeyd etmişdir. == Demoqrafik göstəricilər == Saldo mühacirət — hər 1000 nəfərə 0 nəfər. Orta yaş həddi (2012) — 30,7 yaş: Kişilər — 29,7 yaş Qadınlar — 31,8 yaşUzunömürlülük göstəricisi — 77,14 yaş: Kişilər — 73,9 yaş Qadınlar — 80,54 yaşUşaq ölümü səviyyəsi — hər 1000 nəfərə 10,52 nəfər. Ana ölümü səviyyəsi hər 100000 nəfərə 77 nəfər.
Arif Hacılı
Arif Mustafa oğlu Hacılı (əvvəlki soyadı: Hacıyev; 22 yanvar 1962, Yuxarı Tala, Zaqatala rayonu) — Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, Müsavat Partiyasının Başqanı. == Həyatı == 1962-ci il yanvar ayının 22-də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Orta təhsilini Zaqatala rayonu Yuxarı Tala kənd 1 saylı orta məktəbdə alıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsəni bitirib. İlk gəncliyi illərində inşaat briqadasında fəhlə, yerli radio verilişləri redaksiyasında redaktor işləyib. Bu illərdə müxtəlif yerli Sovetlərə deputat seçilib. === Ailəsi === Atası Mustafa Hacıyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini və Ali Partiya Məktəbini bitirmişdi. Müxtəlif partiya və hökumət vəzifələrində işləməklə yanaşı daha çox pedoqoji fəaliyyətlə məşğul olmuş, orta məktəbdə müəllim, məktəb direktorunun müavini, məktəb direktoru vəzifələrində çalışmış, 1972-ci ildə 45 yaşında ağır xəstəlikdən sonra vəfat etmişdir. Anası Zahidə Hacıyeva evdar qadın, sonra isə tütünçü olmuş, 2012-ci ildə Arif Hacılı həbsdə olduğu zaman 80 yaşında vəfat etmişdir. == İctimai-siyasi fəaliyyəti == Xalq Hərəkatına tələbə ikən, 1988 ci ildə Bakıda keçirilən noyabr mitinqləri zamanı qoşulub.
Avstriya palıdı
Avstriya palıdı (lat. Quercus cerris) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Vətəni Qafqaz və Ukraynadır. Cənub-Şərqi Avropada təbii halda bitir. == Botaniki təsviri: == Hündürlüyü 25-40 m, gövdəsinin diametri 2 m, olan yarpağını tökən böyük ağacdır. Qabığı tünd-boz və dərin şırımlıdır. Qoca ağaclarda qabığı yarıqlı, gövdə daxilində borular narıncıdır. Yarpaqları yaşılımtıl-boz, növbəli, dərili, uzunsov, uzunluğu 7-14 sm, eni 3-5 sm, hər tərəfdən 6-12 üçkünc hissəlidir. Çiçəkləri küləklə tozlanan sırğalardır. Meyvəsi-uzunluğu 2,5-4 sm, eni 2 sm, kasacığın dərinliyi 2 sm, yumşaq, üzəri 4-8 mm tükcüklərlə örtülmüş böyük qozadır.
Avstriya əhalisi
Avstriya əhalisi — Avstriya Respublikası əhalisinin demoqrafik xüsusiyyətləri. == Xüsusiyyərlər == Avstriyanın əsas əhalisi avstriyalılardır. Avstriyada slovenlər, xorvatlar, macarlar, çexlər və başqa xalqlar da yaşayır. Dövlət dili alman dilidir. Dindarlarının əksəriyyəti katolikdir. Böyük şəhərləri: Vyana, Qrats, Lins, Zalsburq.
Azərbaycanın əhalisi
Azərbaycan əhalisi — Bu məqalə Azərbaycan Respublikası əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. == İlk sakinləri == == Ümumi əhali == Cədvəllə əlaqədar qeydlər - 1897,1926, 1939, 1959, 1970, 1979, 1989, 1999-cu illərin məlumatları əhalinin siyahıyaalınmaları üzrə, 1913, 1917, 1920-cı illərin məlumatları ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir;- 2000–2009-cu illər üzrə məlumatlar ölkədə 2009-cu ilin aprel ayında keçirilmiş əhalinin siyahıyaalınmasının ilkin nəticələri əsasında dəqiqləşdirilmişdir. Dövri hadisələrin əhali sayısına olan təsirini görmək üçün 1950-ci ilə qədər olan müddət onilliklərə görə verilməmişdir. === 2010–2014 r.t. === MKİ-nin 2014-cü ilə olan təxminlərinə əsasən Azərbaycan Republikası əhalisinin sayına görə dünyada 240 ölkə arasında 92-ci yerdə dayanmaqdadır. === Cinsi tərkibi === 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Azərbaycan Respublikasının de-fakto əhalisi 9.235.085 nəfərdir. Onlardan 4.583.484 nəfərini kişilər, 4.651.601 nəfərini isə qadınlar təşkil edir. == Etnik tərkib == == Dil == == Rayonlar və respublika tabeli şəhərlər üzrə əhali == *Qeyd: 2009-cu ildə aparılmış siyahıyaalınmaya əsasən Naxçıvan Muxtar Respublikasının ümumi əhalisinin (398,323 nəfər) 115488* nəfəri şəhər əhalisi, 282835** nəfəri isə kənd əhalisi olmuşdur Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine. == Təhsil səviyyəsi == == Miqrasiya == === Əhalinin beynəlxalq miqrasiyası === Qeyd: Ölkəyə daimi yaşamaq üçün gələnlər — immiqrant, Ölkədən daimi yaşamaq üçün gedənlər — emmiqrant hesab edilirlər. === Daimi yaşamaq üçün Azərbaycana gələn və gedənlərin ölkələr üzrə bölgüsü === === Azərbaycanda miqrantlar === 2011-ci ilin iyul ayında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun və ombudsman Elmira Süleymanovanın bildirdiyinə görə Azərbaycan Respublikasında təxminən 450 min nəfər miqrant vardır.
Balacı (Urmiya)
Balacı (fars. بالاجی‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 280 nəfər yaşayır (52 ailə).
Başqırdıstan əhalisi
Başqırdıstan əhalisi — Başqırdıstan Respublikası ərazisində yaşayan əhali. == Demoqrafiya == Ölkə əhalisinin 27 % Ufa və onun ətraf rayonlarında cəmlənmişdir (2002). Ən az məskunlaşmış bölgə Zilair rayonu (3 nəf./km²), Belores rayonu (3,7 nəf./km²) və Buryanski rayonudur (4 nəf./km²). Əhalinin ən gur məskunlaşması Ufa (37 nəf./km²), Karmaskalin rayonu (30 nəf./km²), Çişminski rayonu (29 nəf./km²) və Tuymazı rayonudur (27 nəf./km²). 2010-cu il Ümumrusiya siyahıya alınmasına görə: Şəhər əhalisi — 2 461,5 min. nəfər; Kənd əhalisi — 1 610, 6 min. nəfər; Ümumi şəhər əhalisi — 60,4 %; Ümumi kənd əhalisi — 39,6 %; Gənclərin sayı öz əvvəlki sayını qorusa da əhalinin qocalması tendesiyası baş verir. == Milli tərkib == 1926–2010-ci illər əhalinin artım dinamikası: Sayları 10 mindən çox olan etnosların bölgələr üzrə yerləşməsi. 1897-ci il siyahıya alınmasına görə. == Dilə sahib olma == Başqırdıstan əhalisinin 96,4 % (2002) rus, 25,75 % (2002) başqırd, 34 % (2002) tatar dilini bilir.