Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hansa
Hansa ("Hansa", "Hansa Musik Produktion" və ya "Hansa International") – 1964-cü ildə Peter Meysel tərəfindən Almaniyanın Berlin şəhərində yaradılan alman səsyazma studiyası. 1985-ci ildə ölkə daxilində və xaricində satışın azalması studiyaya təsir göstərmiş və BMG kompaniyası tərəfindən alınmışdı. Digər Ariola Records studiyası ilə birləşəndən sonra "BMG Berlin Musik GmbH/BMG-Ariola" firmasının tərkibinə qatılmışdı. Ardınca "Sony BMG Music Entertainment" firmasının üzvü olmuşdu. Leybllar səsyazma studiyasının xüsusi "Hansa Tonstudio" adlı yerində yazılırdı. Bu səsyazma studiyası ilə Boni M, Modern Talking, Depeche Mode, Blue System kimi musiqi qrupları, Bonni Tayler, C.C.Catch, Elton Con, Tomas Anders və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Hans
Hans — kişi adı və təxəllüs Hans Morqentau — alman əsilli amerika siyasətçisi və tarixçisi. Hans Frank — alman vəkil. Hans Hollayn — Avstriyalı memar və dizayner. Hans Friçe — Radioaparıcı, jurnalist. Hans fon Bülov — alman pianoçusu, dirijor, bəstəkar, musiqi yazıçısı. Hans Memlinq — alman mənşəli Niderland rəssamı, Hans Zimmer — Alman film-musiqi bəstəkarı və musiqi prodüseri Hans Ersted – Danimarka fiziki. Hans Olsen (velosipedçi) — Danimarkalı keçmiş peşəkar velosiped yarışçısı. Hans adası — Nares boğazının tərtkib hissəsinə daxil olan Kennedi boğazında yerləşən elədə böyük olmayan ada Hans Ferdinand Helmolt — alman əsilli tarixçi və publisist. Hans Ayzenk — ingilis psixoloqu. Hans Bronzart von Şellendorf — Alman pianoçu və bəstəkar.
Hansa Records
Hansa ("Hansa", "Hansa Musik Produktion" və ya "Hansa International") – 1964-cü ildə Peter Meysel tərəfindən Almaniyanın Berlin şəhərində yaradılan alman səsyazma studiyası. 1985-ci ildə ölkə daxilində və xaricində satışın azalması studiyaya təsir göstərmiş və BMG kompaniyası tərəfindən alınmışdı. Digər Ariola Records studiyası ilə birləşəndən sonra "BMG Berlin Musik GmbH/BMG-Ariola" firmasının tərkibinə qatılmışdı. Ardınca "Sony BMG Music Entertainment" firmasının üzvü olmuşdu. Leybllar səsyazma studiyasının xüsusi "Hansa Tonstudio" adlı yerində yazılırdı. Bu səsyazma studiyası ilə Boni M, Modern Talking, Depeche Mode, Blue System kimi musiqi qrupları, Bonni Tayler, C.C.Catch, Elton Con, Tomas Anders və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Hans Ayzenk
Hans Ayzenk (4 mart 1916[…], Berlin – 4 sentyabr 1997[…], London) – alman əsilli ingilis psixoloq. Psixologiya sahəsində bir çox fərqli mövzularda çalışsa da, ən məşhur araşdırmaları zəka və şəxsiyyət mövzusundadır. O, şəxsiyyətin faktor nəzəriyyəsinin yaradıcısı, məşhur intellekt və temperament testinin müəllifidir.
Hans Burqkmayr
Hans Burqkmayr (1.1.ilə 10.5. arası, 1473, Auqsburq – may ilə avqust arası, 1531, Auqsburq) — alman boyakarı və qrafiki. == Həyatı == Atası rəssam Toman Burqkmayrdan (1444–1523), Kolmarda M. Şonqauerdən (1488–89); Auqsburqda ehtimal ki, Böyük H. Holbeyndən (təqr. 1492) dərs almışdır. 1498-ci ildən Auqsburqda boyakarlar gildiyası ustası olmuşdur. Müq. Yekaterina monastırının sifarişi ilə Roma bazilikalarına həsr olunmuş silsilə tablolar ("Müq. Pyotr bazilikası", 1501 və s., Dövlət qalereyası, Auqsburq) çəkmişdir (Böyük Holbeynlə birlikdə). == Fəaliyyəti == Rəssam bir neçə dəfə İtaliyada, əsasən, Milan və Venesiyada olmuşdur (təqr. 1495 və 1506–07).
Hans Ersted
Hans Ersted (danimarkaca: Hans Christian Ørsted; 14 avqust 1777 − 9 mart 1851) – Danimarka fiziki. O, elektrik və maqnit hadisələri arasında qarşılıqlı əlaqəni müəyyən etmişdir. Ersted elektrik cərəyanının maqnit təsirini müəyyən etməklə, praktik elektrodinamikanın əsasını qoymuşdur. == Mənbə == Fizika 9. § 2.1. Elektrik cərəyanı. Maqnit sahəsini mənşəyi. səh. 10.
Hans Fişer
Hans Fişer (alm. Hans Fischer;‎ 27 iyul 1881[…], Frankfurt-Mayn, Prussiya – 31 mart 1945[…], Münhen) – 1930-cu ildə "Hemin və xlorofilin tərkibi ilə əlaqəli tədqiqatlarına və xüsusilə heminin sintezinə görə" Kimya üzrə Nobel mükafatı laureatı olmuş almaniyalı üzvi kimyaçı. == Həyatı == === Erkən həyatı === Fişer 1881-ci ildə Frankfurtda anadan olub. Ştutqartda ibtidai məktəbi bitirdikdən sonra orta təhsilini Visbadendəki Humanitar Gimnaziyada aldı. Əvvəlcə Lozanna Universitetində, sonra Marburq Universitetində kimya və tibb üzrə təhsil aldı. 1904-cü ildə kimya ixtisasından məzun oldu, 1908-ci ildə isə tibb üzrə doktorluq dərəcəsi aldı. === Kariyerası === Əvvəlcə Münhendəki Tibb Klinikasında, daha sonra Emil Fişerin rəhbərliyi altında Birinci Berlin Kimya İnstitutunda çalışdı. 1911-ci ildə yenidən Münhenə qayıtdı. 1913-cü ildə Münhendəki Fizioloji İnstitutda fiziologiya üzrə lektor olaraq işə başladı. 1916-cı ildə İnsbruk Universitetində Tibbi Kimya professoru oldu və 1918-ci ildə Vyana Universitetinə getdi.
Hans Frank
Hans Frank (alm. Hans Frank‎; 23 may 1900[…], Karlsrue – 16 oktyabr 1946[…]) — 1920–1930-cu illərdə Nasional Sosialist Alman Fəhlə Partiyası üçün fəaliyyət göstərmiş alman vəkil.
Hans Friçe
Hans Friçe (alm. August Franz Anton Hans Fritzsche‎; 21 aprel 1900, Boxum, Prussiya – 27 sentyabr 1953[…], Köln, Şimali Reyn-Vestfaliya) - Üçüncü Reyxdə Daxili mətbuat xidmətinin rəisi (1938–1942); Xalq Maarif və Təbliğat Nazirliyinin radio verilişləri şöbəsinin rəisi (1942–1945). Radioaparıcı, jurnalist.
Hans Geyger
Hans Vilhelm Geyger (30 sentyabr 1882[…], Noyştadt-an-der-Vaynştrase[d] – 24 sentyabr 1945[…], Potsdam, İşğal Almaniyası) — alman fiziki, Berlin Elmlər Akademiyasının üzvü. Erlangen, Münhen və Mançester universitetlərində təhsil almışdır. Ernest Rezerfordun şagirdi olub. 1908-ci ildə elektronun yükünü ölçmüş və Rezerfordla birlikdə ayrı-ayrı yüklü zərrəcikləri qeyd edən cihaz ixtira etmişdir. 1909–10-cu illərdə Rezerfordun rəhbərliyi ilə metal folqada alfa-zərrəciklərin səpilməsini tədqiq etmiş və onların bir hissəsinin 90° bucaqdan artıq meyilini təyin etmişdir. Bu fakt Rezerfordun atom nüvəsini kəşf etməsində mühüm rol oynamışdır.
Hans Hollyayn
Hans Hollyayn (30 mart 1930, Vyana) - Avstriyalı memar və dizayner. == Həyatı == Hans Hollyayn 1956-cı ildə Vyananın Gözəl Sənətlər Akademiyasından məzun olduqdan sonra 1959-cu ildə İllinoys Texnik İnstitutunda, 1960-cı ildə Kaliforniya Universitetində təhsil aldı. 1964-cü ildə Vyanaya dönənə qədər İsveç və ABŞ-nin müxtəlif şirkətlərində işlədi.1963-1964 illəri arasında ABŞ-nin Sent-Luis şəhərinin Vaşinqton Universitetində qonaq professor kimi dərs verdi.1967-1976-ci illəri arasında da Düsseldorf şəhərində Gözəl Sənətlər Akademiyasında dərs verən Hans Hollyayn 1976-cı ildən Avstriyanın Vyana şəhərindəki Tətbiqi İncəsənət Universitetində dərs verməyə davam edir.1985-ci ildə Pritsker mükafatını qazanmışdır.
Hans Kalm
Hans Kalm (21 aprel 1889 – 1 fevral 1981, Yüvəskülə) - Rusiya imperiyası, Finlandiya və Estoniya ordularında xidmət etmiş eston əsgər. == Birinci Dünya müharibəsi və Finlandiya vətəndaş müharibəsi == Kalm Vilyandimaanın Kotsama kəndində fermer ailəsində dünyaya göz açmışdır. Onun soyadı fin-uqor dilində "ölüm" mənasına gələn "kalma" sözündən gəlir. Ailə əfsanəsinə görə, Kalmın ulu babalarından biri Qara ölümdən qaçmaq üçün sahildən çox uzaqda qəbristanlıq kimi istifadə olunan adada gizlənmiş və bu səbəbdən sadını dəyişdirmişdir. Kalm 1914-cü ildə Rusiya İmperiya Ordusuna yazılmışdır və Birinci Dünya müharibəsində Riqa körfəzində döyüşmüşdür. 1917 Rusiya inqilabından sonra o, Finlandiyaya qaçdı və Ağ Qaravullara qoşuldu. Kalm 1918-ci ildə Finlandiya vətəndaş müharibəsində Ahtari və Evodan iki parkı qoruyan keşikçilərdən ibarət, çoxusu da tələbə olan batalyona rəhbərlik etmişdir.Kalmın batalyonunun mart ayında Kuhmoynen bələdəyyəsinə bağlı Harmoynen kəndindəki Qırmızı Qaravulların sanatoriyasına hücum edərək, 11 yaralı əskəri və 2 tibb bacısını öldürməsi onları məşhurlaşdırdı. Lahti döyüşündən sonra onun batalyonu Hennala düşərgəsinə nəzarət etməyə başladı. May ayında qısa bir müddət ərzində 200-ü qadın döyüşçü olmaqla, 500 Qırmızı məhkum edam edildi. Öldürülənlərin ən gəncinin 14 yaşı var idi.
Hans Krebs
Hans Krebs (4 mart 1898 – 1 may 1945 və ya 2 may 1945, Berlin) — faşist Almaniyasının generalı. == Həyatı == Hans Krebs 1898-ci ildə Almaniyanın Xelmştedt şəhərində anadan olub. Qərargah işləri üzrə ən yaxşı mütəxəssislərdən biri sayılan Hans Krebs əvvəlcə 9-cu oddunun qərargah rəisi, daha sonra isə Almaniya silahlı qüvvələrinin mərkəzi ordusunun qərargah rəisi vəzifələrinə təyin edilib.
Hans Memling
Hans Memlinq (alm. Hans Memling‎, nid. Jan van Mimmelynghe, lat. Johannes Memmelinc və ya Memlinc) - alman mənşəli Niderland rəssamı, XV əsrin ikinci yarısında Flandriyada ən əhəmiyyətli rəssamlardan biri. Son qotik rəsm ənənəsini davam etdirən Memlinq, əsasən mənəvi mövzularda şəkil çəkmişdir. == Həyatı == Hans Memlinq Zelingeştadtda anadan olmuşdur. Memlinq adı, ehtimal ki, Bavariyada Aşaffenburq yaxınlığındakı Memlinqen kəndinin adından götürülmüşdür. Hans Memlinqin atası ehtimal edilir ki, 1451-ci ildə Zelingeştadtda vəfat etmişdir. Memlinqin gənclik illəri haqqında məlumat azdır. Onun Kölndə bir sənətkar kimi formalaşmasında Ştefan Loxnerin təsiri izlənilir.
Hans Memlinq
Hans Memlinq (alm. Hans Memling‎, nid. Jan van Mimmelynghe, lat. Johannes Memmelinc və ya Memlinc) - alman mənşəli Niderland rəssamı, XV əsrin ikinci yarısında Flandriyada ən əhəmiyyətli rəssamlardan biri. Son qotik rəsm ənənəsini davam etdirən Memlinq, əsasən mənəvi mövzularda şəkil çəkmişdir. == Həyatı == Hans Memlinq Zelingeştadtda anadan olmuşdur. Memlinq adı, ehtimal ki, Bavariyada Aşaffenburq yaxınlığındakı Memlinqen kəndinin adından götürülmüşdür. Hans Memlinqin atası ehtimal edilir ki, 1451-ci ildə Zelingeştadtda vəfat etmişdir. Memlinqin gənclik illəri haqqında məlumat azdır. Onun Kölndə bir sənətkar kimi formalaşmasında Ştefan Loxnerin təsiri izlənilir.
Hans Morqentau
Hans İoaxim Morgentau (17 fevral 1904, Koburq – 19 iyul 1980, Nyu-York, Nyu-York ştatı) — alman əsilli amerika siyasətçisi və tarixçisi. == Həyatı == Hans Morgentau təhsilini Berlin, Frankfurt və Münhen Universitetlərində almış və bir müddət Almaniyanın hüquq sistemində çalışmışdır. 1932-ci ildə hüquqdan bir illik mühazirələr oxumaq üçün Cenevrəyə gedən Morgentau Almaniyada Hitlerin hakimiyyətə gəlməsi səbəbindən vətəninə geri qayıda bilməmiş, Cenevrədə qalmağa məcbur olmuşdur. 1935–1936-cı illərdə Madriddə dərs deyən Morgentau 1937-ci ildə Birləşmiş Ştatlara köçmüş və 1943-cü ildə naturalizasiya olmuşdur. Morgentau ABŞ-də Bruklin kollecində, Missuri və Çikaqo Universitetlərində və digər ali təhsil müəssisələrində dərs demişdir. 1948-ci ildə Morgentau indi Beynəlxalq münasibətlər nəzəriyyəsində klassika hesab edilən Beynəlxalq Siyasət kitabını çap etdirmişdir. Bu kitab BM nəzəriyyəsində Siyasi realizmin əsasını qoymuşdur.
Hans Morqento
Hans İoaxim Morgentau (17 fevral 1904, Koburq – 19 iyul 1980, Nyu-York, Nyu-York ştatı) — alman əsilli amerika siyasətçisi və tarixçisi. == Həyatı == Hans Morgentau təhsilini Berlin, Frankfurt və Münhen Universitetlərində almış və bir müddət Almaniyanın hüquq sistemində çalışmışdır. 1932-ci ildə hüquqdan bir illik mühazirələr oxumaq üçün Cenevrəyə gedən Morgentau Almaniyada Hitlerin hakimiyyətə gəlməsi səbəbindən vətəninə geri qayıda bilməmiş, Cenevrədə qalmağa məcbur olmuşdur. 1935–1936-cı illərdə Madriddə dərs deyən Morgentau 1937-ci ildə Birləşmiş Ştatlara köçmüş və 1943-cü ildə naturalizasiya olmuşdur. Morgentau ABŞ-də Bruklin kollecində, Missuri və Çikaqo Universitetlərində və digər ali təhsil müəssisələrində dərs demişdir. 1948-ci ildə Morgentau indi Beynəlxalq münasibətlər nəzəriyyəsində klassika hesab edilən Beynəlxalq Siyasət kitabını çap etdirmişdir. Bu kitab BM nəzəriyyəsində Siyasi realizmin əsasını qoymuşdur.
Hans Onrud
Hans Onrud (norv. Hans Aanrud; 3 sentyabr 1863 – 11 yanvar 1953, Oslo) — Norveç nasiri, dramaturqu, teatrşünas və ədəbiyyatşünası. == Həyatı == Hans Onrud 3 sentyabr 1863-cü ildə Norveçdə, kəndli ailəsində anadan olmuşdur. O, məktəbi bitirdikdən sonra hüquq fakültəsini oxumağa qərar vermiş, lakin universitetdə filologiya ilə maraqlanmışdır. Onrud 1890-cı ildən bir neçə qəzetdə ədəbiyyat və teatr tənqidçisi kimi işləmişdir. O, müəllim kimi də çalışmışdır. Onrud 1899–1900-cü illərdə Bergendə yerləşən "Den Nationale Scene"nin direktoru olmuşdur. Bergendə gələcək həyat yoldaşı Vilhelmina Skoldager ilə tanış olan Onrudun iki qızı olmuşdur. Onlar 1929-cu ilə qədər "Byrud" fermasında yaşayıblar.Onrud 1953-cü ildə, 89 yaşında vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Аанруд // Литературная энциклопедия : в 11 т.
Hans Redlix
Hans Redlix (alm. Hans Ferdinand Redlich‎; 11 fevral 1903, Vyana, Avstriya-Macarıstan İmperiyası, indiki Avstriya — 27 noyabr 1968, Mançester, Böyük Britaniya) — Avstriyalı bəstəkar, dirijor, musiqişünas və pedaqoq. == Həyatı == 1931-ci ildə Frankfurt Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1924—1925-ci illərdə Berlin, 1925—1929-ci illərdə Mayns, daha sonra Manhaymda dirijor kimi çalışmışdır. Faşistlərin hakimiyyətə gəlməsindən sonra mühacirət etməyə məcbur olmuşdur. 1937-ci ildə Böyük Britaniyada daimi yaşamağa başlamışdır. BBC-də dirijor kimi işləmişdir, Kembric (1942—1949), Birminhem (1949—1955), Edinburq (1949—1955) və Mançester kimi Britaniya universitetlərində dərs demişdir. Bir sıra musiqi ensiklopediyaları və lüğətləri üçün məqalələr yazmışdır. Hendelin əsərlərinin Tam toplusunun nəşrin hazırlanmasında iştirak etmişdir. Qustav Maler, Klaudio Monteverdi, Rixard Vaqner, Anton Brukner və Alban Berq haqqında monoqrafiyalar yazmışdır.
Hans Tevissen
Hans Tevissen (ing. Hans Thewissen, J. G. M. Thewissen; 1959) — ABŞ-nin Ohayo ştatının Şimal-Şərq Universitetinin tibb kollecinin anatomiya elmləri üzrə professoru. Balinakimilərin meydana gəlməsi və təkamülü üzrə aparıcı mütəxəssilərdən biri. == Təhsili və elmi dərəcələri == Hans Tevissen 1981-ci ildə Utrext universitetində bakalavr dərəcəsinə, 1984-cü ildə Utrext universitetində elmlər magistri və 1989-cu ildə Miçiqan ştatında yerləşən universitetdə fəlsəfə doktoru (paleontologiya) elmi dərəcələrinə yiyələnmişdir. == Elmi maraqları == Hans Tevissenin əsas tədqiqatları məməlilərin təkamülü prosesində filogenez, ontogenez, ətraf mühitə təsir, həmçinin bu məsələlərin tədqiqi zamanı paleontologiyanın, anatomiyanın və embriologiyanın tətbiqi də daxil olmaqla morfoloji dəyişikliklərlə bağlı kompleks məsələlərə həsr edilmişdir. Xüsusi maraq sahələri: Uçan yarasaların uçuş xüsusiyyətlərinin meydana gəlməsi Balinakimilərin meydana gəlməsi və təkamülü Balinakimilərdə eşitmə, tarazlıq və hərəkət orqanlarının yaranması və inkişafı == Elmi işləri == === Monoqrafiyaları === The emergence of whales: evolutionary patterns in the origin of Cetacea / J. G. M. Thewissen. — Springer, 1998. — 477 p. — (Advances in vertebrate paleobiology). — ISBN 0306458535, 9780306458538] W. F. Perrin, Bernd G. Würsig, J. G. M. Thewissen.
Hans Vaihinger
Hans Vaihinger (25 sentyabr 1852[…] – 18 dekabr 1933, Halle, Prussiya[d]) — alman idealist filosofu, neokantçılığın nümayəndəsi. 1883-cü ildən Strasburq, 1906-cı ildən Halle universitetlərinin professoru olub. "Kantın "Xalis zəkanın tənqidi"nin şərhləri" əsərinin müəllifi, "Kant – Studien" jurnalının və Kant cəmiyyətinin təsisçisidir. Əsas əsəri "Sanki fəlsəfəsi"ndə başlıca dünyagörüşü ideyalarından onların obyektləri "sanki" realdır kimi istifadə olunmasını təklif edən Kantın təsirilə fiksionalizm, yaxud "tənqidi pozitivizm" konsepsiyasını inkişaf etdirmişdir. Elmi və fəlsəfi anlayışlara yalnız praktiki əhəmiyyətə malik fiksiyalar kimi yanaşan alim gerçəkliyin "əslində olduğu kimi" dərkinin qeyri-mümkünlüyü haqqında aqnostik nəticələrə gəlmiş və duyğuları idrak üçün son əlçatan mövcudluq kimi qəbul etmişdir.
Hans Zimmer
Hans Florian Simmer (12 sentyabr 1957[…], Frankfurt-Mayn, Hessen) — Alman film-musiqi bəstəkarı və musiqi prodüseri. O, 1980-ci ildən bəri 150-dən çox film üçün musiqilər bəstələmişdir. Onun əsərlərinə Ən yaxşı musiqiyə görə Oskar mükafatını qazandırmış Kral Şir və bundan başqa Ulduzlararası, Qladiator, Başlanğıc (film, 2010) və Qara cəngavər trilogiyası daxildir. Zimmer karyerasının ilkin mərhələsində Birləşmiş Krallıqda fəaliyyət göstərmiş və sonradan Amerika Birləşmiş Ştatlarına . O, DreamWorks Pictures-də film-musiqi bölməsinin rəhbəridir və öz qurduğu əvvəllər Media Ventures kimi tanınan Remote Control Productions şirkəti vasitəsilə digər bəstəkarlarla əməkdaşlıq edir. Studiyası Kaliforniyanın Santa Monika şəhərində yerləşir və film musiqilərinin ilkin versiyasının qısa zamanda hazırlanması üçün geniş kömpüter texnologiyası ilə təchiz olunmuşdur. Zimmerin əsərləri başlıca olaraq elektronik musiqi səslərini ənənəvi orkestr tərtibatları ilə bütünləşdirməsi ilə fərqlənir. O, dörd Qremmi mükafatı, üç Klassik Brit Mükafatları (ing. Classic Brit Awards), iki Qızıl qlobus mükafatı və bir Oskar mükafatı almışdır. Hans Zimmer The Daily Telegraph tərəfindən yayımlanan Yaşayan 100 Dahi siyahısına salınmışdır.
Hans adası
Hans adası (qren. Tartupaluk; dan. Hans Ø; ing. Hans Island) — Nares boğazının tərtkib hissəsinə daxil olan Kennedi boğazında yerləşən elədə böyük olmayan ada. Adanın uzunluğu 1290 m, eni — 1199 metr təşkil edir. Sahəsi 1,3 km²-dir. Hans adası Kennedi boğazında yerləşən ən balaca adadır. Bu hissədə boğazın eni 35 km-dir. Ada Danimarka və Kanadanın ərazi sularında yerləşir. Görünən odur ki, ada XIV əsrdən İnuitlərin ov yeri olmuşdur.
Hans Şlegel
Hans Şlegel (alm. Hans Wilhelm Schlegel‎; 3 avqust 1951) — alman fiziki və astronavtı, Avropa Kosmik Agentliyinin kosmonavtı.
Hans Lox
Hans Lox (alm. Hans Loch‎;2 noyabr 1898, Köln, Prussiya – 13 iyul 1960, Şərqi Berlin) — Almaniya Liberal Demokrat Partiyasının sədri və ADR-in maliyyə naziri. == Həyatı == Hans Lox çilingər oğludur. 1917-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılır. 1918-1923-cü illərdə Köln və Bonn universitetlərində hüquq təhsili alıb. 1923-cü ildə doktorluq dissertasiyasını müdafiə etdi, sonra vergi sindikatı kimi təhsil aldı. 1936-cı ildə Hollandiyaya mühacirət edib 1938-ci ildə Almaniyaya qayıdıb və 1939-1945-ci illərdə Vermaxtda hərbi xidmətdə olub. Müharibədən sonra Lox əvvəlcə kənd təsərrüfatında çalışdı, sonra Türingiya əyalətinin hüquq xidmətinə girdi. 1945-ci ildə Qota vilayətində LDPG-nin qurucularından biri, 1947-ci ildə partiyanın mərkəzi idarəsi yanında bələdiyyə siyasət komitəsinin sədri seçilib, 1949-cu ildə partiya sədrinin müavini, 1951-ci ilin iyulunda o, Karl Hamannla birlikdə partiyanın həmsədri oldu, həbs olunduqdan sonra isə təkcə 1952-ci ilin sonundan partiyaya rəhbərlik etdi. 1946-1948-ci illərdə Lox Qota şəhərinin meri olub, sonra 1949-cu ildə Türingiyanın ədliyyə naziri təyin edilib.
Hans Kristian Hansen
Hans Kristian Hansen (8 noyabr 1906[…], Orhus, Mərkəzi Yutlandiya[d] – 19 fevral 1960[…], Kopenhagen) — Danimarka dövlət və siyasi xadimi. == Həyatı == Əmək fəaliyyətinə mətbəə fəhləsi kimi başlamışdır. Gənc yaşlarından Danimarka Sosial-Demokrat hərəkatına qoşulmuşdur. 1935-1939-cu illərdə Sosialist Gənclər İnternasionalının sədri olmuşdur. 1936-cı ildən Danimarka Sosial-Demokrat Partiyasından (DSDP) parlament deputatı olmuşdur. 1939-41, 1945-1953-cü illərdə Danimarka Sosial-Demokrat partiyasının katibi olmuşdur. İkinci Dünya müharibəsi dövründə Müqavimət hərəkatında fəal iştirak etmişdir. 1945-ci ildə və 1947-1950-ci illərdə Danimarka maliyyə naziri işləmişdir, bir ay müddətində ticarət naziri olmuşdur. 1953-cü ildə xarici işlər naziri təyin edilmiş və 1958-ci ilədək bu vəzifədə işləmişdir. 1955-60-cı illərdə isə Danimarkanın baş naziri olmuşdur, eyni zamanda DSDP-nin sədri idi.