HANG

hang1

n 1. görünüş, tövr, cür. asılma / oturma tərzi; 2. d.d. məna, ümumi məna, xüsusiyyət; 3. eniş, yamac, meyl, dağın döşü;

◊ to get the ~ of smb. 1) bir kəsi anlamaq / yaxşıca tanımaq; 2) məc. dişə vurmaq, sınayıb bələd olmaq

hang2

v I (pt, pp hung) 1. asmaq, sərmək (paltarı), sallatmaq; to ~ one’s hat / coat on a peg papağını / paltosunu asılqandan asmaq; 2. asılmaq, sallanmaq; 3. təhlükə altına almaq, hədələmək, məc. başının üstünü almaq; 4. gen olmaq, yellənmək; to ~ loose sallanmaq, yellənmək; 5. süzmək (havada), havadan asılmaq; 6. qayırmaq, bərkitmək, yapışdırmaq; to ~ wall paper divar kağızı yapışdırmaq; to ~ a door qapı asmaq / salmaq; 7. oturmaq, durmaq (paltar haq.); I don’t like the way her coat hangs Onun paltosunun durmasından mənim xoşum gəlmir; to ~ about 1) dövrələmək, dövrəyə / araya almaq, toplaşmaq; 2) boş-boş gəzmək, avaralanmaq, veyllənmək, küçələri ölçmək, sülənmək; 3) qorxusu / təhlükəsi olmaq; 4) məc. qorxu / təhlükə yaratmaq; to ~ back / behind 1) həvəsi olmamaq; 2) geri / dala qalmaq; 3) cürət etməmək, qorxaqlıq göstərmək; to ~ down sallanmaq; to ~ on 1) söykənmək, dirənmək; yapışmaq, tutmaq, tutub durmaq; 2) inadla davam etdirmək, sadiq qalmaq; to ~ out 1) çıxarmaq; 2) asmaq; to ~ out a flag bayraq asmaq; to ~ together 1) bir-birinə dayaq olmaq, birlikdə olmaq, sadiq / sədaqətli / vəfalı olmaq; to ~ up 1) asmaq (asılqandan və s.); 2) süründürməyə salmaq, uzatmaq;

◊ to ~ by a thread, to ~ by a (single) hair tükdən asılı olmaq; to ~ in doubt şübhə içində olmaq / boğulmaq; to ~ on smb.’s sleeve bir kəsdən asılı olmaq; to ~ upon smb.’s lips / words bir kəsə çox diqqətlə qulaq asmaq; to ~ up one’s sword / gun əl çəkmək (bir işdən), buraxmaq, tərgitmək, daşını atmaq; to ~ up one’s hat köç salmaq, uzun müddət qalmaq; to ~ heavy dabanından daş asılmaq, uzanmaq, asta-asta getmək (vaxt haq.); to ~ on / by the eyelids 1) itikdən asılı olmaq; çox ümidsiz olmaq; 2) yarımçıq qalmaq; to ~ on by one’s eyelashes / one’s eyebrows 1) təkidlə tələb etmək; 2) fəlakət / ölüm qarşısında olmaq

v II (pt, pp hanged) asmaq, edam etmək; to ~ smb. for murder bir kəsi qətlə görə edam etmək / asmaq; to ~ by the neck boğazından asaraq edam etmək;

◊ As well be hanged for a sheep as for a lamb ≅ Ölmək ölməkdir, xırıldamaq nə deməkdir

HANDY-MAN
HANG-MAN
OBASTAN VİKİ
Hang
Hang — ilk dəfə 2001-ci ildə İsveçrədə yaranan musiqi aləti. "Hipnotik bir çalğı" olaraq xarakterizə edilən Hang, Bern dilində "əl" mənasını verməkdədir. Hangı iki İsveçrə vətəndaşı, Sabina Schärer ilə Felix Rohner, dünyanın fərqli bölgələrində gerçəkləşdirdikləri uzun araşdırma ve incələmələrdən sonra bir zərb musiqi aləti olaraq yaratmışlar. Tamamilə poladdan hazırlanan Hang, qucağa yerləşdirilib, əl və barmaqlar vasitəsi ilə çalınır. İdiofon'lar qrupuna girən alətin, arfa, gong və harmonik tembrləri xatırladan bir səsi vardır. Səthində olan kiçik çuxurlara vurularaq vibrasiya vasitəsilə fərqli səslər və notlar əldə edilir. Yaradıcıları, 2001-2005-ci illər arasında 45ə qədər fərqli model yaratmışlar, lakin, çalma mövzusunda hələ oturmuş bir qayda və üsula sahib olmayan Hang üçün, İndoneziya və Cənubi Hindistana qədər uzanan bir araşdırma edilmişdir.
Google Hangouts
Google Hangouts Google tərəfindən hazırlanmış bir rabitə proqramdır. Əvvəlcə Google+-ın bir xüsusiyyəti olan Hangouts 2013-cü ildə Google da Google+ Messenger və Google Talk funksiyalarını Hangouts-a birləşdirməyə başladıqda müstəqil məhsul oldu. 2017-ci ildə Google, Hangoutsı müəssisə əlaqəsinə yönəlmiş bir məhsul halına gətirməyə başladı. Hangouts indi G Suite məhsullar xəttinin bir hissəsidir və iki əsas məhsuldan ibarətdir: Google Meet və Google Chat. Google, eyni zamanda, Hangouts'ın "gələcəyi" olaraq yaradıldığını ifadə edərək, Google Sound, özünün IP telefoniya məhsulu olan xüsusiyyətlərini Hangoutsa birləşdirməyə başladı. Google istifadəçilərlə görüşməyə və söhbətə 2020-ci ilin iyununda keçməyi planlaşdırır, lakin Google Meet pulsuz olduqdan sonra bəzi fərziyyələr qaldıraraq klassik Hangouts'ın istehlakçı versiyasını dəstəkləməyə davam edəcəkdir.
Hangouts Meet
Google Meet (əvvəllər Hangouts Meet kimi tanınırdı) — Google tərəfindən təqdim edilən video-rabitə xidmətidir. 2 tətbiqi proqram- Google Hangouts və Google Chat proqramlarının əvəzləyicisi kimi bazara daxil olmuşdur. == Tarix == 2017-ci ilin fevral ayında iOS üçün tərtib olunmuş proqram yalnız dəvət əsasında çalışsa da, həmin ilin mart ayından etibarən proqram rəsmi olaraq fəaliyyətə başladı. Xidmət Hangoutsun korporativ dostu kimi, 30-a qədər iştirakçının qatıla biləcəyi video-konfrans proqramı kimi təqdim edildi. Bazara Android, iOS və veb tətbiq versiyaları ilə daxil oldu. Şirkət Google Meet proqramını orijinal Hangouts proqramının bir üst versiyası kimi yüksək xüsusiyyətlər ilə birlikdə təqdim edərkən, iştirakçılarla görüntülü və eyni zamanda söhbət etmək də daxil olmaqla bəzi standart Hangouts xüsusiyyətlərini ləğv etdi. Bir dəfəyə icazə verilən video yayımların sayı 8-ə endirildi (pilitə rejimində ən çox 4 yayım göstərilə bilər) və yayımlarda üstünlük mikrafonlarını ən son istifadə edən şəxsə verildi — nnlayn görüşlərdə mikrafon ilə danışan iştirakçi görüşdə ön plana çıxarıldı. Bundan əlavə çat qutusu kimi özəlliklər video yayımlara sığacaq şəkildə yenidən ölçüləndirmək yerinə elə birbaşa video yayımların üzərində göstəriləcək şəkildə dəyişdirildi. 2020-ci il covid-19 pandemiyası səbəbi ilə həmin ilin yanvar və aprel ayları arasında Google Meet istifadəsi 30 dəfə artdı. Həmin ilin aprel ayının son həftəsi etibarı ilə Zoom gündəlik 200 milyon, Google Meet isə 100 milyon istifadəçi girişinə çata bildi.
Hangul
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır.