Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Böyük Hanşin zəlzələsi
Böyük Hanşin zəlzələsi — 17 yanvar 1995-ci ildə, saat 5:46-da, Rixter şkalası üzrə 7.3 bal gücündə Yaponiyada baş vermiş zəlzələ. Kobenin evləri, on minlərlə ev məhv olmuş yolları və körpüləri dağılmış, şəhərin iqtisadiyyatına böyük zərbə vurmuşdur. Zəlzələ və sonrakı yanğınlar daha çox 212.443 binaların məhvinə səbəb olmuş və 5000 nəfərdən çox insan həlak olmuşdur. Kobe, zəlzələdən sonra, demək olar ki, yenidən tikilmişdir. Yaponiyada zəlzələ Böyük Hanshin Zəlzələsi kimi tanınır.
Simona Hankin
Simona Hankin (d. 28 fevral 1973) — Avstraliyanı təmsil edən su poloçusu. Simona Hankin, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Simona Hankin, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Hanlin Akademiyası
Hanlin Akademiyası (çin. 翰林院) ― VIII əsrdə Tan sülaləsinin imperatoru Hsüançunq tərəfindən Çanqanda qurulmuş akademik və inzibati ali təhsil müəssisəsi idi. Akademiyaya üzvlük saray üçün katiblik vəzifələri yerinə yetirən elit bir qrup alimlə məhdudlaşırdı. Onun əsas vəzifələrindən biri Çin klassiklərinin təfsirinə qərar vermək idi. Bu, hökumət bürokratlarının daha yüksək səviyyəli dövlət vəzifələrinə çatmaq üçün keçməli olduğu imperiya imtahanlarının əsasını təşkil etdi. Sarayda işləyən rəssamlar da akademiyanın üzvü idi. Min sülaləsi dövründə, 1407-ci ildə akademiya nəzdində Tərcüməçilər Bürosu yaradılmışdı. Bu büroda tunqus, monqol, koreya, ryükyü, yapon, tibet, fars, Vyetnam, Myanmar dillərini öyrənən şöbələr təşkil edilmişdi. Daha sonra bu büroya Qədim Uyğur dili və Sanskrit şöbələri də əlavə edildi. 1511 və 1579-cu illərdə Lao və Tay dilləri əlavə edildi.
Hans Kristian Hansen
Hans Kristian Hansen (8 noyabr 1906[…], Orhus, Mərkəzi Yutlandiya[d] – 19 fevral 1960[…], Kopenhagen) — Danimarka dövlət və siyasi xadimi. == Həyatı == Əmək fəaliyyətinə mətbəə fəhləsi kimi başlamışdır. Gənc yaşlarından Danimarka Sosial-Demokrat hərəkatına qoşulmuşdur. 1935-1939-cu illərdə Sosialist Gənclər İnternasionalının sədri olmuşdur. 1936-cı ildən Danimarka Sosial-Demokrat Partiyasından (DSDP) parlament deputatı olmuşdur. 1939-41, 1945-1953-cü illərdə Danimarka Sosial-Demokrat partiyasının katibi olmuşdur. İkinci Dünya müharibəsi dövründə Müqavimət hərəkatında fəal iştirak etmişdir. 1945-ci ildə və 1947-1950-ci illərdə Danimarka maliyyə naziri işləmişdir, bir ay müddətində ticarət naziri olmuşdur. 1953-cü ildə xarici işlər naziri təyin edilmiş və 1958-ci ilədək bu vəzifədə işləmişdir. 1955-60-cı illərdə isə Danimarkanın baş naziri olmuşdur, eyni zamanda DSDP-nin sədri idi.
Lars Piter Hansen
Lars Piter Hansen (ing. Lars Peter Hansen; 26 oktyabr 1952) — amerikalı iqtisadçı. 2013-cü ildə aktiv varlıq qiymətlərinin emprik analizi mövzusundakı tədqiqatlarına görə Robert Şiller və Eqini Fema ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Xarici keçidlər == Lars Piter Hansenin saytı Lars Piter Hansen haqqında faktlar. Lars Piter Hansenin şəkilləri. Lars Piter Hansenin müsahibəsi. Lars Piter Hansenin İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı.
Skott-Hansen adaları
Skott-Hansen adaları — Kara dənizində yerləşən arxipelaq. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir. Qrupa daxil adalar tundra bitkiləri ilə örtülmüşdür. Mixaylov yarımadasından 20 km aralıda yerləşir. Qərbdə yerləşən ada nisbətən iridir. Ada 3 km uzunluğa malikdir. Adaların ayrılıqda adları yoxdur. Adaların ətrafları ilin qış mövsümü dönəmində buzla örtülü olur. Skott-Hansen adaları Böyük Arktik qoruğu ərazisinə daxildir. Adalar hərbi-dəniz donanmasının leytenantı Skott-Hansenin şərəfinə adlandırılmışdır.
Karl Emil Hansen Ostenfeld
Karl Emil Hansen Ostenfeld (dan. Carl Emil Hansen Ostenfeld; 3 avqust 1873 – 16 yanvar 1931, Kopenhagen) — Danimarka botaniki, mikoloqu, alqoloqu. == Şərəfinə adlandırılmış taksonlar == Ostenfeldiella Ferd. & Winge, 1914 (=Plasmodiophora) Euphrasia ostenfeldii (Pugsley) Yeo, 1971 Hieracium ostenfeldii Dahlst., 1903 Posidonia ostenfeldii Hartog, 1970 Taraxacum ostenfeldii Raunk., 1906 == Ədəbiyyat == Paulsen, Ove, 1931. C.H. Ostenfeld. Botanisk Tidsskrift, bd. 41. Nelson, E. Charles & Mary J. P. Scannell, 1978. C.E.H. Ostenfeld's Western Australian plants in the Herbarium, National Botanic Gardens, Glasnevin. Glasra 2: 1–24.
Hasin-i Büzürg (Maku)
Hasin-i Büzürg (fars. حاسين بزرگ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 219 nəfər yaşayır (49 ailə).
Hasin-i Kiçik (Maku)
Hasin-i Kiçik (fars. حاسين كوچك‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 204 nəfər yaşayır (33 ailə).
Ansion
Ansion — "Ulduz müharibələri" kainatında uydurma planet. Obi-Van Kenobi və Anakin Skayvolker "Klonların hücumu" (2002) filminin hadisələrindən əvvəl planeti ziyarət etmişdir. Ansion planetinin Qalaktik respublikadan çəkilərək separatçı hərəkata qoşulacağı haqqında dedi-qodular yayılmışdır və bu məsələni həll etmək cedaylara həvalə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Ansion — Vukipediya saytında.
Balsin
Balsin (fars. بالسين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Tircayı kəndistanında, Türkman qəsəbəsindən 19 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,323 nəfər yaşayır (328 ailə).
Chansi
Chansi — Hindistanın mərkəzi hissəsində, Uttar-Pradeş ştatında şəhər. == Əhalisi == Əhalisi 427,5 min (2007). == Coğrafiyası == Malva platosunun şimal-şərq hissəsində, Camni çayının (Camna çayının qolu) sol sahilindədir. Mühüm dəmiryol və avtomobil yolları qovşağı. == Tarixi == 1613-cü ildə Orçha racəsinin əmri ilə əsası qoyulmuş qalanın ətrafında yaranmışdır. Strateji əhəmiyyətinə görə Chansini Bundelk handın qapıları adlandırırlar. 17-ci əsrdən 19-cu əsrin ortalarınadək eyniadlı racəliyin paytaxtı olmuşdur. Lakşmi Bainin başçılığı ilə Hindistanda xalq üsyanının (1857–59) mərkəzlərindən biri idi. == Memarlığı == Chansidə qala (1613), Rani-Mahal sarayı (1769–96, hazırda muzeydir), Maha- Lakşmi məbədi; Bundelkhand Universiteti (1975), Mühəndis-texnologiya institutu, Dövlət muzeyi var. == Sənayesi == Qara metallurgiya, dəmiryol texnikasının təmiri üzrə müəssisələr fəaliyyət göstərir.
Hanqıl
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır.
Harbin
Harbin (çin. 哈尔滨 (哈爾濱)) — Çin Xalq Respublikasının şimal-şərqində böyük şəhər.
Hayuin
Hayuin - mineral == Haqqında == Hayuin - (Na,Ca)8-4[(SO4)2-1 ï(AlSiO4)6]. Al Fe3+-lə və Na K-la cüzi əvəzlənməsi müşahidə edilir. Sodalit ilə izostrukturdur. Hayuin və nozean fasiləsiz sıranın sonuncu üzvləridir. Göy, bəzən ağ; qələvi süxurlarda hidrotermal mənşəlidir. == Həmçinin bax == Mineral == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Hərsin
Hərsin (fars. هرسين‎) — İranın Kirmanşah ostanının şəhərlərindən və Hərsin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,562 nəfər və 12,001 ailədən ibarət idi.
Lansia
Lancia , Vincenzo Lancia tərəfindən 1906-cı ildə qurulan İtalyan avtomobil istehsalçısı, 1969-dan bəri Fiat qrupunun bir parçasıdır.
Nankin
Nankin — Çin Xalq Respublikasının şəhəri. 2014-cü ildə Yeniyetmələrin II Yay Olimpiya Oyunları Nankin şəhərində keçirilmişdir.
Хаnаkin
Hənakin (ərəb. خانقين‎,kürd. خانەقین) — İraqın Diyalə mühafəzəsində şəhər.
Dansiq
Qdansk (pol. Gdańsk [ˈgdaɲsk], kaşub Gduńsk, lat. Gedanum, Dantiscum, 1308-ci ildən 1466-cı ilə və 1793-cü ildən 1945-ci ilə qədər Dansiq alm. Danzig‎) adlanmışdır — Şimali Polşada təxminən 500 000 əhalisi olan şəhər. Qonşu Sopot və Qdınya ilə birgə ümumi əhalisi bir milyona yaxın Truymyasto (Üçlü şəhər) aqlomerasiyasına daxildir. Qdansk – Baltik dənizində iri liman, sənaye mərkəzidir (xüsusilə neft-kimya və maşınqayırma (gəmiqayırma və gəmi təmiri sənayesi inkişaf edib) sənayesi). == İqtisadiyyat == Şəhərin sənaye rayonlarında gəmiqayırma, neft-kimya, kimya və qida sənayesi sahələri üstünlük təşkil edir. Elektronika, telekommunikasiya, maşınqayırma, kosmetika və əczaçılıq kimi yüksək texnoloji sektorların payı da durmadan yüksəlir. Kəhrəba emalı da yerli iqtisadiyyatın vacib hissəsidir. Belə ki, dünyada kəhrəba yataqlarının böyük bir hissəsi məhz Baltik dənizi sahillərində yerləşir.
Hatsan
Hatsan Arms Company (az. Hatsan Silah Şirkəti) — odlu və pnevmatik silahlar istehsal edən türk şirkətidir. Məhsullarını 90-dan çox ölkəyə ixrac edir. Şirkətin şüarı: «Serious, Solid, Impact» (Ciddi, Möhkəm, Təsirli).
Balsin (Miyanə)
Balsin (fars. بالسين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Tircayı kəndistanında, Türkman qəsəbəsindən 19 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,323 nəfər yaşayır (328 ailə).
Barri Kassin
Barri Kassin (1924 – 14 Yanvar 2017) — İrlandiyalı televiziya, teatr və kino aktyoru. Səhnədə daha çox Kassin On iki acıqlı kişi layihəsində yaratdığı roluna görə tanınır.Ekranda isə daha çox Kassin televiziya serialı olan Tir Na Noqun Mistik Cəngavərləri və 2012-ci ildə çəkilmiş Bizantium filmindəki ikinci dərəcəli rolları ilə məşhurdur. O, Con Brendan Kinin əsərləri əsasənda hazırlanan Səhra oyununun birinci bölümündə xarakterlərdən birini səsləndirmişdir. Kassinin qızı Anna Kassin Raydio Teilifis Eyreannın tanınmış jurnalisti və xəbər aparıcısıdır.
Canstin Han
Canstin Han (9 avqust 1991, Harbin) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Canstin Han Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Cennifer Hadson
Cennifer Hadson — ABŞ kino ulduzu və pop-estrada müğənnisidir. 2006-cı ildə "Dreamgirls" filmində Effie White roluna görə "Oscar", "BAFTA" və "Golden Globe" mükafatlarını qazanmışdır. == Həyatı == Cennifer Hadson 1981-cu il sentyabrın 12-də Çikaqoda anadan olub.
Co Dassin
Co Dassen (fr. Joe Dassin; tam adı Jozef Ayra Dassen, 5 noyabr 1938 — 20 avqust 1980) — ABŞ əsilli Fransa müğənnisi və bəstəkarı. == Həyatı == Co Dassen 5 noyabr 1938-ci ildə Nyu-Yorkda yəhudi əsilli amerikalı rejissor Jül Dassen və skripkaçı Beatris Loner Dassen ailəsində dünyaya göz açıb. Əsasən 60-cı illərdə dünya şöhrəti qazanmışdır. Oxuduğu mahnılar hələ də dillər əzbəridir. 20 avqust, 1980-ci ildə Taitidə qastrol səfərindəykən ürək çatışmazlığından vəfat etmişdir.
Dansiq koridoru
Dansiq koridoru (və ya Polşa koridoru, Qdansk koridoru) — Versal sülh müqaviləsindən sonra yaradılmış koridor. Müqavilədən sonra Şərqi Prussiya ilə Almaniya arasında yerləşən ərazi Polşa sərhədlərinə daxil edilmişdir. Dansiq (indiki Qdansk) liman şəhərinində daxil olduğu ərazi Polşanın Baltik dənizinə olan çıxışını təmin etməkdə idi. Koridorun yaradılması ilə Şərqi Prussiya və Almaniya arasındakı quru bağlantısı kəsilmişdir. 1938-ci ilin sonlarında Almaniya Dansiq liman bölgəsinin və Şərqi Prussiya ilə quru nəqiliyyatının təmin edilməsi üçün ərazini Polşadan tələb etmişdir. Ərazinin əvəzində Almaniya Polşaya Cənubi Prussiya torpaqlarından bir hissə verməyi təklif etsə də Polşa tərəfi təklifi rədd etmişdir. Adolf Hitler Polşanın rədd cavabından sonra generallarının təkidlə qarşı çıxmasına rəğmən Polşaya hücum etmək barədə qərar verir. Fransa və İngiltərə əvvəlki imzalanmış müqavilərə əsasən Almaniyanın hər hansısa bir Avropa torpağı üzərində haqq iddia etməsinin müharibəyə səbəb olacağını bildirmişdir. Adolf Hitler Dansiq koridoru kimi kiçik bir ərazi üçün böyük dövlətlərin onlara qarşı müharibəyə başlmayacağını güman etsə də, limanın bombalanmasının ardından Fransa Almaniyaya müharibə elan etmişdir. İkinci dünya müharibəsinin ilk bombası Dansiq şəhərinə atılmışdır və zamanla müharibə bütün dünyanı əhatə edəcək şəkildə genişlənmişdir.
Dmitri Marşin
Dmitri Marşin (d. 15 sentyabr 1972, Moqilev, Belarus) — Belarus əsilli Azərbaycanlı yüngül atlet (çəкic atma yarışı üzrə). Dmitri Marşin 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində baş tutan III İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazandı. O, həmçinin Azərbaycanı 2012-ci ildə London şəhərində baş tutan XXX-cu Yay Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == Dmitri Marşin 15 sentyabr 1972-ci ildə Belarusun Mogilyov vilayətində anadan olub.