1. Canlılar aləminə mənsub olmayan, canı olmayan. Cansız təbiət. Cansız materiya.
// Həyat əlaməti olmayan, ölü, ruhsuz. Cansız bədən.
2. Ölgün, tabsız, gücsüz, taqətsiz, zəif.
Gülsüm öz yerində belə möhkəm oturmuşdu ki, deyəsən, cansız bir şeydir.
[Hacı Mehdi:] And olsun Allaha, vuraram, zəif, cansız canın çıxar.
// Arıq, sısqa, cılız.
Emma cansız, arıq, nazik, lətif bir alman qadını idi…
İmran kişi üzdən arıq və cansız görünən, ucaboy, şaxdayanan, düzqamətli bir kişi idi.