Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kara harp okulu
Türkiyə Quru Qoşunları Akademiyası — Türkiyədə Milli Müdafiə Universiteti nəzdində Ali Hərbi Təhsil müəssisəsidir. == Yaranması == Məktəbi Hərbiyəyi Şəhanə, Sultan II.Mahmudun əmri ilə 1834-cü ildə qurulmuşdur.Başlanğıcda təhsilin bütün pillələrində fəaliyyət göstərən Hərbiyə, ilk məzunlarını 1841-ci ildə verə bilmişdir.1845-ci ildə Hərbi Liseylərin qurulması və eyni il edilən proqram inkişaf etdirmə çalışmaları nəticəsində Hərbiy ə, təhsil müddəti 4 il olan bir orta ixtisas məktəbi adını qazanmışdır.Hərbiyə, 1908-ci ilə qədər keçən müddət ərzində xüsusilə piyada və süvari zabitlərini yetişdirmişdir.1905-ci ildə beş ordu mərkəzində açılmış Ədirnə, Monsatr, Ərzincan, Şam və Bağdad Hərbi Məktəbləri qısa bir müddət ərzind ə bağlanmışdır.Bundan sonra İstanbuldaki Hərbiyə Məktəbi, təlim və tədrisə davam etmişdir.Ard-arda baş vermiş müharibələr zamanında sürətləndirilmiş bir təhsil proqramı təşkil edərək cəbhələrə zabit yetişdirən Hərbiyə, Mütarəkə zamanında 1 İyul 1920-ci ildə Ankarada Abidin Paşa Köşkündə təhsil və təlimə başlamışdır.Hərb Məktəbi, ilk məzunlarını 1920-ci ildə vermişdir.Lozan Müqaviləsinin imzalanmasından sonra Hərb Məktəbi, təkrardan İstanbulda təhsilə başlamışdır. Quru Qoşunlar Məktəbinin yeri 25 Snetyabr 1936-cı il tarixdə Ankaraya köçürülərək yeni təhvil verilmiş binasında təhsilə başlamışdır.İki il olan təhsil müddəti 1948-ci ildə 3 il, 1963-cü ildə 2 il və 1971-ci ildə 3 il olaraq hazırlanmışdır.1974-cü ildən etibarən 4 illik bakalavr təhsili proqramına başlamışdır. == İxtisaslar == Piyadaçı Tankçı Artilleriya mütəxəsisi Hava Hücumundan Müdafiə mütəxəsisi Quru Havaçılıq mütəxəsisi İstehkamçı Kəşfiyyatçı Rabitəçi Maddi-Texniki Təminat mütəxəsisi Texnikaya qulluq üzrə mütəxəsis Şəxsi heyətlə iş üzrə mütəxəsis Maliyyəçi Topoqraf == Döyüş Bayrağı == Hal-hazırda istifadə edilən Quru Qoşaunlar Məktəbi Döyüş Bayrağı 2001-ci ildə qəbul edilmişdir.Döyüş Bayrağının üstündəki 1834-cü il məktəbin yarannma tarixi, çarpaz qılınc zabit olmağı, çələng zabitliyi, günəş şüalı Atatürk portreti özü də Quru Qoşunlar Məktəbi məzunu olan Atatürkün hərbi məktəb müdavimlərinə və Türkiyəyə yaydığı çağdaş fikirlərə işarə edir.Bayrağın rənginin qırmızı olması isə Türkiyə Cümhuriyyəti bayrağını və Quru Qoşunlar Məktəbi məzunlarından olan şəhidləri göstərir.
Para Para
Para Para(yap: パラパラ) Yaponiya mənşəli bir qrup rəqsidir. Para Para, 1980-ci illərdən başlayaraq, Avropada İtalo-disko və Avro diskonun satılmağa başladığı dövrdən mövcud olmuşdur. Para Para və Avrobit bir-biri ilə sıx əlaqədədir. Avrobit sənətkarı Deyv Rocers, Para Para'nı Avrobitə qulaq asarkən rəqs edilə biləcək və əsasən çox cəld olan bir rəqs növü olaraq qeyd etmişdir.
Ayumi Hara
Ayumi Hara (d. 21 fevral 1979) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 42 oyun keçirib, 2 qol vurub.
Hiromi Hara
Hiromi Hara (d. 19 oktyabr 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 75 oyun keçirib, 37 qol vurub.
Masafumi Hara
Masafumi Hara (d. 21 dekabr 1943) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Natsuko Hara
Natsuko Hara (d. 1 mart 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Natsumi Hara
Natsumi Hara (d. 18 avqust 1988) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hisaiçiro Hara
Hisaiçiro Hara (原久一郎, Hara Hisaiçiro, 10 aprel 1890, Niiqata prefekturası – 19 oktyabr 1971) – Yaponiya ədəbiyyatşünası və tərcüməçisi. Rus ədəbiyyatını tədqiq etmişdir. == Həyatı və karyerası == Hisaiçiro Hara 1890-cı ildə Yaponiyanın Niiqata prefekturasında doğulmuşdur. 1914-cü ildə Vaseda Universitetinin ingilis ədəbiyyatı şöbəsini, 1917-ci ildə Tokio Xarici Dillər Məktəbinin rus dili bölməsini bitirmişdir.1921-ci ildə Vaseda Universitetinin rus dili bölməsində müəllim kimi işləməyə və rus ədəbiyyatının əsərlərini tərcümə etməyə başlamışdır. Lev Tolstoyun yaradıcılığını yaxından öyrənmiş, rus ədəbiyyatındakı idealistik realizmi və humanizmi Yaponiyaya populyarlaşdırmağa çalışmışdır. "Lev Tolstoyun tamamlanmış əsərləri" və "İvan Turgenyevin tamamlanmış əsərləri"ni tərcümə etmişdir. == İstinadlar == == Ədəbiyyat == The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh.
Dara
Dara bu mənalarda gələ bilər: I Dara — Əhəməni hökmdarları. II Dara — Əhəməni hökmdarları. III Dara — Əhəməni hökmdarları.
Haka
Haka — Yeni Zelandiya maorilərin mərasim rəqsi və ya maori mədəniyyətində çağırış. Qrup tərəfindən həyata keçirilən duruş rəqsi, güclü hərəkətlər və ayaqların ritmik möhürlənməsi ilə müşayiət olunur.
Hana
Hana (toxucu dəzgah) — əsrlər boyu xalça və parça toxunuşunda istifadə edilən, sadə konstruksiyaya malik istehsal alətidir. Hananın iki növü var: Yer hanası — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah. Divar hanası - şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah.
Haram
Haram (ərəb. حرام‎) — yerinə yetirildikdə günah yazılan, ondan çəkindikdə isə axirət savabı yazılan əməl, yaxud böyük günah. Hər dində haramın nə olduğu haqqında fərqli görüşlər var. Bəzən eyni bir dinin məzhəbləri arasında belə bir şeyin haram olub-olmaması mübahisə doğura bilir. Bununla belə, əksər dinlərdə yalan, cinayət, əxlaqsızlıq, paxıllıq, oğruluq, sehr kimi şeylər günah sayılır. Bəzi əməllər isə bir dində savab sayıldığı halda digərində haramdır. Məsələn, bütü sındırmaq islamda böyük savab olduğu halda bütpərəslikdə haramdır. == İslamda haram == Allahın qəti şəkildə, açıq dəlillərlə bildirdiyi və qəti qadağan etdiyi əməllərdir. Qumar oynamaq, yalan danışmaq, içki içmək, qeybət etmək, başqalarının haqqını tapdalamaq, dedi-qodu etmək kimi, Qadağan olunmuş əməlləri işləmək günahdır, bu günahı tərk etmək (işləməmək) isə savabdır, Haram buyurulmuş bir işi inkar edib halal hesab edən insan dindən çıxmış olur. == Xristianlıqda haram == Yəhudilikdən fərqli olaraq Xristianlıqda haram anlayışına o qədər də önəm verilməmişdir.
Haran
Haran — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 85 nəfərdir. == Relyefi == Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində yerləşən bu kənd dağətəyi ərazidədir.
Harar
Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi. == Tarixi == Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib.Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir. === Cuqol === Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub.2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib.300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır. Evlərin divarlarını kasalar, boşqablar və hörmə səbətlər bəzəyir. == Turizm == Hararın əsas özünəməxsus cəhətlərindən biri ev kaftarlarıdır. Turistlər buraya qəlbləri dəhşətə bürüyən mənzərəyə — kaftarların gecə qidalanmasına baxmaq üçün gəlirlər.
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı.
Harpa
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Harv.
Vilyam Henri Harvi (ing. William Henry Harvey; 5 fevral 1811, Limerik, Munster[d] – 15 may 1866, Torki, Devon qraflığı) — İrlandiya botaniki. == Əsərləri == Harvey, William Henry. 1833. Div.II. Confervoideae. Div.III. Gloiocladeae. In, Hooker, W.J. (Ed.) The English flora of Sir James Edward Smith 5. London. Harvey, William Henry. 1834.
Harşa
Harşa (Harşavardhana; 590 – 647) — Şimali Hindistanı 606–647-ci illərdə udarə edən Puşpabxuti nəslindən hökmdar. == Haqqında == VI əsrdə Şimali Hindistanda ən böyük dövlətlər Qauda (Şimali və Qərbi Bеnqaliya), Maukhari (paytaxtı Kanauc, Qanqın orta axarları və Doab), Puşpabhuti (yuxarı Doab, paytaxtı Şthaneşvara, müasir Delhi və Sirhinda əraziləri) idi, bu üç dövlət bir-birilə qanlı mübarizə aparırdı. VIII əsrə kimi Maqadhada Quptlara aidiyyəti olmayan sülalələr hökmranlıq edirdilər. Qanqdan şimalda paytaxtı müasir Kanauc olan Maukhariya dövləti, Satlec və Camna çayları arasında mərkəzi Sthaneşvara olan dövlət, Pəncabda isə Maqadhada hökmranlıq edən Qupt və Maukhariya sülaləsi ilə qohum olan Prabhakaravardhana hakimiyyətdə idi. Onun ölümündən sonra Puşpabhuti (Sthaneşvara) hökmdarının dəstəklədiyi Maqadha Qupt sülaləsi və Maukhariyalı sülaləsi arasında müharibə baş verdi, bu döyüşdə hökmdarlar həlak oldu. Qupt və Maukhariya dövlətləri Harşinin (və ya Harşa) hakimiyyəti (606–647-ci illər) altında birləşdirildi. Harşa hakimiyyəti illərində Qupt imperiyasının qüdrətini müəyyən qədər bərpa etsə də, bütün Hindistanı əhatə edən imperiya yaranmadı. Harşa haqqında tarixçi-xronikaçı Banunun yazdığı "Harşaçarita" əsərində maraqlı məlumatlar əksini tapmışdır. Banu bildirirdi ki, "Harşanın hakimiyyətinin ilk altı ilində fillərin üzərindən zirehləri çıxarmadılar, döyüşçülər dəbilqələrini, zirehlərini yerə qoymadılar". Bu döyüşkənliyin nəticəsində də Harşa bütün Şimali Hindistanı tutdu.
Hatra
Hatra (ərəb. الحضر‎ al-Ḥaḍr) — İraqın Ninəvə mühafazası və Cəzirə yaylasında yerləşən qədim şəhər xarabalıqlarıdır. Dairəvi formalı plana malik olan şəhər xarabalıqlarının ümumi sahəsi 500 hektardan çoxdur. Əsası Selevkilər dövründə — e.ə. III–II əsrlərdə qoyulmuş Hatra şəhəri, çiçəklənmə dövrünü Parfiyalıların hakimiyyəti dövründə — b.e. I–II əsrlərində yaşamış, 257-ci ildə isə dağıdılmışdır.Özündə ərəb və yaxın şərq elementləri ilə zəngin Ellinizm və Qədim Roma dövrü memarlığının nadir nümunələrini birləşdirən Hatra şəhəri 1985-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdi. 7 mart 2015-ci ildə Hatra şəhərinin qalıqları İŞİD silahlıları tərəfindən dağıdılmışdır.
Hava
Hava — Yer kürəsinin atmosferini təşkil edən, azot və oksigendən ibarət təbii qaz qarışığı. Havanın elementləri temperatur, rütubət və təzyiqdir, hava hadisələri isə külək, yağıntı, şimşək və s.. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.
Hera
Hera (q.yun. Ἥρα) – Yunan mifologiyasında ilahə. Evlilik və doğum ilahəsidir. Atributları İnək, zanbaq, tovuz quşudur. Hera Kronun qızı, baş tanrı Zevsin bacısı və həm də arvadıdır. Samos adasında, İmbrasa çayının sahilindəki söyüd ağacının altında dünyaya gəlmişdir. Onun başındakı diademlə (tacla) təsvir edilməsi onun baş ilahə olmasına işarədir. == Zevs və Hera == Zevs Hera hələ gənc qız ikən ona vurulmuş və onun kölnünü almaq məqsədilə Hera tənha dağa çıxarkən, tufan qopararaq kukuk quşu cildinə girərək, titrəyərək qorunmaq məqsədilə onun dizlərinə dolaşır. İlahə Hera ona rəhm edərək paltarının ətəyi ilə qoruyarkən, Zevs Heraya qovuşmaq üçün əsil cildinə dönür. Əvvəlcə anası Reyin qınağından qorxaraq Hera Zevsdən çəkinir, lakin Zevs ona evlənmək təklifi etdikdən sonra razılaşır.
Hira
Hira mağarası (ərəb. ‎حراء‎‎) Məkkənin 3,5 kilometrliyində Nur dağının şimal-şərq meylində yerləşmiş mağara. Mağara elə də böyük ölçülərə malik deyil - təxminən uzunluğu 2 metr, eni 3,5 metrdir. Mağara Kəbəyə tərəf yönəlmişdir. Məhəmməd peyğəmbər Hira mağarasına gedərək, burada dini düşüncələr edirdi. Müsəlmanların inancına görə Cəbrayıl mələk, Allah tərəfindən Ələq surəsinin beşinci ayəsini Həzrəti Məhəmmədə nazil edərək ona Allah peyğəmbərliyinə seçildiyini bildirir.
Kara
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Nara
Nara (şəhər)
Sara
Sara (film, 1992)