Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hina Suqita
Hina Suqita (d. 31 yanvar 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Bina
Bina — insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti.
Hana
Hana (toxucu dəzgah) — əsrlər boyu xalça və parça toxunuşunda istifadə edilən, sadə konstruksiyaya malik istehsal alətidir. Hananın iki növü var: Yer hanası — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah. Divar hanası - şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah.
Hind
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Hira
Hira mağarası (ərəb. ‎حراء‎‎) Məkkənin 3,5 kilometrliyində Nur dağının şimal-şərq meylində yerləşmiş mağara. Mağara elə də böyük ölçülərə malik deyil - təxminən uzunluğu 2 metr, eni 3,5 metrdir. Mağara Kəbəyə tərəf yönəlmişdir. Məhəmməd peyğəmbər Hira mağarasına gedərək, burada dini düşüncələr edirdi. Müsəlmanların inancına görə Cəbrayıl mələk, Allah tərəfindən Ələq surəsinin beşinci ayəsini Həzrəti Məhəmmədə nazil edərək ona Allah peyğəmbərliyinə seçildiyini bildirir.
Həna
Həna — İranın İsfahan ostanının Səmirom şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,358 nəfər və 1,335 ailədən ibarət idi.
Kina
Kina — Papua-Yeni Qvineyanın pul vahidi. == Xarici keçidlər == Currency (Official Bank of PNG) Bank of Papua New Guinea PDF Arxivləşdirilib 2006-01-13 at the Wayback Machine Papua New Guinea Paper Money Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mina
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. == Azərbaycan ərazisində minalar == Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. == Zərərsizləşdirilməsi üsulları == Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Nina
Nina — ad. Nina Balaban — Makedoniyalı atıcı. Nina Loblovskaya — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi Nina Zilli — İtalyan müğənnisi. Nina Dobrev — bolqar mənşəli Kanada aktrisası. Nina Badriç – Xorvatiyalı müğənni.
Xına
Xına (lat. Lawsonia inermis) – lawsonia cinsinə aid bitki növü. Xına – ilk dəfə Şimali Afrikada becərilməyə başlanan xına daha sonra şərqdə Hindistana ordan isə Avropaya gətirilmişdir. Xınadan uzun müddət bəzək vastəsi kimi istifadə olunub və bu gündə istifadə olunur lakin araşdırmalar göstərir ki, xına bəzək vasitəsi olmaqla yanaşı həm də insan sağlamlığında böyük əhəmiyyətə malikdir. Misir heroqliflərinə nəzər saldığımız zaman hələ qədim Misirdə xınadan müalicə vəsitəsi kimi istifadə olunduğunu görərik. == Təbabətdə == Məhəmməd Möminin 1669-cu ildə yarzırdı ki, cüzamın ilk mərhələsində 14 q hənanın süzülmüş həlimini 315 q şəkərlə hər gün qəbul etmək lazımdır. Əgər bu müalicə bir ay davam edirsə, bu cüzamın şiddətlənməsinin qarşısını alar. Həna həlmindən sarılıqda, ələş xəstəliyində, böyrəkdə və sidik kisəsində daş olarkən, sidik çətin gəldikdə istifadə etmək lazımdır. O, hamilə qadınlarda uşaq salmaq qabiliyyətinə malikdir. Mütəmadi 9 q quru həna qəbul edilərsə, koliti müalicə edər.
Artemisia cina
Çin yovşanı (lat. Artemisia cina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Yayılması və ekalogiya == Orta Asiya (Qazaxıstanın cənubu) üçün endemik növdür. Tacikstanda Sırdərya və Arıs və digər çayların kənarlarında da rast gəlinir. Çay kənarlarında, boş düzənlik və şəhərkənarı rayonlarda kütləvi şəkildə bitir. Mədəni bitkidir.
Avrasiya (bina)
Avrasiya binası (rus. Евразия) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən, 309 metr hündürlüyündə olan bir gördələn. == Tikinti prosesi == Avrasiya binasının layihəsi, 2002-ci ildə başlayıb və Moskva şəhərində ümumi sahəsi 208.3000 m² olan 71 mərtəbəli ofis-otel kompleksinin tikintisi nəzərdə tutulmuşdu. Göydələnin Qapalı Səhmdar Cəmiyyətinin Texivest şirkəti ərsəyə gətirmişdir. Bu kompaniya, MosCityGroup şirkətinin sahibi Pavel Fuks və Avrasiya binasının inşasında İPG-ni idarə edən qazaxıstanlı sahibkar Muxtar Ablyazov tərəfindən yaradılıb. 2008-ci ilin iyul ayında Texivest şirkəti adına Sberbankda 12,5 milyard rubl həcmində kredit xətti açıldı. 500 milyon beş il müddətinə verilir. 2009-cu ilin birinci yarısında Sberbank layihənin maliyyələşdirilməsini dayandırdı. Binada 1000 avtomobil üçün avtodayanacaq, ofislər üçün 85 000 m² sahə, mənzillər üçün isə 43 mərtəbə yer, ayrılmışdır. 1000 avtomobilə üçün isə müvafiq yer ayrılmışdır.
Bina nömrəsi
Bina nömrəsi — tikililərə verilən sıralanma qaydası. Bina nömrəsi — ünvan sisteminin tərkib hissəsi, binanın fərdiləşdirilməsi. Bina nömrəsi bir qayda olaraq sıra və ya digər bir qayda ilə binaya verilən saydır. Bir qayda olaraq sıra sayı küçənin başlanğıcından verilir. Bəzi ölkələrdə nömrəyə hərf də əlavə edilir. == Avstraliya == Avstraliyanın kənd yerlərində nömrələnmə küçə başlanğıcından metr ilə məsafəyə görə verilir. Məsələn, əgər ferma küçə başlanğıcından 1500 metr uzaqlıqdadırsa, onun nömrəsi 150 olur..
China Telecom
China Telecom - Çin dövlət telekomünikasiya şirkəti. Çində ən böyük telefon rabitə operatoru və üçüncü ən böyük mobil operatordur. Dünyanın ən böyük dövlət şirkətləri siyahısında 2019-cu il üçün "Forbes Global 2000" sıralamasında 168-ci yeri tutub (gəlir baxımından 144, xalis mənfəət baxımından 248, aktivlər baxımından 329 və bazar kapitallaşmasına görə 299). Bu siyahıda Çin şirkətləri arasında 32-ci yer tutub. == Tarix == "China Telecom" 10 sentyabr 2002-ci ildə dövlətə məxsus "Çin Telekommunikasiya Korporasiyası"nın yenidən qurulması nəticəsində yaradılmışdır. Şanxay, Guangdong, Szyansu və Çjetszyan əyalətlərində olan əməliyyatlar dövlət tərəfindən şirkətə verilir. Şin telekommunikasiya korporasiyası "China Telecom"un səhmlərinə nəzarət paketinin özundə saxlayır, səhmlərin bir hissəsini isə Honkonq Fond Birjası və Nyu York Fond Birjasına çıxardır. 2 iyun 2008-ci ildə, "China Unicom"un CDMA radio əlaqə xidməti üzrə aktivlərini 110 milyard yuana (15,86 milyard dollar) aldığını elan edərək, abunəçi sayını 43 milyona qədər artırır. 7 yanvar 2009-cu ildə "China Telecom" CDMA 2000 lisenziyasını alır və bu da şirkətin, 3G telekomunikasiya imkanlarının genişləndirilməsini asanlaşdırır.Şirkətin törəmə şirkəti olan "China Telecom (Europa) Ltd." 23 oktyabr 2008-ci ildə şirkətin Avropa bazarında dövriyyəsini artırmağı hədəfləyən Avropa və Asiyada xidmətlərini genişləndirmək planlarını açıqlayır . 2011-ci ilin may ayında "China Telecom" Çində kiçik və orta şirkətlər üçün SAP iş tətbiqetmələrinin bulud versiyasını yaratmaq üçün SAP şirkəti ilə əmakaşlığa başlayır.
China Unicom
China Unicom — Çin telekomnukasiya şirkəti. China Mobile və China Telecom ilə birlikdə ölkədəki ən böyük üç şirkətdən biridir. Şirkət mobil rabitə və genişzolaqlı İnternet xidmətləri təqdim edir. Paytaxt Pekin şəhəri də daxil olmaqla ÇXR-nin şimal hissəsində işləyir. Dünyanın ən böyük dövlət şirkətləri siyahısında 2019-cu il üçün "Forbes Global 2000" sıralamasında 251-ci yeri tutub (gəlir baxımından 215-ci, xalis mənfəət baxımından 546-cı, aktivlər baxımından 394-cü və bazar kapitallaşmasına görə 346-cı yer). Bu siyahıda olan Çin şirkətləri arasında 37-ci yeri tutub. == Tarixi == China Unicom, 19 iyul 1994-cü ildə "Çin Xalq Respublikası Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi" tərəfindən dövlət şirkəti olaraq qurulmuş və "Çin Xalq Respublikası Dövlət Şurası" tərəfindən təsdiq edilmişdir. 2000-ci ilin fevralında "China Unicom" Honkonqda şirkət olaraq qeydiyyata alınır və 22 iyun 2000-ci ildə Honkonq birjasında səhmləri qeydə alınır. 18 oktyabr 2006-cı ildən başlayaraq Makaoda "CDMA" şəbəkəsinin fəaliyyətində iştirak edir. 2008-ci ilin aprel ayının sonunda şirkətin xidmətlərindən 125 milyon GSM istifadəçisi və 43 milyon "CDMA" istifadəcisi istifadə edirdi.2 iyun 2008-ci il tarixində "China Unicom" CDMA biznesi və China Telecomun aktivlərini 110 milyard yuan (ticarət zamanı Unicom səhmlərinin dəyəri 56,3 milyard dollar idi) satacağını və qalan hissəsini isə "China Netcom" şirkəti ilə birləşdirəcəyini elan edir.
Cina Devis
Virciniya Elizabet "Cina" Devis (ing. Virginia Elizabeth «Geena» Davis;; 21 yanvar 1956, Massaçusets) — ABŞ aktrisasıdır. Cina Devisin İQ-si (intellekt əmsalı) yüksək olduğuna görə Mensa cəmiyyətinin üzvüdür. == Gənclik == 1956-cı ildə Massaçusets ştatının Uorhem şəhərindən doğulan Cina Devis, erkən yaşlarından etibarən musiqilə yaxından əlaqədar idi. Piano, flüt və vurmalı çalğılardan bəzilərini çalmağı öyrənmiş və yetkinlik dövründə bir müddət Uorhemdəki kilsədə orkestr çalğıçılarına qoşulmuşdur. "Nyu İnqlend Kollec"ini bitirdikdən sonra getdiyi "Boston Universiteti"ndə "Gözəl Sənətlər Hissəsindən" 1979-cu ildə yaxşı bir dərəcəylə məzun oldu. Bir müddətə şagird olaraq İsveçdə qaldığından axıcı bir şəkildə İsveç tamaşaçıları tərəfindən danışa bilməkdədir. == Film karyerası == Məzun olduqdan sonra Nyu-Yorkdakı "Zoli" adlı bir modellik agentliyi üçün işə başladı. Modellik, hətta bir müddətə qarsonluq belə etdiyi bu dövrdə Cina Devis yalnız televiziya seriallarında çəkilməyə başlayır. Cina Devis Sidni Pollakın diqqətini çəkincə 1982-ci ildə baş rolunda Dastin Hoffmanın oynadığı "Tutsi" adlı filmdəki romantik serial aktrisa idi və rolunu məharətlə ifa edərək uğurlu film karyerasına başlayır.
Con Sina
John Cena (ing. John Cena; 23 aprel 1977, Qərbi Nyubari[d], Massaçusets) — amerikan peşəkar güləşçi, bodibilder, reper və aktyor. == Karyerası == 2002-ci ildə Kurt Angel ilə ilk döyüşünu keçirmişdir. Amma həmin döyüşdə məğlub olmuşdur. Sonralar isə məşhurlaşmağa başlanmışdır. İndiyə qədər ən çox döyüşdə qalib gələn WWE SUPERSTAR-dır. İndi isə 2016-cı ildə WWE-nin SMACK DOWN bölməsində döyüşür. 40 yaşlı döyüşçü 2002-2014-cü illərindəki və hələdə davam edən karyerasındə 16 dünya çempionluğu ilə Ric Flairin ən çox dünya çempionu olaq rekordunu yeniəmişdir. Fanatları tərəfindəm çox sevilir. Sonralar Randy Ortonla mubarizə aparır və bu mubarizədə qalib gəlir.
Dik hana
Divar hanası (toxucu dəzgah) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgahQədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Qollar (2 ədəd); Oxlar (2 ədəd); Yan ağacları (2 ədəd); Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır. Küjü ağacı (1ədəd);Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Dina Qaripova
Dinə Fəhim qızı Qaripova (tatar. Динә Фәһим кызы Гарипова; 25 mart 1991, Zelenodolsk, Tatarıstan) — tatar Rusiya müğənnisi, Rusiya "Birinci" kanaldakı "Голос" (azərb. «Səs»‎) müsabiqəsin qalibi, Tatarıstan Respublikasının əməkdar artisti. Dina 2013 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı "What If" mahnısı ilə təmsil edib və Rusiyaya 5-ci yeri qazandırıb.
Dina Qorina
Dina Qorina (1 noyabr 1987) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Dina Qorina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Dina Tumarkina
Dina İosifovna Tumarkina (16 avqust 1932, Odessa) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). == Həyatı == Dina Tumarkina 16 avqust 1932-ci ildə Odessada anadan olmuşdur. O, Odessa Texnologiya İnstitutunda və M.E.Tilker adına Odessa teatr studiyasında təhsil almışdır. 1955-ci ildə Bakıya köçmüş, yarım il Gənc Tamaşaçılar Teatrının, 1956-cı ildən isə Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur. Dina Tumarkina bu teatrdakı 34 illik yaradıcılıq fəaliyyəti ərzində 150-dən artıq rol ifa etmişdir.Aktrisa 1990-cı ilin əvvəlindən İsraildə yaşayır. O, buradakı müxtəlif teatrlarda 6-ı ivrit dilində olmaqla, 11 rol ifa etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 aprel 1981 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 7 fevral 1972 Azərbaycan SSR Dövlət mükafatı — 1972 (S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Komandorun addımları" tamaşası üçün) SSRİ Mədəniyyət Nazirliyinin fəxri fərmanı ("Dairəni genişləndirin" tamaşasında qadın rolunun ifasına görə) == İfa etdiyi əsas rollar == Dina Tumarkinanın repertuarında iradəli və işgüzar qadın obrazları yer tutmuşdur. Onun ifa etdiyi əsas rollar: === Filmoqrafiya === O qızı tapın (film, 1970) Ən vacib müsahibə (film, 1971) Əgər bir yerdəyiksə (film, 1975) == İstinadlar == == Xarici keçidlər == "Дина Тумаркина". kino-teatr.ru (rus). 29 dekabr 2020 tarixində arxivləşdirilib.
Dina Ulyanova
Dina Ulyanova (d. 1 sentyabr 1989; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən basketbolçu. Dina Ulyanova, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == Dina Ulyanova, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, Mali yığmasını 13:7 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandı.
Euseius hima
Euseius hima (lat. Euseius hima) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Gina Bass
Gina Bass (3 may 1995, Toubakouta[d]) — Qambiyanı beynəlxalq yarışlarda təmsil edən sprinter. O, 2016 Afrika Çempionatında bürünc medal qazanmışdır. Bass 2016 Yay Olimpiya Oyunlarında təsnifat mərhələsində iştirak etmiş və Qambiyanın bayraqdarı olmuşdur.Bass 2016 Yay Olimpiya Oyunlarında qadınlar 200 m məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində 52-ci yeri tutmuş və yarımfinala vəsiqə qazana bilməmişdir. Bass 100 və 200 m məsafəyə qaçış yarışlarında hal-hazırkı Qambiya rekordçusudur.
Gina Duenser
Gina Duenser — 1998-ci ildə anadan olmuşdur. İsveçrəli bədii gimnastdır. İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Gina Duenser 1998-ci ildə anadan olmuşdur. == Karyerası == Gina Duenser 2015-ci ildə İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etdi. 2015-ci ildə Dünya Çempionatında iştirak etmişdir.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.