ƏLAC

is. [ ər. ]
1. Bir xəstəliyin sağalmasına kömək edən hər bir şey; dərman, dava. Hazır əlaclar var.
– Firuzə xəstəni bir an gözdən qoymurdu, həkimin yazdığı əlacı vaxtlı-vaxtında içirir və üstündə gecə-gündüz yarpaq kimi titrəyirdi. A.Şaiq.
[Sadıq kişi:] Ay usta Hüseyn, bizim Məmmədvəlinin burnu qanıyıb, nə əlac edirik, qan kəsilmək bilmir. C.Məmmədquluzadə.

2. Tədbir; vasitə. Bu işi yoluna qoymaq üçün bir əlac axtarmalı.
– Der: – Qanda bulum əlacın, ey yar? Kimdən yetə ehtiyacın, ey yar? Xətayi.

// Çarə.
[Ağa Kərim xan:] İt hürdükcə qaçıram bağa, əlac nədi, qorxuram. N.Vəzirov.

□ Əlac etmək – müalicə etmək, sağaltmağa çalışmaq.
Əlac vermək (etmək, tapmaq) – vəziyyətdən qurtarmaq, çıxış yolu tapmaq (göstərmək), çarə tapmaq.
[Aslan:] Yox, böylə deyil, buna bir əlac tapmalıyıq. İ.Musabəyov.
[Birinci kəndli:] Əlac elə, aşağı bağlar əldən getdi. H.Nəzərli.
Bəlkə tez gələsən, əlac verəsən; Sünbülün saçını yığıb hörəsən. N.Rəfibəyli.

Əlacı kəsilmək (üzülmək) – çarəsi kəsilmək, çarəsiz qalmaq.
Nə qədər güc vurdu, götürmədi əl; Kəsildi əlacı, qaldı məəttəl. Q.Zakir.
Əlacım hər tərəfdən kəsildi, bir təbəqə kağızı qoydum qabağıma, dedim, indi söylə, mən yazım. Qantəmir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏLAC tədbir — vasitə
  • ƏLAC dərman — dava
  • ƏLAC 1. ƏLAC (ağlabatan tədbir) [Salamov:] Danışma, özünü ver dağ yoluna, ayrı əlac yoxdur (S.Rəhman); ÇARƏ Ağıllı adamlar seçib onun hüzuruna göndərək və
ƏLA-MƏRƏKƏ
ƏLACLI
OBASTAN VİKİ
Dəqaiqül Əlac
Dəqaiqül-Əlac — Kərim Xan Kirmaninin əsəri müqəddimə və beş məqalədən ibarətdir. Əsər dərmanlardan istifadə qaydalarından, onların seçilməsi üsulundan, insan bədəninin tərkibindən, qan almaq xəstəliyin təşxisi və s. bəhs edir. Əlyazma Azərbaycan dilindədir. Xətti nəstəliqdir. Əsər sarı, birmil kağıza bənövşəyi mürəkkəblə yazılmışdır. Cildi yoxdur. Həcmi 19 vərəq, ölçüsü isə 19x17 sm.-dir. Əsər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda B-2443/18463 şifrəsi ilə saxlanılır.
Kərim Xan Kirmani. “Dəqaiqül Əlac”

Digər lüğətlərdə