Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Filiz
Filiz — iqtisadi cəhətcə tərkibindən metalların alınması məqsədəuyğun hesab edilən təbii mineral birləşmə. "Filiz" termini bir sıra qeyri metal qazıntılar (pyezokvars, flüorit və s.) üçün də işlədilir. == Azərbaycanda filiz yataqları == Azərbaycanın yeraltı sərvətləri içərisində əhəmiyyətinə görə ikinci yeri filiz faydalı qazıntıları durur, (birinci yerdə neft-qaz durur), Respublika bu faydalı qazıntılarla çox zəngindir. Daşkəsən dəmir yatağı, Zəylik alunit yatağı, Balakən rayonunda aşkar edilmiş Filizçay polimetal yatağı Avropada, həta dünyada ən iri yataqlardan sayılır.[mənbə göstərin]Azərbaycan ərazisində həmçinin mis, qurğuşun, sink, molibden, manqan, kobalt, civə, xrom, nikel, sürmə, arsen, qızıl və s. yataqları da vardır.
Giliz
Giliz — adi atıcı silahların patronuna və artilleriya mərmisinin bağlı borusunun içərisinə yerləşdirilən barıt bükümü və yandırıcı kapsul. Əsas xüsusiyyətləri germetikliyi, korroziyaya davamlılığı, möhkəmliyi və atəşdən sonra patron yeşiyindən asanlıqla çıxarılmasıdır.
Niyaz
Niyaz — Azərbaycanda daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar Niyaz Cahangirov — ictimai, siyasi xadim Niyaz Vəliyev — texnika elmləri doktoru, professor. Niyaz Şərifov — rejissor. Aktyor.
Payız
Payız vəya güz — ilin dörd fəslindən biri.
Qımız
Qımız və ya Kumıs (rus. Кумыс) — madyan südünün fermante edilməsiylə əldə edilən ənənəvi içki. Ən əski köçəri xalq olan türklərin milli içkisidir. Asiya çöllərində yaşayan qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin buyruğu altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". == Tarixi == Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim çin və qədim yunan mənbələrində rast gəlinir.
Qırız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Sıyıq
Sıyıq (rus. Каша; ing. Porridge)— suda (və ya süddə) qaynadılmış taxıldan, bəzən isə duz, şəkər, ədviyyat, süd, meyvə və quru meyvələr, mürəbbə kimi əlavələrdan ibarət, əsasən rus mətbəxinə xas olan ənənəvi yemək. == Tarixi == Min illərlə insanların sevimli yeməyi olan sıyıq Rusiya mətbəxində çox geniş yayılmışdır. Rus məsəlində deyilir ki, "sıyıq çörəyin ulu nənəsidir". Sıyıqlar, horralar dəndən, yarmadan, undan hazırlanan duru və ya yarımduru xörəklərdir. Çörək meydana gəldikdən sonra da onlar süfrədə öz əhəmiyyətini itirməmişdir. Orta əsrlərdə sıyıq Şərqdə, xüsusən türk xalqlarının mətbəxində möhkəm yer tutmuşdur. P.Karpini tatarların bişirdiyi horradan bəhs edərək yazır: «Onlar darını suda qaynadıb bişirirlər. Xörək o qədər duru olur ki, onu su kimi içirlər.
Tigin
Tigin (çincə: 特勤) — Türk dövlətlərində xaqanın vəliəhdlərinin daşıdığı titul. Bunlardan ən məşhuru Kül Tegindir. Günümüzdə "Təkin", "Tegin" olmaqla şəxsi ad kimi istifadə olunur.
Tilia
Cökə (lat. Tilia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsinin bütün ilıq bölgələrinin gilli, sərin və nəmli torpaqlarında yetişir. Sürətlə böyüyən və 20-25 metrəyə kimi uzanan cökə ağaclarının gövdələrinin diametri 1.5 m belə ola bilər. Əvvəlcə düz olan gövdə qabığı, ağac yaşlandıqca çatlayır. Üstü tünd yaşıl yarpaqları uzun saplı, ürək formasında və kənarları da düzdür. Yarpağın boz və ya gümüş rəngindəki alt tərəfində qılcıqlar var. İyun-avqust ayları arasında açan sarımtıl rəngli xüsusi xoş ətirli çiçəklərinin 3-5-i bir yerdə, yarpaqların orta damarına bağlı və sarılı vəziyyətdə olur. Ağacın tək toxumlu meyvəsi minik, yuvarlaq və qurudur. Cökə ağacı toxumu, gövdə çəlikləri ilə və ya boy atan köklərinin ayrılıb əkilməsi ilə çoxaldılır.
Timin
Timin (5-metilurasil) — pirimidinin törəməsi, azotlu əsasların beşindən biridir.Dezoksiriboza ilə birlikdə timidin nukleozidin tərkibinə daxil olaraq, bütün canlı orqanizmlərin tərkibində mövcuddur. Timin dezoksiribonukleotidlər DNT-in tərkibinə daxildirlər, RNT-də onun yerində urasilin ribonukleotidi yerləşir. Timin adeninlə 2 hidrogen rabitəsi əmələ gətirərək, ona komplementardır. Orqanizmin ölümündən sonra timin əsasları zamanla hidantoinlərədək oksidləşirlər. Tədqiqatlara əsasən, timin ultrabənövşəyi şualanmanın enerjisini dağıdaraq, DNT-ni onun mənfi təsirindən qoruya bilir.
Tiyul
Tiyul — orta əsrlərdə bəzi Şərq ölkələrində, o cümlədən Azərbaycanda, Türkiyədə, İranda və Orta Asiya ölkələrində mövcud olmuş torpaq sahibliyi. XV-XIX əsrlərdə xüsusilə geniş yayılmışdır. Tiyul torpaqlarından toplanan məhsulun 1/5-1/10 hissəsi xəzinəyə ödənilirdi. Azərbaycan Rusiyanın müstəmləkəsinə çevrildikdən sonra, 1846-cı il fərmanı ilə tiyul torpaq sahibliyi irsi elan olunmuşdur. == Səfəvilər dövrü == Səfəvilər dövründə inzibati-bürokratik aparatın saxlanılması və mükafatlandırılması sistemi çox mürəkkəb idi və bir sıra tərkib hissələri əsasında yaranırdı. Əksər hallarda xidmət adamlarının məvacibinin ödənilməsi müəyyən yerdən vergilərin hamısını, yaxud bir hissəsini almaq üçün verilmiş xüsusi sənədlər (bərat, həvalə) vasitəsilə həyata keçirilirdi. Bu mükafatlandırma forması Səfəvilər dövlətində geniş tətbiq edilirdi və tiyul adlanırdı. XVI əsrin ikinci yarısından etibarən tiyulun iki növünü ayırmağa başladılar: "Tiyul"un özü və "həme sale" (yəni "hər il", "bütün ili"), İlya Petruşevskiyə görə, "həme sale" dövlət qulluqçusuna "bütün illər üçün", yəni onu əldə edən şəxs qulluqdan getmirsə, əməli olaraq ömürlük verilən "məvacib" idi. "Həme sale" "yek saledən", yəni "birillik məvacibdən" fərqlənirdi.
Tiğit
Tiğit — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 56 km məsafədə yerləşmişdir. 1972-ci ilə kimi Əştərək rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Teqit kimi, Qafqazın 5 verstlik xəritəsində Tiğit formasında qeyd edilmişdir. Erməni mənbələrində Tğit formasında verilir. Toponim qıpçaq türk tayfasından olan tuq («tiğ» tuq etnoniminin formasıdır) etnoniminə, cəmlik bildirən -ut şəkilçsinin -it fonetik formasının artırması ilə əmələ gəlib, «tuğların yaşadığı kənd», «tuğlara məxsus kənd, yaşayış yeri» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 92 nəfər, 1873 - cü ildə 217 nəfər, 1886-cı ildə 241 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914 - cü ildə 488 nəfər, 1916-cı ildə 512 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Toyizm
Toyizm – 1990-cı ildə Hollandiyanın Emmen şəhərində yaradılan incəsənət hərəkatı Bu söz oynaq xüsusiyyətli incəsənət əsərlərini və onların təməlindəki fəlsəfəni simvolizə edir. ”Izm” suffiksi həm incəsənət, həm də din aləmində hərəkət və ya hərəkat mənasını kəsb edir. Bununla belə Toyizm-oyunu ciddi sual olaraq, müasir dövrdə yeni tənqidi və hissiyatlı növün perspektivliyini göstərir. Toyizm sözu 1990-cı ildə Toyist Deco tərəfindən düzəldilən “kompüter hörümçəyinin qaçışı” qrafik işindən sonra yarandı. Məhz bu əsər doxsanıncı illərin əvvəllərində bu incəsənət tərzini dəbə saldı. Lakin bu tərzin manifestə düşməsinə sonradan iki il lazım oldu. 5 sentyabr 1992-ci ildə Emmenli rəssam və musiqiçi Deco (təxəllüs) ”ana” adlı manifestin yazaraq “toyizm” tamaşaçılarına təqdim etdi. == Tarix == Toyizmi iki müxtəlif dövrə bölmək olar 1992-ci ildən 2000-ci və 2002-ci ildən indiki vaxtadək . === 1992-2000 === Bundan bir neçə ay sonra daha iki aktyor manifest yazma cərəyanına qoşuldu. İlkin mərhələdə sujetin əsasına sürrealist tərpənməyən ikonalar, rəsmlər (kompüter, kosmik məkik və məxmər ayılar) hazırlanırdı.
Tığik
Tığik (dağ) — Laçın rayonu ərazisində dağ. Birinci Tığik — Laçın rayonu ərazisində kənd. İkinci Tığik — Laçın rayonu ərazisində kənd.
Təyin
Təyin — cümlədə isimlə və ya isimləşmiş sözlərlə ifadə olunan hər hansı üzvü izah edən ikinci dərəcəli üzvə təyin deyilir. Təyin necə?, nə cür?, hansı?, neçə?, nə qədər?, neçənci? suallarında birinə cavab verir. Məsələn: Anar intizamlı oğlandır. Sinifdə iyirmi şagird var. Təyin daha çox sifət, feili sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn: Kəndimiz uca dağlar qoynunda yerləşir (sifətlə). Mağazadan beş dəftər aldım (sayla). Bu kitab çox maraqlıdır (əvəzliklə). Yatmış körpə səsə oyandı (feili sifət).
Yıyın
Yıyın - Başqırdların sosial-siyasi həyatında ciddi rol oynamış və tayfa idarəçiliyini həyata keçirilən xalq yığıncağı. XIV əsrə qədər başqırdların həyatında mühüm statusa malik olmuşdur. XIV əsrdən etibarən isə yıyınlar əvvəlki statusunu itirmiş Başqırd tayfalarını Nоqay və Sibir (tatar) dövlətlərinin murzaları və tarхanları idarə еtməyə başlamışlar. ХIV-ХV əsrlərdə sinfi təbəqələşmə nəticəsində başqırdlarda iri «biy»lər (bəylər) mеydana çıхmışdı ki, оnlar da Sibir və Noqay хanlarının hakimlərinə qarşı mübarizəyə başlamışdı.
Ziyil
Ziyil – insan vücudunun xaricində yaranan xala bənzər lakin xaldan çox-çox fərqli xüsusiyyətlərə malik dəri xəstəliyidir. Ziyilə adətən ən çox əllərdə və barmaqlarda rast gəlinir. == Ziyilin əlamətləri == Ətli xala bənzəyən lakin müxtəlif rəngdə (ağ, qara bəzən isə çəhrayı) əsasən əllərdə, barmaqlarda və dırnaq ətrafında olan nöqtələrdir. Kəsdikdə qanayır lakin ağrısız olur. Əllərlə yanaşı bəzən bədənin digər hissələrində də ziyillərə rast gəlmək mümkündür. Bu hissələrdən aşağı ətraflarda, cinsi orqanlarda bəzən qadınlarda uşaqlıq yolunda, üzdə və.s hissələrdə rast gəlmək olar. Ziyilin yaranma səbəbi HPV (human papilloma virus) virusudur. Bu virusun 100-dən artıq növü mövcuddur. Digər infeksion xəstəliklər kimi ziyillərdə yoluxucudur və bu yolla törəyir.
Çiyin
Çiyin (lat. brachium) — yuxarı ətrafın şöbəsi. Çiyin qurşağı və ön kol arasında yerləşir və müvafiq olaraq çiyin birləşməsi və dirsək vasitəsilə onlara birləşir.
Taiz
Taiz (ərəb. تعز‎) — Yəməndə şəhər.
Tibi
Tibi (isp. Tibi) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 70,38 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1745 nəfərə çatmışdır.
Tiri
Tiri — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Tivi
Tivi (Ordubad)
Tiya
Tiya — Yuyanın qızı, firon III Amenofisin arvadı.
İçiz
İçiz şanyü (e. ə. II əsr – e.ə. 114) — eramızdan əvvəl 126 və 114-cü illərdə hökmdarlıq etmiş hun hökmdarı. Onun hakimiyyət dövrü ən çətin dövrlərdən sayılır. == Ailəsi == O Laoşanın ikinci oğlu və Günçenin qardaşı idi. Şərq Luli Şahzadəsi titulu olan İçiz qardaşı oğlu Sol Yükü Müdrik Şahzadə olan Yuybini məğlub edərək hakimiyyəti ələ keçirdi. Yuybi Çinə qaçdı və bir neçə ay sonra öldü. İçiz hakimiyyətə gələn kimi müharibə vəziyyəti ilə üzləşdi. Hun dövlətindəki qarışıqlıqdan istifadə edən İmperator Vudi müharibə elan etdi.
Aprınçur Tigin
Aprınçur Tigin və ya Aprın Çor Tigin (VIII əsr) — Uyğur xaqanlığı dövründə, təxminən VIII–IX əsrlərdə yaşamış Maniçilik dininin təsirində şeirlər yazmış adı məlum ilk türk şairi. Turfan qazıntılarında tapılan şeirləri ilk dəfə Albert von Le Coq tərəfindən 1919-cu ildə yayımlanmışdır. Tapılan iki şeirin birincisi üç misradan təşkil olunan və ilahi tərzində yazılmış bir panegirikdir. Birinci şeirin ilk misrası zədələnmişdir. Aprın Çor Tiginin ikinci şeiri eşq mövzudunda yazılmışdır və dini olmayan bir şeirdir. Yeddi misradan ibarət olan bu şeirin birinci misrası itmişdir. "Sevgili" adlanan bu şeir uyğur ədəbiyyatının ilk və ən qədim lirik şeir nümunəsi hesab olunur. == Mənbə == Bican Ərcilasun, Əhməd. Türk Dili Tarihi / Başlangıçtan Yirminci Yüzyıla (türk). Akçağ Yayınları.