HƏMƏN

[ fars. ]
1. əvəz. Həmin, haman, o.
[Cavad bəy:] Elə işlərin üstündə həmən adamı divara söykəyib başına güllə çaxarlar, qalar yerində… N.Vəzirov.
Gətirir fikrimi mənim tüğyana; Həmən diyardakı şumal buruqlar. M.Müşfiq.

2. zərf O saat, dərhal, əlüstü.
Mən bu lövhələri xəstə, nəfəssiz; Seyr edərək həmən yüyürdüm səssiz. S.Vurğun.
Əcəbcə işə düşdük, deyib güldüm özümə; Yay paltomun boynunu həmən çəkdim üzümə. S.Rüstəm.

HƏMƏL
HƏMƏSR
OBASTAN VİKİ
Həmənli
Həmənli — Azərbaycan Respublikasının Goranboy rayonunun Qaramusalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Xınalı kənd Sovetindən Həmənli kəndi Qaramusalı kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yerli əhalinin məlumatına görə, kəndin adı mənşəcə Qazax mahalından olan həmənli nəslinin burada məskunlaşmasından yaranmışdır. Həmənlilər keçmiş Gəncə xanlarının nəslindən olub, Qaramusalı kəndində yaşayan Məmməd xana məxsus Xanlıq adlanan bu ərazidən ilxı saxlamaq üçün qışlaq kimi istifadə edirdilər. Sonralar həmənlilər bu ərazini xandan satın alaraq XIX əsrdə burada daimi məskunlaşmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kürəkçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 199 nəfər əhali yaşayır.

Digər lüğətlərdə